Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şencen
Şencen (çin. 深圳市, ing. Shenzhen) və ya Sham Chun Çin Xalq Respublikasının Quandun əyalətinin əsas şəhəridir. Şəhər Honq Konq xüsusi inzibati bölgəsindən şimalda yerləşir və əyalət altı şəhər inzibati statusuna sahibdir. Şencen yaşayış məntəqəsinə 1979-cu ildə şəhər statusu verilmişdir. 1980-ci ildə isə burada Çinin ilk xüsusi iqtisadi zonası yaradılmışdır. 2010-cu ildə şəhər əhalisinin siyahıya alınması nəticələrinə əsasən əhalinin sayının on milyon nəfəri keçdiyi müəyyənləşmişdir. Şencen 1990-cı və 2000-ci illərdə dünyanın ən sürətlə böyüməkdə olan şəhərlərindən biri hesab olunurdu. Şəhərin hazırkı inkişafının əsas mənbəyi 1979-cu ilin sonlarında xüsusi iqtisadi zonanın yaradılması və xarici investisiyanın artması hesab olunur. Şencen Çinin cənubunda əsas maliyyə mərkəzi hesab olunur.
Şengen
Şengen - Lüksemburqun cənub-şərqində Mozel çayının qərb sahilində yerləşən kiçik şərabçılıq qəsəbəsi və kommunası. Kommuna Almaniya və Fransa ilə sərhəddə yerləşir. Remerşen and Vintranj kommunaya daxil olan digər qəsəbələrdir. 2011-ci ildə Burmeranj və Vellenşteyn ilə birləşdikdən sonra kommunanın əhalisi 4,223 nəfərə çatmış, ərazisi isə 31,42 km2 təşkil etmişdir. Kommuna əvvəllər ona daxil olan ən böyük qəsəbə olan Remerşenin adı ilə adlandırılmışdır. 1985-ci il Şengen razılaşmasının imzalanmasından sonra Şengen ifadəsinin məşhurlaşması səbəbindən 2006-cı ildə kommunanın adı dəyişdirilmişdir. Kommunanın ərazisində tarixi abidələrdən Şengen qəsri mövcuddur. Qəsrin yaranma tarixi 1390-cı ilə gedib çıxsa da, XIX əsrdə, demək olar ki, tamamilə yenidən qurulmuşdur. Hazırda otel və konfrans zalı kimi fəaliyyət göstərir. Məhz bu şəhərdə 1985-ci ilin iyun ayında beş Avropa ölkəsi öz ölkələri arasında sərhəddə yoxlama və nəzarətə son qoyan bir saziş imzalayıblar.
Şengen müqaviləsi
Şengen razılaşması — gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında 14 iyun 1985-ci ildə 5 Avropa ölkəsi (Belçika, Niderland, Lüksemburq, Fransa, AFR) arasında Lüksemburqun Şengen şəhərində imzalanmış razılaşma. 26 mart 1995-ci il tarixindən qüvvəyə minmişdir. Şengen zonası ölkələri arasında sərhəd yoxlama məntəqələri ləğv olunmuş və Şengen vizası almış turist və qonaqların Zona daxilində sərbəst hərəkəti təmin edilmişdir. == Tarixi == İnsanların azad hərəkət prinsipi hələ 1957-ci il Roma müqaviləsində nəzərdə tutulmuşdur. Bununla belə, üzv dövlətlər tərəfindən həmin dövlətin vətəndaşlarının sərhəd keçid məntəqəsində pasport və gömrük yoxlamalarında nəzarət qalmaqda davam edirdi. Üzv dövlətlər arasında belə yoxlamalar barəsində mübahisə yarandıqdan sonra 14 iyun 1985-ci ildə Avropa İqtisadi Birliyinin beş üzv dövləti — Belçika, Niderland, Lüksemburq, Fransa, AFR müvafiq sazişi