Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Asarum
Çobandüdüyü (lat. Asarum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin zəravəndkimilər fəsiləsinə aid bitki cinsi.
Barium
Barium (Ba) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 56-cı element.
Barsum
Çaykənd (1991-ci ilədək Barsum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Çaykənd Şəmkir rayonunun Barsum inzibati ərazi vahidində kənd. Dağ ətəyində yerləşir. XIX əsrdə bu ərazidə Gürcüstandan və Ermənistandan gəlmə ermənilər məskunlaşdıqdan sonra kəndin adı Barsum kimi rəsmiləşdirilmişdir. Hal-hazırda, əsasən Ermənistanın Qaraqoyunlu mahalının Çay-kənd kəndindən və Göyçə mahalından didərgin salınmış Azərbaycanlı ailələr burada məskunlaşmışlar. Qədim tarixə malik Çaykənd kəndində elmi araşdırmalar aparmaq üçün qədimi abidələrlə zəngindir,rayon mərkəzindən uzaq və dağlıq ərazidə olmasına görə arxeoloqların nəzərini cəlb etməsə də,yaxın gələcəkdə elmə yeni töhfələrin verəcəyinə və kəndin qədim tarixinin üzə çıxmasına səbəb olacaqdır == Mədəniyyəti == Kənddə klub, kitabxana fəaliyyət göstərir, 1 orta məktəb binası, tibb məntəqəsi var. == Coğrafiyası və iqlimi == Şəmkir, Daşkəsən və Gədəbəy rayonlarının sərhədində yerləşir, kənd dağlarla əhatə olunub və 3 tərəfinin də dağlarla əhatələnməsi kəndin mənzərəsinə xüsusi ahəngdarlıq qatır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Cardam
Cardam — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisi 1340 nəfərdir (2009). == Tarixi == Cardam Ağdaş rayonunun Nehrəxəlil inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Yerli əhalinin məlumatına görə, kəndi Zaqatala rayonunun Car kəndindən köçüb gəlmiş ailələr salmışlar. Oykonim "Carlıların evi" deməkdir.
Marduk
Nibiru (tərcüməsi Keçid planeti, müasir dilimizdə X planeti) — Günəş sistemində yerləşdiyi güman edilən xəyali planet. Yer planetindən 4 dəfə böyükdür. == Tədqiqatlar == Bəzi tədqiqatçıların iddialarına görə bu səmavi cisim Şumer mətnlərində Günəş sistemində 12-ci planet kimi təsvir olunub. Əfsanəyə görə, planet hər 3600 ildən bir Mars və Yupiter arasında peyda olur. Lakin bu məsələ ilə bağlı nə şumerşünaslıq, nə də astronomiya sahəsində konkret elmi işlər mövcud deyildir. == Şumer inancı == Əfsanəyə görə bu planet əvvəllər gəlmiş və insanlığı yaratmışdır. Şumerlər onları "Anunakilər" yəni tanrılar adlandırmışdırlar. Əfsanəyə görə onların kişilərinin boyu 5 metrə, qadınlarının boyu isə 3 metrə çatarmış. Şumer tabletlərində onlar qanadlı təsvir olunmuş üzləri isə sanki maska ilə örtülü olarmış. Bu da onu göstərir ki, onlar bu planeti mühitinə uyğun olmayan bir şəkildə tənəffüs edirlər.
Sardyo
Sardyö (fr. Sardieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38473. Kommunanın 1999-cu il üçün əhalisi 600 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 322 ilə 358 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Serium
Serium (Ce) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 58-ci element. 1803-cü ildə alman kimyaçı Martin Henrix Klaprot tərəfindən kəşf edilmişdir.
Tarduş
Tardu xaqan (達頭可汗/达头可汗) — 575-ci ildə yabqu olmuş Qərbi Göytürk xaqanlığı I xaqanı. Bumın xaqanın nəvəsi, İstəmi xaqanın oğlu idi. == Həyatı == 575-ci ildə yabqu titulu almışdı. 581-ci ildə Göytürk vətəndaş müharibəsinə qatılmış, Apa xaqanı müdafiə etmişdi. Qərbdə isə qardaşı Tamqan şad vasitəsilə Şimali Qafqazda hakimiyyət qurmuşdu. 587-ci ildə Apa xaqana qarşı hərəkətə başlamış, onu da öldürtmüşdü. 591-ci ildə Bəhram Çubinə dəstək olmuşdu. 599-cu ildə isə Tulan xaqanın ölümündən istifadə edərək özünü Bilgə xaqan adı ilə ulu xaqan elan etmişdi. Çinə qarşı yürüş keçirərkən məğlub olmuş və 603-cü ildə böyük ehtimal öldürüldü. == Ailəsi == Bağatur xaqan adını alacaq Külüg Sibir və Tulu Tegin adında oğulları vardı.
