Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Palasso
Palasso (it. Palazzo, lat:palatium – saray) — italyan Renessansı üçün xarektrik olan saray-mülk tipi. XV əsrdə meydana gəlmişdir (əsasən Florensiyada; memar F.Brunelleski və başqaları). Klassik Palassolar fasadı küçəyə baxan 3, bəzən 2, yaxud 4 mərtəbəli binadan, tağlı sırasütunlarla əhatələnən daxili həyətdən ibarət olurdu. Palassonun 1-ci mərtəbəsində xidmət, 2-ci mərtəbəsində qonaq, 3-cü mərtəbəsində yaşayış otaqları yerləşirdi. XVI əsrə aid Palassolarda (memarlar Roma və Florensiyada Donato Bramante, Mikelancelo; Viçentsada Andrea Palladio; Veronada Michele Sanmikeli və başqaları) order elementlərinin rolu artır, binanın kompozisiyası ətraf mühit ilə əlaqələnirdi. == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Palasso Farnezi
Palasso Farnezi və ya Farnezi sarayı (it. Palazzo Farnese) — Roma şəhərində intibah dövrünə aid nümunələrdən biri olan saray, palasso. Artıq 100 ildən artıqdır ki, bu sarayda Fransa respublikasının səfirliyi yerləşir.
Pikasso
Pablo Ruiz Pikasso (isp. Pablo Ruiz Picasso; 25 oktyabr 1881, Malaqa, İspaniya — 8 aprel 1973, Müjen, Fransa), tam adı Pablo Dieqo Xose Fransisko de Paula Xuan Nepomuseno Mariya de los Remedios Sipriano de la Santisima Trinidad Martir Patrisio Ruiz i Pikasso (isp. Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santísima Trinidad Martyr Patricio Ruíz y Picasso) — ispan, fransız rəssamı, heykəltaraşı, qrafiki, keramisti və dizayneri, XX əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biri. Jorj Brakla birlikdə üçsəthli cismin orijinal tərzdə bir yerdə yerləşdirlimiş səthlər sırası kimi təsvir edildiyi kubizm cərəyanının banisidir. Ən məşhur əsərləri sırasında erkən-kubist "Avinyonlu qızlar" (Les Demoiselles d'Avignon, 1907) və İspaniya vətəndaş müharibəsi zamanı dinc Gernika şəhərinin alman Kondor Legionu tərəfindən bombalanmasına həsr edilmiş "Gernika" (Guernica, 1937) əsəri xüsusi qeyd edilə bilər. Pikasso uşaqlığından gəncliyinədək realistik tərzdə rəsmlər çəkməklə əsrarəngiz incəsənət bacarığı nümayiş etdirib. XX əsrin ilk onilliyində yeni mülahizələri, texnikaları və düşüncələri ilə təcrübə apardığından onun incəsənətdə istiqaməti dəyişmişdir. Pikassonun yaradıcılıq bacarığı özünü rəssamlıq, heykəltaraşlıq və dizaynla yanaşı, digər çoxsaylı təsviri və tətbiqi-incəsənət sahələrində də göstərirdi. Pikassonun yaradıcılıqda çevriliş etmiş nailiyyətləri ona dünya şöhrəti və həyatı boyu sərhədsiz uğurlar gətirmişdir ki, bu da onu XX əsr incəsənətinin ən məşhur şəxsiyyəti edib. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Talassa
Talassa, Falassa, Talatta (q.yun. Θάλασσα q.yun. Θάλασσα Θάλασσα, "dəniz") — qədim yunan mifologiyasınıda personaj, dəniz ilahəsi. Efir və Hemeranın qızı, Pontun həyat yoldaşı. Telxinlərin və Qaliyanın anası . Heykəli Korinfdə yerləşir, gənc Afroditanı əlində saxlamış vəziyyətdədir. . Talassa eyni zamanda Tefiinin epitetidir ; XXII Orfik himni ona həsr edilmişdir. == Maraqlı faktlar == A. Klarkın "Uzaq diyarın nəğmələri" povesti (1956) və romanı (1986)ndakı hadisələrin baş verdiyi okean-planet Talassa adlanır. Fransada Talassa adında (1975 — bu günə qədər) ətraf mühit, idman, insan və tarixi baxımdan dəniz və əlaqəli süjetlər mövzusundakı populyar həftəlik televeriliş yayımlanır. . Neptunun peyki Talassanın şərəfinə(1991) adlandırılmışdır.
