Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Osterend
Oosterend Şimali Hollandiya əyalətində Teksel bələdiyyəsi nəzdində yerləşən şəhərcik. Adanın ikinci ən böyük şəhəridir. Şəhər ada balıqçılarının torpağı hesab olunur. Maartenskerk adlı kilsənin ətrafında inşa edilmişdir. Kilsənin ən qədim parçalarının təməli 11-ci əsrdə qoyulmuşdur. Oosterend katolik, baptizm, holland reformasiyası kilsəsi, Jemeente kilsəsi və protestantlığı özündə cəmləşdirdiyindən bəzən adanın Yerusəlimi adlandırılır.
Əştərək
Əştərək, Aştarak — Ermənistan Respublikasında şəhər. İrəvan şəhərindən Şimal-Qərbdə, Abaran (dəyişdirilmiş adı Kasax) çayı sahilində, İrəvan-Gümrü şose yolunun üstündə yerləşir. 1963-cü ildən respublika tabeli şəhərdir. Əştərək rayonunun mərkəzidir. IV əsrlərdə Arşakilərin, VIII-X əsrlərdə ərəblərin, IX-XI əsrlərdə Şirak hakimiyyətinin tabeliyində Pəhləvilərin hökmranlığı altında olmuş, XI-XVI əsrlərdə Səlcuq türklərinin tabeliyində, XVI-XIX əsrlərdə İrəvan xanlığına tabe olan Karbibasar mahalının tərkibində olmuşdur. 1828-ci ildə rus işğalından sonra İrəvan quberniyasının İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə keçmişdir. İndi Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra 1929-cu illərdə rayonlaşdırma inzibati-ərazi bölgüsü yaradıldı. Əştərək 9 sentyabr 1930-cu ildə yaradılan rayonun adı oldu. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əştərək kimi, 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Karbi nahiyyəsinin tərkibində Aştarak, Qafqazın 5 verstlik xəritəsində Əştərək (Aştarak) kimi qeyd edilmişdir. Danışıq dilində Həştərək formasında işlədilir.
Stereo
Stereo səs və ya qısaca stereo – insanın eşitmə qabiliyyətinə uyğun olaraq xoş təəssürat yaratmaq üçün səs müxtəlif istiqamətlərdə və simmetrik olaraq yerləşdirilir, iki və ya daha çox müstəqil səs kanala qoşulmuş dinamiklərin köməyi ilə çoxaldılır. Stereo tez-tez mono ("monaural") səsin əksinə deyilir; Monofonik səsdə səs sahəsində mərkəzləşmiş yalnız bir kanal var. Yunan + "φωνή" (' 'phōnē' ': səs, ton) Western Electric 1927-ci ildə A tətbiqi ilə ortaya çıxdı. Məşhur istifadəsində stereo, eyni zamanda bir cüt hoparlör köməyi ilə səsin və ya çoxalmanın 2 kanallı yazılması deməkdir.
Hamamlı (Əştərək)
Hamamlı — Karbi mahalının (bəzi mənbələrdə Kərbibasar) Əştərək rayonuna tabe kənd. == Tarixi == Kənd 1728-ci ildən mə’lumdur. 1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində kənd adı kimi çəkilir. Tam adı "Eyvazlı kəndin yaxınlığında Hamamlı kəndi". Başqa adı Dançılı XIX əsrin əvvəllərindən sonra əhalisi qarışıq idi. 1886-cı ildə kəndin əhalisi ermənilərdən idi və azərbaycanlılardan ibarət idi. 1918-ci ildə azərbaycanlı əhalisi qovulmuşdur. 1922-ci ildən sonra əhalinin bir hissəsi geri qayıtmışdır. 1948-ci illərdə əhalisi Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir == Əhalisi == Əhalisi əsas etibarilə Azərbaycan türklərindən ibarət olmuşdur. 1949-cu ilin dekabr ayında əhali Ermənistan Sovet hökuməti tərəfindən Azərbaycan SSR-in Salyan rayonuna köçürülmüşdür.
