Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Belıy
Belıy — Rusiya Federasiyasının Tver vilayətində şəhər.
Beqiç
Beqiç (?-11 avqust 1378)— Qızıl Orda tümənbəyisi, Mamayın ordusuna başçılıq etmişdi. Voşe çayı sahilində Dmitri Donskiyə və onun müttəfiqlərinə qarşı vuruşmuşdu. Bir çox tümənbəyilərlə (Xazibəy, Koverqa, Karabuluk, Kostrov) birlikdə 50 minlik ordunun başında məğlub olmuş, öldürülmüşdü. == Ədəbiyyat == Греков И. Б., Шахмагонов Ф. Ф. «Мир истории. Русские земли в XIII—XV веках». М.: «Молодая гвардия», 1988.
Fəqih
İranın Ali Rəhbəri (fars. رهبر ایران‎; translit. rəhbər-i muazzam-i iran), İslam İnqilabının Ali Rəhbəri (fars. رهبر معظم انقلاب اسلامی‎; translit. rəhbər-i muazzam-i inğilab-i islami), Rəhbər (fars. رهبر‎), Fəqih (fars. فقیه‎) və ya rəsmi olaraq Ali Rəhbərlik Orqanı (fars. مقام معظم رهبری‎; translit. məqam muazzam rəhbəri) — İran İslam Respublikasının ali dövlət vəzifəsi. Silahlı qüvvələr, məhkəmə sistemi, dövlət televiziyası və digər əsas hökumət təşkilatları İranın Ali Rəhbərinin idarəsi altındadır.
Fəqir
Fəqir (ərəb. فقیر‎ — yoxsul) — Keçmiş Sufizm termini olub mənası kasıb deməkdir. == Ümumi məlumat == "Fəqr" (fəqirlik) anlayışı dini ədəbiyyatda bir neçə mənada işlədilir. Ərəb dilindən tərcüməsi "yoxsul, kasıb, möhtac" deməkdir. Mənaların birinə görə, bütün insanlar fəqirdirlər, çünki Allah-təalanın mərhəmətinə möhtacdırlar. Yalnız Allah qənidir (zəngindir, ehtiyacsızdır): "Allah zəngindir, siz isə yoxsulsunuz". Digər mənaya görə, fəqirlik – maddi yoxsulluq, kasıblıq deməkdir. Bəzi ayə və hədislərdə bu cür fəqirlik insanın imanına zərər yetirə biləcək pis bir hal kimi göstərilir: "Şeytan sizi yoxsulluqla qorxudaraq, alçaq işlərə sövq edər…". "Fəqirdənsə qəbir yaxşıdır" (İmam Əli (ə)). Fəqirliyin bu cür dəyərləndirilməsinin səbəbi budur ki, kasıb insan özünün və ailəsinin dolanışığını təmin etmək üçün başqalarına, hətta dinsiz və mənəviyyatsız şəxslərə də möhtac olar, bununla öz şəxsiyyətini, müstəqilliyini itirər, alçalar.
Pekin
Pekin (çin. 北京, pinyin Běijīng) – Çin Xalq Respublikasının paytaxtı. 21 milyondan artıq əhalisi ilə dünyanın ən çox əhalisi olan paytaxt şəhəri və Çinin Şanxaydan sonra ən çox əhalisi olan şəhəridir. Şimali Çində yerləşir və 16 şəhər, şəhərətrafı və kkənd rayonları ilə Dövlət Şurasının birbaşa nəzarəti altında bir bələdiyyə kimi idarə olunur. Pekin cənub-şərqdə qonşu Tyantszin istisna olmaqla, əsasən Hebei ilə əhatə olunub; birlikdə, üç bölmə Jing-Jin-Ji metropolitan ərazisini və Çinin Milli Paytaxt Bölgəsini təşkil edir. Pekin qlobal şəhərdir və mədəniyyət, diplomatiya, siyasət, maliyyə, biznes və iqtisadiyyat, təhsil, tədqiqat, dil, turizm, media, idman, elm-texnologiya və nəqliyyat sahəsində dünyanın aparıcı mərkəzlərindən biridir. == Adı == "Şimali Paytaxt" anlamı verən Çin dilində 北京 və Pinyin çevirmə sistemində yazılan Běijīng sözü Beycin [beɪ̯˨˩˦t͡ɕiŋ] dinlə kimi tələffüz olunur. Rus dilində yerli dil qaydalarına və çin dilinin səslərin analoqu olmadığına görə Пекин (Pekin) kimi qəbul olunub və eyni şəkildə büyün Sovet xalqlarının dillərinə keçib. Qeyd etmək olar ki, tarixi türkdilli mənbələrdə bu şəhər Xanbalıq kimi adlanıb. == Köhnə Binalar == Məhz Pekin şəhəri əsasda qalalarla əhatə iki şəhərdən ibarətdir: Daxili Şəhər sərhədləri içində qalan keçmiş İmperiya Şəhərinin bir hissəsi olan "Yasaq Şəhərdə" İmperiya Sarayı yer alır.İç Şəhərin düz şimal-cənub xətti üzərində qurulu olan simmetrik və düzbucaqlı planı, son dərəcə maraqlıdır.