Balint Balaşşi
Balint Balaşşi (mac. Gyarmati és kékkői báró Balassi Bálint, slovak. Valentín Balaša barón z Ďarmôt a Kameňa; 20 oktyabr 1554[…], Zvоlеn, Macarıstan krallığı[d] – 30 may 1594[…], Esterqom, Macarıstan krallığı[d]) — Macarıstan intibahının ən görkəmli şairlərinindən biri idi. Əsasən macar dilində yazırdı, lakin latın, italyan, alman, polyak, türk, slovak, xorvat və rumın dillərində də danışa bilirdi. Müasir Macarıstanın lirik və erotik şeirinin banisidir. == Həyatı == Balint Balaşşi Macarıstan Krallığının Zolyom (hal-hazırda Slovakiyanın Zvolen şəhəri) şəhərində anadan olmuşdur. Peter Bornemisa və anası Anna Sulyokdan təhsil almışdır. Polşada sürgündə olan atasına təsəlli vermək üçün Maykl Bokun Wurlzgertlein für die krancken Seelen əsərini tərcümə etmişdir, bu onun ilk işi idi. Atasının reabilitasiyası zamanı onu məhkəməyə aparmış və eyni zamanda 1572-ci ildə Macarıstan Krallığının paytaxtı Pressburqda (indiki Bratislava) keçirilən tacqoyma mərasimində iştirak etmişdir. Daha sonra isə orduda xidmət etməyə başladı və Şimal-şərqi Macarıstanda yerləşən Eqer qalasında zabit kimi türklərə qarşı vuruşdu.
Pablo Pikasso
Pablo Ruiz Pikasso (isp. Pablo Ruiz Picasso; 25 oktyabr 1881, Malaqa, İspaniya — 8 aprel 1973, Müjen, Fransa), tam adı Pablo Dieqo Xose Fransisko de Paula Xuan Nepomuseno Mariya de los Remedios Sipriano de la Santisima Trinidad Martir Patrisio Ruiz i Pikasso (isp. Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santísima Trinidad Martyr Patricio Ruíz y Picasso) — ispan, fransız rəssamı, heykəltaraşı, qrafiki, keramisti və dizayneri, XX əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biri. Jorj Brakla birlikdə üçsəthli cismin orijinal tərzdə bir yerdə yerləşdirlimiş səthlər sırası kimi təsvir edildiyi kubizm cərəyanının banisidir. Ən məşhur əsərləri sırasında erkən-kubist "Avinyonlu qızlar" (Les Demoiselles d'Avignon, 1907) və İspaniya vətəndaş müharibəsi zamanı dinc Gernika şəhərinin alman Kondor Legionu tərəfindən bombalanmasına həsr edilmiş "Gernika" (Guernica, 1937) əsəri xüsusi qeyd edilə bilər. Pikasso uşaqlığından gəncliyinədək realistik tərzdə rəsmlər çəkməklə əsrarəngiz incəsənət bacarığı nümayiş etdirib. XX əsrin ilk onilliyində yeni mülahizələri, texnikaları və düşüncələri ilə təcrübə apardığından onun incəsənətdə istiqaməti dəyişmişdir. Pikassonun yaradıcılıq bacarığı özünü rəssamlıq, heykəltaraşlıq və dizaynla yanaşı, digər çoxsaylı təsviri və tətbiqi-incəsənət sahələrində də göstərirdi. Pikassonun yaradıcılıqda çevriliş etmiş nailiyyətləri ona dünya şöhrəti və həyatı boyu sərhədsiz uğurlar gətirmişdir ki, bu da onu XX əsr incəsənətinin ən məşhur şəxsiyyəti edib. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Palazzo memarlığı
Palasso (it. Palazzo, lat:palatium – saray) — italyan Renessansı üçün xarektrik olan saray-mülk tipi. XV əsrdə meydana gəlmişdir (əsasən Florensiyada; memar F.Brunelleski və başqaları). Klassik Palassolar fasadı küçəyə baxan 3, bəzən 2, yaxud 4 mərtəbəli binadan, tağlı sırasütunlarla əhatələnən daxili həyətdən ibarət olurdu. Palassonun 1-ci mərtəbəsində xidmət, 2-ci mərtəbəsində qonaq, 3-cü mərtəbəsində yaşayış otaqları yerləşirdi. XVI əsrə aid Palassolarda (memarlar Roma və Florensiyada Donato Bramante, Mikelancelo; Viçentsada Andrea Palladio; Veronada Michele Sanmikeli və başqaları) order elementlərinin rolu artır, binanın kompozisiyası ətraf mühit ilə əlaqələnirdi. == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Palaçço Farneze
Palasso Farnezi və ya Farnezi sarayı (it. Palazzo Farnese) — Roma şəhərində intibah dövrünə aid nümunələrdən biri olan saray, palasso. Artıq 100 ildən artıqdır ki, bu sarayda Fransa respublikasının səfirliyi yerləşir.