imzaladılar. Şengen razılaşması Saarbücken müqaviləsinə əsaslanır. Belə ki, Almaniya-Fransa sərhədindəki nəzarət məntəqələrini keçərkən yük maşını sürücülərinin 1984-cü ildə həyata keçirdikləri etiraz nümayişlərindən sonra 13 iyul 1984-cü ildə Qərbi Almaniya kansleri Helmut Kol ilə Fransa prezidenti Fransua Mitteran iki ölkənin ortaq sərhədlərində səyahət edənlərə tətbiq olunan nəzarətin, yoxlamaların mərhələli olaraq aradan qaldırılması ilə əlaqədar Saarbücken müqaviləsini imzalamışdılar. Daha sonra Benilüks ölkələrinin də iştirakı ilə Lüksemburqun Şengen ərazisində bugünkü müqavilənin əsasını təşkil edən və 33 maddədən ibarət Şengen Sazişi imzalandı və ortaq sərhədlərdəki yoxlamaların azaldılması razılaşdırıldı. Qeyd etmək lazımdır ki, bəzi ölkələr, o cümlədən, Böyük Britaniya milli sərhədlərinin təhlükəsizliyini qorumaq məqsədilə müqaviləyə qoşulmamışdı.
Şengen razılaşması

Şengen zonası
Şengen zonası (ing. Schengen Area; fr. Espace Schengen) — Lüksemburqun, Şengen şəhərində 1985-ci ildə imzalanmış Şengen müqaviləsinə əsasən 29 Avropa dövlətində daxili vizasız hərəkəti təmin edən şərti ərazi. Şengen zonası daxilində hərəkət edənlər üçün sərhəd yoxlanışı tələb olunmur və səyahətçilər vahid ölkə prinsipi ilə hərəkət edərək 29 Avropa ölkəsinə sərbəst şəkildə hərəkət edə bilirlər. I Şengen müqaviləsi 1985-ci ilin 14 iyun tarixində beş Avropa ölkəsi arasında imzalanmışdır. Müqaviləni Fransa, Qərbi Almaniya ilə yanaşı Benilüks ölkələri olan Belçika, Hollandiya və Luksemburq imzalanmışdır. 1990-cı ilin 19 iyun tarixində Şengen Müqaviləsinin Tətbiq Konvensiyasının imzalanması ilə razılaşma qüvvəyə minmişdir. Müqavilə Lüksemburq, Fransa və Almaniyanın sərhədlərinin kəsişdiyi yer olan Lüksemburqun Şengen şəhərində imzalandığına görə həmin şəhərin adına adlandırılmışdır. İkinci müqavilə isə Mos çayının ortasındakı Kraliça Mari-Astrid adlı gəmidə imzalanmışdır. Müqavilənin qüvvəyə minməsi 1995-ci ilin 26 mart tarixinə qədər uzanmış və bu müddət ərzində Portuqaliya və İspaniya da Şengen zonasına qoşulmuşdur.
Səndən nigaranam (mahnı)
Səndən nigaranam — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Baba Vəziroğluya, musiqisi isə Kəmaləddin Heydərova məxsusdur. Mahnı ermənicə, tatca, rusca, ərəbcə və s. dillərdə ifa olunmuşdur. Mahnını Brilliant Dadaşova, Ayan Babakişiyeva, Nəsibə Abdullayeva, Elnur Məmmədov, Aygün Bəylər, Elçin Cəfərov, Gülay Qədirova, Qoçaq Əsgərov, Lalə Məmmədova, Samir Dərgah, özbək müğənni Lola Ahmedova, ərəb müğənni Şəhrazad, erməni müğənni Tiqran Asatryan, yunan qrupu "Avangard Band" ifa etmişdir. 2006-cı ildə Aygün Kazımova mahnıya yeni nəfəs verərək, mahnının remiks versiyasını Türkiyədə keçirilən "The Best Model Of The World" dünya gözəllik müsabiqəsində dinləyicilərə təqdim etmişdir.
