Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Annapolis QÇES
Annapolis QÇES (ing. Annapolis Royal Generating Station) — 1985 ci ildə Kanadanın, Yeni Şotlandiya əyalətində, Fandi körfəzində bənd üsulu ilə tikilmiş, 20 MVt-lıq qabarma-çəkilmə elektrik stansiya. Qabarma və çəkilmə hündürlüyü 18 metrdir. İllik İstehsalı 50 000 KVt/s.
Devid Hoces
Devid Holl Hoces (ing. David Hall Hodges) 60 milyondan çox albomu satılaraq uğur qazanmış Amerikalı mahnı yazar, produser və bəstəkardır. O həmçinin Evanescence qrupunun keçmiş üzvü olub. Qrupdan ayrıldıqdan sonra şəxsi karyerasını davam etdirən Devid özünün Trading Yesterday qrupunu yaratdı, sonradan isə o, Avox, və Arrows to Athens qruplarının üzvü kimi fəalyyət götərdi. == Karyera == === 1999-2002: Evanescence === Devid 1999-cu ilin sonlarında Evanescence qrupuna qatıldı və Origin adlı ilk CD-lərini hazırladılar. Ardınca Fallen adlı albomlarını satışa çıxartdılar. İlk sinqlları olan Bring Me to Life Billboard Top 40 başda olmaqla bir çox çartlarda birinci pilləyə yüksəldi. 2003-cü ilin mart ayında işıq üzü görən Fallen albomu həftələr ərzində 16 milyondan çox satılaraq böyük bir uğura imza atdı. 2004-cü ildə Devid qrup ilə birgə Qremmi mükafatının Ən Yaxşı Rok və Ən Yaxşı Artist nominasiyaları üzrə qalib oldu. === 2003-2007: Trading Yesterday vəThe Age of Information === Fallen-dən sonra Devid qrupu tərk etdi.
Malfuqas-Ojes
Malfuqas-Ojes (fr. Mallefougasse-Augès, oks. Malafogassa d'Augès) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sent-Etyen-lez-Orq kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04109. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 219 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 133 nəfər (15-64 yaş) arasında 87 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65.4%, 1999-cu ildə 69.5%). Aktiv olan 87 nəfərdən 76 nəfəri (40 kişi və 36 qadın), 11 nəfəri işsizdir (6 kişi və 5 qadın).
Oles Qonçar
Oles (Aleksandr) Qonçar (tam adıː Aleksandr Terentyeviç Qonçar; ukr. Олесь Терентійович Гончар; 3 aprel 1918[…], Lomovka[d] – 14 iyul 1995, Kiyev) — Ukrayna sovet yazıçısı, publisist və ictimai xadim. == Haqqında == 1918-ci il aprel ayının 3-də Poltava vilayətinin Suxa kəndində anadan olmuşdur. Sonradan Oles Qonçar Dnepropetrovska köçmüş və yerli universitetə ​​daxil olaraq müharibə səbəbi ilə kəsilən təhsilini davam etdirmişdir. Təzə xatirələr və hərbi qeydlər əsasında bir neçə roman yazmış və nəşr etdirmişdir. "Alplar" müharibəsi haqqında debüt romanını yazmış ("Bayraqdarlar"ın birinci hissəsi — trilogiya), 1946-cı ildə respublika ədəbi jurnallarının birində çap etdirmişdir. Qonçarın ilk romanının nəşri onun həyatını dəyişmişdir. O, o dövrün ədəbiyyat korifeylərini rus ədəbiyyatındakı yeni istedada diqqət yetirməyə vadar etmişdir. Belə ki, Ukrayna sovet ədəbiyyatının tanınmış ustadı Yuri Yanovski gənc yazıçının yaradıcılığını yüksək qiymətləndirmiş və onu öz diqqətində saxlamışdır. Buna görə də, Alpların uğurundan sonra o, Qonçarı Kiyevə köçməyə, aspiranturaya daxil olmağa və yeni romanlar üzərində işləməyə davam etməyə dəvət etmişdir.
Number Ones (albom)
Number Ones — Maykl Ceksonun albomu.
Shook Ones (Part II)
Shook Ones (Part II) (azərb. "Titrəmişlər" (II hissə)‎) — Mobb Deep tərəfindən yazılan və rep qrupunun ikinci solo albomu - "The Infamous"-a daxil edilən mahnı. "Rolling Stone" dərgisi "Shook Ones (Part II)" mahnısını "bütün zamanların 50 ən məşhur hip hop mahnısı" siyahısında 35-ci yerə layiq görmüşdür.
