Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Selen
Selen (Se) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 34-cü element. Fotokeçirici xüsusiyyəti səbəbiylə fotokopiya aparatlarında istifadə edilir. Şüşə sənayesində, xüsusilə yaqut rəngli şüşə və mina istehsalında istifadə edilir. Həmçinin, foto tonik, fotoelektrik gözələr, televiziya kameraları və işıq ölçərlərin istehsalında; günəş gözələrində yarımkeçirici və polad istehsalında da qatqı maddəsi olaraq istifadə olunur. Bitkilərdə selenin miqdarı 0.000001% (kütlə ilə) təşkil edir.Bəzi bitkilər seleni torpaqdan mənimsəyərək toplamaq qabiliyyətinə malikdir, onların arasında payız astra çiçəyi də var. Selenin miqdarı sarımsaqda, zeytunda, dəniz yosunlarında, paxlalılarda , hind qozunda, püstədə və keşdə daha cox olur. Spirulin yosunu, dərman evkalipti, ural biyanı, səhra efedrası çöl qatırquyruğu selen ilə zəngindir. Lakin son yüz ildə torpaqda selenin azlığı müşahidə olunur və nəticədə tərəvəzdə də onun miqdarı az olur.Selen gübrələri lazımı səmərə vermir. Buna səbəb odur ki, nitratlar, xloridlər və fosfatlar seleni əlaqələndirərək həll olmayan birləşmələrə çevirirlər. Otuz dərman bitkisi seleni toplayır.Belə bitkilərə demirotu, meşə çiyələyi, yunlu üskükotu, aptek çobanyastığı, itburnu, çılpaq biyan, ağacabənzər aloe, qanqırmızı yemişan aiddir.
Selen Soyder
Selen Soyder (türk. Selen Soyder, 26 dekabr 1986, İzmir) — Türkiyə modeli, Miss-Türkiyə 2007. == Həyatı == 26 dekabr 1986-cı ildə İzmirin Alsancak qəsəbəsində anadan olmuşdur. Məktəbi qurtarandan sonra Selen Soyder liseyi İzmirdə bitirmişdir. 2006-cı ildə Miss Model Of Turkey yarışmasında Türkiyənin ən yaxşı modeli seçildi ve Miss Bikini Of The Universe yarışmasında Çin Xalq Respublikasında Türkiyəni təmsil etdi. İlk beşliyə daxil olan Soyder, Türkiyəyə "Ən yaxşı milli geyim" mükafatını qazandırdı. 2007-ci ildə Star TV-nin yayımladığı və 1200 nəfərin qatıldığı Türkiyə Gözəllik Yarışması Miss Turkey-də "Türkiyə Gözəli" seçildi və Türkiyəni Miss World 2007-də 106 ölkənin içində Çinin Sanya adasında təmsil etdi. İlk beşliyə daxil ola bilmədi. 2007-ci ildə Vakkonun modeli olmuşdur. Daha sonra dil təhsili üçün Kanadaya gedən Selen Soyder 2009-cu ildə Türkiyəyə geri döndü.
Belen
Belen Xanım - türk mifologiyasında səyahət ilahəsi. Pelen Ana olaraq da tanınır. Yolçuları qoruyar. Yolların təhlükəsizliyini təmin edər. Səfər edənlər ona dua edərlər. Yolçulara zərər verən quldurları cəzalandırar. Yolda diyar qalmaq deyimi, sözün mövzuyla əlaqəsini açıq şəkildə ifadə edir. Bu ruhu məmnun etmək üçün çÇalama edilir, yəni müqəddəs ağaclara saçılar verilir, bez bağlanır. Uzun yola çıxacaq olan oba onun adını xatırlayaraq atəşlərə "saçı edər, "adak" edirlər. == Etimologiya == (Bel) kökündən törəmişdir.
Seben
Seben (türk. Seben) — Bolu ilinin ilçəsi.
Selena
Selena — ay ilahəsi. Yunan mifologiyasındakı analoqu Artemidadır.
Sesen
Sesen (fr. Seyssins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Seyssine kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38486. Kommunanın 2007-ci il üçün əhalisi 6908 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 219 ilə 1 897 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 5 km cənub-qərbdə yerləşir.
Velen
Velen (alm. Velen‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Münster inzibati dairəsində şəhər. Sahəsi 70.52 km2, əhalisi 13014 nəfərdir (2006).
