Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Reestr
Windows Reestr (Windows Registry) - Kompüterdə sistemin bütün sazlanmalarını, quruluşunu özündə saxlayan bazadır. Burada işləyərkən çox ehtiyatlı olmaq lazımdır. Reestri görmək üçün Start - Run sətrində regedit yazıb Enter vurmaq lazımdır. Reestr 6 bölmədən ibarətdir: HKEY_CLASSES_ROOT - fayl genişlənmələri haqqında məlumatları özündə saxlayır, HKEY_CURRENT_USER - müəyyən istifadəçinin sazlanmaları, HKEY_LOCAL_MACHINE - kompüterdə olan proqramlar, drayverlər haqqında və digər əsas sazlanmalar, HKEY_USERS - bütün istifadəçilər haqqında məlumatlar, HKEY_CURRENT_CONFIG - kompüterin konfiqurasiyası.Reestrdə hər hansı dəyişiklik sistemin işinə təsir edir, buna görə də öz işində arxayın olmayanlara reestrdə işləmək məsləhət görülmür. Ehtiyat üçün reestrin kopyasını götürmək olar. Bunun üçün Start - Run sətrində regedit yazıb Enter vurmaq, File menyusundan Export seçmək, ad yazmaq və Save vurmaq lazımdır.
Reyestr
Reyestr - İnformasiya sahibinə daxil olan, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılan və ya əldə edilən informasiyaların qeydə alındığı və hər kəsin istifadə edə biləcəyi elektron məlumat toplusudur. Sayt üzərindən informasiya sorğularının qəbulu və saytdan informasiya sahibinin sənədlərinin müraciət edib məlumat əldə edilməsi üçün reyestrin yaradılması zəruridir.
Reyestr saxlayıcısı
Reyestr saxlayıcısı - (ing. Registrar )istiqraz və səhm sahiblərinin qeydiyyatını (reyestrini) aparan təşkilat. Azərbaycan Respublikasında reyestr saxlayıcı və depozitar fəaliyyəti ilə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi məşğul olur.
Dnestr
Dnestr (ukr. Дністе́р, mold. Nistru, q.yun. Τύρας, lat. Tyras, Tiras) — Şərqi Avropada çay. Şimal-qərbdən cənub-şərqə Ukrayna və Moldovanın sərhədlərində axır. Qara dənizə tökülür.
Orkestr
Orkestr (yun. ορχήστρα) — müxtəlif alətlərdə çalan, musiqi əsərləri birgə ifa edən musiqiçilər kollektivi. == Tarixçə == Orkestrin tarixi Qədim Misirdən başlayır. Qədim Yunanıstanda teatr tamaşaları zamanı xorun səhnə qarşısında rəqs etdiyi yarımdairəvi yerə "orkestra" deyilirdi. Zaman keçdikcə söz mənasını dəyişmişdir. Qədim Romada senatorlar ya digər əyanlar üçün ayrılmış yerə də bu termin aid edilirdi. "Konsertdə, operada birgə çalan musiqiçilər kollektivi" anlamı ingilis dilində ilk dəfə 1720-ci ildə qeyd edilmişdir.1920-ci il iyul ayında N. Nərimanovun və Xalq Maarif Komissarı D. Bünyadzadənin imzası ilə çıxmış Azərbaycanda müstəqil simfonik orkestri yaranması haqda dekretdə göstərilirdi ki, yeni yaradılmış orkestrdə respublikanın aparıcı musiqiçiləri toplanır. Tez bir zamanda orkestr Qlinkanın, Çaykovskinin, Musorskinin, Rimski- Korsakovun, Motsartın, Bethovenin, Şubertin, Berliozun, Mendelsonun, Vaqnerin, Listin və başqa bəstəkarların əsərlərini yüksək səviyyədə, peşəkarlıqla ifa edirdi. == Orkestrin növləri == Tərkibinə daxil olan alətlər qrupuna, ifaçıların sayına görə fərqlənir: Simfonik orkestr – bir neçə müxtəlif alətlər qrupundan – simli, nəfəsli, zərb alətləri ailəsindən təşkil olunmuş orkestr. Alətlərin bu cür birləşməsi Avropada XVIII əsrin ortalarında meydana gəlmişdir.