Evim sənsən (film, 2012)
Evim sənsən — 2012-ci ildə Özcan Dəniz tərəfindən çəkilən Türkiyə filmi. == Məzmunu == Leyla ərinin evli olduğunu anladıqdan sonra ayrılaraq ata evinə dönür. Qəlbi qırıq olan və uşaqlığından bəri problemli bir münasibətləri olan atası Səlim ilə aralarındakı problemləri aydınlaşdırmağa çalışır və daima ondan bağışlanma diləyir. Leyla ile yolları kəsişincəyə qədər həyatı boyu yalnız özü üçün yaşamış olan İskəndər, yetimxanada böyümüş və həyatı boyu heç bir zaman evi olmamış bir adamdır. Bəlkə də bir sənət olaraq başqalarına ev tikməyi bundan irəli gəlr.
Səndən xəbərsiz (film, 1985)
== Məzmun == Bu film-tamaşada Elçinlə (Yaşar Nuri) Gülnarın (Firəngiz Mütəllimova) arasında olan sədd daha da qalınlaşır. Gülnarın həyatında baş verən faciəli dəyişikliklər onun işdən getməsinə səbəb olur. Elçinin arvadı Sərvinaz (Tanilə Əhmərova) isə nəhayət başa düşür ki, Elçin hələ də Gülnarı sevir və bu səbəbdən Elçindən ayrılmaq qərarını alır. Artıq müstəqil olan Elçin isə dərhal şəhərdən getmək istəyən Gülnarın ardınca vağzala yollanır... == Film-tamaşa haqqında == Film-tamaşa yazıçı Aslan Qəhrəmanovun romanı əsasında ekranlaşdırılmışdır. Bu film-tamaşanın əvvəli "Səni axtarıram" və "Bağışla" televiziya tamaşalarında yer almışdır.
Səndən nigaranam (Aygün Kazımova mahnısı)
Səndən nigaranam — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Baba Vəziroğluya, musiqisi isə Kəmaləddin Heydərova məxsusdur. Mahnı ermənicə, tatca, rusca, ərəbcə və s. dillərdə ifa olunmuşdur. Mahnını Brilliant Dadaşova, Ayan Babakişiyeva, Nəsibə Abdullayeva, Elnur Məmmədov, Aygün Bəylər, Elçin Cəfərov, Gülay Qədirova, Qoçaq Əsgərov, Lalə Məmmədova, Samir Dərgah, özbək müğənni Lola Ahmedova, ərəb müğənni Şəhrazad, erməni müğənni Tiqran Asatryan, yunan qrupu "Avangard Band" ifa etmişdir. 2006-cı ildə Aygün Kazımova mahnıya yeni nəfəs verərək, mahnının remiks versiyasını Türkiyədə keçirilən "The Best Model Of The World" dünya gözəllik müsabiqəsində dinləyicilərə təqdim etmişdir.
Benben
Benben — Nunun ilkin sularından çıxan təpə. Misirlilərin mifologiyasına görə, yaradıcı tanrı Atum təpədən enərək hansı tanrılar yaratmaq barədə düşünməyə başlayır. == İlkin kurqan == Piramida Mətnlərində, 587 və 600-cü fəsillərdə Atumun özü bəzən təpə kimi xatırlanır. Həmçinin təpənin İunuda (Heliopolis) yerləşən kiçik bir piramidaya çevrildiyi, Atumun oturacağı olduğu deyilir. Digər şəhərlərin ilkin təpənin görünüşü ilə bağlı öz versiyaları var idi. Memfis mifologiyasında əsas təpə yer allahı Tatenen'in "ondan hər cür yemək və yeməklər, müqəddəs təqdimlər və bütün yaxşı şeylərin baş verdiyi" təcəssümü idi. == Benben daşı == Kurqanın adını daşıyan Benben daşı Heliopolisdəki Ra məbədində müqəddəs daş idi. Günəşin ilk şüalarının düşdüyü yer idi. Onun sonrakı obelisklərin prototipi olduğuna inanılır və böyük piramidaların baş daşları onun dizaynına əsaslanırdı. Piramidanın qapaq daşı və ya yuxarı hissəsinə də piramida deyilir.