Number Ones (Maykl Cekson albomu)
Number Ones — Maykl Ceksonun albomu.
The Last of the Real Ones
The Last of the Real Ones (azərb. Sonuncu xüsusi biri‎) – ABŞ rok qrupu Fall Out Boy tərəfindən buraxılmış sinql. 14 sentyabr 2017-ci ildə Şimali Amerikada, 15 sentyabr 2017-ci ildə bütün dünyada buraxılmışdır. 16 sentyabr 2017-ci ildə House of Blues konsert zalında, 18 sentyabr 2017-ci ildə "Jimmy Kimmel Live!" verilişində canlı ifa olunmuşdur. == Musiqi videosu == "The Last of the Real Ones" üçün musiqi videosu sinqlın buraxıldığı üçün gün buraxılmışdır. Videoda maşının baqajına bağlanmış Pit Vents lamalar tərəfindən kürəklə döyülür. Bu video Kanye Vestin "Flashing Lights" mahnısının musiqi videosunu xatırladır. Belə ki, həmin videoda da Kanye Vest baqaja bağlanmış vəziyyətdədir və qadın tərəfindən kürəklə döyülür. Makkoy | Meyer cütlüyü videonun rejissorları olmuşdurlar.
Alces alces
Sığın (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin sığınkimilər cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.
Ales
Ales (fr. Alès) — Fransada yerləşən Ales rayonun inzibati mərkəzi. == Tarixi == XVI əsrdə Ales mühüm quqenot mərkəzi idi. Şəhərin 1629-cu ildə Fransanın kralı XIII Luis tərəfindən ələ keçirildikdən sonra Nantesin fərmanını təsdiqləyən sülh müqaviləsi bağlanmışdı.
Arceş
Arçeş (rum. Râul Argeș) — Rumıniyada çay Dunay çayının sol qolu.Uzunluğu 335 km Hövzəsinin sahəsi 12400 kvkm. Cənubi Karpat dağlarında Fegeraş massivindən başlanır. Taxta-şalban axıdılır. Oltenitsa şəhəri Arceş çayınin sahilində yerləşir.
Ares
Ares — Yunan mifologiyasında cəsarət və müharibə ilahı. Zevs və Heranın oğludur. Simvolu kərkəsdir. 12 Olimp ilahından biridir. Afrodita ilə sevgi macəraları ilə məşhurdur. Qədim Roma mifologiyasında Mars kimi tanınır. Spartalılar ona sitayiş edir, afinalılara qarşı onlara kömək etməsini istəyirdilər. == Ares və Afrodita == Apollon Ares və Afroditanı sekslə məşğul olarkən gördü. Apollon bunu Afroditanın əri Hefestə xəbər verdi. Onları bu vəziyyətdə görən Hefest onları biabır etmək qərarına gəldi.
Arəş
Arəş Ləbaf (23 aprel 1977, Tehran) — Iran əsilli İsveç müğənnisi, bəstəkar, prodüser. == Həyatı == Arəş Ləbafzadə 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Babası Ərdəbildən olan azərbaycanlı idi. Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk iranlı olduğu bildirilir. 10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə köçüb. Burada Arəş dostları ilə birlikdə yaşıdları üçün mahnılar oxumağa başlayır. Soyadını da elə o zaman dəyişib Ləbaf (isv. Labaf) edir. 5 il sonra isə Malmöyə köçür.
Aves
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. == Haqqında == Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41–42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Açeh
Açeh — İndoneziya əyalətidir, Sumatranın şimal ucunda yerləşir. Paytaxtı və ən böyük şəhəri Banda Açehdir. Hindistanın Andaman və Nikobar adalarına yaxındır və onlardan Andaman dənizi ilə ayrılır. Xüsusi bir muxtariyyət verilib, Açeh dini baxımdan mühafizəkar bir məkandır və şəriət qanunlarını rəsmi olaraq tətbiq edən yeganə İndoneziya əyalətidir. Bu bölgədə on yerli etnik qrup var, ən böyüyü Açeh xalqıdır və bölgə əhalisinin təxminən 80% -dən 90% -ə qədərini təşkil edir. Açeh İndoneziyada İslamın yayılmasının başlandığı yerdir və İslamın Cənub-Şərqi Asiyada yayılmasının əsas amilidir. İslam Açehə (Fansur və Lamuri Krallığı) eramızın 1250-ci ilində çatdı. XVII əsrin əvvəllərində Açeh Sultanlığı Malakka boğazı bölgəsində ən varlı, güclü və inkişaf etmiş bir dövlət idi. Açeh keçmiş Hollandiya kolonistləri və daha sonra İndoneziya hökuməti də daxil olmaqla, xarici müstəqillik və nəzarətə qarşı müqavimət tarixinə malikdir. Açeh bəzi qiymətləndirmələrə görə qaz ehtiyatlarının dünyanın ən böyük ehtiyatlarından biri olduğunu söyləyən neft və təbii qazın əhəmiyyətli təbii ehtiyatlarına malikdir.