Xartum
Xartum (ərəb. الخرطوم‎, Əl-Xartum) — Sudanın paytaxtı və ən böyük şəhəri. Şəhər Ağ Nil və Mavi Nil çaylarının qovuşmasında yerləşir. Əhalisi 2008-ci ilin hesablamalarına görə 639 598 nəfər, şəhərətrafı ilə birlikdə 5 274 321 nəfərdir. Şəhərin əsası 1821-ci ildə Misir hakimi Məhəmməd Əli Paşanın oğlu İbrahim Paşa tərəfindən qoyulmuşdur. == Ümumi məlumat == Şəhərin arxitekturasında ərəb, şərq xarakteri üstünlük təşkil edir. Şəhərin mərkəzi hissəsi Mavi Nilin vadisi boyunca yerləşir. Burada, çayın sahilində dövlət başçısının iqamətgahı yerləşən Respublika sarayı ilə yanaşı, müxtəlif nazirliklərin və idarələrin binaları yerləşir. Bir qədər aralıda şəhərin ticarət — maliyyə mərkəzi hesab olunan Xartum Siti yerləşir. Mavi Nil üzərindəki müasir körpü vasitəsilə universitet şəhərciyinə, təbiət tarixi və etnoqrafiya muzeyinə getmək mümkündür.
Yardım
Yardım (help) — diskdə saxlanılan və bir çox tətbiqi proqramlar tərəfindən istifadəçiyə kömək məqsədilə verilən informasiya; verilmiş proqramın istifadəsi üçün gərəkli olan məsləhətlərdən və ya göstərişlərdən ibarət olur. Yardım bilavasitə, yəni cari işi durdurmadan və çap sənədlərinə müraciət edilmədən alına bilər. Bəzi yardım sistemləri konteksdən-asılı (CONTEXT-SENSİTİVE HELP) adlandırılır, yəni konkret iş görmək üçün yardım istəyən istifadəçi məhz həmin mövzuya və ya situasiyaya uyğun informasiya alır. Yardım vasitələri sənədlərlə (DOCUMENTATİON) müqayisədə çox geniş olmasa da, onlar yeni başlayan istifadəçilərə gərəkli informasiyaları yaddaşlarında təzələməyə, daha təcrübəli mütəxəssislərə isə proqramın az istifadə edilən imkanlarının kiçik incəlikləri haqqında tez məlumat almağa imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Şarğun
Şarğun (özb. Shargʻun) — Özbəkistanın Surxandərya vilayətində şəhər.
Saddam
Səddam Hüseyn (ərəb. صدام حسين عبد المجيد التكريتي‎), Səddam Hüseyn Əbdülməcid ət-Tikriti; (28 aprel 1937[…], Əl-Аudcа, Səlahəddin mühafəzəsi, İraq krallığı[d] – 30 dekabr 2006[…], Kazımiyyə[d], Bağdad) — İraq dövlət və siyasi xadimi, İraqın 5-ci prezidenti (1979–2005), 11-ci və 15-ci baş naziri (1979–1991 və 1994–2005), 1979-cu ildən Bəəs partiyasının İraq bölməsinin rəhbəri və İnqilabi komandanlıq şurasının sədri (1968–1979-cu illərdə sədr müavini), marşal (1979). 1980-ci ildə onun rəhbərliyi altında İraqın İrana qarşı başlatdığı müharibə və 1991-ci ildə Küveyti işğal etməsindən sonra İraqın neft ixracına tətbiq edilən BMT embarqosu və ABŞ tərəfindən Küveytin azad edilməsi üçün həyata keçirilən "Səhrada tufan" əməliyyatı İraqın 1970-ci illərdə nail olduğu iqtisadi dirçəlişin nəticələrini heçə endirdi. 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilmiş, həmin il dekabrın 13 — də Tikritdə həbs olunmuş və İraq məhkəməsinin 2006-cı il 5 noyabr tarixli qərarı ilə ölümə məhkum edilmişdir.2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən insanlıq suçundan asılaraq edam edilmişdir. == Həyatı == === Uşaqlıq illəri === 28 aprel 1937-ci ildə İraqın Tikrit şəhərindən 13 kilometr uzaqlıqda yerləşən Əl-Audca kəndində kasıb bir ailədə anadan oldu. Atası Səddam Hüseyn dünyaya gəlməmişdən əvvəl öldü. Anası ona ərəbcə "müqavimətçi" mənasını verən Səddam adını verdi. === Gənclik illəri === Maddi sıxıntılar səbəbi ilə anası Səddam doğulandan sonra onu Dəclə çayının sahilində yerləşən Tikrit şəhərində yaşayan dayısı Hayrallahın yanına göndərdi. Səddam həyatının dörd ilini dayısı Hayrallahın yanında keçirdi. Dayısı 1941-ci ildə İraqdakı Britaniya əsarətinə qarşı keçirilən üsyana qoşuldu.