Yelən
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Şelun
Şelun (IV əsr – 410) — qəbilə başçısı olan kimi hərbi dəyişiklər etdi. Hunların hərbi sistemini qəbul etdi. Minlik, yüzlük yaradıb, onlara minbaşı, yüzbaşı təyin elədi.Bu dəstələrin bayrağı vardı.Kim birinci düşmən dəstəsinə girib məğlub edərdisə onlara qənimət və qullardan pay ayırardı. Qorxaqları dəyənəklə döydürərdi. 399-ci ildə Vey ordularına məğlub oldu. Hun qəbilələrini məğlub edib başçıları Şibaetsini öldürən Şelun 402-ci ildə özünü xanlar xanı - xaqan elan etdi. Özünü Çyudufa xaqan adlandıran Şelun həm də Douday xan adı ilə tanınırdı. Douday sienbi dilində "düzgün ox atan" mənasına gəlir. O tarixdə ilk dəfə xaqan titulu istifadə edən insandır. 410-cu ildə Şimal Vey orduları tərəfindən öldürüldü.
Sele
Sele (sloven. Celje; alm. Cilli‎) — Sloveniya ərazisində yerləşən şəhər. Ölkənin əhali sayına görə üçüncü ən böyük şəhəridir. Aşağı İştiriya tarixi vilayətinin mərkəzi olmuşdur. Sele şəhər (icma) dairəsinin inzibati mərkəzidir. Şəhər dəniz səviyyəsindən 238 m (781 fut) yuxarıda yerləşir. == Ümumi məlumat == Sele şəhəri Saviya, Lojnisa və Volqayna çaylarının qovuşduğu ərazidə, iri bir təpənin yaxınlılğında yerləşir. Təpədə qədim Sels qəsri yerləşir. Şəhər tarixə Sele qraflığının mərkəzi olaraq daxil olmuşdur (XIV–XV əsrlər.).
Şələ
Şələ (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Şələ (nəqliyyat) — ən qədim yükdaşıma qaydalarından biri.
Arnold Gelen
Arnold Gelen (29 yanvar 1904[…], Leypsiq, Saksoniya – 30 yanvar 1976[…], Hamburq) – alman filosofu və sosioloqu, fəlsəfi antropologiyanın əsas nümayəndələrindən biri. Leypsiq və Kölndə fəlsəfə təhsili almış, Leypsiq, Köniqsberq və Vyana universitetlərinin professoru olmuşdur. İkinci Dünya müharibəsi illərində Vermaxtın zabiti idi. Müharibədən sonrakı illərdə Şpayerdə İdarəetmə elmləri üzrə Ali məktəbdə, Axenin Ali texniki məktəbində sosiologiya professoru kimi çalışmışdır. Gelen "İnsan. Onun təbiəti və dünyadakı yeri" (alm. “Der Mensch. Seine Natur und seine Stellung in der Welt”‎) adlı əsas əsərində M. Şelerin və X. Plesnerin ardınca gedərək, insanın xüsusi təşkil olunmuş canlı varlıq kimi dünyadakı spesifik yerini aşkarlamağa çalışmışdır. O, insanı İ. Q. Herder kimi "qeyri-kafi varlıq" və Fridrix Nitsşe kimi "hələ müəyyənləşməmiş heyvan" adlandırırdı. Onun fikirincə heyvanlardan fərqli olaraq, insan bütöv halda instinktlərdən məhrumdur, müvafiq qıcıqlandırıcılara qarşı sabit reaksiyalar sistemindən kənardır, doğulan andan təbiətlə harmoniya halında deyil, özünün "ətraf mühiti"nə uy ğunlaşmayıb, dünya üçün "açıq"dır.
Belen (Para)
Belen — Braziliya da yerləşən şəhər. Para vilayətinin mərkəzi şəhəri.
Camuqa-seçen
Camuqa-seçen (1154-1205)— Çingiz xanın andası və silahdaşı. == Həyatı == Temuçinin digər andası Borçu tərəfindən, Çingiz xanın əmri ilə öldürülmüşdür. Camuqa da əvvəllər Çingiz xanın rəqibiydi. Amma Camuqanı digərlərindən ayıran ən önəmli səbən, Çingiz xan ilə olan qan qardaşlığıydı… === Çingiz xan və Camuqa-seçen === Camuqa Çingiz xan ilə eyni yaşlardadır. Camuqa, gəncliyində, mənsub olduğu Cacirat (Cadaran) ulusunun başçısı olmuşdu. Seçen ünvanı daşıyırdı. Hətta, istənildiyində 20 min əsgər dəxi çıxara bilirdi. Çingiz xanla olan münasibətlərinin korlayan səbəblər məchul,ayrılışlarının necə olduğu da qəti olaraq bilinmir. Tanışmalarının, ikisininde 11 yaşlarında oluğu zamanlarda gerçekleştiği rəvayət edilmekdedir. Onan çayı kenarında oyun oynuyurdılar.
