Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pupi Avati
Pupi Avati (it. Pupi Avati) və ya Cüzeppe Avati (it. Giuseppe Avati) — İtaliya kinorejissoru, prodüser və ssenarist. == Həyatı == Pupi Avati 3 noyabr 1938-ci ildə İtalyanın Bolonya şəhərində anadan olmuşdur. == Filmoqrafiya == 1968 - "Qan qohumluğu" / Balsamus, l'uomo di Satana 1969 - "Tomas və tilsimlənmişlər" / Thomas... gli indemoniati 1974 - La mazurka del barone, della santa e del fico fiorone 1976 - "Gülən pəncərəli ev" / La casa dalle finestre che ridono 1976 - Bordellо 1977 - "Bütün rəhmətliklər... ölülərdən başqa" / Tutti defunti... tranne i morti 1978 - "Caz-bend" (TV) / Jazz band 1979 - Le strelle nel fosso 1980 - Cinema (TV serial) 1981 - "Mənə yatmağa kömək edin" / Aiutami a sognare 1982 - Dancing Paradise 1983 - "Zeder — o biri dünyadan səslər" /Zeder (Voices From The Beyond) 1983 - "Tələbə yürüşü" / Una gita scolastica 1984 - "Üç nəfər / Noi tre 1984 - Impiegati 1985 - "Buraxılış axşamı" / Festa di laurea 1986 - Hamburger Serenade (TV serial) 1986 - Regalo di Natale 1986 - "Son dəqiqədə" / Ultimo minuto 1986 - Storie Incredibili 1987 - Sposi 1989 - "Oğlanların və qızların hekayəsi" / Storia di ragazzi e di ragazze (titrlərdə yoxdur) 1989 - È proibito ballare 1991 - "Qardaşlar və bacılar" / Fratelli e sorelle 1991 - "Biks" / Bix 1993 - "Maqnifikat" / Magnificat 1994 - Dichiarazioni d'amore 1994 - "Uşaqlıq dostu" / L'amico d'infanzia 1995 - Voci notturne 1996 - "Cadugər" / L'arcano incantatore 1996 - "Festival" / Festival 1998 - "Sağdış" / Il testimone dello sposo 1999 - "Mələklərin yolu" / La via degli angeli 2001 - "Səlib yürüşü cəngavərləri" / I cavalieri che fecero l'impresa 2003 - "Ürək səninlə deyil" / Il cuore altrove 2004 - La rivincita di Natale 2005 - "Qızlar axı nə vaxt gələcək?" / Ma quando arrivano le ragazze?
İmocen Puts
İmogen Pots (ing. Imogen Poots; 3 iyun 1989) — ingilis aktrisası və modeldir. == Həyatı == Pots 3 iyun 1989-cu ildə Londonun Hammersmith şəhərində irlandiyalı televiziya prodüseri Trevor Poots və ingilis jurnalist Fiona Qudallın qızı olaraq anadan olub. O, Brook Greendə qızlar üçün Bute House hazırlıq məktəbində, Cənubi Kensinqtonda Queen's Gate məktəbində və Londonun Hammersmith şəhərində Latymer Upper Schoolda oxuyub və burada 3A-ALevel əldə edib. İmogenin model kimi fəaliyyət göstərən Aleks adında böyük qardaşı vardır. Uşaq ikən İmogen baytar olmaq niyyətində idi, lakin bir gün şəxsən baytarlıq klinikasında əməliyyat zamanı qan görməsi İmogenin özünü pis hiss etməsinə səbəb olmuşdur. 14 yaşında gələcək aktrisa YoungBlood şirkətinin Hammersmithdəki teatr seminarında iştirak etməyə başlayır. Teatr studiyasının tərkibində o, nəinki aktyorluğu öyrənir, həm də improvizasiya və ssenaristliyin sirlərinə malik olur. Məhz o zaman Pots gələcəkdə nə etmək istədiyini başa düşür. 2008-ci ildə imtahanları müvəffəqiyyətlə verərək İmogen Londondakı Courtauld İncəsənət İnstitutunda təhsil almaq üçün qrant alır, lakin həmin zamanlarda o, artıq çəkilişlərlə məşğul olduğu üçün təhsilini iki il təxirə salmalı olur.
