Dnepr
dodağıqalın
OBASTAN VİKİ
Dnestr
Dnestr (ukr. Дністе́р, mold. Nistru, q.yun. Τύρας, lat. Tyras, Tiras) — Şərqi Avropada çay. Şimal-qərbdən cənub-şərqə Ukrayna və Moldovanın sərhədlərində axır. Qara dənizə tökülür.
Dnestr kanyonu
Dnestr kanyonu — Ukraynanın Dnestr çayında formalaşan kanyon. Kanyon ölkənin 4 vilayətinin sərhəddində yerləşir: İvano-Frankovsk, Ternopol, Çernovtsı və Xmelnitski. Ümumi uzunluğu 250 km-dir. Bu göstərici ilə o nəyin ki, Ukraynanın, eləcə də Avropanın ən uzun kanyonlarından biri hesab olunur. 2008-ci ilin 26 avqustunda ümumukrayna internet sorğusu nəticəsində Dnestr kanyonu Ukraynanın 7 təbiət möcüzəsindən biri hesab olunmuşdur. == Ümumi məlumat == Kanyon ərazinin özünəməxsus geoloji quruluşu nəticəsində formalaşmışdır. Bundan başqa, tektonik hərəkətlər, eləcə də su və külək eroziyasının da rolu böyükdür. Kanyonda və onun ətraf hissələrində Dördüncü dövrün çökmə süxurları ilə yanaşı paleozoy erasının Silur dövrünə aid süxurlar da geniş yayılıb. Nırkov kəndi yaxınlığında yerləşən 16 metrlik Curin şəlaləsi bölgənin görməli yerlərindən biri hesab olunur. Çayın sağ qolları az və çox qısadır: 6–16 km arasında dəyişir.
Buq-Dnestr mədəniyyəti
Buq-Dnestr mədəniyyəti — Ukraynada (Cənubi Buq çayının orta axarı və Dnestrin sağ sahili) Neolit dövrünə aid arxeoloji mədəniyyət. == Tarixi == Yaranma tarixi mübahisəlidir: təqribən e.ə. 6400–5300 illər, yaxud 6-cı minilliyin ikinci yarısı –5-ci minilliyin birinci yarısı. V.N. Danilenko tərəfindən müəyyənləşdirilmişdir. Cənubi Buq və Dnestr variantlarına bölünür. Onun formalaşmasında yerli Mezolit ənənələrinin, Sursk və Starçevo mədəniyyətlərinin komponentləri iştirak etmişdir. Məskənlər subasar ərazilərin yaxınlığında yerləşirdi, yerüstü evlərdə böyük ocaq və ya ocaq çalası izləri qalmışdır. == Erkən mərhələsi == Buq-Dnestr mədəniyyətinin erkən mərhələsi üçün çaxmaqdaşı avadanlığında Mezolit əlamətləri səciyyəvidir. Təsərrüfat balıqçılıq, ovçuluq və yığıcılığa əsaslanırdı. Heyvandarlığın rolu tədricən artmış, əkinçilik inkişaf etmişdi.
Belqorod-Dnestrov qalası
Belqorod-Dnestrov qalası – Ukraynanın Odessa vilayətində vilay ərazisində yerləşən XIII əsirə aid qala. 1484-cü ildə Osmanlı padişahı II. Bayezid qalanı işğal etmiş. 1812-ci ildə Osmanlı-Rusiya imperiyaları aralarında Bükreş andlaşmasının nəticəsində qala ruslara verildi.
Dnestrovsko-Çareqradskoe qirlo
Dnestrovsko-Çareqradskoe qirlo (boğazı) — Dnestrovski limanı ilə Qara dənizi birləşdirir. Ukraynanın Odessa vilayəti ərazisində yerləşir. Ərazidə 1926-cı ilə qədər Ocakov boğazı mövcud olmuş, sonradan isə müəyyən səbəbdən yer üzündən silinmişdir. Orta dərinliyi 10 m təşkil edir. Boğazın şimalında qumsal Buqaz burnu vardır. 1950-ci illərdə boğaz üzərində avtomobil və dəmir yolunu özundə birləşdirən muasir körpü inşa edilib. Ona qədər isə 1914-cü ildə taxta körpü tikilmişdi. Ukrayna knyazları Çarqrada yürüşə məhz bu ərazidən çıxarmışlar. Bu səbəbdən boğazın adına Çareqradskoe kəlməsi əlavə edilmişdir.