Talassa (peyk)
Talassa (yun. Θάλασσα) və ya Neptun IV — Neptunun daxili peyklərindən biri. Bu peykə Yunan mifalogiyasıda dəniz allahı olan Talassanın adı verilib. Talassa eyni zamanda yunanca dəniz deməkdir. Talassa 1989-cu il sentyabrın ortalarında Voyacer 2 zondu tərəfindən çəkilmiş şəkilərdən əvvəl kəşf edilmişdir və müvəqqəti olaraq S/1989 5 adlandırılmışdır.Kəşf 1989-cu il sentyabrın 29-da elan edilmişdir.Adı isə 16 sentyabr 1991-ci ildə verilmişdir.Talassa düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır.Qeyri-adi nizamsız hissələri təxminən disk formasında görünür. Talassanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin.Nisbətən daha tez bir vaxta ola bilsin ki,qırıntılar yayaraq Despiranın orbiti ilə toqquşsun.
Xulian Palasios
Xulian Palasios Qutyerres (isp. Julián Palacios Gutiérrez; 23 avqust 1880, Madrid — 1947, Madrid) "Yeni Futbol Cəmiyyəti"nin (1901-ci ildən etibarən "Madrid Futbol Klubu" adlanır) yaradıcılarından biri və ilk prezidenti. Xulian Palasios tarixə "Real Madrid"i quran şəxslərdən biri kimi düşüb. O, klubun rəsmi qeydiyyata alınana qədər (1900-cü ildən 6 mart 1902-ci ilə qədər) ilk rəsmi prezidenti hesab olunur. İspaniyada yerləşən "Ödənişsiz Təhsil Müəssisəsinin" (Institución Libre de Enseñanza .isp) müəllim və tələbə heyəti 1897-ci ildə "Skay Futbol" (Sky Football .ing) Cəmiyyətini (Sociedad .isp) yaratdılar. Bu klub "Cəmiyyət" (Sociedad .isp) adı ilə tanınmağa başlandı. Həmin dövrdə "Cəmiyyət" Madrid şəhərində yerləşən və oyunlarını Moncloa bölgəsində keçirən yeganə klub idi. 1900-cu ildə "Cəmiyyət"in üzvləri arasında fikir ayrılığı yarandı. Bir qrup şəxs klubu tərk edərək "Skay Futbol"dan fərqlənmək üçün "Yeni Futbol Cəmiyyəti" (Nueva Sociedad de Football .isp) adlanan klub yaratdılar. Bu şəxslərin arasında Xulian Palasios da var idi.
Amsar Palasa
Amsar Palasa — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Amsar Palsa kəndi 1962 ilində qurulmuşdur və Dağ Amsarın yaylağı kimi işlədilmiş ve əhalinin gedərək ora axişmasi nəticəsində Amsar palsa kəndi yaranmışdır. Amsarpalsa kəndinin üst tərəfindən Ağ çay keçir və kəndin dörd bir tərəfi alma bağları ile əhatə olunur.[mənbə göstərin] == Əhalisi == Kəndin əhalisi 500 nəfər təşkil edir. Burada azərbaycanlıların yanı sıra 1993 ildə Özbəkistandan köç etmiş Axısqa türkləri də yaşayır. 500 nəfərin çoxunluğunu Axısqa türkləri təşkil etməktədir.