Helen Feyn
Helen Feyn (ing. Helen Fein; 1934[…] – 14 may 2022) — soyqırım, insan hüquqları, kollektiv zorakılıq və digər məsələlər üzrə ixtisaslaşmış ABŞ tarixi sosioloqu və professoru. O, dörd kitab və monoqrafiyanın müəllifi və redaktoru, Harvard Universitetində Beynəlxalq Təhlükəsizlik Proqramının keçmiş əməkdaşı, Beynəlxalq Soyqırım Alimləri Assosiasiyasının təsisçisi və ilk prezidentidir. O, Nyu-York Universitetinin Soyqırımı Araşdırmaları İnstitutunun icraçı direktorudur. == Publikasiyalar == Genocide Watch, 1992.
Helen Fildinq
Helen Fildinq (19 fevral 1958, Morli) - İngiltərə yazıçısı və senaristi. Ən məşhur əsəri 1988-ci ildə yaratdığı Londonda tək yaşayan qadın obraz Bridcit Cons və onun haqqında çəkilən filmlərdir. Onun romanları olan "Bridcit Consun gündəliyi" və "Bridcit Cons: Məntiqin sərhədi" romanları 40-dan çox ölkədə nəşr olundu və 15 milyon nüsxəsi satıldı. Eyniadlı filmlər də böyük uğur qazandı. "The Guardian" qəzetinin apardığı anketdə "Bridcit Consun gündəliyi" XX əsrdə həyat tərzini ən yaxşı əks etdirən 10 romandan biri seçildi.Hazırda Helen Fildinq Bridcit Cons seriyasının 3-cü romanını yazmağa davam edir (2012-ci ildən). == Həyatı == Helen Fildinq 19 fevral 1958-ci ildə İngiltərənin şimalında, Lids çəhərinin yaxınlığındakı Morli şəhərində anadan oldu. Mədən işçilərinin jaketləri üçün xüsusi parça istehsal olunan fabrikdə atası müdir kimi işləyirdi. Atası 1972-ci ildə öldü və anası Nilli hələ də Yorkşirdə yaşamaqdadır. Fildinq təsilinə Veykfild Qız Məktəbində 3 qardaşı ilə başladı. Oksfor Sent-Anna Kollecində ingilis dili təhsili aldı və 1978-ci ildə Edinburq festivalına Oksford şou qrupunun üzvü kimi qatıldı.
Helen Keller
Helen Keller (ing. Helen Adams Keller; 27 iyun 1880; ABŞ, Alabama, Taskambiya; 1 iyun 1968; ABŞ, Konnentikut, İston) — amerikalı pedaqoq, aktivist, yazıçı, müəllimə və ictimai xadim. Uşaqlıq dövründən kar-kor və dilsiz olması onu bir çox həmkarından fərqləndirən mühüm xüsusiyyət olub. Maneələrə baxmayaraq, nail olduqları onu əfsanəvi bir şəxsiyyət halına gətirir. Beş dil bilən, üzən, şahmat oynayan Helen Keller yazdığı məqalələr və bir sıra kitablarla özünü əlillərə kömək etməyə həsr edir. Başda Amerika Görmə Əlillər Fondu olmaq üzrə bir çox təşkilatda çalışır və məhz bu səbəbdən dünyanın bir çox yerlərinə səyahət edir. == Həyatı == Kapitan Artur Henli Keller və Keyt Adams Kellerin qızı olan Helen Keller 1880-ci il iyun ayının 17-də Alabama ştatında Kolbert dairəsinin inzibati mərkəzi olan Taskambiyada sağlam körpə olaraq dünyaya gəlir, lakin 19 aylıq olarkən keçirdiyi xəstəlik nəticəsində görmə, eşitmə və danışma qabiliyyətini itirir. Bu xəstəliyin skarlatin və ya meningit olduğu ehtimal olunur. Helen 6 yaşında olarkən anası Keyt Keller Çarlz Dikkensin "Amerika qeydləri" əsərini oxuyur. Əsərdə kor və kar uşaq olan Lore Bricmen üçün edilənlərdən təsirlənir.
Helen Klark
Helen Klark (26 fevral 1950[…]) — Yeni Zelandiyanın baş naziri. == Həyatı == 1950-ci ildə Hamilton şəhərində anadan olmuşdur. 1974 Okland Universitetində magistr dərəcəsini almış və bu Universitetdə əmək fəaliyyətinə başlamışdır. 1981 Parlamentə uzv seçilmişdir. Xanım Helen Klark Əmək Partiyasının (ƏP) butun vəzifə pillələrini keçmişdir. 1978 – 1988 ƏP-nin İdarə Heyətinin uzvu olmuşdur. 1986 Silahsızlasma və beynəlxalq sulhə dəlalət edən fəaliyyətinə görə Danimarka Sulh Fondu tərəfindən Sulh Mukafatına layiq görülmüşdür. 1989 ƏP-nin İdarə Heyətinə qayıtmışdır. Həmçinin, ƏP-nin Gənclər Şurasının prezidenti olmuşdur. Parlamentə üzv seçildikdən sonra Parlamentin Xarici İşlər və Müdafiə məsələləri ilə məsğul olan Komitə, Silahsızlasma və Silahlara Nəzarət Komitəsinə sədrlik etmişdir.