Dnestryanı
Dnestryanı (mold. Нистрения, rus. Приднестровье, ukr. Придністров'я) və ya rəsmi adı ilə Dnestryanı Moldav Respublikası (mold. Република Молдовеняскэ Нистрянэ, rus. Приднестровская Молдавская Республика, ukr. Придністровська Молдавська Республіка) — Şərqi Avropada Moldova daxilində birtərəfli şəkildə müstəqilliyini elan edən de-fakto dövlət. Dnestryanı Moldovanın Dnestr çayından şərqdəki ərazilərini əhatə edir. Paytaxtı Tiraspol şəhəri, ümumi sahəsi 4,163 kvadrat kilometrdir. Öz siyasi quruluşu, parlamenti, konstitusiyası, dövlət rəmzləri, ordusu, polisi və poçt sistemi olan bu ərazi Birləşmiş Millətlər Təşkilatına üzv olan heç bir dövlət tərəfindən tanınmamaqdadır.
Dnestryanı Moldov Respublikasının Xarici İşlər Nazirliyi
Dnestryanı Moldov Respublikasının Xarici İşlər Nazirliyi və ya DMR-nın XİN — dövlət hakimiyyətinin icra orqanıdır, DMR-nin Prezidenti tərəfindən qəbul edilmiş Konstitusiya və ya qanunvericilik aktlarına uyğun olaraq, DMR-nın prezidentinə xarici məsələlər barədə məlumat verən orqan. 2012-ci il 17 yanvar tarixindən 14 sentyabr 2015-ci ilə qədər Dnestryanı Xarici Siyasət Şöbəsinə Nina Viktorovna Ştanski, 14 sentyabr 2015-ci ildən Vitaliy Viktoroviç İqnatyev rəhbərlik etmişdir. == Tarixi == 1 iyul 1992-ci il Xarici İşlər Nazirliyinin Təhsil Günü hesab edilirdi. Bu günü Prezidentin fərmanı ilə DMR-nın Xarici Əlaqələr Respublika Bürosunu yaratdı. Büro Dnestryanı Mədəniyyət Nazirliyinin dövlət orqanlarının və təşkilatlarının fəaliyyətlərini və koordinasiyalarını, digər dövlətlərin orqanları və qurumları ilə iqtisadi və siyasi əlaqələrini təşkil edirdi. Büro dövlət başçısı tərəfindən idarə edilirdi. 8 sentyabr 1992-ci ildə DMR-nin Ali Şurasının qərarı Büro xarici əlaqələr üzrə Respublika Departamentinə çevrildi. 31 mart 1993-cü ildə Prezidentin fərmanı ilə DMR-in dövlət katibi Valeri Litskay Respublika Xarici Əlaqələr Departamentinin rəisi vəzifəsini icra etdi. 3 avqust 2000-ci ildə Respublika Xarici Əlaqələr Bürosu DMR Xarici İşlər Nazirliyinə çevrilmişdir. Prezidentin fərmanı ilə Valeri Litskai DMR-nın Xarici İşlər Naziri təyin edildi.
Dnestryanı Moldova Respublikası
Dnestryanı (mold. Нистрения, rus. Приднестровье, ukr. Придністров'я) və ya rəsmi adı ilə Dnestryanı Moldav Respublikası (mold. Република Молдовеняскэ Нистрянэ, rus. Приднестровская Молдавская Республика, ukr. Придністровська Молдавська Республіка) — Şərqi Avropada Moldova daxilində birtərəfli şəkildə müstəqilliyini elan edən de-fakto dövlət. Dnestryanı Moldovanın Dnestr çayından şərqdəki ərazilərini əhatə edir. Paytaxtı Tiraspol şəhəri, ümumi sahəsi 4,163 kvadrat kilometrdir. Öz siyasi quruluşu, parlamenti, konstitusiyası, dövlət rəmzləri, ordusu, polisi və poçt sistemi olan bu ərazi Birləşmiş Millətlər Təşkilatına üzv olan heç bir dövlət tərəfindən tanınmamaqdadır.