Jenşen
Jenşen (lat. Panax) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Jenşen şəfalı bitki kimi yüz ildən çoxdur ki, istifadə edilməkdədir. Çin ölkələrində becərilsə də vətəni Çənubi Amerikanın qərb hissəsi hesab edilir. XIX əsrdən bu bitkinin kökləri və yarpaqları ABŞ-də ağdərililər tərəfından müalicə məqsədilə Çin və Hong-Konglu tacirlərə satılır. Nyu-York və Kanadanın Ontario bölgəsində yayılmışdır. Ancaq məşhurluğu və şəfalı bitki kimi tez-tez istifadə edilməsinə məruz qalması, çox toplanması səbəbindən məhvolma altındadır. Artıq ABŞ ilə Kanadanın bir çox sahələrində çətin rast gəlinən hala gəlmişdir. Yeni şəhərsalma, marallar tərəfindən istehlak edilmə də həyat sahələrinin daralmasına gətirib çıxarmışdır.
Kensen
Kensen (fr. Quinssaines) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Molyuson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03212. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1245 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 759 nəfər (15-64 yaş arasında) arasında 560 nəfər iqtisadi fəal, 199 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə 70.6%). Fəal 560 nəfərdən 528 nəfər (280 kişi və 248 qadın) işləyir, 32 nəfər işsizdir (17 kişi və 15 qadın). 199 hərəkətsiz 38 nəfər arasında şagird və ya tələbə, 113 nəfər pensiyaçı, 48 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Məngən
Məngən (türk. Mengen) — Bolu ilinin ilçəsi.
Penten
Penten kimyəvi formulu С5Н10olan alkendir . Onun molekulunda bir ədəd ikiqat rabitə var. Bu sinifdə cəmi altı müxtəlif birləşmə vardır.Bu birləşmələr xətti və ya şaxəli quruluşda olub sis-trans izomerlik əmələ gətirirlər. == Xətti quruluşlu izomerləri == Penten-1 alfa olefindir. Çox vaxt penten-1 neftin katalitik və ya termik krekinqinin əlavə məhsulu kimi və ya karbohidrogenlərin termik krekinqi zamanı etilen və propilen ilə birlikdə alınır. Penten-1-in yeganə istehsalcısı Sasol Ltd onu Fişer-Trops prosseslərindən alır. Penten-2 2 həndəsi izomerə, sis-penten-2 və trans-penten-2-yə malikdir. Sis-2-penten olefin istehsalında istifadə olunur. == Şaxəli quruluşlu izomerləri == Pentenin şaxəli izomerləri 2-metilbuten-1, 3-metilbuten-1 (izopenten) və 2-metilbuten-2-dir (izoamilen). == Yanacaq kimi == Propilen, izobuten və amilenlər alkilləşdirmə kontur emalı zavodlarında xammal kimi istifadə olunur.Amilenlər ən yaxşı təyyarə yanacqları kimi istifadə olunur.
Senbey
Senbey (煎餅) – bir növ yapon düyü lovğası. Onlar adətən dadlı bəzən şirin və müxtəlif formalar, ölçülər və aromalarda olurlar. Senbey çox vaxt yaşıl çay ilə bir gündəlik qəlyanaltı kimi yeyilir və evə gələn qonaqlara nəzakət üçün verilən yüngül yemək kimi təqdim edilir. Senbey adətən ənənəvi olaraq kömür üzərində bişirilmiş və ya ütülmüş formasında hazırlanır. Hazırlanmış olarkən bir fırça ilə dadverici sous üstünə verilir, çox vaxt bu sous, soya sousu və mirindən (bir növ dadlıq) hazırlanır. Daha sonra bir qat nori (dəniz yosunu) ilə bükülür. Alternativ olaraq digərləri, duz və ya "salat" dadvericisi ilə dadlana bilər. == Mənbə == Wikipedia contributors, "Senbei" Wikipedia, The Free Encyclopedia, http://en.wikipedia.org/wiki/Senbei (accessed January 25, 2012).
