Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Persi
Persi - İrəvan quberinyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon mərkəzindən 68 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Bizə görə, toponim «açıq çöl, bozqır» (rus. открытая степы) mənasında işlənən par(pər) sözü ilə bağlıdır. «Per» sözü İran toponimlərinin tərkibində «dağ», «sıra dağlar» mənasında işlənir. Kənddə 1831-ci ildə 76 nəfər, 1873 - cü ildə 225 nəfər, 1886-cı ildə 229 nəfər, 1897-ci ildə 266 nəfər, 1908-ci ildə 323 nəfər, 1914 - cü ildə 345 nəfər, 1916-cı ildə 285 nəfər, 1918-ci ildə 323 nəfər, 1919 - cu ildə 124 nəfər azərbaycanlı yaşamışdır. 1918-1919 - cu illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və xaricdən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. İndi ermənilər yaşayır. Pərsi kəndində 1918-ci ildə 400 nəfər əhalisi olmuşdur.
Persi (İzer)
Persi (fr. Percy) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38301. Kommunanın 1999-cu il üçün əhalisi 111 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 591 ilə 1 880 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 45 km cənubda yerləşir.
Persi Bricmen
Persi Vilyam Bricmen (21 aprel 1882[…], Kembric, Massaçusets – 20 avqust 1961[…]) — ABŞ fiziki. Yüksək təyziq haqqında işinə görə 1946-cı ildə fizika üzrə Nobel mükafatı laureatı olmuşdur. O, həmçinin geniş şəkildə elmi fəlsəfənin elmi metodlarını və digər təsirlərini işləmişdir.
Persi Forman
Persi Evqeniy Forman (21 iyun 1902 – 25 avqust 1988) — cinayət işləri üzrə amerikalı hüquq-müdafiəçisi (Xyuston, Texas ştatı) Texas Hüquq məktəbini 1927-ci ildə bitirmişdir. Persi qeyri-mütəşəkkil olduğuna, pis geyindiyinə və baha qiymət oxuduğuna görə bədnam şöhrət qazanmışdır. Lakın o, taktika ustası idi. 1500 ölüm cəzası ilə nəticələnməli olan işlərindən cəmi 53 uduzmuş və onlardan cəmi biri yerinə yetirilmişdir. Formanın müştərilərindən biri Ceyms Erl Rey olmuşdur (Martin Luter Kinqin güllələnməsində təqsirli bilinmişdir) və Forman ona günhı boynuna götürməyi məsləhət vermişdir. Ola bilsin ki, Forman o vaxt onun həyatını xilas etmişdir. Lakın Rey onu sonradan işdən çıxartmışdır (vəkil kimi), və Formanı "Fırıldaqçı Persi" adlandırırdı.
Persi Fosett
Persi Fosett (ing. Percival Harrison Fawcett; 18 avqust 1867[…], Torki, Devon qraflığı və ya Birləşmiş Krallıq – güm. 1925[…], Matu-Qrosu) — məşhur ingilis etnoqrafı və səyyahı. Braziliyanın Atlantidanın ərazisində yerləşməsi haqqında fərziyyəni podpolkovnik rütbəsini qazanan məşhur ingilis alimi və səyyahı Persi Harrison Fosett (1867–1925?) dəstəkləyirdi. 1921-ci tarixində, bölgəyə oğlu və dostu Raleigh Rimell ilə yolçuluğa çıxdılar. Yolçuluğun başlarında, Salvador yaxınlarında qalıntılar tapdılar. Fawcett, bu duruma çox sevindi və hələ tapa bilmədiyi itmiş sivilzasiyaya "Z" adını verdi. Bu itmiş uyqarlığı tapmaq üçün çox tələsirdi. 20 aprel 1925 günü üç yoldaş, piranalarla dolu çayları keçdiler. Daha sonra, Braziliyanın "Mato Grosso" bölgəsinə doğru irəlilədilər.
Persi Liza
Karlos Persi Liza Spinoza və ya qısaca Persi Liza (10 aprel 2000) — Perunun Sporting Cristal klubu və Peru milli komandasında hücumçu cinah müdafiəçisi kimi çıxış edən perulu peşəkar futbolçu.