Palasi (Talış)
Palasi (fars. پلاسي‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,357 nəfər yaşayır (314 ailə).
Palazzo Çigi-Saraçini
Palazzo Çiqi-Saraçini İtaliya, Toskana, Sienanin mərkəzində Terzo di Çittada olan Via di Çittadakı qotik tipli şəhər sarayıdır. 2014-cü ildə Accademia Musicale Chigiana burda yerləşirdi. XII əsrdə Mareskotti ailəsi tərəfindən tikilmişdir. Qalqano Luçarini Saraçininin evi idi və sonra Fabio Çiqi Luçarini Saraçininin mülkü oldu. Saray, "əyri fasad və arxa həyətə malik qotik gözəlliyi" kimi təsvir olunur. == Tarix == XII əsrin ortalarından etibarən qala sahibi olan Sieanın aristokratik Mareskotti ailəsi o gün sarayın yanında qüllə tikdi. Onların emblemi (uzanan qanadları olan bir qartal) fasadın çarx pəncərələrində görünürdü. Sonradan yenidənqurma işləri qotik strukturuna gətirib çıxardı. 1506-cı ildə Piççolimini-Mandoli ailəsi binanı satın aldı və bir İntibah memarlığı üslubunda saray daxili, kortil və lojistik bərpa etdi. 1770-ci ildə sahibi Marçantonio Saraçini 1824-cü ilə qədər davam edən binanın bərpasını həyata keçirdi, oğlu Qalqanoya miras qaldı.
Palazzo Çiqi-Saraçini

Talassa (Neptunun peyki)
Talassa (yun. Θάλασσα) və ya Neptun IV — Neptunun daxili peyklərindən biri. Bu peykə Yunan mifalogiyasıda dəniz allahı olan Talassanın adı verilib. Talassa eyni zamanda yunanca dəniz deməkdir. Talassa 1989-cu il sentyabrın ortalarında Voyacer 2 zondu tərəfindən çəkilmiş şəkilərdən əvvəl kəşf edilmişdir və müvəqqəti olaraq S/1989 5 adlandırılmışdır.Kəşf 1989-cu il sentyabrın 29-da elan edilmişdir.Adı isə 16 sentyabr 1991-ci ildə verilmişdir.Talassa düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır.Qeyri-adi nizamsız hissələri təxminən disk formasında görünür. Talassanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin.Nisbətən daha tez bir vaxta ola bilsin ki,qırıntılar yayaraq Despiranın orbiti ilə toqquşsun.
Guillermo Lasso
Guillermo Alberto Santiago Lasso Mendoza (16 noyabr 1955, Quayakil[d], Quayas[d], Ekvador) — Ekvadorun keçmiş prezidenti.
Kristal Palas
Kristal Palas Futbol Klubu - İngiltərədə London şəhərində yaradılmış peşəkar klub. 1905-ci ildə yaradılan klub kubok oyunlarını öz stadionunda oynayırdı. Lakin Birinci Dünya Müharibəsi səbəbi ilə öz meydançasından aralı qaldı. 1924-cü ildə "Selhurst Park" stadionuna köçmüşdür. 1920-ci ildə ölkədə Southern çempionatı keçirildi və bu mövsümün çempionu Kristal Palas oldu. Komanda 1964-cü ildən ölkənin əsas turnirlərində iştirak edir. 1992-ci ildə stadionda səhlənkarlıq üzündən baş vermiş yanğından sonra UEFA tərəfindən sərt cəzalandırılmışdır. 1990-91 və 2015-16-cı illərdə İngiltərə FA Kubokunun finalında oynamışdır. Kristal Palas klubunun adı, 1851-də Londonda sərgi üçün inşa edilən bir şüşə sarayın adından gəlməkdədir.