Bones
Bones (ボンズ, Bonzu) və ya bəzən BONES — Yaponiya animasiya studiyası. 1998-ci ilin oktyabrında qurulmuşdur. Studiyanın ən tanınmış əsərləri RahXephon, Wolf's Rain, Scrapped Princess, Eureka Seven, Angelic Layer, Darker than Black, Soul Eater, Ouran High School Host Club, Fullmetal Alchemist (iki adaptasiya), Star Driver, Gosick, Space Dandy və "Noragami" animeləridir. Baş qərargahı Tokionun Suqinami xüsusi rayonunda yerləşir. == Tarix == Bones studiyası Sunrise studiyasının keçmiş üzvləri Masahiko Minami, Hiroşi Osaka və Toşihiro Kavamoto tərəfindən 1998-ci ilin oktyabrında qurulmuşdur. Studiyanın ilk işlərindən biri Sunrise studiyası ilə birlikdə "Cowboy Bebop" anime serialına əsaslanan "Cowboy Bebop: Knockin' on Heaven's Door" adlı anime filmi olmuşdur. 24 sentyabr 2007-ci ildə studiyanın qurucularından biri olan, "Mobile Suit Victory Gundam", "Mobile Fighter G Gundam" və "The Mars Daybreak" kimi animelərin personaj dizayneri olan Hiroşi Osaka 44 yaşında xərçəngdən vəfat etmişdir. Hiroşi Osakanın ölümündən sonra studiyanın direktorlar şurasına Makoto Vatanabe və Takahiro Komori qatılmışdırlar. Takahiro Komori personaj dizayneri və animasiyaçı kimi tanınır: "Angelic Layer", "Scrapped Princess" və "Darker than Black" animelərinin personaj dizayneri olmuşdur. == İşlər == === Anime serialları === === OVA-lar === RahXephon Interlude: Her and Herself/Thatness and Thereness (7 avqust 2003) Wolf's Rain (23 yanvar 2004 – 25 fevral 2004) Fullmetal Alchemist: Premium Collection (19 mart 2006) Ghost Slayers Ayashi: Ayashi Diving Comedy (22 avqust 2007 – 24 oktyabr 2007) Darker than Black: Beneath the Fully Bloomed Cherry Blossoms (26 mart 2008) Fullmetal Alchemist Brotherhood (26 avqust 2009 – 25 avqust 2010) Prototype (Halo Legends-un hissəsi) (2010) Darker than Black: Gaiden (27 yanvar 2010 – 21 iyul 2010) Eureka Seven Ao: The Flowers of Jungfrau (20 sentyabr 2012) Noragami (17 fevral 2014 - 17 iyul 2014) Hitsugi no Chaika (10 mart 2015) Noragami Aragoto (17 noyabr 2015 – 17 mart 2016) Snow White with the Red Hair (5 yanvar 2016) Blood Blockade Battlefront (3 iyun 2016) Bungo Stray Dogs (məlum deyil) === Veb-animelər === Xam'd: Lost Memories (PlayStation Network, 16 iyul 2008–3 fevral 2009) === Anime filmləri === Escaflowne (iyun 2000; Sunrise ilə birlikdə) Cowboy Bebop (1 sentyabr 2001; Sunrise ilə birlikdə) RahXephon: Pluralitas Concentio (19 aprel 2003) Fullmetal Alchemist: Conqueror of Shamballa (23 iyul 2005) Sword of the Stranger (29 sentyabr 2007) Eureka Seven Pocket Full Of Rainbows (25 aprel 2009, Kinema Citrus ilə birlikdə) Towa no Quon (film seriyası) Fleeting Petals (泡沫の花弁, Utakata no Kaben) (18 iyun 2011) Wild Dance of Chaos (混沌の蘭舞, Konton no Ranbu) (16 iyul 2011) Never ending Crime (夢幻の連座, Mugen no Renza) (13 avqust 2011) Crimes in a Blank Dream (紅蓮の焦心, Guren no Shoushin) (10 sentyabr 2011) Heroic Return (双絶の来復, Souzetsu no Raifuku) (5 noyabr 2011) Eternal Eternity (永久の久遠, Towa no Quon) (26 noyabr 2011) Fullmetal Alchemist: The Sacred Star of Milos (2 iyul 2011) Un-Go episode:0 Inga chapter (19 noyabr 2011) Star Driver (9 fevral 2013) === Videooyunlar === Robot Alchemic Drive (Enix, 4 noyabr 2002) Rahxephon Blu Sky Fantasia (Bandai, 7 avqust 2003) Fullmetal Alchemist and the Broken Angel (Square Enix, December 25, 2003) Fullmetal Alchemist: Stray Rondo (Bandai, 25 mart 2004) Fullmetal Alchemist: Sonata of Memories (Bandai, 22 iyul 2004) Fullmetal Alchemist 2: Curse of the Crimson Elixir (Square Enix, 22 sentyabr 2004) Fullmetal Alchemist 3: The Girl Who Succeed God (Square Enix, 21 iyul 2005) Eureka Seven vol.