Persi Slec
Persi Slec (ing. Percy Sledge; 25 noyabr 1941 — 14 aprel 2015) — amerikalı müğənni, daha çöx özünün 1966-cı ildə "Billboard Hot 100" hit-paradında və "Billboard"ın R&B çartında birinci yeri tutmuş — "When a Man Loves a Woman" mahnısı sayəsində məşhurluq qazanıb. Müğənni 2005-ci ildə "Rok-n-Roll Şöhrət Zalı"na qəbul edilib. 2004-cü ildə Rolling Stone jurnalı "When a Man Loves a Woman" mahnısının Persi Slecin ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 54-cü yerə layiq görmüşdür. Mahnı 2011-ci ilin siyahısında 53-cü yerdə qərarlaşıb. "When a Man Loves a Woman" mahnısının Persi Slecin ifasında olan versiyası eyni zamanda "Rok-n-Roll Şöhrət Zalı" tərəfindən tərtib edilən — 500 Songs That Shaped Rock and Roll siyahısına daxildir.
Persi Hobart
Persi Hobart və ya Sir Percy Cleghorn Stanley Hobart (14 iyun 1885[…], Naynital[d], Britaniya Hindistanı – 19 fevral 1957[…], Farnem[d], Surrey) - İngilis mühəndisi və tank zabitidir. O, İkinci Dünya Müharibəsi zamanı Böyük Britaniyanın 79-cu Zirehli Diviziyasına komandanlıq etmişdir. Xüsusilədə Müasir Zirehli Müharibələr ilə bağlı olan nəzəriyyələri ilə tanınır. Tankların döyüş meydanlarında ilk dəfə olaraq müvəffəqiyyətlə istifadə edildiyi ilk döyüş olan Kembray döyüşündə tankların hərəkətini planlaşdırmışdır. O, məşhur komandir Bernard Montqomerinin qaynıdır.
Cersi
Cersi (ing. Jersey [ˈdʒɜrzi], fr. Jersey [ʒɛʁˈzɛ], norm. Jèrri) — La Manş boğazında Normand adaları qrupunun ən böyük adası, Böyük Britaniya ərazisidir. == Haqqında == Cersi adası Fransa sahilləri yaxınlığındadır. Adanın sahəsi 116,3 kv. km-dir. Hühdürlüyü dəniz səviyyəsindən 148 metrdir. Ada kristallik suxurlardan ibarətdir. İri şəhəri və portu Sent-Helierdir.
Pepsi
Pepsi — PepsiCo şirkəti tərəfindən istehsal olunan qazlı kola içkisi. ABŞ-nin Şimali Karolina ştatında anadan olan Caleb Bradham tərəfindən tapılmışdır. 1898-ci ildə New Bern, Şimali Carolinada "Brad's Drink" ("Bradın içkisi") olaraq satışa çıxarıldı və Bradham, içkisini öz əczaxanasında (aptekində) düzəltdi. Bradham 1898-ci ildə rəqibindən 100 dollar qarşılığında "Pep Cola" ticarət adını satın alaraq istifadə etməyə başlamışdır. Daha sonradan 1909-cu ildə Pepsi markası coca-colaya satılaraq Pepsi Cola adını aldı və bir ehtimalla adı, istehsalında istifadə edilən həzm fermenti Pepsi ilə qola fındığından gəlməkdədir. Kimyaçı olan Caleb Bradham, Pepsi'ni həzmə köməkçi olması və enerji verməsi məqsədiylə inkişaf etdirmişdir. İlk Pepsi 1893-cü ildə satışa təqdim edilmişdir. 1906-cı ildə ABŞ Qida İnstitutunun içki içərisində zərərli bir maddə olmadığını görməsiylə satışı sərbəst buraxılmışdır. Artan tələbin də təsiriylə ilk qablaşdırma fabrikləri Şimali Karolina əyalətinin Durham və Charlotte şəhərlərində qurulmuşdur. Bu gün dünyanın bir çox ölkəsində qablaşdırma və istehsal fabriki olan Pepsi, demək olar ki, bütün ölkələrdə satılmaqdadır və böyük bir bazar payına malikdir.
Perüi
Perüi (fr. Peyruis, oks. Peirueis) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Perüi kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04149. 2008-ci ildə əhalinin sayı 2542 nəfər təşkil edirdi. 2007-ci ildə 1521 nəfər əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 1080 nəfər iqtisadi fəal, 441 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.0%, 1999-cu ildə 67.0%). Aktiv fəaliyyət göstərən 938 nəfərdən (546 kişi və 392 qadın), 142 nəfər işsiz (50 kişi və 92 qadın) idi.