PPŞ-41
PPŞ-41 — 1940-cı ildə konstruktor Georgi Şpaqin tərəfindən ixtira edilmiş və 21 dekabr 1941-ci ildə Sovet Ordusu tərəfindən silahlanmaya qəbul edilmiş SSRİ pistolet-pulemyotu. İstehsalı son dərəcə asan olan bu avtomatdan gündə 3 min ədəd istehsal edilib. PPŞ-41-in istehsalı eyni zamanda Bakı da daxil olmaqla bir sıra SSRİ şəhərlərində həyata keçirilib. == Tarix == 1941-ci ildə istehsal xərcləri daha yüksək olan PPD-40-ın əvəzinə istehsal edilməyə başlanmışdır. PPŞ-41 İkinci dünya müharibəsinin ən məşhur silahı idi. Müharibə illəri ərzində bu silahdan 5–6 milyon ədəd buraxıldığı zənn edilir. Müharibədən sonrakı illərdə, silah Çində kopyalanmış və Koreya yarımadasındakı müharibə zamanı Çin quru qoşunlarının əsas döyüş silahı olmuşdur. 1980-ci illərdə isə silahdan Livan və Afrikada geniş istifadə edilmişdir. Zəif qaytarma gücünə və 150 metrə qədər dəqiq nişangah məsafəsinə malik olan PPŞ-41, istismar zamanı yüksək etibarlılığı ilə fərqlənir. Silahın lüləsini korroziyadan qorumaq üçün xüsusi xrom örtüyündən istifadə edilmişdir.
Samanta ups! (teleserial)
"Samanta Ups!" (fr. Samantha oups!) — Fransa skeç-komediya janrında teleserialı. == Məzmun == Serial iki rəfiqə qadının: sarışın Samanta Lo və onun ən yaxın rəfiqəsi qaraşın Şantal Matyö haqqında danışılır. Seriala komedik xüsusiyyət vermək üçün, baş rollarda kişilər çəkilib: David Strajmayster (və ya sadəcə "Dudi") Samantanı, Guillaume Carcaud ("Pepe")-ni oynayırlar. == Translyasiya == Serial ilk dəfə France 2 telekanalında 2004-2007-ci illərdə 2 epizod olaraq həftəiçi 5 gün, saat 7:50-də efirə verilirdi. Teleserial həmçinin Belçikanın Club RTL və Kanadanın Vrak.TV telekanallarında nümayiş etdirilir. Fransa-Belçikanın RTBF telekompaniyası serialın DVD versiyasını satışa buraxmışdı. == Rollarda == David Straymayster ("Dudi"): Samanta Lo Giyom Karko ("Pepe"): Şantal Matyö === İkincidərəcəli rollarda === "Gîte" formatını verdikdən sonra qatılıb Vincent Jaspard: Bələdiyyə başçısı Julien Cafaro: Baul Marie-Laure Descoureaux: Annabelle Delarinatonière Philippe Spiteri: Simon Quewa Philippe Vieux: Gontrand Eric Bougnon: Adémar Pierre-Yves le Louarn: Daniel Solange Milhaud: Consuella Lee Delong: Aniesca === DVD === Samantha oups ! - 1-ci mövsüm (24 avqust 2005) Samantha oups ! - 2-ci mövsüm (15 fevral 2006) Samantha oups !