Registr
Registr (ing. Register) — mikroprosessorun, yaxud hər hansı elektron qurğunun yüksək sürətli yaddaşının verilənləri ikilik formada yaza bilən böyük olmayan, adlandırılmış sahəsi. Registr, adətən, yalnız bir neçə bayt informasiya saxlaya bilir və proqramda AX, SP kimi adlarla göstərilir; o, xüsusi, bəzən sistemin fəaliyyəti üçün həlledici verilənləri saxlamaq üçün istifadə olunur. Adi xanadan fərqi odur ki, registr ikilik kodu saxlamaqla bərabər onu çevirməyə də imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Ərəstu
Aristotel (yun. Ἀριστοτέλης, tarixi mənbələrdə Ərəstu; e.ə. 384[…], Stagir[d], Xalkidiya liqası[d] – e.ə. 322[…], Stagir[d], Makedoniya İmperiyası[d][…]) — Qədim yunan filosofu və ensiklopediyaçı alimi və astronomiya elmini tapan alim,Platonun şagirdi, Peripatetik məktəbinin banisi, klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsi. Spontan Absurte nəzəriyyəsinin banisi. Şərq ölkələrində və Azərbaycanda Ərəstun adı ilə də tanınır. Eramızdan əvvəl 384-cü ildə Yunanıstanın Staqir şəhərində anadan olub (buna görə ona çox zaman "Staqirit" deyirdilər). Onun fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərib. Aristotel təlimi iki istiqamətə ayrılaraq mistik idealizm və materialist fəlsəfi fikrin inkişafı üçün mənbə olub. Aristotel bizim eramızdan əvvəl 322-ci ildə Yunanıstanın Kalkida şəhərində vəfat edib.
Dnestr kanyonu
Dnestr kanyonu — Ukraynanın Dnestr çayında formalaşan kanyon. Kanyon ölkənin 4 vilayətinin sərhəddində yerləşir: İvano-Frankovsk, Ternopol, Çernovtsı və Xmelnitski. Ümumi uzunluğu 250 km-dir. Bu göstərici ilə o nəyin ki, Ukraynanın, eləcə də Avropanın ən uzun kanyonlarından biri hesab olunur. 2008-ci ilin 26 avqustunda ümumukrayna internet sorğusu nəticəsində Dnestr kanyonu Ukraynanın 7 təbiət möcüzəsindən biri hesab olunmuşdur. == Ümumi məlumat == Kanyon ərazinin özünəməxsus geoloji quruluşu nəticəsində formalaşmışdır. Bundan başqa, tektonik hərəkətlər, eləcə də su və külək eroziyasının da rolu böyükdür. Kanyonda və onun ətraf hissələrində Dördüncü dövrün çökmə süxurları ilə yanaşı paleozoy erasının Silur dövrünə aid süxurlar da geniş yayılıb. Nırkov kəndi yaxınlığında yerləşən 16 metrlik Curin şəlaləsi bölgənin görməli yerlərindən biri hesab olunur. Çayın sağ qolları az və çox qısadır: 6–16 km arasında dəyişir.
Ərəstü Həbibbəyli
Ərəstü İsa oğlu Həbibbəyli (1980, Naxçıvan) — Azərbaycan Respublikası Baş nazirinin Katibliyinin rəisi, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi. == Həyatı == Ərəstü Həbibbəyli 1980-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərində 12 saylı orta məktəbi bitirdikdən sonra 1997–2001-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr, 2001–2003-cü illərdə isə magistr pillələrində təhsilini davam etdirmişdir. 2003–2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda beynəlxalq iqtisadi münasibətlər üzrə aspiranturada təhsil almışdır. 2006-cı ildə "Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə iqtisadi əlaqələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə yiyələnmişdir. 2002–2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləmişdir. 2007–2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində işləmiş, 2015–2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini. 9 iyul 2018-ci ildə Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi təyin olunmuşdur. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. == Ailəsi == Ailəlidir, üç övladı var.
Rəşt
Rəşt (fars. رشت‎) — İranın Gilan ostanında yerləşən şəhər, Rəşt şəhristanının mərkəzi. 2011-ci ildə aparılmış əhalinin siyahıya alınmasının yekunlarına görə əhalisi 639.951 nəfərdir.