Haxıs (Əştərək)
Haxıs - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. Kəndin adı Axiz, Axis formalarında göstərilir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əxis kimi, Qafqazın 5 verstlik xəritəsində Axis formasında qeyd edilmişdir. Toponim «çay ağzı, mənsəbi», «keçid» mənasında işlənən ağıs, axız (>aqis>haxis>haxıs) sözü əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki «h» səsi səsartımı hadisəsi nəticəsində sözə əlavə edilmişdir və toponim tələffüz formasına uyğun qeydə alınmışdır. Azərbaycan dilində saitlə başlanan bəzi sözlərə tələffüzdə «h» samitinin artırılması qanunauyğun haldır (araba-haraba, açarhaçar, elə-helə). Hidrotoponimdir. Quruluşca sadə toponimdir. Erm.SSR AS RH-nin 1.XII.1949 - cu il tarixli fərmanı ilə adı dəyişdirilib Zorab qoyulmuşdur.
Qaracalar (Əştərək)
Qaracalar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. Alagöz dağının cənubunda yerləşir. Erməni mənbələrində kəndin adı Qalaçilar kimi də göstərilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qaraçalar türk tayfasının adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1831-ci ildə 104 nəfər, 1873-cü ildə 272 nəfər, 1886-cı ildə 279 nəfər, 1897-ci ildə 381 nəfər, 1908-ci ildə 360 nəfər, 1914-cü ildə 381 nəfər, 1916-cı ildə 526 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Ermənilər buraya 1918–1920-ci illərdə Türkiyədən köçürülmüşdür.
Qoşabulaq (Əştərək)
Qoşabulaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «cüt, yanaşı, iki» mənasında işlənən «qoşa» sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1873 - cü ildə 101 nəfər, 1886-cı ildə 152 nəfər, 1897-ci ildə 173 nəfər, 1908-ci ildə 211 nəfər, 1914 - cü ildə 214 nəfər, 1916-cı ildə 211 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə kəndin əhalisi azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. Indi xaraba kənddir.
Qızılxaraba (Əştərək)
Qızılxaraba — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. Kəndin adı erməni mənbələrində Qızılabad, Tulunəbi kimi də göstərilir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Qızılviran, Qafqazın 5 verstlik xəritəsində Qızılxaraba kimi qeyd edilmişdir. Toponim torpağın rənginə bildirən qırmızı mənasında işlənən qızıl sözü ilə "dağıdılmış" mənasında işlənən xaraba sözündən əmələ gəlmişdir. Türklər xarabalıqlar yanında yeni yaşayış məntəqələri salarkən xaraba, viran, örən (hər üçü sinonim sözdür) sözlərinin əvvəlinə ya mənsub olduqları tayfanı, oymaq və ya obanın, ya da torpağın rənginə görə müvafiq şəkildə ağ, qara, qızıl (qırmızı mənasında) sifətlərini əlavə edirlər. Qızılxaraba kənd adı da həmin konstruksiya əsasında yaranmışdır. "Qırmızı torpaqda tikilmiş binaların qalıqları olan xarabalıq yanındakı kənd" mənasını verir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.. 1918-ci ildə Azərbaycanın əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Qırmızı rəngli daşdan tikilmiş qala yaxud kilsə xarabalıqları nəzərdə tutulur.
Əştərək (şəhər)
Əştərək, Aştarak — Ermənistan Respublikasında şəhər. İrəvan şəhərindən Şimal-Qərbdə, Abaran (dəyişdirilmiş adı Kasax) çayı sahilində, İrəvan-Gümrü şose yolunun üstündə yerləşir. 1963-cü ildən respublika tabeli şəhərdir. Əştərək rayonunun mərkəzidir. IV əsrlərdə Arşakilərin, VIII-X əsrlərdə ərəblərin, IX-XI əsrlərdə Şirak hakimiyyətinin tabeliyində Pəhləvilərin hökmranlığı altında olmuş, XI-XVI əsrlərdə Səlcuq türklərinin tabeliyində, XVI-XIX əsrlərdə İrəvan xanlığına tabe olan Karbibasar mahalının tərkibində olmuşdur. 1828-ci ildə rus işğalından sonra İrəvan quberniyasının İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə keçmişdir. İndi Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra 1929-cu illərdə rayonlaşdırma inzibati-ərazi bölgüsü yaradıldı. Əştərək 9 sentyabr 1930-cu ildə yaradılan rayonun adı oldu. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əştərək kimi, 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Karbi nahiyyəsinin tərkibində Aştarak, Qafqazın 5 verstlik xəritəsində Əştərək (Aştarak) kimi qeyd edilmişdir. Danışıq dilində Həştərək formasında işlədilir.
