Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səba Surəsi
34-cü surə Səba surəsi (Məkkədə nazil olmuşdur, 54 ayədir). Surənin adı 15-ci ayədə rast gəlinən "Səba" sözündən götürülüb. Səba Yəməndə olmuş yer adı, eləcə də bir qövmün adıdır. Bu qövmün adı Səba Krallığı, əhalisi isə Səba xalqı adı ilə də tanınır.
Səba dövləti
Səba dövləti — Yəmən ərazisində bizim eradan əvvəl II minilliyin sonundan — 115-ci ilə qədər mövcud olmuş tarixi dövlət. == Tarixi == Səba dövləti İncildə, əsasən, Kral Solomon və Səba (Şeba) kralliçası hekayələrində tez-tez xatırlanan, qədim Assur, Yunan və Roma mənbələrində adı çəkilən, Ərəbistan yarımadasının cənub qərbində eradan əvvəl 8-ci əsrdən eramızın təxminən 5-ci əsrinədək mövcud olan İslam öncəsi ərəb krallığıdır. Orta əsrlərdə krallığın mərkəzi Yəmənin paytaxtı Sənadan 120 km şərqdə yerləşən Mərib olmuşdur. Ərəb rəvayətlərinə əsasən, Mərib şəhərinin əsası Nuh peyğəmbərin böyük oğlu Sam tərəfindən qoyulub. İkinci böyük şəhəri isə Sirvah idi. Səba dövləti ədviyyat, buxur və mirra da daxil olmaqla ətriyyat, kənd təsərrüfatı məhsulları, quru və su yolları vasitəsilə daşınan ticarət malları ilə zəngin idi. Bu məhsullar Ərəbistan yarımadası daxilində dəvələr vasitəsilə, Hindistana isə dəniz yolu ilə ixrac olunurdu. Əsrlər boyu krallıq Qırmızı dənizdəki Bab əl-Məndəb boğazını idarə etmiş, Afrika sahillərində çoxlu sayda koloniyaların, Abissiniya (indiki Eritreya) krallığının əsasını qoymuşdur. Səba dövləti dövründə Yəməndə kənd təsərrüfatı dağlarda böyük su tunelləri və bəndlərdən ibarət qabaqcıl irriqasiya sistemlərinin mövcudluğu sayəsində çiçəklənmişdir. Bu sistemlərdən ən nəzərə çarpanı bizim eradan əvvəl 700-cü illərdə tikilən və eramızın 570-ci ilində baxımsızlıqdan dağılanadək əsrlərlə varlığını qoruyan Mərib su bəndidir ki, təxminən 100 km² ərazini su ilə təmin edirdi.
İbn Səba
Abdullah ibn Səba (ərəb. عبد الله بن سبأ‎; VII əsr) — Əli ibn Əbu Talibə qarşı “ifrat” fikirlər təbliğ edən ilk şiə məzhəblərindən biri olan səbailiyin eponimidir. Müsəlman mənbələrinə görə Abdullah ibn Səba əslən Səba (Yəmən) şəhərindən olmuş və İslama iudaizmdən gəlmişdir. Anası Efiopiyadan olduğuna görə "qaranın oğlu" (İbn əs-Sauda) ləqəbini almışdır. Həmçinin İbn Vəhb və İbn Hərb adı ilə də çağırılırdı. Üçüncü İslam xəlifəsi Osman ibn Əffanın (hakimiyyət illəri: 644-656) müasiri olmuşdur. == Bioqrafiya == Müsəlman tarixçiləri Abdullah ibn Səbanın İslamı qəbul etdiyini bildirən, lakin əslində müsəlman olmayan yəmənli yəhudi olduğunu bildirirlər. Onun haqqında həm süni, həm də şiə müəllifləri öz əsərlərində yazmışlar. Abdullahın yəhudi kökləri şiələrin əleyhdarlarına “rafizliyin əsaslarının yəhudilərdən götürüldüyünü” iddia etməyə əsas verirdi. O, Xilafətdə üçüncü xəlifə Osman ibn Affanın öldürülməsinə səbəb olan qarışıqlığın əsas təşkilatçılarından biri idi.