Mana Puls Milli Parkı
Mana Puls Milli Parkı — Zimbabvenin şimalında 219,600 hektar ərazini əhatə edən vəhşi təbiəti mühafizə zonası və milli parkdır. Bura, aşağı Zambezi çayının hər yağış mövsümündən sonra düzənliyin geniş bir göl sahəsinə çevrildiyi bir regionudur. Göllər daha sonra getdikcə quruyur və geri çəkilir. Bu zaman bölgə bir çox iri heyvanı su axtarışına cəlb edir və bura, Afrikanın ən məşhur araşdırma bölgələrindən birinə çevrilir. Park 1984-cü ildə Sapi Safari bölgəsi (118,000 ha) və Çivour Safari sahəsi (339,000 ha) ilə birlikdə (ümumi 676,600 ha) UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Mana Puls həmçini, 3 yanvar 2013-cü il tarixində beynəlxalq əhəmiyyətli Ramsar bataqlıq ərazisi təyin edilmişdir. == Etimologiya == Mana şona dilində "dörd", Pool isə ingilis dilində "hovuz" deməkdir və parkın bu adı orta Zambezi yaylaları tərəfindən meydana gələn dörd böyük daimi hovuza istinad edir. == Ekologiya == Bu 2500 kvadrat kilometrlik çay sahili, adalar, qum sahələri və hovuzlar, maxaqoni, yabanı əncir, eboniya və baobab meşələri ilə əhatə olunmuş ərazilər Cənubi Afrikanın ən az inkişaf etmiş milli parklarından biridir. Park ölkədəki ən böyük begemot və timsah konsentrasiyasına və zebra, fil və Afrika kəlinin böyük quraqlıq mövsümdə ən böyük məməli populyasiyalarına malikdir. Bu ərazidə şir, hepard, Afrika vəhşi iti, bəbir və qonur kaftar da daxil olmaqla yaxın təhlükə altında olan növlər də mövcuddur.
Samanta ups! (teleserial, 2004)
"Samanta Ups!" (fr. Samantha oups!) — Fransa skeç-komediya janrında teleserialı. == Məzmun == Serial iki rəfiqə qadının: sarışın Samanta Lo və onun ən yaxın rəfiqəsi qaraşın Şantal Matyö haqqında danışılır. Seriala komedik xüsusiyyət vermək üçün, baş rollarda kişilər çəkilib: David Strajmayster (və ya sadəcə "Dudi") Samantanı, Guillaume Carcaud ("Pepe")-ni oynayırlar. == Translyasiya == Serial ilk dəfə France 2 telekanalında 2004-2007-ci illərdə 2 epizod olaraq həftəiçi 5 gün, saat 7:50-də efirə verilirdi. Teleserial həmçinin Belçikanın Club RTL və Kanadanın Vrak.TV telekanallarında nümayiş etdirilir. Fransa-Belçikanın RTBF telekompaniyası serialın DVD versiyasını satışa buraxmışdı. == Rollarda == David Straymayster ("Dudi"): Samanta Lo Giyom Karko ("Pepe"): Şantal Matyö === İkincidərəcəli rollarda === "Gîte" formatını verdikdən sonra qatılıb Vincent Jaspard: Bələdiyyə başçısı Julien Cafaro: Baul Marie-Laure Descoureaux: Annabelle Delarinatonière Philippe Spiteri: Simon Quewa Philippe Vieux: Gontrand Eric Bougnon: Adémar Pierre-Yves le Louarn: Daniel Solange Milhaud: Consuella Lee Delong: Aniesca === DVD === Samantha oups ! - 1-ci mövsüm (24 avqust 2005) Samantha oups ! - 2-ci mövsüm (15 fevral 2006) Samantha oups !
Apus apus
Qara uzunqanad (lat. Apus apus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü. Avropada, Asiyada və Afrikada yayılıb. Natamam sinantropdur. Köçəri növdür, ölkəmizdə yazda bala çıxarmaq üçün gəlir və qışı Afrikada keçirmək üçün payızda köçür. Bu quşlar ömrünün böyük əksəriyyətini (ilin 10 ayını) havada keçirirlər. Havada olarkən qidalanır, su içir, yatır və hətta havada cütləşir. Yerdən havalana bilmirlər. Belə olan halda onları yüksək bir yerdən buraxmaq və ya havaya atmaq lazımdır. Yalnız balalamaq üçün yuvalarına "qonurlar".
Apus
Uzunqanad (lat. Apus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinə aid heyvan cinsi.
Duks
Duks (lat. ducere sözündən götürülmüşdür, "başçı, rəhbər" mənasını daşıyır.) Qədim Romada dövlət titulu, legion ordu hissəsinin başçısı, əmr sahibi.