Dnestryanı bayrağı
Dnestryanı bayrağı — Dnestryanı Respublikasının dövlət bayrağıdır. Keçmiş Moldova Sovet Sosialist Respublikası bayrağının bir versiyası olan bayraq, 2000-ci ildə dövlət rəmzləri haqqında qanunla qəbul edilib. == Tarixi == 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Dnestryanı xalqı, yeni Moldova bayrağından istifadə etməkdən imtina edərək, Sovet İttifaqı və Moldova SSR bayrağından istifadə etməyə davam etdi. 2000-ci ildə rəsmi olaraq Dnestryanı bayrağı statusunu qazandı. == İstifadəsi == Dövlət işlərində yalnız rəsmi bayraqdan istifadə edilə bilər. Dnestryanı qanunları həmçinin şəxsi və kommersiya biznesi üçün çəkic və oraqsız sadələşdirilmiş versiyanın istifadəsinə icazə verir. Bayrağın rəsmi və ümumi nisbəti 1:2 olsa da, zaman-zaman 2:3 nisbətindən də istifadə olunur.
Dnestryanı gerbi
Dnestryanı gerbi — 2 sentyabr 1991-ci ildə Dnestryanı dövləti tərəfindən qəbul edilmiş gerb.
Dnestryanı himni
Dnestryanı himni — Dnestryanı dövlət himni. Onun bəstəsi 1943-cü ildə sovet bəstəkarı Aleksandr Aleksandrovun Moskva döyüşündə nasist qoşunlarının məğlubiyyətindən ilhamlanaraq yaratdığı "Da zdravstuyet naşa derjava" (azərb. Yaşasın dövlətimiz‎) adlı himndən gəlir. Sözlərinin müəllifləri Boris Parmenov, Nikolay Bojko və Vitali Pişenkodur. Himnin hərfi tərcüməsi olmasa da, onun rəsmi moldavca, rusca və ukraynca sözləri var.
Dnestryanı müharibəsi
Dnestryanı müharibəsi — Moldovanın Dnestr çayı sahili boyu yerləşən beş rayonunda separatçılıq hərəkatı ötən əsrin 80-ci illərinin sonlarında başlayıb. Həmin hərəkatın alovlanmasında qığılcım rolunu Moldova parlamentinin 1989-cu ildə moldovan dilini dövlət dili elan etməsi, kiril əlifbasının latın əlifbası ilə əvəz olunması barədə qərarı oynayıb. Dnestryanı rayonların benderlərdən və ruslardan ibarət əhalisi bunu Moldova millətçilərinin digər millətləri əzmək cəhdi kimi qəbul edərək separatçılıq hərəkatını alovlandırıb. 1990-cı il sentyabrın 2-də həmin rayonlar SSRİ-nin tərkibində “Dnestryanı Moldova Respublikası” yaratdıqlarını elan ediblər. 1990-cı ilin dekabrında isə referendum keçirilərək, “DMR” “müstəqil dövlət” elan olunub. Rəsmi nəticələrə görə, seçki hüququ olan əhalinin 97,7%-i “müstəqilliyin” lehinə səs verib. Moldova bu qərarı tanımayıb, münaqişə dərinləşib və 1992-ci ildə hərbi fazaya keçib. Həmin il bir neçə ay davam edən silahlı münaqişə iyul ayında Moldovanın Dnestr çayının sol sahillərinə nəzarəti itirməsi ilə yekunlaşıb. Bu münaqişədə separatçılara bölgədəki rus qoşunları fəal dəstək verib. Dnestryanı bölgədə dislokasiya olunmuş 14-cü ordu general Lebedin rəhbərliyi ilə Moldova qüvvələrini sıxışdırıb.
Dnestryanı münaqişəsi
Dnestryanı problemi — Moldova ilə tanınmamış Dnestryanı dövləti arasında davam edən dondurulmuş münaqişə. Münaqişənin ən aktiv olduğu dövr Dnestryanı müharibəsi dövrüdür. Bu dövrdə Rusiya dəstəkli Dnestryanı zəfəri ilə nəticələnmişdir. Münaqişəni həll etmək üçün bir neçə dəfə cəhd edildi, lakin heç biri uğurlu olmadı. Düşünmək olar ki, münaqişə 1990-cı il sentyabrın 2-də Dnestryanı birtərəfli qaydada Moldovadan (o vaxt Sovet İttifaqının tərkibində idi) müstəqilliyini elan etdikdən sonra başlayıb.