Helen Mirren
Helen Mirren (ing. Helen Mirren, 26 iyul 1945) — Böyük Britaniya kino və teatr aktrisası.
Helen rifi
Helen (ing. Helen Reef) — Palaunun tərkibinə daxil olan ada. Həmdə Mikroneziyaya daxildir. Tobi adasından 70 km qərbdə yerləşir. Xatoxobey ştatı tərkibinə daxildir. Atolun sahəsi 103 km² təşkil edir. İqlimi tropikdir.
Helen Şarman
Helen Şarman (ing. Helen Patricia Sharman; 30 may 1963, Şeffild, İngiltərə) — Böyük Britaniya kosmonavtı.
Maks Şeler
Maks Şeler (22 avqust 1874[…], Münhen – 19 may 1928[…], Frankfurt-Mayn, Prussiya[d]) — alman filosofu, fəlsəfi antropologiyanın banilərindən biri. Maks Şeler insanın mahiyyətini izah edən təlimləri beş növə ayırmışdır: 1) Avropa-xristian doktrinası; 2) antik yunan; 3) naturalist; 4) dekadans nəzəriyyəsi; 5) fövqəlinsan konsepsiyası. == Həyatı == Maks (Ferdinand) Şeler Almaniyada Münhen şəhərində ortodoks yəhudi (atası Protestantlığı qəbul etmiş yəhudi) ailəsində anadan olmuşdur . 1894 ci ildə Münhendə Universitet dərsləri başladı lakin 1895-ci ildə təhsilini Berlində davam etdirdi . hərçənd ki , O Tibb təhsili almaq üçün Berlin Universitetinə müraciət etmişdir və İlk növbədə fəlsəfə və sosialogiyanı öyrənir , ən çox V. Diltey , G. Zimmelin mühazirələrini dinləmişdir. O, Yena Universitetində 1897 ci ildə doktorluq dərəcəsi aldı və 1899 –cı ildə isə professor oldu. Şeler 1901 –ci ildə Husserl ilə bir yığıncaqda görüşür və 1 ildən sonra Husserl in “Məntiqi Tədqiqatlar ” əsərini oxuyur . Bu əsərin təsiri ilə Şeler ömrünün qalan hissəsini Fenomenologiyanın inkişafına həsr etmişdir. Şeler 2 cilddə “Etikada Formalizm və Maddi Dəyər Etikası” ( 1913-16) əsərini yazmışdır. Həmin əsərdə Şeler qeyd edirdi ki , dəyərlərin ( bu anlayışı fəlsəfəyə Lotze gətirmişdir ) Öz mövcüdluğu vardır.
Melis Sezen
Melis Sezen (d. 2 yanvar 1997, İstanbul) — Türk aktrisa. == Həyatı == Melis Sezen, 2 yanvar 1997-ci ildə İstanbulda anadan olmuşdur. Qoç Universiteti məzunudur.
Seven (albom)
Seven – Mustafa Sandal-ın 2003-cü ildə çıxardığı 7-ci albomudur. == Mahnı haqqında == "Seven" albomu "Universal Music Germany" leyblı tərəfindən istehsal edilmişdir. Albom 2004-cü ildə "Seven New Version" adı ilə istehsal edilmişdir. Albomda əvvəlki illərdə Mustafa Sandal tərəfindən ifa edilmiş bir sıra mahnıların yeni variantları vardır. Bir çox mahnılar ingiliscə ifa edilmişdir. Bu mahnılar Türkiyə də daxil olmaqla, bir çox Avropa ölkələrinin hit-paradlarında böyük uğur qazanmışdır.
Seven Churches
Seven Churches — "Possessed" qrupunun 16 oktyabr 1985-ci ildə yayımlanan debut albomları. Albom death metal subjanrının ən önəmli albomlarından biri sayılır. Bununla yanaşı, qrupun ən çox satılan albomudur. == Mahnı siyahısı == == Üzvlər == Cef Beserra (ing. Jeff Becerra) − vokal, bas-gitara Larri Lalonde (ing. Larry LaLonde) − elektrogitara Mayk Torrao (ing. Mike Torrao) − elektro gitara Mayk Sas(ing. Mike Sus) − zərb alətləri Rendi Börns (ing.