Əştərək rayonu
Əştərək rayonu, Aştarak rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Karbi mahalı ərazisində yerləşən rayon. Mərkəzi Əştərək şəhəridir. Əştərək rayonu 1930-cu il sentyabrın 9-da yadadılıb. Ərazisi 926 kv km-dir. Rayon mərkəzi respublika tabeli Əştərək (dəyişdirilmiş adı Aştarak) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 22 km-dir. 1948-1951-ci illərdə rayonun Talış, Təkiyyə, Uçan, Çadqıran, İnəkli, Tülnəbi və s. kəndlərinin əhalisi zorla Azərbaycana köçürülüb. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: Əsgərov Əsgər Allahverdi oğlu (1878-11.3.1938*, 60 yaş) repressiya qurbanı 1878 ci ildə Əştərək rayonunda doğulmuş. Şəkidə 1 May kolxozçu olmuşdur.
Bayraməli qışlağı (Əştərək)
Bayraməli qışlağı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Alagöz dağının cənubunda yerləşirdi. Erməni mənbələrində Bayraməli, Bayraməli kəndi formasında da qeyd edilir. Toponim Bayraməli şəxs adı ilə «yaşayış məntəqəsi, kənd» mənasında işlənən qışlaq sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 53 nəfər, 1886-cı ildə 87 nəfər, 1897-ci ildə 132 nəfər, 1908-ci ildə 82 nəfər, 1916-cı ildə 100 nəfər yalnız azərbaycanlı və əcəmi kürdü yaşamışdır. 1918-ci ildə kəndin əhalisi ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1920-ci illərin sonunda kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Cənubu göstərən araba
Cənubu göstərən araba (çin. ənən. 指南車, sadə. 指南车, pinyin: zhi3 nan2 che1) — Qədim Çində icad edilmiş, əks əlaqə prinsipi ilə işləyən ilk naviqasiya cihazı, bələdçi arabası. Araba üzərində hansı istiqamətdə hərəkət etməsindən asılı olmayaraq cənubu göstərən insan fiquru quraşdırılmışdır. Mexanizm maqnit kompas prinsipinə söykənmirdi. Orta əsrlərə qədər geniş tətbiq olunan cənubu göstərən araba dövrünün ən mürəkkəb mexanizmlərindən sayılırdı. Əfsanəyə görə cənubu göstərən araba e.ə. 2600 il qabaq sarı mperator Huan-di zamanında icad edilmişdir. Həqiətə uyğun ola biləcək digər bir fərziyəyə əsasən isə cənubu göstərən araba Ma Tszyun tərəfindən 200-265- ci illərdə Üç çarlıq dövründə icad edilmiş və Vey çarlığının hökmdarı Min-di üçün hazırlanmışdı.
Yeddi oğul istərəm
Yeddi oğul istərəm — rejissor Tofiq Tağızadənin eyniadlı filmi. Film inqilabın qələbəsinə sidqi-ürəklə inanan və qələbə naminə canlarından belə keçməyə hazır olan qəhrəman oğullar — 20-ci illərin komsomolçuları haqqında romantik hekayətdir. Filmin yaradıcılarına Azərbaycan SSR Lenin komsomolu mükafatı (1970). Film xalq şairi Səməd Vurğunun "Komsomol poeması"nın motivləri əsasında çəkilmiş və Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyinə ithaf olunmuşdur. Filmdə aktyor və rəssam Elçin Məmmədovun ilk işidir. Film Tofiq Tağızadənin 7-ci tammetrajlı filmidir. Əsərin müəllifi: Səməd Vurğun Ssenari müəllifi: Yusif Səmədoğlu Quruluşçu rejissor: Tofiq Tağızadə Quruluşçu operator: Rasim İsmayılov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Vladimir Savin Rejissor: Tofiq Məmmədov Geyim rəssamı: Mais Ağabəyov Qrim rəssamı: V. Bereznyakov, Elbrus Vahidov Quraşdırılmış səhnələrin operatoru: Rasim İsmayılov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Montaj edən: Tamara Nərimanbəyova Redaktor: İntiqam Qasımzadə Rejissor assistenti: Mirzəbala Məlikov, M. Məmmədov Operator assistenti: Rafiq Kərimov, Ziya Babayev (Z. Babayev kimi) Rəssam assistenti: T. Abdullazadə, N. Viçina Çalır: Kinematoqrafiya Dövlət Simfonik Orkestri Dirijor: D. Ştilman Filmin direktoru: Davud Zöhrabov İşıqçı: A. Məmmədzadə (titrlərdə yoxdur) Rejissor köməkçisi: Almaz Mustafayeva (titrlərdə yoxdur) Həsən Məmmədov — Bəxtiyar Ənvər Həsənov — Cəlal Elçin Məmmədov — Mirpaşa Əbdül Mahmudov — Qasım Şahmar Ələkbərov — Qəzənfər Rafiq Əzimov — Şahsuvar Ələsgər İbrahimov — Zalımoğlu Həsənağa Turabov — Gəray bəy İsmayıl Osmanlı — Kələntər Zemfira İsmayılova — Humay Hamlet Xanızadə — Gizir Fərhad İsrafilov — Qəqəni Məmmədrza Şeyxzamanov — Kərəm Məhluqə Sadıqova — Əri ölən qadın Hacıməmməd Qafqazlı Əli Xəlilov — Axund Şirəli Məmmədsadıq Nuriyev — Kosa Hüseynağa Sadıqov — Keçi Nadir Əsgərov — Keçəl Eldəniz Zeynalov — Kəndli Süsən Məcidova — Qəqəninin anası Sadıq Həsənzadə Mikayıl Mirzə (Mikayıl Mirzəyev kimi) — Mürşüd N. Rəhimov Ramiz Məlikov — Hökumət nümayəndəsi Ədalət Nəsibov — Aşıq L. Əbdülrəhimov N. İsmayılov Sadıq Hüseynov — Kənd sakini A. Əliyev N. Dəmirov P. Rzazadə Fazil Salayev — Kənd sakini Abbas Rzayev — Kənd sakini Ömür Nağıyev — Kənd sakini (titrlərdə yoxdur) Sadıq Hüseynov — Axund Şirəli (Əli Xəlilov) (titrlərdə yoxdur) Ofeliya Sənani — Humay (Zemfira İsmayılova) (titrlərdə yoxdur) Yusif Vəliyev — Kərəm (Məmmədrza Şeyxzamanov) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Bayraqdar (Eldəniz Zeynalov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Cəlal (Ənvər Həsənov) (titrlərdə yoxdur) "Ədəbiyyat və incəsənət" qəzeti. 10 oktyabr 1970-ci il. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл.
Yol göstərən işıq
Guiding light adlı teleserial 1937-ci ildə “NBC” radiosunda efirə çıxıb. 1952-ci ildə isə teleserialın televiziya versiyası yaradılıb. Nümayiş olunduğu dövrdə teleserial 357 dəfə müxtəlif mükafatlara namizəd göstərilib, 94 dəfə mükafat alıb. Bu sırada nüfuzlu “Daytime Emmy Awards” mükafatı da var. Bu serial ən uzunömürlü teleserial kimi Ginnesin rekordlar kitabına da düşüb. Serialda Kevin Beykon, Kalista Flokxart və Ceyms Erl Cons kimi aktyorlar çəkilib. Serialın ssenari müəllifi keçmiş müəllimə İrna Vilipsdir. Son illər teleserialın auditoriyasının azalması meyli müşahidə olunub. 2009-cu ilin aprelində reytinqin azalması səbəbindən teleserialın son bölümünün 18 sentyabrda nümayiş olunacağı bildirilib.