Eesti Energia
Eesti Energia — beynəlxalq enerji konserni. 1939-cu ildə Estoniyada qurulmuşdur. Baltikyanı ölkələrdə, Finlandiya, İordaniyada və ABŞ-da fəaliyyət göstərir. Enerji istehsalı üçün əsas xammal Estoniya elektrik enerjisinin 90% -ni yandırdıqda istehsal edən yanar şistidir. Son zamanlarda alternativ enerji mənbələri — külək və hidroelektrik stansiyalarından istifadə edərək ehtiyatlara qənaət edən texnologiyalar tətbiq olunur. 2009-cu ilin may ayında qrup imicni dəyişir. Törəmə müəssisələrdə iyirmi fərqli loqotipdən istifadə etmək əvəzinə, Estoniyanın hər yerində tək bir ad və loqo tətbiq edilir. Xarici bazarda təşkilat Enefit markası altında fəaliyyət göstərir. Eesti Energia o vaxtdan bəri müxtəlif istiqamətlərdə — xammal hasilatı və daşınması, elektrik enerjisi və istilik istehsalı, daşınması və satışı, eləcə də şist yağı istehsalı ilə işlərini idarə edir. Səhmləri Estoniya hökumətinə məxsusdur.
Eesti Raudtee
Eesti Raudtee (EVR) — Estoniyanın milli dəmiryolu şirkəti. 1992-ci ildə Pribaltika dəmiryollarının Estoniya hissəsinin bazasında təşkil edilmişdir. Eesti Raudtee şirkətinə aid olan yolların uzunluğu 691 km-dir (hamısı 1520 mm). Şirkət həmçinin Estoniyada dəmir yolu ilə yük daşımalarını təmin edir. Tallin yaxınlığında sərnişin daşınması (elektrikləşdirilmiş xətlərin uzunluğu 192 kmdir) Elron tərəfindən (əvvəllər Elektriraudtee) həyata keçirilir. Edelaraudtee şirkətləri qrupuna isə Tallinn - Lelle - Pyarnu və Lelle - Vilyandi ensiz dəmiryolu xətti daxildir. Eesti Raudtee xətlərinin kilometrlərində bu sahələr nəzərə alınmır. Şirkət daxili olan yük daşınması, yerli sərnişin daşınması (dizel qatarları ilə təchiz edilmiş) və beynəlxalq daşımalarda iştirak edir (yalnız Tallinn - Moskva qatarını təmin edir). == Lokomativ parkı == 8 teplovoz ЧМЭ3 53 teplovoz GE C36-7 19 teplovoz GE C30-7Ai (silindi) 5 teplovoz ТЭМ-ТМХ 2 teplovoz DF7G-E (uzun müddətli icarəyə verildi) == Əsas xəttlər == === Fəaliyyətdə olanlar === Tallinn - Keila - Paldiski. 3 kV-lıq birbaşa elektrik ilə elektrikləşdirilir.
Eesti Televisioon
Eesti Televisioon (azərb. Estoniya Televiziyası‎) — 19 iyul 1955-ci il tarixində fəaliyyətə başlayan, Estoniyanın ilk milli və ictimai televiziyasıdır. Avropa Yayım İttifaqının üzvüdür.
Rastr təsvir
Rastr təsvir — kompüter monitorunda, kağızda və ya başqa əks etdirmə qurğularda və materiallarda piksellərdən və ya rəngli nöqtələrdən (adətən düzbucaqlı formalı) təşkil olunmuş təsvir. Təsvirin əhəmiyyətli xarakteristikası: piksellərin miqdarı — göstərilə bilər en və hündürlük üzrə piksellərin miqdarı (1024×768, 640×480 və s.) və ya piksellərin ümumi sayı; istifadə edilən rənglərin miqdarı və ya rəngin dərinliyi (bu xarakteristikalar N = 2 k {\displaystyle N=2^{k}} asılığına malikdir, N {\displaystyle N} — rənglərin miqdarı, k {\displaystyle k} — rəngin dərinliyi); rəng sahəsi (rəng modeli) — RGB, CMYK, XYZ, YCbCr və başqaları; displey ölçüsü — təsvirin məsləhət görülən ölçüsü.Rastr təsvirini rastr qrafik redaktorlarının köməyi ilə redaktə etmək olar. Rastr təsviri fotoaparatlarla, skanerlərlə, bilavasitə rastr redaktorları və s. ilə yaratmaq mümkümdür.