Panthera pardus pardus
Afrika bəbiri (lat. Panthera pardus pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Barum
Yuxarı Çaykənd (1991-ci ilədək Barum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 414 nəfər təşkil edir ki, onun da 222 nəfəri kişi, 192 nəfəri isə qadındır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Carum
Zirə (lat. Carum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 30-60 sm, gövdəsi düz, yuxarı hissəsi budaqlıdır. Yoğun köklərə malikdir. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri mürəkkəb çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi iki tərəfdən sıxılmış şəkildə uzunsovdur, yetişdikdə 2 toxuma ayrılır. Özünəməxsus güclü ətirli iyə, acı, yandıran ədviyyəli dada malikdir. Ədviyyat kimi çörəkbişirmə, qənnadı və konserv sənayesində işlədilir. İyun-iyul aylarında çiçəkləyərək iyul-avqust aylarında meyvə verir.
Karum
Karum (ticarət qəsəbəsi, tacir koloniyası) — Yaxın Şərq tarixinin qədim dövrünə aid termin. Mövcud ticarət yollarından mənfəət əldə etmək və mal mübadiləsində iştirak etmək üçün xarici şəhərdə qəsəbə və ya ticarət rayonu. Karumda yaşayan tacirlər çox vaxt yerli özünüidarəetmə və xüsusi imtiyazlardan istifadə edirdilər. Ən tanınmış karum II minilliyin əvvəllərində Anadoluda assuriyalılar tərəfindən qurulmuş Kaneş karumudur.
Qarum
Qarum - Qədim Romada yeməklərin dadlandırılması üçün istifadə edilmiş yemək sousu. Balıq sousu olaraq bilinən qarumun cinsi aktivliyi yüksəldən afrodizyak tərkibli olduğu ehtimal edilməkdədir. Qədim Romada daha geniş yayılmasına baxmayaraq, qarumdan Qədim Yunanıstanda da istifadə edilmişdir. Əsasən tuna və ilan balqılarının daxili orqanlarının duzlanması ilə hazırlanan qaruma şərab, sirkə, qara istiot, yağ və duz kimi əlavələr edilirdi. Qarum təkcə yeməklərin hazırlanmasında yox eyni zamanda dərman və dərinin cavan saxlanılması üçündə istifadə edilmişdir.
Sagum
Sagum — Qədim Romada yundan hazırlanan hərbi geyim. Sagum Roma ordusunda sərkərdə, generallar, yuxarı rütbəli zabitlər tərəfindən geyilən paludamentumdan fərqli olaraq, Roma əsgərləri və aşağı zabitlər tərəfindən geyilən bir paltar idi. Çox kasıb və ya ucqar ərazilərdə yaşayanlar sagumu vəhşi heyvan və ya qoyun dərisindən hazırlayırdılar. Toqadan fərqli olaraq sagum hərbi geyim idi. Sagumun yuxarı üçüncü hissəsi açıq başlıq halında idi, çiyinlərdən kürəyə qatlanırdı və yağışlı havalarda bədənin kürk hissəsinin islanmasının qarşısını alırdı. Pis hava şəraitində həmin hissədən həm də başı örtmək üçün istifadə olunurdu. Hərbi səfərlər zamanı ondan yorğan kimi də istifadə edilirdi. Adi sagum fibulanın (metal sancaq) vasitəsilə sağ çiyinə bağlanırdı. Sagumdan, konsullar istisna olmaqla, bütün Roma [[vətəndaşları istifadə edirdilər. Sagum həmçinin yoxsul insanlar üçün bürüncək hesab olunurdu.
Şaduf
Şaduf - yüksəklikdə yerləşən tarlaları suvarmaq üçün suyu qaldırmaq vasitəsi. E.ə. II minilliyin ortalarında Qədim Misirdə ixtira edilmişdir. Şaduf yerə basdırılmış dirək və hərəkət etdirilən şüvüldən ibarət imiş. Onun bir başına daş, digər tərəfinə isə tuluq - dəri vedrə bərkidərmişlər.
Allium parvum
Allium parvum (lat. Allium parvum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Asarum acuminatum
Kanada çobandüdüyü (lat. Asarum canadense) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin zəravəndkimilər fəsiləsinin çobandüdüyü cinsinə aid bitki növü. == Sinonimləri == Asarum acuminatum Asarum canadense var. acuminatum Asarum canadense var. ambiguum Asarum canadense var.
Asarum canadense
Kanada çobandüdüyü (lat. Asarum canadense) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin zəravəndkimilər fəsiləsinin çobandüdüyü cinsinə aid bitki növü. == Sinonimləri == Asarum acuminatum Asarum canadense var. acuminatum Asarum canadense var. ambiguum Asarum canadense var.
Asarum caudatum
Asarum caudatum (lat. Asarum caudatum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin zəravəndkimilər fəsiləsinin çobandüdüyü cinsinə aid bitki növü.
Asarum crispulatum
Asarum crispulatum (lat. Asarum crispulatum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin zəravəndkimilər fəsiləsinin çobandüdüyü cinsinə aid bitki növü.
Asarum europaeum
Avropa çobandüdüyü (lat. Asarum europaeum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin zəravəndkimilər fəsiləsinin çobandüdüyü cinsinə aid bitki növü.