FIPS
FIPS 10-4 ölkələr, asılılıqlar, xüsusi suverenlik zonaları və onların əsas inzibati bölgüləri CIA World Factbook kimi bir çox nəşrlərdə coğrafi məlumatları emal etmək üçün ABŞ hökumətinin istifadə etdiyi iki hərfli ölkə kodlarının siyahısı idi. Bu standart, həmçinin DAFIF 0413 ed 7 Amdt kimi tanındı. № 3 (Noyabr 2003) və DIA 65-18 (Hərbi Kəşfiyyat İdarəsi, 1994, "Geosiyasi Məlumat Elementləri və əlaqəli elementlər"). FIPS 10-4 kodları ISO 3166-1 alfa-2 ölkə kodlarına bənzəyir (lakin bəzən uyğun deyil). Standart, eyni zamanda, lakin ümumiyyətlə ISO 3166-2 standartına uyğun olmayan ölkələrin ən yüksək səviyyəli bölmələri üçün kodları ehtiva edir. 2 sentyabr 2008-ci ildə FIPS 10-4 NIST (Milli Standartlar və Texnologiya İnstitutu) tərəfindən Federal İnformasiya Qenerasiya Standartı olaraq götürülmüş on standartdan biri idi. Milli Yer Kosmik-Kəşfiyyat Agentliyi 31 dekabr 2014-cü il tarixinə FIPS 10-4 texniki xidmətini dayandırdı. FIPS 10-4 kodları "Geosiyasi Şəxslər və Kodlar" adlı bir siyahı ilə əvəz edilmişdir.
Gips
Gips (material) — mükəmməl inşaat materialıdır. Gips (mineral) — mineral.
Gyps
Kərkəs (lat. Gyps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Gyps fulvus Gyps bengalensis Gyps rueppelli Gyps indicus Gyps tenuirostris Gyps himalayensis Gyps africanus Gyps coprotheres == Cinslər və növləri == Gypohierax Palma kərkəsi, Xurma kərkəsi (G. angolensis) Gypaetus Toğlugötürən (G. barbatus). Neophron Leşyeyən (N. percnopterus). Necrosyrtes Keşiş kərkəsi (N. monachus) Gyps Ağ çiyinli kərkəs (G. africanus) Benqal kərkəsi (G. bengalensis) İncədimdikli kərkəs (G. indicus) Xallı kərkəs (G. rueppellii) Himalay kərkəsi (G. himalayensis) Ağbaş kərkəs (G. fulvus). Kap kərkəsi (G. coprotheres) Aegypius Qara kərkəs (A. monachus). Torgos Düşük yanaqlı kərkəs (T. tracheliotus) Trigonoceps Ağ başlı kərkəs (T. occipitalis) Sarcogyps Qızıl başlı kərkəs (S. calvus) Azərbaycanda 4 növü var:Qara kərkəs (A. monachus);Ağbaş kərkəs (G. fulvus);Leşyeyən (N. percnopterus);Toğlugötürən (G.barbatus).
Hüms
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. == Tarixi == Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
Juss.
Antuan Loran de Jüsse (fr. Antoine-Laurent de Jussieu; 12 aprel 1748[…], Lion – 17 sentyabr 1836[…], Paris) — Fransız botaniki. Bitkilərin ilk təbii təsnifatının banisi (1789). Botanikaya fəsilə anlayışını daxil etmişdir.
Kaps
Kaps — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Kupe
Kupe, 2 və ya 4 oturacaqlı, 2 qapılı, 2 və ya 4 yan şüşələri olan üstü bağlı olan sərnişin daşımaq üçün nəzərdə tutulmuş olan avtomobil kuzası növüdür. 4 qapılı kupe (məsələn, mercedes cls350) nəqliyyat vasitələrində olduğu kimi, buradakı tərif də, tam deyil və ya səhvdir. İki nəfərlik olub bir arxa oturacağı olanlar klub kupe adlandırılmışdır. Avtomobil qısaltmaları kupeni daxili həcmi 934 litrdən daha az olan avtomobillər üçün tanıdığı halda, fransızlar sərnişin salonunun bir şüşə arakəsmə vasitəsilə sürücü bölməsindən ayrılaraq, maşının sürücüsünün açıqda, sərnişinlərinin isə qapalı məkanda hərəkət etdiyi ilk nəqliyyat vasitələrinə coupe chauffeur adını vermişdilər. Ümumiyyətlə, dörd oturacaqlı iki qapılı, arxa oturacaq yerləri sabit tavanlı, qabaqdakı oturacaq yerlərinin üstü açıla bilən maşınlar da coupe de ville ya da town coupe olaraq adlandırılmışdır. Renault və Bugatti bu addan Panel Brougham nəqliyyat vasitələri üçün istifadə etmişdirlər. Brougham, motorlu nəqliyyat vasitələrinin erkən mərhələlərində iki və ya dörd nəfərlik qapalı bir avtomobili təsvir etmək üçün istifadə edilmişdir. Belə avtomobillərin kəskin xətləri və hamar səthləri olanlarına isə Panel Brougham deyilmişdir. İki qapılı, sürücünün yanındakı oturacağın yığıla bilindiyi maşınlar isə Opera kupe olaraq adlandırılır.