Buq-Dnestr mədəniyyəti
Buq-Dnestr mədəniyyəti — Ukraynada (Cənubi Buq çayının orta axarı və Dnestrin sağ sahili) Neolit dövrünə aid arxeoloji mədəniyyət. == Tarixi == Yaranma tarixi mübahisəlidir: təqribən e.ə. 6400–5300 illər, yaxud 6-cı minilliyin ikinci yarısı –5-ci minilliyin birinci yarısı. V.N. Danilenko tərəfindən müəyyənləşdirilmişdir. Cənubi Buq və Dnestr variantlarına bölünür. Onun formalaşmasında yerli Mezolit ənənələrinin, Sursk və Starçevo mədəniyyətlərinin komponentləri iştirak etmişdir. Məskənlər subasar ərazilərin yaxınlığında yerləşirdi, yerüstü evlərdə böyük ocaq və ya ocaq çalası izləri qalmışdır. == Erkən mərhələsi == Buq-Dnestr mədəniyyətinin erkən mərhələsi üçün çaxmaqdaşı avadanlığında Mezolit əlamətləri səciyyəvidir. Təsərrüfat balıqçılıq, ovçuluq və yığıcılığa əsaslanırdı. Heyvandarlığın rolu tədricən artmış, əkinçilik inkişaf etmişdi.
Revest-Sen-Marten
Revest-Sen-Marten (fr. Valensole, oks. Valençòla) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sen-Etyen-lez-Orq kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04164. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 92 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 64 yaşda (15-64 yaş arasında) 45 nəfər iqtisadi cəhətdən fəal, 19 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 70,3%, 1999-cu ildə 64.3%). Fəal olan 45 nəfərdən 36 nəfər (19 kişi və 17 qadın), 9 nəfər işsizdir (5 kişi və 4 qadın).
Revest-de-Brus
Revest-de-Brus (fr. Revest-des-Brousses, oks. Revèst dei Damas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Banon kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04162. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 248 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 154 nəfər (15-64 yaş) arasında 105 nəfər iqtisadi fəal, 49 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,2%, 1999-cu ildə 69.4%). Fəal olan 105 nəfərdən 95 nəfər (56 kişi və 39 qadın), 10 nəfər işsiz (5 kişi və 5 qadın) idi.
Revest-dyu-Byon
Revest-dü-Byon (fr. Revest-du-Bion, oks. Revèst d'Aubion) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Banon kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04163. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 550 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 341 yaşda olan (15-64 yaş arasında) 244 nəfər iqtisadi cəhətdən fəal, 97 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.6%, 1999-cu ildə bu göstərici 72.1%). Fəal olan 244 nəfərdən 217 nəfəri (117 kişi və 100 qadın), 27 nəfəri işsiz (12 kişi və 15 qadın) idi.
Revest-dü-Byon
Revest-dü-Byon (fr. Revest-du-Bion, oks. Revèst d'Aubion) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Banon kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04163. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 550 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 341 yaşda olan (15-64 yaş arasında) 244 nəfər iqtisadi cəhətdən fəal, 97 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.6%, 1999-cu ildə bu göstərici 72.1%). Fəal olan 244 nəfərdən 217 nəfəri (117 kişi və 100 qadın), 27 nəfəri işsiz (12 kişi və 15 qadın) idi.
Ümumi təyinatlı registr
Ümumi təyinatlı registr - (ingiliscə general-purpose register, rusca регистр общего назначения - çoxamaclı registr, ümumi təyinatlı registr – müxtəlif məqsədli istifadə üçün nəzərdə tutulmuş registr və ya əməliyyat sistemi tərəfindən hər hansı konkret məqsəd üçün ayrılmamış registr. (registr – mikroprosessorda saxlanma yeri kimi istifadə olunan çox da böyük olmayan yüksək sürətli sxem). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mirzə Həbibullah Rəşti
Mirzə Həbibullah Rəşti (1818-1896 Əmləş-Nəcəf)—İslam alimi. == Həyatı == Mirzə Həbibullah Rəşti hicri 1234-cü ildə Gilanın kəndlərindən birində dünyaya göz açmışdı. O, elmin ilk müqəddimələrini öz vətənində xüsusi müəllimlərdən almışdır. 18 yaşında elmini təkmilləşdirmək üçün Qəzvin şəhərinə gedir. Və artıq 25 yaşında olmasına baxmayaraq, ictihad icazəsi alır. Bundan sonra isə araşdırmalarını davam etdirmək üçün müqəddəs Nəcəf şəhərinə səfər edir. Orda isə Şeyx Ənsari və Sahibul-Cəvahir kimi böyük alimlərdən dərs alır. Mirzə Həbibullah Rəşti "İcarə", "Məsələtul-qəzəb", "Əl-İmamiyyə", və s. kimi əsərləri özündən elmi irs olaraq qoymuşdur. O, hicri 1273-cü ildə 78 yaşında Nəcəf şəhərində vəfat etmişdir.