Böcək
Sərtqanadlılar (lat. Coleoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Bu dəstənin başqa dəstələrin nümayəndələrindən fərqləndirən ən mühüm əlamətlərindən biri — onların qanadlarının quruluşudur ki, bu da dəstənin adında öz əksini tapmışdır. Qanadüstü adlanan yuxarı cüt qanadlar, demək olar ki, həmişə sərt, çoxt vaxt qabarıq, az və ya çox dərəcədə iri qabarlar və ya çuxurlarla örtülmüş və ya uzununa qabırğalarla zolaqlanmışdır ki, bu da onlara daha çox möhkəmlik verir. Qanadüstləri tısbağa zirehi kimi daha zərif, şəffaf və ya yarımşəffaf qanadları örtür. Bunların köməyilə böcəklər uçur. Ancaq elə növlər, cinslər, hətta fəsilələr də vardır ki, onlarda qanadlar bitişmiş, alt qanadlar reduksiya olunmuşdur və bu böcəklər uçmur. Dinclik halında qanadlar elə yığılır ki, qanadüstləri onları tamamilə örtür. Uçmazdan əvvəl böcək qanadüstlərini qaldırır, qanadlarını açır, az və ya çox vızıltı ilə havaya qalxır. == Xarici quruluşu == Böcəklərin əksəriyyəti parlaq və rəngarəng boyanmışdır.
BƏƏS
Ərəb Sosialist Bəəs Partiyası (ərəb. حزب البعث العربي الاشتراكي‎) yaxud sadəcə Bəəs (dirçəliş) — Suriya və İraqda ərəb sosialist partiyası. == Tarixçə == Tarixən iki qanadı olub, İraq və Suriya. Səddam Hüseyn devrildikdən sonra, Suriyada ki, qanadı yeganə mövcud olan qanadıdır. 1947-ci il aprelin 7 Dəməşqdə Mişel Əfləq və Səlahəddin Bitar tərəfindən Ərəb dirçəlişi partiyası adı ilə yaradılmışdır. 1954-cü ildə Əkrəm Hövraninin sosialist partiyası ilə birləşmişdir və o vaxtdan indiki adını daşıyır.Əsas məqsədləri sosializmin qurulması və ərəblərin birləşdirilməsi, partiyanın ideoloqiyasının əsası "panərəb hərəkatı" ideyası. Partiyanın lozunqu "Birlik, Azadlıq, Sosializm". İraqda 1963-cü il fevralın 8, Suriyada isə 1963-cü il 8 martda iqtidara gəlmişdir. Həmin ilin noyabrında İraqda iqtidardan uzaqlaşdırılıb, 1968-ci il iyulun 17-dən yenə iqtidarı ələ almış, 2003-cü ildə yenə iqtidardan uzaqlaşdırılıb. 1966-cı ildə Suriyada iqtidar Bəəs partiyasının sol qanadına keçir (Səlah Cədid və Nür-əd-din əl Atası), İraq qanadı bu çevrilişlə razılaşmır və 1968-ci ildə hakimiyyətə gələndən sonra partiyanın yaradıcıları Mişel Əfləqə və Şibl əl Əysamiyə sığınacaq verir.
Coues
Elliot Koues (ing. Elliott Coues; 9 sentyabr 1842 – 25 dekabr 1899) — Amerika hərbi cərrahı, tarixçisi, ornitoloqu.