Yeddi oğul istərəm…

Pol Oster
Pol Oster (3 fevral 1947[…], Nyuark, Nyu Cersi – 30 aprel 2024, Nyu-York, Nyu-York ştatı) — Amerikalı yazıçı, şair və ssenarist. Pol Oster 1947-ci ildə ABŞın Nyu Cersi vilayətində doğulub. Kolumbiya Universitetində İngilis, Fransız və İtalyan ədəbiyyatı üzrə təhsil alan 1971–1974-cü illər arasında Fransada yaşayan və ənənəvi kitab mövzularının xaricinə böyük uğurla çıxıb yaradıcılığının sərhədlərini genişləndirə bilən Pol Osterin əsas əsərləri arasında Nyu-York Trilogiyası, Yalnızlığın kəşfi, İlluziyalar Kitabı, Qırmızı Dəftər, Leviathan, Vəhy Gecəsi, Duman, Görünməyən, Yüksəklikdən Qorxma, Yazı Otağında Səfərlər, Qaranlıqdakı Adam vardır. Osterin yazıçılığa ilk başladığı illərdəki çətin günlərində Pol Benjamin imzası ilə nəşr etdirdiyi bir detektiv romanı da var. Bu roman yazıçının avtobioqrafik romanı olan Cibi Cırıq-ın əlavəsi olaraq çap olunmuşdur. 2006-cı ildə İspaniyanın mühüm mükafatlarından olan Asturias Mükafatını ədəbiyyat sahəsində Pol Oster qazanmışdır. Yazıçının Tüstü, Gömgöy Üz adlı ssenariləri məşhur rejissor Uayne Uanq tərəfindən filmə çəkilmişdir. Daha sonra Lulu Körpüdə adlı kitabını da özü filmə çəkmiş, həm ssenarist, həm də rejissor olaraq yaradıcılığın bütün sahələrində özünə yer etmişdir. Film haqqında bir çıxışında öz yazma metodu barədə danışarkən Piter Brukun bir reportajından sitat gətirərək işlərində miflərin uzaqlığı ilə gündəlik həyatın sadəliyini birləşdirməyə çalışdığını bildirmişdir. • 1989 Prix France Culture de Littérature Étrangère Nyu-York Trilogiyası üçün • 1990 Morton Dauwen Zabel Award American Academy of Arts and Letters–dən • 1991 PEN/Faulkner Award for Fiction Şans Musiqisi üçün • 1993 Prix Médicis Étranger Leviathan üçün • 1996 Bodil Awards – Ən Yaxşı Amerika Filmi: Tüstü • 1996 Independent Spirit Award – Ən Yaxşı Ekran Oyunu: Tüstü • 1996 John William Corrington Award for Literary Excellence • 2001 IMPAC Award Timbuktu üçün • 2003 American Academy of Arts and Sciences ardıcılı • 2004 IMPAC Award İlluziyalar kitabı üçün • 2005 IMPAC Award Məbəd Gecəsi üçün • 2006 Ədəbiyyat üzrə Prince of Asturias Mükafatı • 2006 American Academy of Arts and Letters-də ədəbiyyat üzrə seçilmişdir • 2007 Honorary doctor University of Liège-dən • 2007 IMPAC Award The Brooklyn Follies üçün • 2007 Commandeur de l'Ordre des Arts et des Lettres • 2008 IMPAC Award Travels in the Scriptorium üçün • 2009 Premio Leteo (León, Spain).
Möcüzə göstərən Nikolay kilsəsi
Müqəddəs Nikolay kilsəsi — Bakı yeparxiyası tabeliyində kilsə. Baş rahib hieromonax Venedikt Zayçevdir. 1946-cı ildə şəxsi ev kilsə kimi istifadəyə verilmişdir. Kilsənin həyəti abadlaşdırılmış, əlavə olaraq dini ayinlər həyata keçirmək üçün üç otaq tikilmişdir. Bölgə xristianlarının dini mərkəzi kimi fəaliyyət göstərən kilsədə Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının rəhbərliyi ilə dini ayinlər icra edilir.