Süleyman Seba
Süleyman Rıza Seba (5 aprel 1926, Sakarya — 13 avqust 2014, İstanbul), Abxaz əsilli türk futbolçu, MİT üzvü , idman meneceri və Beşiktaş Gimnastika Klubunun 30-cu prezidenti . 1984–2000-ci illərdə fasiləsiz olaraq Beşiktaş Gimnastika Klubunun prezidenti olub. Hakkı Yetenlə birlikdə Beşiktaş Gimnastika Klubunun iki fəxri prezidentindən biridir. == Bioqrafiya == === İlk illər === 1926-cı il aprelin 5-də Hendekdə doğulan Süleyman Seba ibtidai məktəbi Sakaryada bitirdikdən sonra orta məktəbi oxumaq üçün İstanbula gəlir. İki il Qalatasaray Liseyində oxuduqdan sonra Kabataş Oğlan Liseyinə keçdi. Məzun olduğu Kabataş Oğlan Liseyinin futbol komandasında oynamağa başlayıb. Orta məktəbdə oxuduğu ilk illərdə Beşiktaş Gənclər Komandasına qoşulub. Beşiktaşda oynadığı müddətdə Memar Sinan Universitetində Fransız Filologiyasına başlasa da təhsilini davam etdirmədi. === Futbol karyerası === Seba 1946-cı ildə Refik Osman Top dövründə A komandasına yüksəldi. İlk İstanbul Liqa matçını 1946–47 mövsümündə, mövsümün ilk matçı olan Fənərbaxça derbisi ilə keçirdi.
AEBA
Beynəlxalq Atom Enerjisi Agentliyi (ing. International Atomic Energy Agency) və ya qısaca BAEA (ing. IAEA) — BMT-nin ixtisaslaşdırılmış agentliyi. Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA), nüvə enerjisindən sülh istifadəsini təşviq etmək və nüvə silahları da daxil olmaqla, onun hər hansı bir hərbi məqsəd üçün istifadəsinə maneə törətmək istəyən beynəlxalq bir təşkilatdır. == Təşkilatın yaradılması == BAEA, 29 iyul 1957-ci ildə müstəqil bir təşkilat kimi yaradılmışdır. Birləşmiş Millətlər Təşkilatından öz beynəlxalq müqaviləsi ilə qurulmuş olsa da, statusuna görə həm Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına, həm də Təhlükəsizlik Şurasına məlumat verir. == Fəaliyyəti və məqsədləri == Beynəlxalq Atom Enerjisi Agentliyinin Avstriyanın Vyana şəhərində qərargahı var. Beynəlxalq Atom Enerjisi Təşkilatının Toronto, Kanada və Yaponiyanın Tokio şəhərində yerləşən iki "Regional Təhlükəsizlik Təşkilatları Ofisləri" var. Beynəlxalq Atom Enerjisi Agentliyinin Nyu-Yorkda, ABŞ-də və İsveçrənin Cenevrə şəhərində yerləşən iki əlaqə bürosu var. Bundan əlavə, AEBA Seibersdorf, Avstriya, Monako və Triest şəhərlərində yerləşən laboratoriya və tədqiqat mərkəzlərinə malikdir.
Feba
Feba (yun. Φοίβη) — yunan mifologiyasında ayı təcəssüm edən ilahə, 12 titandan biri, Uran və Geyanın qızı, Leto və Asteriyanın anası, Apollon və Artemidanın nənəsidir. == İstinadlar == == Mənbə == Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Heba
Heba (q.yun. Ἥβη q.yun. Ἥβη Ἥβη və Hebe) — in Yunan mifologiyası gənclik ilahəsi, Zevs və Heranın qızı. Heba Olimpdə tanrıların ruhanisi olaraq xidmət etmiş, daha sonra isə Hanimed onu əvəz etmişdir . Herakl ölümsüzlüyü əldə etdikdən sonra Hera ilə barışıq əlaməti olaraq ona ərə verilir. . Hera Heraklə övladlığa götürür və Hebanı ona ərə verir . Heba və Heraklın evliliyinin sübutu olan təsvir Mycenae yaxınlığındakı Gereionda yerləşirdi . Alexiaz və Aniket övladları idi. . Sərv gənc ilahənin müqəddəs ağacı hesab olunurdu. Heba məbədinə daxil olan qul azadlıq əldə edirdi. .
Saba
Saba (nid. Saba) — Karib Niderlandındakı 3 özəl bələdiyyədən ən kiçiyi. Rəsmi dili Niderland dilidir. Ərazisi 13 km² olan bu adada 1,811 nəfər yaşayır. Paytaxtı Bottom şəhəridir.
Sebu
Sebu (Cebú) — Filippinin ərazisinin böyüklüyünə görə ikinci şəhəri və eyniadlı adanın mərkəzi. Şəhərin əsası 1565-ci ildə qoyulub. Adanın kəşfi 1521-ci ildə gəmisi burada lövbər salmış Fernando Magellanın adı ilə bağlıdır.