Sencan
Sencan — İranın Mərkəzi ostanının Ərak şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,592 nəfər və 2,897 ailədən ibarət idi.Bu şəhərin qədimki əhalisi yəhudilərdən ibarət idi ki hamısı İsrailə köçüblər.
Seynen
Seynen (青年) — 18 yaş və yuxarı kişi auditoriyası üçün nəzərdə tutulan anime və manqa növü. Bu tip manqalar xüsusi seynen jurnallarında dərc olunur.
Səkmən
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər. Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Səksən
Səksən (həştad) — say sistemində saylardan biridir. Yetmiş doqquzdan sonra, səksən birdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Səksən ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 16, 20, 40 və 80 ədədlərinə qalıqsız bölünür.
Səndəl
Səndəl (lat. Santalum) — səndəlçiçəklilər sırasının səndəlkimilər fəsiləsinə aid bitki cinsi. == Təsnifatı == 20-yə yaxın növü var. Ən tanınmış növü ağ səndəldir.
Səngan
Səngan (Rəzəvi Xorasan)
Səngək
Səngək — çörək növü. == Tarix == Şimali Azərbaycanda səngək əvvəllər geniş şəkildə yayılmışdı, amma 1920-ci ildə Sovet işğalından sonra azalıb.
Səngər
Səngər (hərb) — müharinə zamanı döyüş sahələrində qazılan kanal. Səngər (coğrafiya) — qədim türk dillərində dağ burnu mənasında işlənmiş söz. Səngər (İran) — İranın Gilan ostanında yerləşən şəhər Səngər (Abaran) —İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd Səngər dağı - Şahbuz rayonu ərazisində dağ Səngərtəpə dağı - Şahbuz rayonu ərazisində dağ Səngərtəpə yaşayış yeri — abidə Ağdam rayonunun Baharlı qəsəbəsindən 300 m cənub-qərbdə yerləşir Səngərçay — Səngər — Abşeronda palçıq vulkanı; Səngər — Goranboy rayonu ərazisində dağ; Səngər — Qusar rayonu ərazisində dağ. Səngər — Şəmkir rayonu ərazisində dağ. Səngərçay — İsmayıllı rayonu ərazisində çay.
Şenyan
Şenyan (çincə: 沈阳市) Çin Xalq Respublikasının Liaonin əyalətinin ən böyük şəhəri. Mancur dilində Mukden və ya Fenqtian adlanır. Şimal-şərqi Çin bölgəsində urbanizasiya səviyyəsinə görə də ən böyük şəhərdir. 2010-cu il hesablamalarına görə, şəhər əhalisinin ümumi sayı 8.1 milyon nəfərdir. 17-ci əsrdə Şenyan şəhərinin mancurlar tərəfindən işğal olunmasından sonra Tzin sülaləsi tərəfindən idarə olunmağa başlamışdır. Qonşu şəhərlərlə birlikdə Şenyan şəhəri Çinin vacib sənaye mərkəzlərindən biri hesab olunur və ölkənin şimal-şərq qonşuları olan Yaponiya, Rusiya və Koreya ilə nəqliyyat və iqtisadi əlaqələrin saxlanmasında mühüm rol oynayır. Şəhər 1930-cu ildən etibarən Çində ağır sənaye mərkəzi olaraq qalmaqdadır. == Beynəlxalq əlaqələr == === Xarici konsulluqlar === Yaponiya, Cənubi Koreya, Rusiya, Fransa, Almaniya, Şimali Koreya və ABŞ kimi ölkələrin konsulluqları Şenyan şəhərində yerləşir. === Qardaş şəhərlər === Şenyan şəhəri bir çox şəhərlə qardaş şəhər əlaqələri qurmuşdur ki, bu da iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə səbəb olmuşdur.