Lupa
Lupa və ya zərrəbin — bir neçə linzadan ibarət olan, xırda predmetlərin yaxınlaşdıraraq müşahidəsi üçün nəzərdə tutulmuş optik sistem. İnsan fəaliyyətinin bir çox sahələrində — biologiya, tibb, arxeologiya, bank və zərgərlik işi, kriminalistika, saat və radio elektron texnikasının təmiri zamanı, həmçinin filateliya, numizmatika və bonistikada istifadə olunur. == Filateliyada == Lupa filatelistlər tərəfindən geniş istifadə olunur. Şəklin xırda detallarına baxmaq üçün 3–4 bölünən lupa kifayətdir. Filatelistlər əsasən qatlanan lupalara üstünlük verir. Bəziləri isə binokulyar cərrahi lupalardan istifadə edirlər .
Muss
Muss – şəkərlə, meyvə və giləmeyvə ekstraktından termiki emal edilmiş "M" markalı manna yarmasının və limon turşularının qarışığından alınır. Quru muss bişirildikdən sonra çalınır ki, bu zaman xörəyin müvafiq köpükvari konsistensiyası alınır. Manna yarmasının zülalları köpükyaradıcı başlanğıc sayılır.
Nuts
𐕎 (səslənməsi /n/, transkripsiyası N, n) — Alban əlifbasının 31-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Նուց (Nucʿ) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı doğrudur və sadə N səsini bildirir. Erməni tədqiqatçı Aşot Abramyan bu qrafemin formasını erməni əlifbasındakı Ն hərfi ilə əlaqəli hesab edirdi. Bu səs özünü udi dilində əsasən qoruyub saxlamışdır.
Opus
Opus — ayrı-ayrı musiqi əsərinin işarə olunması. Bununla bəstəkarlar yaratdıqları hər bir əsəri ardıcıllıqla nömrələyirlər.
Papa
Roma Papası — Roma Baş yepiskopu, Roma Katolik Kilsəsinin başçısı, Katolik xristianların dini lideridir. Katoliklərə görə Həvari Pyotrun xələfidir. İlk zamanlar bütün yepiskoplara verilən papa ünvanı, sonralar yalnız Roma Yepiskopu üçün istifadə edilməyə başlandı. Katolik kilsəsi, kilsə çərçivəsində Pyotr və xələflərinin təmsil etdiyi ən uca vəzifə olan papalığın ilahi bir qurum olduğunu iddia edir: İsa, papalıq vəzifəsini Pyotra təhvil vermiş və Pyotr da bu vəzifəni faktiki görmüşdür. Kilsədə yerləşmiş bir ənənəyə görə Pyotr, Romada din qurbanı olaraq ölmüşdür, bu səbəblə də ən təbii varisləri Romalı yepiskoplardır. == Tarix == Papalıq tarixi bir çox baxımdan kilsə tarixi ilə birləşir; bununla birlikdə bu tarixin bəzi dövrləri Papalıq qurumunun inkişafı baxımından ayrı bir xüsusiyyət daşıyır. İlk üç əsr ərzində papalar, daha çox Roma kilsəsinə əhəmiyyət vermişlər; amma qısa bir müddət sonra müxtəlif ölçülərdə başqa kilsələrə də qarışmağa başladılar: məsələn Papa I. Klementin Korintoslulara Məktubu (I əsrin sonu); Papa Viktorun Pasxa tarixi mövzusunda çıxan müzakirələrə müdaxiləsi (II əsrin sonu) və s. böyük kilsələrarası qurultay dövründə (IV və V əsr) papanın öndərlik təsiri daha da açıq şəkildə meydana çıxdı; 451'dəki Kadıköy məclisi, "Pyotrun Papa Leonun ağzında iradəsini bildirdiyini" irəli sürdü.
