Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pendik
Pendik İstanbul ilinin Anadolu yaxasında, Mərmərə dənizinə sahili olan və Kocaeli yarımadasında yerləşən bir rayondur. Cənub-şərqdən Tuzla, şərqdən Kocaelinin Gebze rayonu, şimaldan Şilə və Çəkməköy, qərbdən Kartal, Sancaktəpə və Sultanbəyli, cənubdan isə Mərmərə dənizi ilə əhatə olunub. Əhali sayına görə İstanbulun 4-cü, Anadolu Yakası isə ən sıx rayonudur. 1987-ci ilə qədər Kartal rayonunun qəsəbələrindən biri olub, 1987-ci ildən sonra Kartaldan ayrılaraq rayon olub. Sonra şərq qonşusu Tuzla 1992-ci ildə Pendikdən ayrıldı. Sonrakı illərdə Tuzlada olan Güzelyalı mahalı yenidən Pendikə bağlandı. Hazırda bələdiyyə sədri 2019-cu ildən Əhməd Cindir. == Coğrafiya == Təxminən 200 km2 əraziyə yayılmışdır və 9 km sahil xəttinə malikdir. Pendikin səth formaları ümumiyyətlə kobuddur. Dəniz sahili sahildən şimala doğru gil və qum və silisiumla örtülüdür.
Tənlik
Tənlik — məchulu olan bərabərlik. Dəyişənin (dəyişənlərin) tənliyi doğru bərabərliyə çevirən qiymətinə (qiymətlərinə) tənliyin kökü deyilir. == Qaydalar == Həqiqi ədədlər meydanında verilmiş tənlik üzərində aşağıdakı çevirmələrdən hər hansı biri aparılarsa, onunla eynigüclü olan tənlik alınar: Tənliyin hər tərəfinə eyni ədədi əlavə etmək olar. Tənliyin hər tərəfindən eyni ədədi çıxmaq olar. Tənliyin hər tərəfini 0-dan fərqli eyni ədədə vurmaq olar. Tənliyin hər tərəfini 0-dan fərqli eyni ədədə bölmək olar. == Növləri == === Birməchullu tənlik === Bir məchulu olan tənliklərə deyilir. Nümunə: x + 1 = 4 , x 2 + 3 = 2 x , 3 x = 9 {\displaystyle x+1=4,~x^{2}+3=2x,~3^{x}=9} === İkiməchullu tənlik === İki məchulu olan tənliklərə deyilir. Məsələn, a, b, c hər hansı ədədlər, x və y məchul olduqda, ax+by=c tənliyində x və y məchul olduqlarına görə ikiməchulludur.
Ponçik
Ponçik və ya donut – qızardılmış xəmirdən hazırlanan yemək növü. Şəkər və yağla zəngindir. Ponçikin bir çox çeşidi mövcuddur və amerikalılar tərəfindən naharda yeyilir. İki formada hazırlana bilər: simit donut və dəliksiz (dairə şəklində) ponçik. Ponçik şokolad, mürəbbə, krem kimi çox müxtəlif əlavələrlə birlikdə yeyilə bilər.
Barbara Stenvik
Barbara Stenvik (ing. Barbara Stanwyck; 16 iyul 1907 – 20 yanvar 1990) — Amerkia kinoaktrisası.
Tenciku Ronin
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. == Təxəllüsləri == Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir.Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. == Həyatı == === 1728–1763 === Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi. Ailəsinin başçısı olduqdan sonra soyadını Hiraqa olaraq dəyişmişdir.