Pərdi
Pərdi — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Pərdi kəndi Yardımlı rayonunun Gilar kəndindən köçmüş qədim Gilar bəglərinin yaylağıdır. Gilar kəndinin bəgləri ən qədim pirlər nəslidir və Pərdi də pir-dailəri, yəni pir-tanrıları deməkdir. Ən qədim mənbələrdə Pərdi kəndi Parda kimi qeyd olunur. 19 əsr sənədlərində Yardımlı ərazisindəki Gilar kəndi Pərdi-Gilar adlanır və köçərilər kimi qeyd olunur. Bu köçərilik isə birbaşa mənada yox, sufi mənadadır. Ən qədim mənbələrdə "Dağ və səhralarda dolaşan qüdrəti midiyalılar" dedikdə məhz Gilar bəgləri nəzərdə tutulurdu. Cəlilabad rayonunun 10-a yaxın kəndi (Edişə, Şabanlı, Qasımbəyli və s.) məhz Gilar bəglərin törəmələrinin yaşadığı kəndlərdir. Pərdili oyk. Cəlilabad r-nunun Xanəgah i.ə.v.-də kənd.
Pərpi
Pərpi (Parpi) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur. İrəvan xanlığının Karbibasar mahalında kənd adı. Yerli tələffüz forması Parbi. XX əsrin əvvəllərinə aid mənbədə də Eçmiadzin qəzasında Parbi kimidir. V əsr erməni tarixçisi Lazar Parblının doğulduğu kənddir. İlk dəfə V əsrdə adı çəkilir. 1728-ci ilə aid mənbədə kəndin Abdulla Əhməd oğluna məxsus olduğu göstərilir.. XIX əsrdə Qars əyalətində Par-qadan (kənd), Parget (kənd), Naxçıvanda Pardıx (dağ) adları ilə ehtimal ki, mə'naca eynidir. Mə'nası mə'lum deyil. Orta əsrlərdə kənddə Azərbaycan türkləri yerləşdirmişdir.
Yersi
Yersi — Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda kənd. Yersi kənd yaşayış məntəqəsinin inzibati mərkəzi. 2150 nəfərdir Milli tərkibi: Azərbaycanlılar. Mono etnik kənddir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər. 1899-cu ildə kənddə Kərim Məmmədbəyov — sovet dövlət xadimi, 1931-1937-ci illərdə Dağıstan MSSR-in xalq Komissarları Sovetinin Sədri anadan olub .
Ersi
Ersi (Xoy)
Pers
Pers bir neçə mənada işlənilə bilər: qədim yunan mifologiyası və ədəbiyyatında (q.yun. Πέρσης): Pers (titan) — qədim yunan mifologiyasında kiçik titan, Kriya və Evribiyanın oğlu. Pers (Heliosun oğlu) — qədim Yunan mifologiyasında Tavrida padşahı, Helios və Perseidanın oğlu. Pers (Perseyin oğlu) — qədim yunan mifologiyasında Əhəmənin atası, Əhəmənilərin əcdadı, Persey və Andromedanın oğlu, farsların bir çox dillərdə yayılmış "pers" adı məhz bu qəhramanla bağlıdır. Pers — "İşlər və günlər" əsərində adı çəkilən Hesiodun qardaşı. Sen-Jon Pers (1887—1975) — Fransa şairi.
Pers.
Xristian Henrix Person (nid. Christiaan Hendrik Persoon, 1761—1836) — Niderland botaniki və mikoloqu. Neuer versuch einer systematische Eintheilung der Schwämme. In: Römers Neues Magazin für der Botanik 1794, 1 p. 109 (alm.) Observationes mycologicae (lat.) (Leypsiq, 1796—1799, 2 cilddə) Tentamen dispositionis methodicae fungorum in classes, ordines, generae et familias (lat.) (Leypsiq, 1797) Commentatio de fungis clavaeformibus (lat.) (Leypsiq, 1797) Icones et discriptiones Fungorum minus cognitorum (lat.) (Leypsiq, 1798—1800, 2 buraxılış) Commentarius, Schaefferi fungorum Bavariae indigenorum icones pictas, differentiis specificis etc. illustrans (lat.) (Erlangen, 1800) Icones pictae rariorum Fungorum (lat.) (Paris, 1803—1808,4 buraxılış) Traité sur les Champignons comestibles (fr.) (Paris, 1819) Mycologia Europaea seu completa omnium fungorum in variis Europaeae regionibus detectorum enumeratio, methodo naturali disposita, descriptione succincta, synonymia selecta et observationibus criticis additis (lat.) (Erlangen, 1822—1828, 3 cilddə) Sinopsis plantarum seu Enchiridium botanicum (lat.) (Paris, 1805—1807, 2 cilddə), Species Plantarum seu Enchiridium botanicum (lat.) (Sankt-Peterburq, 1817—1821, 5 cilddə).