Ecey
Ecey - türk və altay mifologiyasında yer üzündəki ilk qadın, Həvva. Ece, Ece, Eje də deyilir. Törüngəyin yoldaşıdır. Şumerlerdeki Ecem (Kraliça Tanrıçası) ilə də əlaqəlidir. Adəm isə Əlley (və ya Törüngəy) olaraq bilinir. İlk insan (ilk kişi və ilk qadın) anlayışlarına bütün mədəniyyətlərdə maraq eşidilmişdir, çünki insanın yer üzündə nə vaxt və necə var olduğu sualı daim maraq edilmişdir. == Etimologiya == (Ec/Eç/Eş) kökündən törəmişdir. Şumer mənşəli olduğu deyilməkdədir. Türkcədə böyük bacı, kraliça mənaları vardır. Türkcədə "Eş" kökünü də işarə edər.
Eçer
Eçer – Macarıstanda, Budapeşt yaxınlığında qədim kənd. Kənd Budapeştdən cənubi-şərqdə, Feriheci Beynəlxalq Aeroportunun yaxınlığında, 120a dəmir yolunun üzərində yerləşir.
Acer
Ağcaqayın (lat. Acer) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Avropa, Asiya və Şimali Amerikada geniş yayılmışdır. == Botaniki xarakteristikası == Qarşı-qarşıya düzülən yarpaqları dilimli, nadir hallarda lələkvarı mürəkkəb və ya bütövdür; çiçəkləri salxım, yaxud qalxanabənzər çiçək qrupunda toplanmışdır. Meyvəsi ikiqat qanadlıdır. Avropa, Asiya, Şimali Afrika, Şimali Amerika və Mərkəzi Amerikada 150-dək növü məlumdur. Azərbaycanda 8 növü var. Oduncağından mebel, musiqi alətləri və s. hazırlanır. Ağcaqayın dekorativ və ballı bitkidir.
Alces
Alces (lat. Alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Atəş
Atəş — soyad, təxəllüs. Əhməd Atəş — Kürd şərqşünası. Toxtamış Atəş — professor, publisist Mirzəağa Atəş — Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist. Ülkər Atəş — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist.
Açem
Ahem, həmçinin açim və ya akim — Qanada yaşayan xalq, akanların subetnik qrupu. Onlar dörd qrupa bölünürlər: açem aşanti, açem abvakva, açem kotoku, açem bosom. Onlar ənənəvi inanclara sadiqdirlər, bəziləri protestant və katolikdir. Rəvayətə görə, açemlər indiki Qana ərazisində firavan və nisbətən müstəqil dövlət qurmağı bacaran cəsur döyüşçülər idi.
Acer Predator
Acer Predator — oyunçular üçün hazırlanan Acerə məxsus kompüter modelləri seriyası. 2008-ci ildə Acer Aspire Predator adı altında yüksək performanslı stolüstü kompüterləri satışa çıxaran seriyanın adı daha sonradan Acer Predator olaraq dəyişdirilmişdir. Seriya futuristik kompüter şassisi və yüksək performans ilə xarakterizə olunur. 2016-cı ildə notbuk və stolüstü kompüterlərlə yanaşı, oyunçular üçün dizayn edilmiş aksessuarlar da satışa buraxılmışdır. Acer Predator adətən Lenovo Legion, Dell's G seriyası, Alienware, HP-nin Omen və Asus ROG seriyaları ilə müqayisə olunur.
Acer abchasicum
Çinaryarpaq ağcaqayın — Sabunağacıkimilər fəsiləsinə aid bitki növü. == Təbii yayılması == Rusiya, Qərbi Avropa, İspaniya, Şimali Portuqaliya, Balkan ölkələri, Kiçik Asiya, Türkiyə, Ukrayna, Moldova və Baltikayanı ölkələrdə arealı vardır. == Sinonim == Acer abchasicum Rupr. Acer atropurpureum Dippel Acer bohemicum C.Presl ex Opiz. [Invalid] Acer dittrichii Ortm. Acer erythrocarpum Dippel Acer euchlorum Dippel Acer fieberi Opiz [Invalid] Acer hybridum Bosc Acer majus Gray Acer melliodorum Opiz Acer montanum Garsault [Invalid] Acer opizii Ortmann ex Opiz. Acer opulifolium Thuill. Acer procerum Salisb. Acer pseudoplatanus var. acuminatum Tausch Acer pseudoplatanus f.