Papı
Papı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Horovlu kənd Sovetindən Papı kəndi Çərəkən kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 21 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Dursunlu olmuşdur. Oykonim İranın Luristan əyalətində yaşayan lur tayfasının papı qolunun adı ilə bağlıdır. Yerli əhalinin məlumatına görə, əslində papılar ilə kəndin sakinləri arasında etnik əlaqə yoxdur. Yerli əhali keçmiş Qərar Dursun (indiki Qərar) kəndindən köçmüş azərbaycanlı ailələrdən ibarətdir. XIX əsrin əvvəllərinədək kəndin ərazisi İran papılarının qışlağı olmuş va Papı yeri adlanmışdı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən (1928-ci il) sonra kəndin ərazisi Qərar Dursun kəndinin qışlağı olmuşdur.
Quaş
Quaş (Sulu boya) — daha çox sıx və tutqun yapışqanlı, suda həll olunan rəngli boya növüdür. Quaş termini əvvəlcə Fransada XVIII əsrdə yarandı, ancaq bu rəngin yaradılması texnikası çox-çox əvvəllər — orta əsrlərlərə Avropada istifadə olunurdu. Orta əsrlərlərə kitab miniatürləri artıq adi akvarellə kombinasiyada sulu boyayla yerinə yetirilirdi. İntibah dövrünün rəssamları eskizlər, kartonlar və başqa hazırlıq işlərləri üçün, həmçinin portret miniatürləri üçün sulu boyanın texnikasını tətbiq edirdilər. Sulu boyanın texnikasının çiçəklənməsi XIX əsrin sonu — XX başlanğıcına təsadüf edir. Rusiyada rəssamlar birliyinin "İncəsənət Dünyası" quaşın (sulu boyanın) dekorativ keyfiyyətlərindən istifadə edərək böyük sənət əsərləri yaratdılar. Quaş tipli rənglər ağ boyaqlara (ruşullara) rəngli piqmentlərin və yapışqanların əlavə edilməsiylə hazırlanır. Ağ rəngli sulu boya ilə (ruşulların) rəng qatışığından alınan quaşa tutqun rəng zərifliyi (lətifliyi) verir, amma boyadan istifadə zamanı onun qurudulması vaxtı bir qədər vaxt aparır ki, rəsm çəkmə prosesində hər bir rəssam bunu nəzərə almalıdır. Quaş tipli boyaların köməyi ilə tünd tonları işıqlı tonlarla əvəz etmək daha asan olur. Sulu boya işlənmiş (çəkilmiş) rəsm və ya təsvir rütubətli yerdə saxlanılan zaman daha daha tez rənglərin tonu dəyişir.
Qüds
Qüds (ərəb. القدس‎ əl-Qüds ) və ya Yerusəlim (ivr. ‏יְרוּשָׁלַיִם‏‎ Yerushalayim ) — Yaxın Şərqdə, Aralıq dənizi ilə Ölü dəniz arasında yerləşən və dünyanın ən qədim şəhərlərindən biri. İsrail və Fələstin hər ikisi Qüds şəhərinin öz ölkələrinin paytaxtı olmasını iddia edirlər. İsrail Dövləti uzun müddətdir ki, bütün hökumət qurumlarını Qüdsdə saxlamasına baxmayaraq, fələstinlilər də şəhəri Fələstinin əsas nöqtəsi olaraq tanıyırlar, lakin heç bir iddia beynəlxalq səviyyədə tanınmır. Dünyanın ən qədim şəhərlərindən biri olan Qüdsün adı qədim Mesopotamiyanın mixi yazılarında "Tanrının şəhəri" anlamına gəldiyi düşünülən "Urusalima" olaraq göstərilir. Yəhudilərin şəhər üzərində hakimiyyəti dövründə e.ə. 9-cu əsrdə (İkinci Dəmir dövrü) Qüdsdə əhəmiyyətli tikinti işləri həyata keçirilmiş və 8-ci əsrdə şəhər İudeya krallığının dini və inzibati mərkəzinə çevrilmişdir. Böyük tarixi boyunca Qüds ümumilikdə iki dəfə darmadağın edilib, 23 dəfə işğal edilib, 52 dəfə hücuma məruz qalıb, 44 dəfə ələ keçirilib və yenidən azad edilmişdir. Qüdsün David Şəhəri adlandırılan ən qədim hissəsi e.ə.
