Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gotcha
Gotcha – “qoça” - proqramda, sistemdə istənilən kimi işləməyən nəsnə. C dilində “qoça”ya klassik nümunə: if (a=b) code; sintaktik cəhətdən düzgündür. O, b dəyişəninin qiymətini a-ya mənimsədir və sonra a sıfır deyilsə, code hesablanır. Əslində isə, proqramçı, yəqin ki, bunu nəzərdə tutmuşdu: if (a==b) code; yəni, əgər a və b dəyişənlərinin qiymətləri bərabərdirsə, code hesablansın. Müasir kompilyatorlar belə konstruksiyaya rast gəldikdə, xəbərdarlıq edir. Bu “qoça”dan qaçmaq üçün bəzi proqramçılar konstatları müqayisə işarəsinin solunda saxlamağı, məsələn, х == 42 deyil, 42 == х yazmağı tövsiyə edir. Beləliklə, == operatorunun əvəzinə = operatorundan istifadə olunması kompilyator xətasına səbəb olur. Başqaları isə belə yazılışın kodun oxunuşunu çətinləşdirdiyini hesab edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Pobeda
Pobeda (Arxangel) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Pobeda (maşın) — SSRİ istehsalı olan minik avtomobili. Pobeda kinoteatrı — Novoçerkassk şəhəri ərazisində açılmış ən qədim kinoteatr.
Potensa
Potentsa (it. Potenza) — İtaliyanın Bazilikata regionunun paytaxtı. == Əhalisi == 60.757 min nəfərdir. == Sahəsi == 173 km²-dir.
Protea
Proteya (lat. Protea) — proteyakimilər fəsiləsinə aid bitki cinsi.
Proteya
Proteya (lat. Protea) — proteyakimilər fəsiləsinə aid bitki cinsi.
Proteza
Proteza — Azərbaycan dilinin əlamətdar xüsusiyyətlərindən biri budur ki, söz daxilində saitlər, sözün başında və sonunda isə samitlər yanaşı gəlməz. Buna görə də qrammatik dəyişmədə və alınma sözlərdə səs yanaşmaları olduqda yanaşı həmcins səsləri bitişdirmək üçün müəyyən səs əlavə olunur. Beləliklə də, dilin fonetik sistemində səsartımı adlanan hadisə yaranır. == Təsnifatı == Səsartımı hadisəsi məqamına və vasitəsinə görə 2 cür formalaşır: Müxtəlif məqamda yanaşı düşən saitləri bitişdirmək üçün vasitəçi halında saitlər arasına müəyyən samit əlavə olunur. Samitartımı iki cürdür: Yazıda sabitləşən, yazıda sabitləşməyən. Yazıda sabitləşən samitartımı əsasən saitlə bitən sözə saitlə başlanan şəkilçinin bitişdirilməsi üçün istifadə olunan səsartımıdır. Yazıda sabitləşmiş samitartımı qanununun formalaşmasında, əsasən, üç bitişdirici samitdən istifadə olunur. N:aşağıdakı məqamlarda işlənir: 1)Saitlə bitən sözlərə təsirlik və yiyəlik hal şəkilçiləri bitişdiriləndə: ata-n-ı, ata-n-ın, güzgü-n-ü, güz-gü-n-ün və s. 2)Üçüncü şəxs mənsubiyyət şəkilçisi qəbul etmiş sözlərə hal şəkilçiləri bitişdiriləndə: onun qardaşı-n-a onun qardaşı-n-ı və s. 3)Bu, o əvəzliklərinə hər cür şəkilçi bitişdirildikdə: bu-n-a, o-n-a, bu-n-dan, o-n-da və s.
Pоjeqа
Pоjeqа (xorv. Požega) — Xorvatiyanın Pоjejskо-Slаvоnskаya bölgəsində yerləşən şəhər. 2011-ci il siyahıyaalmasına görə əhalisi 26,248 nəfərdir. Pоjejskо-Slаvоnskаya bölgəsinin inzibati mərkəzidir. == Tarixi == 1537-ci ildə Osmanlılar tərəfindən fəth edilən şəhər əvvəlcə Bosniya əyalətinin sancağına çevrildi və Kanije vilayətinin qurulmasından sonra bu əyalətə bağlandı. 1687-ci ildə Habsburqlar tərəfindən işğal edilənə qədər bir Osmanlı sancağı olaraq qaldı. == Demoqrafiyası == Aşağıdakı qəsəbələrdə şəhər inzibati ərazisinin ümumi əhalisi 26,248 nəfərdir. Etnik mənsubiyyətinə görə əhalisinin 93,24% xorvatlar, 4,66% serblər, 0,38% albanlar, 0,15% çexlər və başqaları.