Pəri
Pəri — Əfsanələrdəki personajlar, uçan varlıqlar Şotlandiyanın 95% əhalisi uçan pərilər haqqında olan əfsanələrə XIX əsrin ortalarına qədər inanırdı. Həmin müddət ərzində artıq Londonda metro belə tikilmişdi, lakin bu əhalinin ağılında uşaq vaxtlarından onlara danışılan nağıllar mühüm rol oynamışdı. Şotlandlar qızlarının, müxtəlif ev heyvanlarının, hətta həyat yoldaşlarının belə onlar tərəfindən qaçırıldığını düşünə bilərdilər. Zaman keçdikcə pərilərə inam Şotlandiyadan keçərək Avropaya doğru istiqamətlənməyə başladı, daha sonra isə bütün dünyanı əhatə etdi, lakin əsl həqiqətə uyğun məlumatlar hələ də dünyada məlum deyil. Bir çoxları pərilərin ölmüş insanların ürəklərindən meydana gəldiyini deyirdi, bir çoxları isə göydə uçan mələklərin yerə enərək pəriyə çevrildiyini düşünürdü. Əsl həqiqət isə həmişə mistika ilə qarışırdı. Con Frensis Kembell 1860-cı ildə özünəməxsus bir teoremlə önə çıxdı. O, bildirdi ki, pərilər sadəcə adalarda yaşayan balaca insanlardır. Bu teoremi 2004-cü ilə kimi araşdırmağa davam etdilər. Bir gün İndoneziya adalarından arxeoloji qazıntılar nəticəsində maraqlı bir fakt üzə çıxarıldı.
Georq Persi Badqer
Georq Persi Badqer (ing. George Percy Badger; aprel 1815 – 21 fevral 1888, London) —ingilis şərqşünası. == Həyatı == Georq Persi Badqer 1815-ci ildə Londonun şimal-şərqindəki Chelmsfordda doğulmuşdu. Ailəsi, uşaqlığı və yetişmə tərzi haqqında yetərli bilgi yoxdur. İngilis ordusunda çavuş olan atası, ehtimalən vəzifəylə getdiyi Maltada öldüyündə Badqer on doqquz yaşındaydı. Burada sıxıntı içində və qeyda dəyər bir rəsmi təhsil almadan yetişdi. Xarici dil öyrənməyə qarşı böyük bir qabiliyəti olduğundan qısa zamanda Malta dilini və xalq ərəbcəsinin məhəlli bir ləhcəsi olan bu dilə hakimiyəti sayəsində digər Orta Şərq ləhcələrini öyrəndi. Georq Persi Badqer 1835–1836-cı illərdə gerçəkləşdirdiyi ilk Orta Şərq ziyarəti çərçəvəsində getdiği Beyrutda Ərəb dilində çalışmalarını davam etdirdi. Maltaya dönüşündə qatıldığı Anglikan Kilisəsi Misyonerlik Təşkilatının (Anglican Church Missionary Society) Vallettadakı nəşriyyatın Ərəb dili bölümündə mütərcim və mətbəəçi olaraq təhsil gördü. Burada, aralarında modern Ərəb dili və ədəbiyatının öncülərindən olan Livanlı məşhur yazıçı Faris əş-Şidyakın da olduğu elm adamları və səyyah vaizlərdən mütəşəkkil bir qrupa qatıldı.
Persi Bisş Şelli
Persi Biş Şelli (4 avqust 1792[…], Horşam[d], Uest Sasseks[d][…] – 8 iyul 1822[…], Speziya, Liquriya və ya Viarecco, Toskana) — ingilis ədəbiyyatı və romantizm dövrünin ən əhəmiyyətli şairlərindən biri. Etonda təhsil almışdır. 1811-ci ildə yazdığı "Ateizmin lazımlılığı" adlı məqaləsinə görə Aksforddan atıldı və atası tərəfindən də rədd edilmiş və Londona getmişdir. Orada Harriet Vestbruk adlı bir qadınla evlənmişdir.
Persi Biş Şelli
Persi Biş Şelli (4 avqust 1792[…], Horşam[d], Uest Sasseks[d][…] – 8 iyul 1822[…], Speziya, Liquriya və ya Viarecco, Toskana) — ingilis ədəbiyyatı və romantizm dövrünin ən əhəmiyyətli şairlərindən biri. Etonda təhsil almışdır. 1811-ci ildə yazdığı "Ateizmin lazımlılığı" adlı məqaləsinə görə Aksforddan atıldı və atası tərəfindən də rədd edilmiş və Londona getmişdir. Orada Harriet Vestbruk adlı bir qadınla evlənmişdir.
