Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qafan
Qafan (erm. Կապան; Kapan) — Ermənistan Respublikasının cənubunda yerləşən və Sünik mərzinin mərkəzi olan şəhər. Qafan rayonunun mərkəzi. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında yaşayış məntəqəsi. 1938-ci ildən respublika tabeliyində şəhərdir. Şəhərin adı keçmişdə mövcud olmuş indiki Qafan şəhərindən 10 km şimal-qərbə doğru, Oxçu çayının sağ sahilində yerləşmiş Qapan (Qafan) kəndinin adı ilə bağlıdır. Erməni mənbələrində Qapan formasında qeyd edilir. Toponim peçeneq türk tayfasına mənsub qapan etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Safran
Safran — aeronavtika, kosmos və müdafiə sahələrində beynəlxalq səviyyədə mövcud olan böyük bir Fransız sənaye və texnoloji qrupudur. 2005 -ci ildə Snecma və Sagem şirkətlərinin birləşməsi ilə yaranıb. 2011-ci ilin sentyabr ayından etibarən CAC 40-da siyahıya alınmışdır. Onun şirkətləri təyyarə mühərriklərinin, helikopterlərin və raketlərin, təyyarə avadanlıqlarının və müdafiənin dizaynı və istehsalıdır. 2018 -ci ildə Zodiac Aerospace-in mənimsənilməsindən sonra, qrupun 2020-ci ilin sentyabr ayının sonunda 81,000-dən çox işçisi var idi.
Saman
Saman — Taxıl bitkiləri (buğda, arpa) döyüldükdən sonra qalan küləş. Saman (İran) — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Saman bəxşində şəhər və bu bəxşin mərkəzi.
Sayan
Şərqi Sayan Sayan dağları Sayan dağı — Ağsu rayonu ərazisində dağ. Hündürlüyü 1146 m.
Sazan
Sazan adası (alb. Sazani, it. Saseno, yun. Σάσων) — Adriatik dənizində yerləşən kiçik ada. Ada Albaniyaya məxsusdur. Sazanın sahəsi 5 km² təşkil edir. Adada yaşayış yoxdur. Sazan körfəzin Adriatik dənizinə açılan hissəsində yerləşir. İnzibati cəhətdən isə Albabiyanın Vlyera rayonu ərazisinə daxildir. Sahəsi baxımından Albaniyanın ən iri adasıdır.
Şaban
Şaban — Hicri təqviminin 8-ci ayı.
Şağan
Şağan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Şağan Abşeronun şimal-şərqində Xəzər sahillərində, 0-5 metr hündürlükdə yerləşir. Abşeronun ən qədim kəndlərindən biridir. Coğrafi cəhətdən Şağan şimal və şimal-qərbdən Buzovna, şərqdən və cənub tərəfdən Mərdəkan, qərb istiqamətində isə Binə qəsəbəsi (Təmənnis torpaqları) ilə həmsərhəddir. Qəsəbənin sahəsi təqribən 1500 km²-dir. 1933-cü ildə Şağan kəndi Mərdəkan kənd sovetinin tərkibinə daxil edildi. 1945-ci ildə ayrılsad a, 1948-ci ildə yenidən birləşdirildi. 1990-cı ildə Şağan qəsəbə statusu aldı. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Şağan qəsəbəsi şəhər tipli Mərdəkan qəsəbəsindən ayrılaraq, şəhər tipli qəsəbə kimi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, Şağan şəhər tipli qəsəbəsi mərkəz olmaqla Şağan qəsəbə ərazi vahidi yaradılmışdır. Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən biri də Şağandır.