Yeddi oğul istərəm... (film, 1970)
Yeddi oğul istərəm — rejissor Tofiq Tağızadənin eyniadlı filmi. Film inqilabın qələbəsinə sidqi-ürəklə inanan və qələbə naminə canlarından belə keçməyə hazır olan qəhrəman oğullar — 20-ci illərin komsomolçuları haqqında romantik hekayətdir. Filmin yaradıcılarına Azərbaycan SSR Lenin komsomolu mükafatı (1970). Film xalq şairi Səməd Vurğunun "Komsomol poeması"nın motivləri əsasında çəkilmiş və Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyinə ithaf olunmuşdur. Filmdə aktyor və rəssam Elçin Məmmədovun ilk işidir. Film Tofiq Tağızadənin 7-ci tammetrajlı filmidir. Əsərin müəllifi: Səməd Vurğun Ssenari müəllifi: Yusif Səmədoğlu Quruluşçu rejissor: Tofiq Tağızadə Quruluşçu operator: Rasim İsmayılov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Vladimir Savin Rejissor: Tofiq Məmmədov Geyim rəssamı: Mais Ağabəyov Qrim rəssamı: V. Bereznyakov, Elbrus Vahidov Quraşdırılmış səhnələrin operatoru: Rasim İsmayılov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Montaj edən: Tamara Nərimanbəyova Redaktor: İntiqam Qasımzadə Rejissor assistenti: Mirzəbala Məlikov, M. Məmmədov Operator assistenti: Rafiq Kərimov, Ziya Babayev (Z. Babayev kimi) Rəssam assistenti: T. Abdullazadə, N. Viçina Çalır: Kinematoqrafiya Dövlət Simfonik Orkestri Dirijor: D. Ştilman Filmin direktoru: Davud Zöhrabov İşıqçı: A. Məmmədzadə (titrlərdə yoxdur) Rejissor köməkçisi: Almaz Mustafayeva (titrlərdə yoxdur) Həsən Məmmədov — Bəxtiyar Ənvər Həsənov — Cəlal Elçin Məmmədov — Mirpaşa Əbdül Mahmudov — Qasım Şahmar Ələkbərov — Qəzənfər Rafiq Əzimov — Şahsuvar Ələsgər İbrahimov — Zalımoğlu Həsənağa Turabov — Gəray bəy İsmayıl Osmanlı — Kələntər Zemfira İsmayılova — Humay Hamlet Xanızadə — Gizir Fərhad İsrafilov — Qəqəni Məmmədrza Şeyxzamanov — Kərəm Məhluqə Sadıqova — Əri ölən qadın Hacıməmməd Qafqazlı Əli Xəlilov — Axund Şirəli Məmmədsadıq Nuriyev — Kosa Hüseynağa Sadıqov — Keçi Nadir Əsgərov — Keçəl Eldəniz Zeynalov — Kəndli Süsən Məcidova — Qəqəninin anası Sadıq Həsənzadə Mikayıl Mirzə (Mikayıl Mirzəyev kimi) — Mürşüd N. Rəhimov Ramiz Məlikov — Hökumət nümayəndəsi Ədalət Nəsibov — Aşıq L. Əbdülrəhimov N. İsmayılov Sadıq Hüseynov — Kənd sakini A. Əliyev N. Dəmirov P. Rzazadə Fazil Salayev — Kənd sakini Abbas Rzayev — Kənd sakini Ömür Nağıyev — Kənd sakini (titrlərdə yoxdur) Sadıq Hüseynov — Axund Şirəli (Əli Xəlilov) (titrlərdə yoxdur) Ofeliya Sənani — Humay (Zemfira İsmayılova) (titrlərdə yoxdur) Yusif Vəliyev — Kərəm (Məmmədrza Şeyxzamanov) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Bayraqdar (Eldəniz Zeynalov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Cəlal (Ənvər Həsənov) (titrlərdə yoxdur) "Ədəbiyyat və incəsənət" qəzeti. 10 oktyabr 1970-ci il. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл.
Yol göstərən işıq (teleserial, 1952)
Guiding light adlı teleserial 1937-ci ildə “NBC” radiosunda efirə çıxıb. 1952-ci ildə isə teleserialın televiziya versiyası yaradılıb. Nümayiş olunduğu dövrdə teleserial 357 dəfə müxtəlif mükafatlara namizəd göstərilib, 94 dəfə mükafat alıb. Bu sırada nüfuzlu “Daytime Emmy Awards” mükafatı da var. Bu serial ən uzunömürlü teleserial kimi Ginnesin rekordlar kitabına da düşüb. Serialda Kevin Beykon, Kalista Flokxart və Ceyms Erl Cons kimi aktyorlar çəkilib. Serialın ssenari müəllifi keçmiş müəllimə İrna Vilipsdir. Son illər teleserialın auditoriyasının azalması meyli müşahidə olunub. 2009-cu ilin aprelində reytinqin azalması səbəbindən teleserialın son bölümünün 18 sentyabrda nümayiş olunacağı bildirilib.
Adil Babayev. Ata olsam belə, ata istərəm (film, 2015)