Qayıdış – rastr displeyində
Retrace ~ обратный ход ~ geri akma ~ qayıdış – rastr displeyində: elektron şüasının ekranda sağdan sol qırağa, yaxud aşağıdan yuxarı qırağa qayıdarkən getdiyi yol. Qayıdış elektron şüasını eninə daramanın yeni dövrəsi üçün başlanğıca, yaxud ekranın aşağısına yerləşdirir; bu müddətdə şüa ani olaraq sönür ki, onun ekranda izi görünməsin. Qayıdış hər saniyədə dəfələrlə yerinə yetirilir və həm də ciddi sinxronlaşdırılmış siqnallardan istifadə olunur ki, qaydış zamanı elektron şüasının sönməsi təmin edilsin. Bax: HORIZONTAL RETRACE, VERTICAL RETRACE. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Seyid Kazım Rəşti
Seyid Kazım bin Qasım əl-Hüseyni ər-Rəşti (1793–1843) (ərəb. سيد كاظم بن قاسم الحسيني الرﺷتي‎), ‎(fars. سید کاظم رشتی‎), —Şeyxiyyə təriqətinin şeyxi, mürşüd, müctəhid. == Həyatı == Nəbil Zərəndi yazır: "Seyid Kazım hicri 1259-cu ildə ərəfə günü (31 dekabr 1843-cü ildə) çobanın yuxusuna tam uyğun surətdə 60 yaşında vəfat etdi. Onun müqəddəs qəbri şəhidlərin ağasının, yəni İmam Hüseyn-əleyhissalamın məqbərəsinin yanındadır. Onun vəfat etdiyi gün Kərbəlada sanki qiyamət qopmuşdu. Bir il əvvəl hökumət qüvvələrinin hücumu zamanı Kərbəla əhalisinin sığınacağına çevrilmiş evi həmin gün hədsiz kədər və hüzn məkanına dönmüşdü. Onun vəfatı bütün davamçılarını qəm-qüssəyə qərq etmiş, ayrılığı ürəkləri qana döndərmişdi". == Əsərləri == İslamın əsası, adətən, «Üsuli-din» adlanan əsərlərdə sərh еdilir. Sеyid Kazım b.
REST protokolu
REST protokolu və ya REST (Representational State Transfer) — şəbəkə daxilində ayrı-ayrı proqramların qarşılıqlı əlaqəsini təmin edən bir sistemdir. Bu protokol məlumatların veb-servislər üzərindən ötürülməsini, emal edilməsini təmin edir.
Rəşt müqaviləsi
Rəşt müqaviləsi — Səfəvilər dövləti ilə Rusiya arasında müqavilə. == Rəşt müqaviləsi ərəfəsində Azərbaycanda baş verən siyasi hadisələr == Rusiya Əşrəflə 1729-cu il Rəşt müqaviləsini imzaladıqdan sonra İranda Nadirin mövqeyi möhkəmlənməyə başladı. O, 1726-cı ildə Mazandaranda II Təhmasib ətrafında toplanan antiəfqan qüvvələrə qoşulmuş və burada əsas qüvvəyə çevrilmişdi. Nadir Əşrəf üzərində qalib gələrək İsfahana daxil olmuş, burada II Təhmasib şah taxtına çıxarılmışdı. Nadir Şiraz yaxınlığında Əşrəfi yenidən məğlubiyyətə uğradaraq, 1730-cu ildə əfqan işğallarına son qoydu. Bundan sonra Nadir osmanlılara qarşı çıxdı. O, 1730-cu ilin avqustunda Təbrizi tutdu. Vəziyyəti belə görən Rusiya İranla danışıqları bərpa etməyi qərara aldı. Xorasanda əfqanların üsyanı Nadirin planında dəyişiklik yaratdı. II Təhmasib Nadirin əfqanlara qarşı yola düşməsindən istifadə edərək Osmanlı dövləti ilə hərbi əməliyyatları bərpa etdi və məğlubiyyətə uğradı.