Çips
Çipsi — kartofdan hazırlanan qızardılmış nazik delikates. İlk dəfə 24 avqust 1853-cü ildə bir müştərinin şikayətinə cavab olaraq zarafat kimi hazırlanıb. Müştəri qızardılan kartof hissələrinin çox qalın olduğunu bildirir. Sonra kartof zarafat məqsədi ilə çox nazik şəkildə doğranır Müştari kartof dilimlərinin çox dadlı olduğunu söyləyir illər keçir və Çipsinin Başqa Növləridə çıxır və Çipsi firma yeməyinə çevrilir.
Küpə
Sırğa — Qulağa taxılan qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək; tana, qulaq pirsinqi. == Etimologiya == Bir çox türkoloq alim "sırğa" sözünün "asmaq" feilindən əmələ gədiyini və sözün ilkin biçiminin asırğa kimi olduğunu düşünür. Çaqatay dilində "astiq" — hörüklərdən və pullardan düzəldilmiş qadın bəzəyi; Azərbaycan türkcəsində "astığ" — qadın sırğası, Türkiyə türkcəsində "asım takım" — qadınların taxdığı süs əşyası. Maraqlıdır ki, Xakas dilinin koybal və kaçin dialektlərində "ak sırğa" ifadəsi "sirkə (bit yumurtası)" anlamına gəlir. Qazax dilində "sirkiremek" — çisəmək (yağış haqqda); Çuvaş dilində "şarkalanmak" — damla-damla tökülmək (şeh haqqda). Tatar, başqırd, çuvaş dillərində "sirkə" həm də "çiçək tozu" deməkdir. == Tarixçə == === Türk kişilərin sırğa taxması === Qədim Türk xüsusiyyətlərinin, adət və ənənələrinin bir çoxunu özündə əks etdirən Kitabi Dədə Qorqudda "altun küpəli Oğuz bəyləri"ndən də bəhs olunur: "Qulağı altun-altun küpəli… Boz ayğırlı Beyrək çapar yetdi" (D-67). Çin mənbələrinin verdiyi məlumata görə qırğızlarda qulağa həlqə, yəni sırğa taxmaq adəti mövcud imiş. Son Xarəzmşahlar dövrü tarixini yazan məşhur Nəsəvidə olan bir qeyd bu adətə aiddir: Səlcuq hökmdarı Alp Arslan Gürcüstana etdiyi səfərlərdə oradakı bir çox bəyləri əsir etmiş, sonra onların qulaqlarına öz adları həkk olunmuş həlqə taxaraq azad etmişdi. Səlcuqların süqutundan sonra bəylərin hamısı bu həlqələri çıxarmışdılar.
Guts
Guts — amerikalı müğənni Oliviya Rodriqonun ikinci studiya albomu. 8 sentyabr 2023-cü ildə Geffen Records tərəfindən buraxılıb. Albomdan ilk sinql "Vampire" 30 iyun 2023-cü ildə buraxılıb və çox qısa zamanda Billboard Hot 100 hit-paradında birinci mövqeyi tutmuşdur. İkinci sinql "Bad Idea Right?" 11 avqust 2023-cü ildə yayımlanıb, mahnı ABŞ-nin Billboard "Hot Rock & Alternative Songs" hit-paradının ilk onluğuna daxil olmuşdur.
Luis
Luis — ad. Luis Kerroll — ingilis yazıçısı. Luis Quzman — Puerto-Riko əsilli ABŞ aktyoru.