Şençjen
Şencen (çin. 深圳市, ing. Shenzhen) və ya Sham Chun Çin Xalq Respublikasının Quandun əyalətinin əsas şəhəridir. Şəhər Honq Konq xüsusi inzibati bölgəsindən şimalda yerləşir və əyalət altı şəhər inzibati statusuna sahibdir. Şencen yaşayış məntəqəsinə 1979-cu ildə şəhər statusu verilmişdir. 1980-ci ildə isə burada Çinin ilk xüsusi iqtisadi zonası yaradılmışdır. 2010-cu ildə şəhər əhalisinin siyahıya alınması nəticələrinə əsasən əhalinin sayının on milyon nəfəri keçdiyi müəyyənləşmişdir. Şencen 1990-cı və 2000-ci illərdə dünyanın ən sürətlə böyüməkdə olan şəhərlərindən biri hesab olunurdu. Şəhərin hazırkı inkişafının əsas mənbəyi 1979-cu ilin sonlarında xüsusi iqtisadi zonanın yaradılması və xarici investisiyanın artması hesab olunur. Şencen Çinin cənubunda əsas maliyyə mərkəzi hesab olunur.
Adnan Şənsəs
Adnan Şenses (türk. Adnan Şenses, 21 avqust 1935, Bursa — 25 dekabr 2013, İstanbul) — Türk sənət musiqisi müğənnisi, musiqiçi bəstəkar, kino aktyoru. == Həyatı == Adnan Şenses 21 avqust 1935-ci ildə Türkiyənin Bursa şəhərində doğulub. İbtidai məktəbə Ankara İsmət İnönü ibtidai məktəbində başlayan Adnan Şenses, təhsilini İstanbula köçdükləri üçün Karagümrük orta məktəbində davam etdirib və həmin məktəbdə də başa vurub. Ailəsinin istəyi ilə dülgərliklə məşğul olan Şenses, 1956-cı ildə öz istəyi əsasında musiqi sənəti ilə maraqlanamağa başlayır və ilk musiqi dərslərini Suzan Yakar Rutkaydan alır. 16 il Ankara radiosunda işləyən Şenses sonradan məşhur kazinolarda işləməyə başlayır. Bundan başqa o, 47 filmdə müxtəlif rollarda oynayıb və bir çox albom çıxarıb. 2013-ci ildə Sezen Aksunun hədiyyə etdiyi "Bekleyemedinmi" və "Kaybolan Yıllar" adlı mahnılarının da olduğu "Adnan Şenses bir əfsanədir" albomunu buraxdırır. Albomda Sezen Aksudan başqa, Selami Şahin və Səlcuq Tekay kimi adların da mahnıları var. Uzun müddətdir ki, ağır xəstəlikdən Okmeydanı xəstəxanasında müalicə olunan tanınmış müğənni Adnan Şenses 25 dekabr 2013-cü ildə Türkiyə vaxtı ilə saat 20:30 radələrində vəfat edib.
Arne Jensen
Arne Jensen (25 fevral 1998) — Tonqalı oxatan. Arne Jensen Tonqanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Arne Jensen birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Niderlandın nümayəndəsi Sjef van den Berg ilə üz-üzə gəldi. Həmin görüşdə Arne Jensen rəqibinə 3:7 hesabı ilə uduzdu.
Brendan Şenaxen
Brendan Frederik Şenaxen (23 yanvar 1969) — Kanadalı keçmiş peşəkar buzüstü hokkey oyunçusu və hazırda prezident vəzifəsini icra edir.Əvvəllər Milli Hokkey Liqasında (MXL) oyunçu təhlükəsizliyi direktoru vəzifəsini icra edirdi. == Çıxış etdiyi klublar == New Jersey Devils (1988–1991) St.