Barium sulfat
Barium sulfat (BaSO4) - sulfat turşusunun barium duzu.
== Təbiətdə tapılması ==
Təbiətdə - barıt mineralı şəklində tapılır.
Rəngsiz kristal maddədir. Suda, demək olar ki, həll olunmur (180C-də 1 l suda 2 mq).
== Alınması ==
Qatı və duru sulfat turşusu bariumun suda həll olan duzları ilə reaksiyaya girərək barium sulfatın ağ rəngli çöküntüsünü əmələ gətirir:
Bu reaksiya analitik kimyada Ba2+ və SO4 2- ionlarını təyin etmək üçün istifadə edilir.
== Kimyəvi xassələri ==
Barium sulfat qatı sulfat turşusu ilə reaksiyaya daxil olaraq turş duz – barium –hidrosulfat əmələ gətirir:
Yüksək temperaturda (1600 °C)barium sulfat parçalanır
== Tətbiqi ==
Litoponun alınmasında, dərin neft quyularının qazılmasında (ağırlaşdırıcı maddə kimi), müşəmbə, linolium, kağız və rezin istehsalında, rentgen şualarını yaxşı udduğu üçün tibbdə rentgenoloji müayinələrdə, o cümlədən mədə- bağırsaq sistemin müayinəsində işlənilir.