Pelit
Pelit — <0,001 mm və ya <0,005 mm ölçülü hissəciklərdən təşkil olunmuş (mənşəyi və tərkibliindən asılı olmayaraq) çökmə süxurların ümumi adı. Hissəciklərinin ölçüləri <0,01 mm-dən kiçik olan dib çöküntüləri (lillər) də pelit adlanır. Pelit fraksiyası çökmə süxurların və dib çöküntülərinin ölçüləri <0,01 mm hissəciklərdən ibarət olan fraksiyası. Pelit quruluş çox kiçik ölçülü (<0,01 mm) hissəciklərindən (95%-dən çox) ibarət çökmə süxur quruluşu; gil və gil şistləri, argillit və mergellər, vulkanik tuflar və bəzi klastik süxurlar üçün səciyyəvidir. Pelitləşmə — kaliumlu çöl şpatlarının epimaqmatik proseslər, yaxud aşınma nəticəsində dəyişilməsinin ilk mərhələsi. Nəticədə pelit (kaolin və b.) yaranır, minerallar şəffavlığını itirir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Penis
Peqas
Peqas (bürc)
Peyin
Peyin — Torpağın münbitliyini və məhsuldarlığını artırmaq üçün torpağa verilən gübrədir. Bu gübrələr uzaq məsafələrə göndərilməyib yalnız istehsal olunduğu yerdə işlənildiyindən onlara yerli gübrələr də deyilir. Hazırkı intensiv əkinçilik sistemində peyin nəinki bitkilərin qidalanmasını yaxşılaşdırır, eyni zamanda o, torpaq əmələgəlmə prosesində münbitləşməyə təsir göstərən ən güclü ekoloji təmiz vasitədir == Tərkibi == Peyinin tərkibi bitkilərin qidalanması üçün lazım olan azot, fosfor, kalium, kalsium, maqnezium və kükürd kimi qiymətli elementlərlə zəngindir. Təzə peyində orta hesabla 75% su, 25% quru maddə, 0,5% azot, 0,25% fosfor, 0,6% kalium, 0,35% əhəng, 0,15% maqnezium olur. Göstərilən elementlərin orta hesabla miqdarı mal-qaranın növündən, yemlənməsindən və peyinin saxlanmasından asılı olaraq dəyişə bilər.Ən çox nəmliyə malik peyin qaramaldan ifraz olunur. Bu peyində bitki üçün lazım olan qida maddələrinin faizi nisbətən azdır. At və qoyun peyinin tərkibində nəmlik faizi qaramal peyininə nisbətən az olur, qidalı maddə ilə zəngindir. Burada əsasən azot və kaliumun miqdarı 0,67% −0,89%-ə qədər çatır. Donuz peyini qaramal və ata görə orta səviyyədə durur. Peyinin zənginliyi qidalı elementlərin hansı formada olmasından da çox asılıdır.