İpoteka
İpoteka krediti — öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınan əşyaların girovudur. İpoteka qoyan ipoteka predmeti olan əşyanı girov qoyan şəxsdir. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər. İpoteka saxlayan ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının qanuni sahibidir.İpoteka dəyəri şəxsi vəsaitlərindən daha çox olan mənzil (ev) almağı planlaşdıran insanlar üçün lazımdır. İpoteka krediti mənzil (ev) almaq üçün kifayət qədər vəsait olmadıqda belə, insanlara öz şəxsi mənzillərində yaşamaq imkanı yaradır.Azərbaycan banklarında ipoteka krediti üzrə aylıq ödənişlər ya aylıq annuitet, ya da əsas borcun bərabər hissələrlə bağlanması yolu ilə həyata keçirilir. Annuitet ödəniş ipoteka krediti üzrə elə ödəniş formasıdır ki, bu zaman aylıq ödənişin məbləği bütöv kredit müddəti ərzində dəyişilmədən, sabit qalır.
Otena
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. == Yerləşməsi və adı == Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
Poema
Poema — İri həcmli nəzm əsəri poema adlanır. Poemada, adətən, müəyyən bir hadisə və ya əhvalat təhkiyə üsulu ilə təsvir olunur, lakin poemada təsvir olunan hadisələrin gedişində lirik lövhələrə də geniş yer verilir. Məsələn, Füzulinin "Leyli və Məcnun" poemasında hadisələr əsas qəhrəmanların həyatı ilə bağlı vahid bir sujet əsasında inkişaf edir, lakin poemada qəhrəmanların daxili aləminə uyğun lirik şeirlər də verilmişdir. Beləliklə, poemada hadisənin epik təsviri ilə lirik tərənnüm üzvü surətdə birləşir. Hadisələrin epik təsvirinə geniş yer verilən poemalar epik-lirik əsər adlanır. Lirik düşüncələrin üstünlük təşkil etdiyi əsərlərə isə lirik-epik əsər deyilir. Məsələn: Nizaminin "Xosrov və Şirin", Ş. İ. Xətainin "Dəhnamə", M. Füzulinin "Leyli və Məcnun" poemaları epik-lirik, M. F. Axundzadənin "A. S. Puşkinin ölümü haqqında Şərq poeması" şeiri, S. Vurğunun "Bəsti", H. Arifin "Yolda","Dilqəm", H. Cavidin "Azər" poemaları lirik-epik növə aiddir.
Poeza
Poeza (fr. Poëzat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qanna kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03209. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 118 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 86 yaşında (15-64 yaş arasında) 62 nəfər iqtisadi fəal, 24 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.1%, 1999-cu ildə 77.1%). Fəal olan 62 nəfərdən 54 nəfəri (27 kişi və 27 qadın), 8 nəfər işsiz (5 kişi və 3 qadın) idi. 24 fəaliyyətsiz 7 nəfər arasında şagird və ya tələbə, 12 nəfər təqaüdçü, 5 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Gotcha – “qóça”
Gotcha – “qoça” - proqramda, sistemdə istənilən kimi işləməyən nəsnə. C dilində “qoça”ya klassik nümunə: if (a=b) code; sintaktik cəhətdən düzgündür. O, b dəyişəninin qiymətini a-ya mənimsədir və sonra a sıfır deyilsə, code hesablanır. Əslində isə, proqramçı, yəqin ki, bunu nəzərdə tutmuşdu: if (a==b) code; yəni, əgər a və b dəyişənlərinin qiymətləri bərabərdirsə, code hesablansın. Müasir kompilyatorlar belə konstruksiyaya rast gəldikdə, xəbərdarlıq edir. Bu “qoça”dan qaçmaq üçün bəzi proqramçılar konstatları müqayisə işarəsinin solunda saxlamağı, məsələn, х == 42 deyil, 42 == х yazmağı tövsiyə edir. Beləliklə, == operatorunun əvəzinə = operatorundan istifadə olunması kompilyator xətasına səbəb olur. Başqaları isə belə yazılışın kodun oxunuşunu çətinləşdirdiyini hesab edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Patuha dağı
Patuha dağı Bandunqun cənub-qərbindəki təxminən 50 km məsafədə yerləşən bir əkiz stratovolkano dağ tipidir. Bu dağ Qərbi Yavanın Bandunq rayonunda yerləşir. Bu sahədə çoxsaylı vulkanı olan dağlardan biridir. Bölgədəki digər qruplar arasında bu dağ kimi Malabar, Vayanq və Papandayan dağları (2011-ci ilin avqustunda xəbərdarlıq siqnalı kimi yerləşdirilib) daxildir. Patuha dağının zirvəsi 600 m məsafəli iki vulkanik kraterdən ibarətdir. Şimal-qərbdə olan krater quru, lakin cənub-şərqdə Kavah Putih adlanan yaşıl-ağ (ya da ağ) krater gölü var. Kavah Putihdə əvvəllər bir kükürd mədəni var idi,hal-hazırda istehsal artıq dayandırılıb. Patuha Dağında olan püskürmələrin ətraflı dolğun məlumatı yoxdur. Patuha dağının yaxınlığında geotermal enerji üçün potensial sahələr mövcuddur və bunlar milli elektrik şəbəkəsini qidalandırmaq üçün nasazlığı olan zavodlara aid sahələr kimi inkişafı nəzərdə tutulub . Dövlətin geotermal enerji istehsalçısı PT Geo Dipa Energi Patuha dağının ərazisində bir layihəyə sərmayə qoymağı planlaşdırır.