Dnestryanı pasportu
Dnestryanı pasportu — Dnestryanı vətəndaşlarına xaricə səyahət etmək və ölkə daxilində şəxsiyyət məlumatlarını təqdim etmək üçün verilən pasportdur. İlk pasport 1 oktyabr 2001-ci ildə verilib. Pasportlara yapışdırılan fotoşəkillər həmişə ağ-qara olur. Dnestryanı dünyanın heç bir ölkəsi (Abxaziya, Cənubi Osetiya və Qondarma Dağlıq Qarabağ Respublikası istisna olmaqla) tərəfindən tanınmadığı üçün pasportdan dünyanın heç bir ölkəsinə səfər edən zaman istifadə edilmir. İkili vətəndaşlığa icazə verildiyi üçün Dnestryanıların əksəriyyəti xaricə səyahət üçün Moldova, Ukrayna və ya Rusiya pasportları alır. == Tarixi == İlk pasport 2001-ci il oktyabrın 1-də verilib. 1990-cı illərin ortalarından 2001-ci ilin oktyabrına qədər vətəndaşlara başqa dövlətin pasportundan əlavə, vətəndaşın Dnestryanı ilə əlaqəsini göstərən kağız da verilirdi.
Dnestryanı problemi
Dnestryanı problemi — Moldova ilə tanınmamış Dnestryanı dövləti arasında davam edən dondurulmuş münaqişə. Münaqişənin ən aktiv olduğu dövr Dnestryanı müharibəsi dövrüdür. Bu dövrdə Rusiya dəstəkli Dnestryanı zəfəri ilə nəticələnmişdir. Münaqişəni həll etmək üçün bir neçə dəfə cəhd edildi, lakin heç biri uğurlu olmadı. Düşünmək olar ki, münaqişə 1990-cı il sentyabrın 2-də Dnestryanı birtərəfli qaydada Moldovadan (o vaxt Sovet İttifaqının tərkibində idi) müstəqilliyini elan etdikdən sonra başlayıb.
Dnestryanı rublu
Dnestryanı rublu — Dnestryanıda etibarlı olan və 100 kopek formasında olan rubldur. Dnestryanı tanınmayan və ya qismən tanınan dövlətlərdən olduğundan pulun ISO 4217 kodu yoxdur. Ancaq Aqroprombank və Qazprombank kimi bəzi rəsmi olmayan Dnestryanı təşkilatları PRB kodunu istifadə edir. Dnestryanı Respublika Bankı bəzən RUP kodundan da istifadə edir. == Birinci emissiya (1994) == Sovet pulları 1990-cı ildə Dnestryanı Moldova Respublikası qurulduqdan sonra istifadə edilməyə başlandı. Köhnə Sovet respublikaları öz pul vahidlərini istifadə etməyə başlamışkən, Dnestryanı hələ də Sovet rublundan istifadə etməyə davam edirdi. Maliyyə sistemini qorumaq üçün bir cəhd kimi 1993-cü ilin iyul ayında hökumət 1961-1992-ci il tarixli Qoznak təzyiqli Aleksandr Vasilyeviç Suvorov damğası daşıyan və o damğa qaldırıldığı Sovet və Rus rubllarını satıldı. Sovet və Rus pulları yerinə möhürlənmiş pullar istifadə edilməyə başlandı. Etiketləri daşıdığı düşünülən, tədavülə çıxmamış pullar 1994-cü ildən sonra, xüsusilə, kollektorlar üçün yaradılmışdır. == İkinci emissiya (1994-2000) == İlk müvəqqəti pullar 1994-cü ilin avqust ayında dəyişdirildi və 3 sıfır atıldı.
Dnestryanı viza siyasəti
Dnestryanı viza siyasəti — xarici ziyarətçilərin Dnestryanıya vizaya ehtiyacı yoxdur. Xarici ziyarətçilərdən yalnız girişdə səlahiyyətli orqanlarda qeydiyyatdan keçmələri tələb olunur. Bu arada daha 3 postsovet münaqişəli vətəndaş Dnestryanıya pulsuz səyahət edə bilər. Demokratiya və Millətlərin Hüquqları Birliyinin bütün üzvlərinin vətəndaşları üçün viza tələblərinin ləğv edilməsi qərara alınıb: == Qeydiyyat proseduru == Xarici vətəndaşlar Dnestryanı əraziyə gəldikdən sonra, dəvət, təhsil və ya iş məqsədi ilə qohumlarının və ya dostlarının yanında qaldıqları zaman pasport və şəxsiyyət vəsiqələri 24 saat ərzində qeydiyyat üçün Viza Departamentinə və Daxili İşlər Nazirliyinin qeydiyyat və pasport idarələrinə təqdim olunur. Xarici vətəndaşlar otelə gəldikdən sonra otel rəhbərliyinə, Daxili İşlər Nazirliyinin rəsmilərinə məlumat vermək və vaxtında qeydiyyatdan keçmək üçün məsuliyyət daşıyırlar. Ev sahibləri isə xarici vətəndaşların səfər tarixini və məqsədini üç gün əvvəldən Daxili İşlər və Dövlət Təhlükəsizliyi Nazirliyinə bildirməyə borcludurlar.