Şaban oğlu Şaban
Şaban oğlu Şaban — Kamal Sunalın canlandırdığı "Şaban" obrazı üzərində 1977-ci ildə yazılan və çəkilən türk filmi. Rejissoru Ertem Əyilməzdir. Film 1977-ci ilin dekabrında nümayiş olundu. Şaban komandiri Hüsaməddini tez-tez yaralayan və orduda hər cür yöndəmsizlik edən əskərdir. Əskərlikdən sonra əskər yoldaşı Ramazanla birlikdə əyləncə məkanında çalğıçılıq edir. Sonrasında Şabanla Ramazan işlədikləri əyləncə məkanında kanto çalan Nigara aşiq olurlar. Bundan xəbər tutan Nigarın məşuqu Kadırqalı Əşrəflə böyük problem yaşayırlar. Amma təsadüfən onun öhdəsindən gəlirlər. Mülki həyatda polis olan Hüsaməddinin və polis təşkilatının aylardır tuta bilmədikləri Kadırqalı Əşrəfi tutduqları üçün Hüsaməddinin qayınatası olan Nazır paşanın gizli polisi olurlar. Sonrasında Nazır paşa onlara bacısının itən almazını tapma işini tapşırır.
Afan
Afan — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Afan Saatlı rayonunda kənd, Mil düzündədir. Rayonun Novruzlu kəndindən çıxmış yeddi ailə tərəfindən Afan adlanan yerdə salınmış bu kənd əvvəllər Təzə Novruzlu, Yeddievlər, Gəlmələr də adlanırdı. Azərbaycan dilinin dialektlərində afan "zəif, gücsüz" mənasında işlənir. Toponim "gücsüz yer" mənasını ifadə edir.
Ağkənd (Qafan)
Ağkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. XX əsrin əvvəllərində ləğv edilmişdir. Toponim qədim türk dilində «kiçik» mənasında işlənən ağ sözünə kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
Baharlı (Qafan)
Baharlı — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin mərz mərkəzi Qafan şəhərindən 18 km şimal-qərbdə Qovşud və Gığı kəndləri arasında yerləşmiş hal-hazırda mövcud olmayan kənd. Gığı dərəsində, Qazangölçayın sol sahilində, dağ döşündə yerləşən kəndin əhalisi 1983-cü ildə Qazangölçayın üzərində su anbarı tikilməsi səbəbiylə qonşu kəndlərdən biri olan Zeyvəyə köçürülüb. Baharlı kəndinin əhalisi tamamilə azərbaycanlılardan ibarət idi. Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005. Əziz Ələkbərli, «Qədim türk-oğuz yurdu "Ermənistan"», Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu, «Silinməz adlar, sağalmaz yaralar», Bakı, "Azərnəşr", 1997.
Bakça (Şaran)
Bakça (başq. Баҡса, rus. Бахча) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Nürəy kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 33 km, kənd sovetliyindən (Nürəy): 3 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 38 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (85 %) üstünlük təşkil edir.
Bazqıya (Şaran)
Bazqıya (başq. Баҙғыя, rus. Базгиево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Bazqıya kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 17 km, ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 20 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (46%) üstünlük təşkil edir.
Bağırbəyli (Qafan)
Bağırbəyli (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Rayon mərkəzindən 21 km cənub-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Burada 1907-ci ildə 836 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri -azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla qovulmuşdur. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. Toponim Bağırbəy şəxs adına mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlib, «Bağırbəyə mənsub kənd» mənasını bildirir. Antropotoponimdir.
Bikkol (Şaran)
Bikkol (başq. Биҡҡол), rus. Биккулово) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Akbaris kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 9 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 41 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə Marilər (98%) üstünlük təşkil edir.
Biktış (Şaran)
Biktış (başq. Биктыш), rus. Биктышево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Akbaris kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 12 km, kənd sovetliyindən (Akbaris): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 47 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə marilər (98%) üstünlük təşkil edir.
Borisovka (Şaran)
Borisovka (başq. Борисовка), rus. Борисовка) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 33 km, kənd sovetliyindən (Miçurinsk): 15 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 75 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə Çuvaşlar (98%) üstünlük təşkil edir.
Boxara (Şaran)
Boxara (başq. Бохара, rus. Бухара) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Tübənqe Zəyet kənd şurası nın tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 40 km, kənd sovetliyindən (Tübənqe Zəyet): 10 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 10 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Bulansaz (Şaran)
Bulansaz (başq. Боланһаҙ), rus. Булансаз) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 17 km, kənd sovetliyindən (Miçurinsk): 1 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 59 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (59%) üstünlük təşkil edir.