Sebxa
Sebxa – (rus. себха, ing. sebkha) Şimali Afri­ka səhralarında gilli yastı dibə malik, şoranlıqlardan ibarət, axarsız qapalı çökəklər. Orta Asiya səhralarında takırlara oxşardır.
Sega
Sega (Sega Korporasiyası yap. 株式会社セガ, Kabushiki gaisha Sega) — videooyunlar üçün proqram təminatı və aparat vasitələri yaradan transmilli (beynəlxalq) şirkətdir. Mərkəzi ofisi Tokio, Yaponiyada yerləşir. Sega-nın 1991-ci ildən talismanı olmuş Sonic onun ən məşhur personajıdır.
Seka
Seka (15 may 1954, ABŞ) — ABŞ pornoaktrisasıdır. == Həyatı == Doriti Handli 15 aprel 1954-ci il tarixində Virciniya ştatında yerləşən Redford şəhərində doğulmuşdur. Hindu və irland əsillidir. 1972-ci ildə ailə həyatı qurmuş, lakin bir müddət sonra boşanmışdır. 1977-ci ildə porno karyerasına başlamışdır. 1997-ci ildə porno karyerasını bitirərək, radioda yayımlanan şouların birində aparıcı olaraq iştirak etmişdir.
Sena
Sena (fr. Seine [sɛn], lat. Sequana) — Fransanın şimalında çay, böyük nəqliyyat qovşağı. Uzunluğu — 776 km, sahəsi — 78,65 min km²-dir. == Hidroqrafiya == Sena mənbəyini Burqundiyanın cənubundakı Lanqr dağından götürür və Paris sahəsində genişlənir. Parisdən sonra onun axın xətti əyilir. Qavr yaxınlığında La-Manş körfəzindəki Sen buxtasına tökülür. Çayın başlanğıcında dünyada ən uzun asma körpülərdən biri tikilib. Ona tökülən çaylar: sağdan — Ob, Marna, Uaza; sol tərəfdən — Yonna. == İqtisadiyyat və ekologiya == Sendən gəmiçilik üçün geniş istifadə edilir.
Seqa
Geskon — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 169 nəfərdir. == Toponimiyası == Oykonim kek/kok (Azərbaycan dilindəki goy sözü) və honi (TalıŞərq "bulaq") sözlərindən ibarət toponim kimi "goybulaq" mənasında izah olunur. Kəndin adını "birəli bulaq" kimi izah edənlər də var. Hər iki halda kənd ərazisindəki bulağın adı ilə adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Osyedərə kənd inzibati ərazi dairəsi tərkibindəki Keskon kəndi Geskon kəndi adlandırılmışdır.
Seyba
Seyba (lat. Ceiba) – əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ceiba aesculifolia (Kunth) Britten & Baker, 1896 Ceiba glaziovii (Kuntze) K.Schum., 1900 Ceiba insignis (Kunth) P.E.Gibbs & Semir, 1988 Ceiba pentandra (L.) Gaertn.
Soba
Soba - odun, qaz, yağ və kömür yandırmaqla nəzarətli istilik yaratmq üçün tətbiq olunan qurğudur. Sobalar tətbiq sahələrinədn asılı olaraq müxtəlif formalara malik olurlar. Buraya yemək hazırlamaq üçün istifadə olunan sadə sobalardan tutmuş, polad və digər metalların əridilməsi üçün tətbiq olunan domna sobaları daxildir. == Kömür sobaları == Uzun müddət kömür sobaları ən geniş yayılmış sənaye sobaları idilər. kömür sobalarına istənilən ölçüdə rsat gəlmək olurdu. Kömür oduna nisbətən daha yüksək temperaturda yanır. Buna görə də kömür sobalarının konstruksiyası daha istiyə davamlı olurdular. Odun sobalarından fərqli olaraq kömür sobalarını həm odun, həm də kömürlə işlətmk olur. Kömür sobaları torla təchiz olunurlar ki, bu da havanı aşağıdan verməyə şərait yaradır. Alovun altından verilən havanın miqdarı kömürün növündən asılıdır.
Səbha
Səbha (ərəb. سبها‎) — Liviyada şəhər.Tripolidən təxminən 800 km uzaqlıqda yerləşir. İraq Şam İslam Dövlətinin Liviyadakı mərkəzlərindən biri də buradır. 2011 ci ildən sonra Liviyada İslam Dövlətinin, həmçinin 2019-cu ilin yanvar ayından Haftərin mərkəzi burada yerləşir. Liviya vətəndaş müharibəsi zamanı bura mərkəz olub.