Pobeda (Arxangel)
Pobeda (başq. Победа, rus. Победа) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Arx-Latış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 21 km, ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 27 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (36%), latışlar (27%) üstünlük təşkil edir.
Pobeda (maşın)
Qaz-M20 və ya Pobeda — SSRİ istehsalı olan minik avtomobili. Qorki Avtomobil Zavodu Qaz-11–73 maşınından sonra yeni 4-cü maşınını istehsal etdi. Bu SSRİ-nin 2-ci rəhbəri Josef Stalinin əmiri ilə qərarlaşdırıldı. Yəni II Dünya Müharibəsindən sonra oldu. 1946-cı ildə istehsal edildi. Düz 19 58-ci ilə qədər. Bu illərdə Qaz-M20 POBEDA-nın bir neçə eksportu istehsal edildi.Qaz-M20 POBEDA avtomobilinin 4*4 eksportuda vardır. Bu, M-72-dir. POBEDA eksportlarının və pobedanın ağırlığı 1460–1490 kq ağırlığı arasındadır. Qaz-M20 Pobeda bir neçə SSRİ ölkələrində yayılmışdır.
Pobeda kinoteatrı
Pobeda kinoteatrı — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində açılmış ən qədim kinoteatr. Kinoteatr Rostov vilayəti Novoçerkassk şəhəri Moskovskaya küçəsi ev 16 ünvanında yerləşirdi. Bina 1846-cı ildə inşa edilmişdir. Binada hazırda eyni adlı ticarət mərkəzi yerləşir. Binanın hazır ki, vəziyyəti idealdır. İki mərtəbədən ibarətdir. == Tarixi == Pobeda kinoteatrı (hazır ki, ticarət mərkəzi) Novoçerkassk şəhəri Komitetskaya və Moskva küçələrinin kəsişdiyi ərazidə yerləşir. Hazırda burada ticarət mərkəzi və mağazalar yerləşir. Bina 1846-cı ildə şəhər Tacir kazaklarının cəmiyyəti hesabına inşa edilmişdir. Cəmiyyət öz məqsədləri üçün binanın az bir qismini istifadə edirdi.
Potala sarayı
Potala sarayı — Çinin və Tibetin dünya əhəmiyyətli abidələrindən biri. == Tarixi == thumb|right|350px|Potala sarayı Xunşan qırmızı dağı Lxas şəhərinin şimal-qərbinə uzanır, orada möhtəşəm Potal sarayı yüksəlir. Tibet buddistlərinin ürəyində Xunşan, deyilənə görə, Bodisatva Quaninin həyat sürdüyü Putoşan dağından ayrılmazdır. Rəvayətə görə Potal sarayını Tufan çarı Srontszanqambo öz gələcək həyat yoldaşı – Tan şahzadəsi Vençen üçün 7-ci əsrdə tikdirmişdir. Xunşan dağının yamacı boyu ətəkdən zirvəyə qədər uzanaraq o, Tibet memarlığının 1000 tikilisini özündə birləşdirir. Tufan sülaləsinin süqutundan sonra hərbi hücumlar nəticəsində sarayın əksər zalları dağıdılmışdır, onların bərpasına 1645-ci ildə, Tsin hökumətinin dalay-lamanı Tibetin Beşinci hökmdarı təyin etməsindən sonra başlanmışdır. Onun xələfləri Potal sarayının genişləndirilməsi işlərini davam etdirmişlər və o, bizim günlərə gəlib çatan şəklini almışdır. Potal sarayı iki hissəyə bölünür – Poçjanqabo və Poçjanmabo. Şərqdə Poçjanqabo dalay-lamanın iqamətgahı rolunu oynayır, mərkəzdə Poçjanmabo buddist zallarını və matəm paqoda-həvənglərini özündə birləşdirir. Qərbdəki ağ evlərdə monaxlar və qulluqçular yaşayır.
Protea angolensis
Protea angolensis (lat. Protea angolensis) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protea aristata
Protea aristata (lat. Protea aristata) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protea aurea
Protea aurea (lat. Protea aurea) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protea auriculata
Protea eximia (lat. Protea eximia) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protea bauerii
Protea caffra (lat. Protea caffra) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protea bolusii
Protea caffra (lat. Protea caffra) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protea caffra
Protea caffra (lat. Protea caffra) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protea compacta
Protea compacta (lat. Protea compacta) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü. Dağılımı Kleinmond'dan Bredasdorp Dağlarına qədərdir və kəsilmiş çiçək sənayesindəki ən məşhur protealardan biridir.