Bulək (Şaran)
Bulək (başq. Бүләк, rus. Буляково) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Dimitriyevo Polyanka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 10 km, kənd sovetliyindən (Dimitriyevo Polyanka): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 45 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (84%) üstünlük təşkil edir.
Burhık (Şaran)
Burhık (başq. Бурһыҡ, rus. Барсуково) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Durtüylü kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 17 km, kənd sovetliyindən (Durtüylü): 6 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 26 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (784%) üstünlük təşkil edir.
Daşbaşı (Qafan)
Daşbaşı - Zəngəzur mahalının Qafan rayonunda kənd. Toponim Azərbaycan dilində dağ, qaya mənasında işlənən «daş» sözü ilə yuxarı, zirvə, yüksəklik mənasında işlənən «baş» sözündən əmələ gəlmişdir. «Baş» sözü toponimlərin tərkibində "dağın zirvəsi" mənasında işlənir. Orotoponimdir, quruluşca mürəkkəb toponimdir. Qafan şəhərindən 23 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində Pürülü kəndi yaxınlığında, dəniz səviyyəsindən 1500 m yüksəklikdə, dağlıq ərazidə yerləşir. Əhalisi azərbaycanlılardan ibarət olmuş kənddə 1897-ci ildə 53 nəfər, 1922-ci ildə 42 nəfər, 1926-cı ildə 37 nəfər, 1931-ci ildə 65 nəfər əhali yaşamışdır. Yusif Aslanov - alim.
Daşnov (Qafan)
Daşnov - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. Kəndin digər adı Daşnav olmuşdur. Rayon mərkəzindən 18 km şimal-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində işlənən daş sözü ilə fars dilində «nov, kanal, arx» mənasında işlənən nov sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 18 nəfər, 1873 - cü ildə 30 nəfər, 1886-cı ildə 31 nəfər, 1897-ci ildə 30 nəfər, 1904 - cü ildə 39 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. İndi ölü kənddir.
Durtüylü (Şaran)
Burhık (başq. Durtüylü dinlə, rus. Дюртюли) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Durtüylü kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 22 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 20 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (73%) üstünlük təşkil edir. Aleksey Kondratev — terxniki elmlər namizədi, professor.
Durmən (Şaran)
Durmən (başq. Дүрмән, rus. Дюрменево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Çalmalı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 11 km, kənd sovetliyindən (Çalmalı): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 30 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (83%) üstünlük təşkil edir.
Saman Nəriman Cahan
Saman Nəriman Cahan (fars. سامان نریمان جهان‎, d. 18 aprel 1991, Bünab, Şərqi Azərbaycan ostanı, İran) — hazırda Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi komandasının keçmiş cənubi azərbaycanlı yarımmüdafiəçisi, 23 yaşadək futbolçulardan ibarət İran millisinin keçmiş üzvü. Əhalisi azərbaycanlılardan ibarət olan və əsasən Azərbaycan dilində danışılan bölgə olan Şərqi Azərbaycan ostanının Bünab ərazisində anadan olan Saman futbolçu karyerasına Təbrizin İran peşəkar futbol liqasındakı təmsilçisi Traktorda başlamışdır. Həmçinin onun peşəkar futbolçu kimi yetişməsində Təbrizin digər klubu Maşın Sazi və Tehranın Neft Tehran klublarının da böyük rolu olub. Peşəkar olaraq karyerasına 2012-ci ildə məhz Neft Tehran klubunda başlayıb. Həmin ilin ikinci yarısını icarə əsasında Göstəriş Poladda keçirən Saman, özünü yaxşı nümayiş etdirmiş və növbəti mövsüm Göstərişə transfer edildi. Traktorda icarədə oynayıb yenidən Göstərişə qayıdan Saman 2016-cı ilin yayında Avstriya Bundesliqası təmsilçisi Volfsbergerə baxışa yollansa da, maliyyə problemləri səbəbindən onun transferi baş tutmadı. Saman 2016-17 mövsümündə yenidən qurulmuş Maşın Sazi komandasına qatıldı. Azadi stadionunda İstiqlalla oyunda məhz onun qolu sayəsində komandası Tehran təmsilçisi ilə heç-heçə etdi.