Səbz
Səbz (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Dərə Səbz — İranda kənd.
Səbə
Səbə (ərəb. السبع‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində kiçik şəhər və kommuna. Tsabit dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin şimalında, Böyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, Əlcəzairin paytaxtından təxminən 987 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir.Səbə kommunasının sahəsi 6183 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 16 mm-dir). Orta illik temperatur 24,3-dür °C. Ən soyuq ayın (dekabrın) orta temperaturu 11,3°C, ən isti ayın (iyul) isə 36,9°C-dir.
Səma
Yerin Qorunan Tavanı: Atmosfer Əksər hallarda bizim xəbərimiz olmadığı halda hər planetə olduğu kimi, Yerə də çoxlu sayda meteorit düşür. Digər planetlərə düşdükdə nəhəng kraterlər meydana gətirən bu meteoritlərin Yerə zərər verməmələrinin səbəbi planetimizi əhatə edən atmosferin düşən meteoritlərə qarşı güclü müqavimət göstərməsidir. Meteorit bu müqavimətə çox dözmür və sürtünmə nəticəsində yanaraq kütləsinin böyük hissəsini itirir. Beləliklə, böyük fəlakətlərə səbəb ola bilən bu təhlükə atmosfer sayəsində aradan qaldırılır. Göy üzünün "qorunmuş tavan" olmasının ən mühüm nümunələrindən biri Yeri əhatə edən maqnetik sahədir. Atmosferin ən yuxarı təbəqəsi “Van Allen” adlandırılan maqnetik qurşaqdan ibarətdir. Bu qurşaq Yerin nüvəsinin malik olduğu xüsusiyyətlər nəticəsində əmələ gəlib. Nüvə dəmir və nikel kimi maqnetik xüsusiyyəti olan ağır elementləri ehtiva edir. Ancaq daha mühüm olan budur ki, nüvə iki fərqli formadan ibarətdir: daxili nüvə bərk, xarici nüvə isə maye halındadır. Nüvənin bu iki təbəqəsi bir-biri ətrafında hərəkət edir.
Səna
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtı və böyük şəhəri. == Haqqında == Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Səqba
Səqba-(ərəb. سقبا‎)Suriyada şəhər.
Vəba
Vəba (lat. cholera) — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur. Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.
Şəfa
Şəfa — Azərbaycanlı kişi və qadın adı; təxəllüs. Qadın adıŞəfa Hüseynova — azərbaycanlı müğənni.Kişi adıŞəfa Zikri İbrahim — kürd əsilli İraq jurnalisti və müxbiri. Şəfa Əliyev — Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru.TəxəllüsŞərafət Şəfa — jurnalist, şairəDigərŞəfa FK — Bakıda futbol klubu Şəfa piri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Zeyvə kəndində ziyarətgah.
Abdullah ibn Səba
Abdullah ibn Səba (ərəb. عبد الله بن سبأ‎; VII əsr) — Əli ibn Əbu Talibə qarşı “ifrat” fikirlər təbliğ edən ilk şiə məzhəblərindən biri olan səbailiyin eponimidir. Müsəlman mənbələrinə görə Abdullah ibn Səba əslən Səba (Yəmən) şəhərindən olmuş və İslama iudaizmdən gəlmişdir. Anası Efiopiyadan olduğuna görə "qaranın oğlu" (İbn əs-Sauda) ləqəbini almışdır. Həmçinin İbn Vəhb və İbn Hərb adı ilə də çağırılırdı. Üçüncü İslam xəlifəsi Osman ibn Əffanın (hakimiyyət illəri: 644-656) müasiri olmuşdur. == Bioqrafiya == Müsəlman tarixçiləri Abdullah ibn Səbanın İslamı qəbul etdiyini bildirən, lakin əslində müsəlman olmayan yəmənli yəhudi olduğunu bildirirlər. Onun haqqında həm süni, həm də şiə müəllifləri öz əsərlərində yazmışlar. Abdullahın yəhudi kökləri şiələrin əleyhdarlarına “rafizliyin əsaslarının yəhudilərdən götürüldüyünü” iddia etməyə əsas verirdi. O, Xilafətdə üçüncü xəlifə Osman ibn Affanın öldürülməsinə səbəb olan qarışıqlığın əsas təşkilatçılarından biri idi.
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).