Bircins tənlik
Bircins tənlik f {\displaystyle f} funksiyası bircins funksiya olduqda f ( x 1 , x 2 , … , x n ) = 0 {\displaystyle f(x_{1},x_{2},\dots ,x_{n})=0} şəklində tənlik. Əgər f ( λ x 1 , λ x 2 , … , λ x n ) = λ m ⋅ f ( x 1 , x 2 , … , x n ) {\displaystyle f(\lambda x_{1},\lambda x_{2},\dots ,\lambda x_{n})=\lambda ^{m}\cdot f(x_{1},x_{2},\dots ,x_{n})} olarsa, ( λ ∈ R , m ∈ N ) {\displaystyle (\lambda \in R,m\in N)} f {\displaystyle f} funksiyasına m {\displaystyle m} tərtibli bircins funksiya deyilir. x 1 = x 1 ( t ) , x 2 = x 2 ( t ) , … x n = x n ( t ) , {\displaystyle x_{1}=x_{1}(t),x_{2}=x_{2}(t),\dots x_{n}=x_{n}(t),} olarsa, verilən bircins tənlik birdəyişənli olur. Əgər f {\displaystyle f} funksiyası çoxhədlidirsə,bu çoxhədlinin bütün hədlərinin qüvvətləri m {\displaystyle m} -ə bərabər olur. Məsələn, 3 2 t − 5 ⋅ 6 t + 6 ⋅ 2 2 t = 0 {\displaystyle 3^{2t}-5\cdot 6^{t}+6\cdot 2^{2t}=0} tənliyi x = 3 t {\displaystyle x=3^{t}} və y = 2 t {\displaystyle y=2^{t}} dəyişənlərinə görə 2 tərtibli bircins tənlikdir. == Xarici keçidlər == Г.М. Фихтенгольц. КУРС ДИФФЕРЕНЦИАЛЬНОГО И ИНТЕГРАЛЬНОГО ИСЧИСЛЕНИЯ. ТОМ 1.
Eynigüclü tənlik
Eynigüclü tənlik — əgər, f 1 ( x ) = g 1 ( x ) {\displaystyle f_{1}(x)=g_{1}(x)} tənliyinin hər bir kökü f 2 ( x ) = f 2 ( x ) {\displaystyle f_{2}(x)=f_{2}(x)} tənliyinin kökü və ya əksinə, f 2 ( x ) = g 2 ( x ) {\displaystyle f_{2}(x)=g_{2}(x)} tənliyinin hər bir kökü f 1 ( x ) = g 1 ( x ) {\displaystyle f_{1}(x)=g_{1}(x)} tənliyinin kökü olarsa, belə tənliklərə eynigüclü tənliklər deyilir.
Funksional tənlik
Funksional tənlik — məchulu funksiya olan tənlik. Axtarılan funksiya müəyyən əməliyyatlarla (mürəkkəb funksiyanın əmələ gəlməsi əməliyyatları ilə) verilən məlum funksiyalarla bağlı olur. Adətən, axtarılan funksiyanın aid olduğu funksiyalar sinfi göstərilir. Məsələn, f ( x + y ) = f ( x ) + f ( y ) {\displaystyle f(x+y)=f(x)+f(y)} . Burada f {\displaystyle f} axtarılan funksiyadır. Bu funksional tənliyin həlli f ( x ) = α x {\displaystyle f(x)=\alpha x} funksiyasıdır(əgər tənliyin həlli kəsilməz funksiyalar sinfinə aiddirsə). f ( x y ) = f ( x ) + f ( y ) {\displaystyle f(xy)=f(x)+f(y)} və f ( x + y ) = f ( x ) ⋅ f ( y ) {\displaystyle f(x+y)=f(x)\centerdot f(y)} tənliklərinin kəsilməz həlləri, uyğun olaraq, y = l n x {\displaystyle y=lnx} və y = e x {\displaystyle y=e^{x}} funksiyalarıdır. Tək və cüt funksiyaların, dövri funksiyaların tərifləri funksional tənliklər vasitəsilə verilir.