Robin van Persi
Robin van Persi (Niderlandca tələffüz: [ˈrɔbɪn vɑmˈpɛrsi] ( dinlə)) (6 avqust, 1983) — hollandiyalı keçmiş futbolçu. Əsas mövqeyi hücumçu olsa da, lazım olanda sağ, sol cinahda və hücumçu arxasında da oynayıb. O, 2005–2017-ci illərdə Niderland milli futbol komandasında çıxış edib. Robin van Persi Rotterdamda böyüdü. Və həmin Şəhərin Ekselsior Rotterdam klubunda futbola başladı. Mövsüm əvvəlində Robin van Persi Feyenoord ilə 3.5 illik müqavilə imzaladı. Van Persi bu klubda 2002-ci ildə UEFA Avropa Liqasını qazanmışdır. Keçirdiyi üç ildə 61 matçda 14 qol atmışdır. Robin Van Persi bu klubda 194 oyunda 96 qol atmışdır. Hollandiyalı 86 oyunda 48 qol atmışdır.
Keti Perri
Ketrin Elizabet Hadson (ing. Katheryn Elizabeth Hudson; 25 oktyabr 1984, Santa-Barbara, Kaliforniya) — və ya səhnə adı Keti Perri (ing. Katy Perry) kimi tanınan ABŞ müğənnisi və bəstəkarı. Kiçik yaşlarından kilsələrdə çıxış edən Ketrin yeniyetməlik dövründə qospel ifaçısı olaraq musiqi karyerasına başlamaq qərarına gəlmişdir. Gənc müğənni Red Hill Records albom şirkəti ilə müqavilə imzalamış və 2001-ci ildə Katy Hudson adlı ilk qospel albomunu çıxartmış, lakin albom reklam cəhətdən müğənni üçün heçdə uğurlu olmamışdır. Red Hill Records-la əlaqələrini dayandırdıqdan sonra o, 2002-ci ildə beynəlxalq musiqi aləminə qatılmaq məqsədilə Los-Ancelesə köçmüşdür. O Los-Ancelesdə bir neçə tanınmış prodüserlərlə işləməyə başlamışdır. Növbəti dörd il boyunca müğənni iki albom şirkəti ilə anlaşmalar imzalamış və hər iki anlaşma ona həvəsində olduğu şöhrəti qazandıra bilməmişdir. "Keti Perri" səhnə adını götürdükdən sonra müğənni 2007-ci ilin aprel ayında Capitol Records albom şirkəti ilə növbəti anlaşma imzalamışdır. Keti Perri 2008-ci ildə One of the Boys adlandırdığı ikinci studio albomunda yer alan "I Kissed a Girl" və "Hot n Cold" sinqlları ilə dünyada şöhrət qazanmağa nail olmuşdur.
Keyti Perri
Ketrin Elizabet Hadson (ing. Katheryn Elizabeth Hudson; 25 oktyabr 1984, Santa-Barbara, Kaliforniya) — və ya səhnə adı Keti Perri (ing. Katy Perry) kimi tanınan ABŞ müğənnisi və bəstəkarı. Kiçik yaşlarından kilsələrdə çıxış edən Ketrin yeniyetməlik dövründə qospel ifaçısı olaraq musiqi karyerasına başlamaq qərarına gəlmişdir. Gənc müğənni Red Hill Records albom şirkəti ilə müqavilə imzalamış və 2001-ci ildə Katy Hudson adlı ilk qospel albomunu çıxartmış, lakin albom reklam cəhətdən müğənni üçün heçdə uğurlu olmamışdır. Red Hill Records-la əlaqələrini dayandırdıqdan sonra o, 2002-ci ildə beynəlxalq musiqi aləminə qatılmaq məqsədilə Los-Ancelesə köçmüşdür. O Los-Ancelesdə bir neçə tanınmış prodüserlərlə işləməyə başlamışdır. Növbəti dörd il boyunca müğənni iki albom şirkəti ilə anlaşmalar imzalamış və hər iki anlaşma ona həvəsində olduğu şöhrəti qazandıra bilməmişdir. "Keti Perri" səhnə adını götürdükdən sonra müğənni 2007-ci ilin aprel ayında Capitol Records albom şirkəti ilə növbəti anlaşma imzalamışdır. Keti Perri 2008-ci ildə One of the Boys adlandırdığı ikinci studio albomunda yer alan "I Kissed a Girl" və "Hot n Cold" sinqlları ilə dünyada şöhrət qazanmağa nail olmuşdur.
Kristina Perri
Kristina Perri (19 avqust 1986, Filadelfiya) — amerikalı müğənni, bəstəkardır.
Çerri-Hill (Nyu-Cersi)
Çerri-Hill (ing. Cherry Hill) — ABŞ-nin Nyu-Cersi ştatındakı Kamden dairəsində yerləşən şəhər.