Vəliy
Vəli ( الْوليّ , cəm أَوْلِيَاء , ʾawliyāʾ , "hakim", "qoruyan" kimi müxtəlif tərcümə edilən ərəb sözü. Müsəlmanlar tərəfindən ən çox müqəddəs, " Allahın dostu" mənasında istifadə olunur. Tərif artikli (ərəbcə: ال ) əlavə olunarsa, Allahın adlarından biri (ərəbcə: الْولي ) alınır; "Köməkçi, Dost" deməkdir. Xristian müqəddəsin İslam ekvivalenti olaraq vəli “xüsusi ilahi lütf... müqəddəsliklə qeyd olunan” və “Allah tərəfindən seçilmiş və möcüzələr kimi qeyri-adi hədiyyələrlə təchiz edilmiş” təsvir edilir.Övliya təlimi ilkin İslam tarixinin çox erkən mərhələlərində Quranın bəzi ayələri və bəzi hədislərə istinad etməklə müsəlman alimləri tərəfindən irəli sürülmüşdür Övliya məzarları, Müsəlman dünyasının hər yerində xüsusən eramızın 1200-cü ilindən sonra bərəkət axtaran müsəlman kütlələri üçün ziyarət mərkəzlərinə çevrildi. İlk müsəlman hagioqrafiyaları İslam mistik təsəvvüf hərəkatının sürətlə yayılmağa başladığı dövrdə yazıldığından, sonralar ortodoksal sünni İslamda böyük övliya sayılan şəxsiyyətlərin əksəriyyəti Bəsrəli Həsən (vəfatı 728), Farkad Səbahi (ö. 729), Davud Tai (ö. 777–781), Rabia (ö. 801), Maruf Kerhi (ö. 815) və Bağdadlı Cüneyd (ö.
Bəqi
Əl-Bəqi (ərəb. مقبرة البقيع‎) — ‏Mədinədə (Səudiyyə Ərəbistan) qəbiristanlıq, ən-Nəbəvi məscidindən cənub-şərqə yerləşdirilmişdir. Qəbiristanlıqda Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının qohumlarının çoxsu dəfn edilmişdir. Onlardan biri üçüncü xəlifə Osman ibn Əffan olmuşdur. Və həmçinin də İmam Həsən (ə). == Tarix == Məhəmməd peyğəmbər 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə gəldi. Əl Bəqi böyük torpaq sahəsi idi. Ən-Nəbəvi məscidin tikintisi zamanı, peyğəmbər bu torpaq sahəsini yetim uşaqdan aldı. == Qəbiristanlıqda dəfn edilmişlər == Abbas ibn Əbdülmütəllib — Məhəmməd peyğəmbərin əmisi. Həsən ibn Əli — Məhəmməd peyğəmbərin nəvəsi, ikinci şiə imamı.
Artin Penik
Artin Penik (1921, Konstantinopol, Osmanlı imperiyası – 15 avqust 1982, İstanbul) - Erməni əsilli türk vətəndaşı. Artin Penik həyatının 20 ilini Türkiyədən kənarda yaşamışdır. Uzun müddət ABŞ-də yaşayan Artin Penik sonralar Türkiyə qayıtmışdır. Əsənboğa hava limanında terror aktının törədilməsindən sonra, ASALA terror təşkilatına etiraz olaraq, Artin Penik 1982-ci il, 15 avqust tarixində İstanbul şəhərinin Taksim meydanında üzərinə benzin tökərək, özünü yandırmışdır. Dərhal xəstəxanaya çatdırılmış və 2 saat müddətində üzərində ağır cərrahi əməliyyat aparılmışdır. Bədənin böyük bir qisminin yanması, səbəbindən Artin Penik -1 dərəcəlik otaqda saxlanılmışdır. Həkimlərin bütün cəhtlərinə baxmayaraq, Artin Penik xəstəxanaya gətirildikdən 5 gün sonra vəfat etmişdir. Artin Penik vəfat etməsindən iki gün əvvəl Türkiyə dövlət televiziyasına müsahibə vermişdir. Müsahibədə, özünü yandırdığına görə peşman olmadığını və bu addımı heç kimin təsirinə düşmədən atdığını bildirmişdir. == İstinadlar == == Xarici keçidlər == Artin Penikin ilk və son müsahibəsi (VIMEO) Artin Penikin müsahibəsiı (Youtube) Hüriyyət qəzetində Artin Penik haqqında xəbər və onun özünü yandırmazdan əvvəl yazdığı məktubu.
Basıl Tegin
Basıl Tegin — bir neçə ay hakimiyyətdə qalmış Qərbi Göytürk xaqanı.
Bayan-Ölgiy
Bayan-Ölqiy vilayəti (monqolca: Баян-Оглий аймаг; Qazaqça: Бай-Өлке; Azərbaycan Türkcəsi: Bay-Ölkə; "Zəngin Ölkə") — Monqolustanın 21 vilayətindən (aymaqından) biri. Özündə 13 rayonu (sumu) birləşdirən Bayan-Ölqiy vilayətinin ərazisi 45 704 Km2-dır. == Ərazisi == 1939-cu ildə yaradılan Bayan-Ölqiy vilayətinin ərazisi 45 704 Km2-dır. Bayan-Ölqiy vilayətinə 13 rayon (sum) daxilidir. Vilayətini paytaxtı Tsaqaannuur şəhəridir. == Əhalisi == 2017-ci ildə olan məlumatlara əsasən Bayan-Ölqiy vilayətinin əhalisinin 88,7% i Qazaqlardan ibarət olup cəmi 101 592 nəfərdir.