Kvadrat tənlik
Kvadrat tənlik — a x 2 + b x + c = 0 {\displaystyle ax^{2}+bx+c=0} , ( a ≠ 0 {\displaystyle a\neq 0} ) şəklində olan tənliyə deyilir. Burada a, b, c sabit ədədlər, x isə məchuldur. a - birinci əmsal, b - ikinci əmsal, c - sərbəst hədd adlanır. Birinci həddin əmsalı (yəni a) 1-ə bərabər olan kvadrat tənlik Çevrilmiş kvadrat tənlik adlanır. Məsələn: ax²+bx+c=0 tənliyinin hər iki tərəfini a-ya bölməklə, x²+ b/a x +c/a=0 tənliyini alarıq. Burada b/a=p, c/a=q işarə etməklə, onu x²+px+q=0 şəklində yazmaq olar x²+px+q=0 𝐭ə𝐧𝐥𝐢𝐲𝐢𝐧ə ç𝐞𝐯𝐫𝐢𝐥𝐦𝐢ş 𝐤𝐯𝐚𝐝𝐫𝐚𝐭 𝐭ə𝐧𝐥𝐢𝐤 𝐝𝐞𝐲𝐢𝐥𝐢𝐫. 2x²-6x-8=0 tənliyinin hər iki tərəfini 2-yə bölməklə, onunla eynigüclü olan x²-3x-4=0 çevrilmiş kvadrat tənliyi alarıq == Viyet teoremi == Çevrilmiş kvadrat tənlikdə tənliyin kökləri cəmi əks işarə ilə ikinci əmsala, kökləri hasili isə sərbəst həddə bərabərdir. Viyet teoreminin tərsi-Tərs Teorem:m və n ədədlərinin cəmi p-yə hasili isə q-ya bərabər olarsa, bu ədədlər x²+px+q=0 tənliyinin kökləridir. İsbat: Tənlikdə x=m yazsaq, m²-(m+n)×m+mn=m²-m²-mn+mn=0 olduğunu alarıq, yəni m ədədi tənliyi ödəyəndir. x=n ədədinin də tənliyin kökü olduğunu eyni qayda ilə göstərmək olar.
Pencak silat
Pencak silat — İndoneziyanın milli idman növü. Pencak silat heç də yalnız idman deyil, o, eyni zamanda, insana öz nəfsini necə idarə etməyi və həyatını necə qorumağı öyrədir. == Yayılması == Bu idman növü İndoneziyada rəsmi olaraq 800 döyüş sənəti məktəbində və 13000 adada yayılmışdır. == Terminologiya == Bütün ölkədə yayılmağına baxmayaraq, bu döyüş növünün adı iki vilayətdə istifadə edilən iki termindən ibarətdir. Qərbi Yavada "pencak" sözü və onun dialektik növü "penca", Yava, Madura və Bali dialektində isə "mancak" növü yayılmışdır. Sumatrada isə "silat" və "silet" növü yayılmışdır. 1948-ci ildə İndoneziya vahid dövlət olduqdan sonra bütün bu ədəbi ifadə növləri onun ümumi terminologiyasında İkatan Pencak Silat İndonesia (qısaca İPSİ, azərb. İndoneziya Pencak Silat Cəmiyyəti‎) idarəsi tərəfindən birləşdirilmişdir. 1973-cü ildə isə müxtəlif məktəblərin nümayəndələri və stilistlər rəsmən "pencak silat" adının rəsmi söhbətlərdə işlənməsinə qərar verdilər. Baxmayaraq ki, indiki zamana qədər bəzi yerlərdə hələ də orijinal deyilişi qalmaqdadır.
Vera Mençik
Vera Mençik (çex. Věra Menčíková; rus. Ве́ра Фра́нцевна Ме́нчик Vera Frantsevna Menčik; 16 fevral (1 mart) 1906, Moskva – 26 iyun 1944, Klapem[d], Böyük London)— qadınlar arasında şahmat üzrə ilk dünya çempionu (1927–1944). == Həyatı == Vera Mençik 1906-cı il fevralın 16-da Moskvada anadan olmuşdur. Milliyətcə çex olan atası 9 yaşında ikən ona şahmat oynamağı öyrətmişdir. Vera isə oxumağı, şəkil çəkməyi,teatra getməyi üstün tuturdu. Lakin məktəb birinciliyində iştirak etməsi onun sonrakı şahmat taleyini həll etdi. 1921-ci ildə ailəsi şahmat ənənələri ilə məşhur olan Qastinqs şəhərinə köçür. Burada Vera Macarıstan qrosmeysteri Geza Marotsidən şahmatın sirlərini öyrənir. O, çox az müddətdə tərəqqiyə nail olur.