Xarici İşlər Nazirliyi (Dnestryanı)
Dnestryanı Moldov Respublikasının Xarici İşlər Nazirliyi və ya DMR-nın XİN — dövlət hakimiyyətinin icra orqanıdır, DMR-nin Prezidenti tərəfindən qəbul edilmiş Konstitusiya və ya qanunvericilik aktlarına uyğun olaraq, DMR-nın prezidentinə xarici məsələlər barədə məlumat verən orqan. 2012-ci il 17 yanvar tarixindən 14 sentyabr 2015-ci ilə qədər Dnestryanı Xarici Siyasət Şöbəsinə Nina Viktorovna Ştanski, 14 sentyabr 2015-ci ildən Vitaliy Viktoroviç İqnatyev rəhbərlik etmişdir. == Tarixi == 1 iyul 1992-ci il Xarici İşlər Nazirliyinin Təhsil Günü hesab edilirdi. Bu günü Prezidentin fərmanı ilə DMR-nın Xarici Əlaqələr Respublika Bürosunu yaratdı. Büro Dnestryanı Mədəniyyət Nazirliyinin dövlət orqanlarının və təşkilatlarının fəaliyyətlərini və koordinasiyalarını, digər dövlətlərin orqanları və qurumları ilə iqtisadi və siyasi əlaqələrini təşkil edirdi. Büro dövlət başçısı tərəfindən idarə edilirdi. 8 sentyabr 1992-ci ildə DMR-nin Ali Şurasının qərarı Büro xarici əlaqələr üzrə Respublika Departamentinə çevrildi. 31 mart 1993-cü ildə Prezidentin fərmanı ilə DMR-in dövlət katibi Valeri Litskay Respublika Xarici Əlaqələr Departamentinin rəisi vəzifəsini icra etdi. 3 avqust 2000-ci ildə Respublika Xarici Əlaqələr Bürosu DMR Xarici İşlər Nazirliyinə çevrilmişdir. Prezidentin fərmanı ilə Valeri Litskai DMR-nın Xarici İşlər Naziri təyin edildi.
Dnestrovsk
Dnestrovsk — Moldovada Dnestryanı Respublikasının Slobodzeya rayonunda şəhər.
Dnestryanı Respublika Günü
Dnestryanı Respublika Günü (rus. День Республики Приднестровья, rum. Ziua Republicii Transnistriei, ukr. День Республіки Придністров'я) — qərbdə müstəqillik günü və ya milli gün kimi olaraq bilinən Dnestryanı respublikasının rəsmi bayramı. Bu tarix hər il 2 sentyabrda qeyd olunur.
Dnestryanı Silahlı Qüvvələri
Dnestryanı Silahlı Qüvvələri — Dnestryanı Respublikasını qorumaq məsuliyyəti daşıyan ordu.
Dnestryanının status vəziyyəti
Dnestryanının status vəziyyəti — Dnestryanı Moldova Sovet Sosialist Respublikasından birtərəfli qaydada Sovet İttifaqının tərkibində müstəqilliyini elan etdiyi 2 oktyabr 1992-ci ildən bəri mövcuddur. Moldova 1992-ci ildə Dnestryanı üzərində nəzarəti itirdi və bunun ardınca Dnestryanı müharibəsi başladı. PMR (Rus dilində Dnestryanı Moldova Respublikasının qısaldılmışı) bu regiona faktiki nəzarət edir və Birləşmiş Millətlər Təşkilatına üzv olan heç bir dövlət tərəfindən diplomatik olaraq tanınmayıb. (Üç sovet varisi BMT üzvü olmayan Abxaziya, Qondarma Dağlıq Qarabağ və Cənubi Osetiya tərəfindən tanınır.) Birləşmiş Millətlər Təşkilatı onu de-yure olaraq Moldovanın bir hissəsi hesab edir.2006-cı ildə keçirilən referenduma görə, xalqın əksəriyyəti Moldovadan müstəqil bir quruluş istədiyi halda, Rusiya ilə birləşmək istəyir.
ветвь заклёпщица нелады́ огнепрово́дный оздорови́ть пупс разева́ние ареста́нтские роты бессерде́чие гипер... гонча́рство нака́пать общеустано́вленный сква́шиваться жвыткий boaster costate exclusive hydrangea incentive misconceive ponceau Sogdian претензия царь