Boa regia
Python regius (lat. Python regius) — əsl pitonlar cinsinə aid ilan növü.
Bulbophyllum perii
Bulbophyllum perii (lat. Bulbophyllum perii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Buqiy dili
Buqi dili (Basa Ugi, Bahasa Bugis, Bugis, Bugi, De),əsasən İndoneziyanın Sulavesi adalarının cənub hissəsində dörd milyon nəfər tərəfindən danışılan dil.
Böyük Pelis
Böyük Pelis adası — Yapon dənizində, Böyük Pyotr körfəzi ərazisində, Rimsk-Korsakov arxipelaqına daxil olan ən böyük ada Vladivostokdan 70 km cənub-şərqdə yerləşir. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı Xasan rayonu ərazisinə daxildir. Uzaqşərq dəniz qoruğunun bir hissəsini təşkil edir. Adada daimi əhali yoxdur. Yay-payız ayları adanı turistlər ziyarət edir. == Tarixi == Böyük Pyotr körfəzinincənub-qərbində yerləşən adaları fransız dənizçiləri "Kapriz" briqində kəşf edirlər. Onlar adanı "Iles Pelees" (tərcümədə "çılpaq adalar" mənasını verir. 1854-cü ildə Pallada freqatı və Vostok şxunu adalara yan alaraq onları Korkasov olaraq adlandırmışlar. 1862–1863-cü illərdə adaları podpolkovnik Vasili Matveeviç Babkin tərtqiq edərək adaları "Vostok" şxununun kapitan-leytinantı Voin Andreeviç Rimski-Korkasovun şərəfinə adlandırır. 1863-cü ildə Vasili Matveyeviç Babkin "Kalevala" gəmisində arxipelaqı tətqiq edir.
Böyük təqib
Böyük təqib və ya Diokletian təqibi — 303–313-cü illərdə, Roma imperiyasında imperator Diokletian dövründə başlanan və onun xələfləri tərəfindən davam etdirilən xristianlara qarşı sonuncu və ən şiddətli təqib.303-cü ildə tetrarxlar Diokletian və Maksimian, Qaleri və Konstansi Xlor xristianların mülki hüquqlarını rəsmi olaraq ləğv edən və onlardan ənənəvi Roma dini ayinlərinə riayət etmələrini tələb edən fərman vermişdilər. Sonradan kahinlərə qarşı yeni fərmanlar verilmiş, eləcə də imperiyanın bütün sakinlərini paqan qurbanları kəsməyə məcbur etmişdir. Təqiblərin intensivliyi imperiya daxilində regiona görə müxtəlif olmuşdur. O vaxt Konstansinin hökm sürdüyü Qalliyada və İngiltərədə yalnız ilk fərman yerinə yetirilmiş və buradakı təqiblər imperiyanın şərq hissəsindəkindən daha zəif idi. Cəza qanunları tədricən ləğv edilmiş və Böyük Konstantin tərəfindən 313-cü ildə verilən Milan fərmanı ilə nəhayət bu dövr sona çatmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Лебедев, Алексей Петрович. Эпоха гонений на христиан и утверждение христианства в греко-римском мире при Константине Великом. Библиотека христианской мысли. Исследования. СПб.: Издательство Олега Абышко.
Canis Degiya
Canis Degiya (10 mart 1975) — Naurulu qadın ağır atlet. 48 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Naurunu təmsil edir. Canis Degiya dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1998 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Cenchris regia
Python regius (lat. Python regius) — əsl pitonlar cinsinə aid ilan növü.
Cəgir (Təbriz)
Cəgir — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Atəşbəy kəndistanında, Səriskənd qəsəbəindən 25 km qərbdədir.
Drosera regia
Drosera regia (lat. Drosera regia) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Eqüiy (kanton)
Eqüiy (fr. Aiguilles) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azür, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0501. Eqüiy kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Eqüiy kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 2 175 nəfər təşkil edirdi.
Ey Reqib
Ey Reqib (kürd. ئهٔ ره‌قیب / Ey Reqîb) — Kürdüstan Regional Hökumətinin milli himni. == Sözləri (Kurmanc dili) == Ey Reqîb!