Artin Penik
Artin Penik (1921, Konstantinopol, Osmanlı imperiyası – 15 avqust 1982, İstanbul) - Erməni əsilli türk vətəndaşı. Artin Penik həyatının 20 ilini Türkiyədən kənarda yaşamışdır. Uzun müddət ABŞ-də yaşayan Artin Penik sonralar Türkiyə qayıtmışdır. Əsənboğa hava limanında terror aktının törədilməsindən sonra, ASALA terror təşkilatına etiraz olaraq, Artin Penik 1982-ci il, 15 avqust tarixində İstanbul şəhərinin Taksim meydanında üzərinə benzin tökərək, özünü yandırmışdır. Dərhal xəstəxanaya çatdırılmış və 2 saat müddətində üzərində ağır cərrahi əməliyyat aparılmışdır. Bədənin böyük bir qisminin yanması, səbəbindən Artin Penik -1 dərəcəlik otaqda saxlanılmışdır. Həkimlərin bütün cəhtlərinə baxmayaraq, Artin Penik xəstəxanaya gətirildikdən 5 gün sonra vəfat etmişdir. Artin Penik vəfat etməsindən iki gün əvvəl Türkiyə dövlət televiziyasına müsahibə vermişdir. Müsahibədə, özünü yandırdığına görə peşman olmadığını və bu addımı heç kimin təsirinə düşmədən atdığını bildirmişdir. == İstinadlar == == Xarici keçidlər == Artin Penikin ilk və son müsahibəsi (VIMEO) Artin Penikin müsahibəsiı (Youtube) Hüriyyət qəzetində Artin Penik haqqında xəbər və onun özünü yandırmazdan əvvəl yazdığı məktubu.
Elektrik neytrallıq tənlik
Xarici təsir olmadıqda yarımkeçiricilərdə əsas yük daşıyıcıların generasiyası valent zonasından keçirici və ya akseptor səviyyələrinə və yaxud donor səviyyəsindən keçirici zonaya keçidlərlə elektronların istilik həyəcanlanması hesabına baş verir. Bu zaman keçirici zonasında sərbəst elektronlar, valent zonasında isə sərbəst deşiklər əmələ qəlir. İki tərs proses - yük daşıyıcıların generasiyası və rekombinasiyası nəticəsində, yarımkeçirici kristalın tərkibində elektronların - n0 və deşiklərin -р0 konsentrasiyası tarazlıq halına gələrək istilik tarazlıq halını yaratmış olurlar. Sərbəst yük daşıyıcıların generasiyası hesabına yarımkeçiricilərdə hər zaman əks qiymətə malik yük daşıyıcılar əmələ gəlir. Beləliklə yarımkeçiri kristallarda yüklənmiş hissəciklərin cəm yükü sıfıra bərabər olur, bu isə yarımkeçiricinin elektrik olaraq tam neytrallığı deməkdir. Elektrik neytrallıq şərti bu cür ifadə olunur: n 0 + N A − = p 0 + N D + {\displaystyle n_{0}+N_{A}^{-}=p_{0}+N_{D}^{+}} burda n0 və р0 – elektronların keçirici zonasında və deşiklərin valent zonasında tarazlıq konsentrasiyasıdır; N A − {\displaystyle N_{A}^{-}} və N D + {\displaystyle N_{D}^{+}} - akseptor və donorların bir qat ionlaşmış atomların konsentrasiyasını ifade edir.