Mantıka Palas
Qazi muzeyi – İlkaddım, Samsun, Məcidiyyə prospekti üzərində olan bir muzey. Mustafa Kamalın Samsuna ilk gəlişində qaldığı Mantika Palas adlı otelin bərpa edilməsi ilə 1940-cı ildə ziyarətə açılmışdır. Bina tam olaraq Məcidiyyə küçəsində, 25 pafta, 273 ada və 3 parseldə yerləşir. İki mərtəbəli olan tarixi quruluşun xarici divarları yığma kərpic, daxili bölmələri bağdadidir. == Tarixi == Muzeyin olduğu bina, bəzi mənbələrə görə Jean Ionnis Mantika , bəzi mənbələrə görə də Yanko Abacıoğlu tərəfindən 1902-ci ildə Mantika Palas adıyla otel olaraq inşa edilmişdir. 19 may 1919-cu ildə 9-cu Ordu Müfəttişi Mustafa Kamalın Samsunda olacağını bildirdiyi zaman, xidmətsiz bir otel təşkil edildi və Qazi xidmətinə verildi. Mustafa Kamal bu oteldə 25 may 1919-a qədər qaldı. Milli Mübarizədən ayrıldıqdan sonra Havzaya hərəkət etmək üçün oteldən ayrıldı. Atatürk, bu oteldə Respublikanın elanından sonra 16–18 sentyabr 1928 və 22–26 noyabr 1930 tarixləri arasında qaldı. Atatürk, son səfərində qeyd dəftərində qeyd etdi: == Muzeyləşdirilməsi == Atatürkün hər Samsuna gəlişində yerləşdiyi otel 1924-cü ildə özünə, 1938'deki ölümüylə birlikdə vəsiyyəti gərəyi Makbule Xanım 'a verilmişdir.
Triumf Palas
Triumf Palas (rus. Триу́мф-Пала́с) — Moskvada yerləşən yaşayış binası. Triumf Palas, müxtəlif yüksəkliklərdən ibarət 9 kompleksdən ibarətdir. Ən hündür kompleksində antena 8 moduldan ibarətdir və hər birinin çəkisi 4-8 tondur. Onu yerləşdirmək üçün vertolyotdan istifadə edilərək 5-10 saat ərzində quraşdırılmışdır. Üstünlük xüsusiyyəti, tikilinin 53 metrlik antenası nəzərə alınmaqla 264.1 metr yüksəklikdə olan, 57 mərtəbəli tikili inşa edilmişdir. == Həmçinin bax == Avropanın ən hündür binalarının siyahısı Laxta-mərkəz Merkuri qülləsi == İstinadlar == == Xarici keçidlər == Vikianbarda «Триумф-Палас» ilə əlaqəli mediafayllar var. Rəsmi sayt Arxivləşdirilib 2018-10-10 at the Wayback Machine.
Kristal Palas FK
Kristal Palas Futbol Klubu - İngiltərədə London şəhərində yaradılmış peşəkar klub. 1905-ci ildə yaradılan klub kubok oyunlarını öz stadionunda oynayırdı. Lakin Birinci Dünya Müharibəsi səbəbi ilə öz meydançasından aralı qaldı. 1924-cü ildə "Selhurst Park" stadionuna köçmüşdür. 1920-ci ildə ölkədə Southern çempionatı keçirildi və bu mövsümün çempionu Kristal Palas oldu. Komanda 1964-cü ildən ölkənin əsas turnirlərində iştirak edir. 1992-ci ildə stadionda səhlənkarlıq üzündən baş vermiş yanğından sonra UEFA tərəfindən sərt cəzalandırılmışdır. 1990-91 və 2015-16-cı illərdə İngiltərə FA Kubokunun finalında oynamışdır. Kristal Palas klubunun adı, 1851-də Londonda sərgi üçün inşa edilən bir şüşə sarayın adından gəlməkdədir.
Palas-Otel (Rostov-na-Donu)
Palas-Otel — Rostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Rostov-na-Donu şəhəri Budyonnovski küçəsi ev 43/53 ünvanında yerləşir. Bina 1880-ci illərində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. İnşası zamanı üç mərtəbədən ibarət olsada hazırfa beş mərtbəlidir. Ampir stilinə,sahibdir. == Tarixi == Üç mərtənədən ibarət ilan bina 1880-ci illərdə Kuşnaryovun tütün fabriki kimi inşa edilmişdir. Bina Budyannovdki küçəsi ilə Kazan küçələrinin qoğuşduğu əraziyə yaxın yerləşir. 1914-cü ildə «Y. S. Kuşnaryov cəmiyyəti» Aslanidinin tütün fabriki ilə birlikdə Asmilovun tütün fabrikinə birləşdirilir. 1914—1915-ci illərdə bina ampir stilində yenidən bərpa edilmişdir.