Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suiti
Suiti (lat. Phoca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi. İki növü var: Ləkəli suiti, Phoca largha Adi suiti, Phoca vitulinaAdı suiti öz növbəsində iki yarımnövə bölünür: Avropa yarımnövü P. v. vitulina və Kuril yarımnövü (ya Steyneqer suitisi) P. v. stejnegeri. Kuril suitisi hazırda Rusiyanın Qırmızı kitabına daxildir. Suitilər balıqlarla, pinqvinlərlə qidalanan yırtıcı məməlilərdir. Tez-tez quruya çıxırlar, çoxalmaları quruda gedir. Bu canlılar geniş coğrafiyada yaşayırlar. Qütblərdə yaşayan suitilər buzda dəlik açırlar.
Slitıy adası
Slitıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Komsomoles adasının cənub-qərbindən qərbdə yerləşir. Klin buxtasında qərarlaşır. Adadan 300 şərqdə Lineynıy adası yerləşir. == Təsviri == Cənub-qərbdən şimal-şərqə uzanır. Uzunluğu 2,4 km, eni 750 m təşkil edir. Maksimal hündürlük 2 metrdir. Qərbində geodeziya məntəqəsi vardır.
Adi suiti
Adi suiti (lat. Phoca vitulina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin suiti cinsinə aid heyvan növü. Şimal Buzlu okeanın qütb ətrafı bütün dənizlərində rast gəlinir. İki yarımnövü: Avropa və Steyneqer suitisi Qırmızı kitaba daxil edilmişdir. Əsasən Atlantik okean, Sakit okean sularında yaşayıırlar. Xüsusi ilə Baltik dənizi və Şimal dənizi sularında onlar üstünlük təşkil edir. Onlar əsasən qəhvəyi və ya boz rəngdə olurlar. Yetkin fərd 1,85 m uzunluğa və 132 kq çəkiyə malik olurlar. Erkəklər 30–35, dişilər isə 20–25 il yaşayırlar. Onlar əsasən qayalıqlar üzərində yerləşirləki, yırtıcılar onları ovlaya bilməsinlər.
Boz suiti
Uzunsifət suiti, və ya Boz suiti (lat. Halichoerus grypus) — Bioloji növ olaraq Əsl suitilər fəsiləsinə aiddir. Boz suitiləri arealı — Şimali Atlantik okean, Şimali Amerika sahillərindən Yeni İngiltərə, Labrador yarımadası və cənubi Qrenlandiya sahilləri boyunca yerləşirlər. Avropada Norveç, İslandiya və Kola yarımadası sahilləri boyunca yerləşir. Baltik dənizində boz suitinin — Halichoerus grypus macrorhynchus yarımnövü yaşayır. Boz suitilərin ümumi sayı 120–170 min baş, Baltik yarımnövünün sayı isə 7–8 min baş təşkil edirYetkin erkəklər 2,5 metr (təsadüfü halda 3 m), dişilər isə 1,7–2 m uzunluğa malik olur. Çəkiləri isə erkəklərdə 300 kq, dişilərdə 100–150 kq olur. Sifəti uzusov olur. Rəngləri isə boz, qonur və təsadüfü halda qara olur. Yetkinlik yaşına erkəklər 6–7, dişilər isə 3–5 yaşında çatır.
Halqaşəkilli suiti
Halqaşəkilli suiti (lat. Pusa hispida) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinə aid heyvan növü. Əsasən Şimal Buzlu okean sularında və ona yaxın dənizlərdə, Ladoqa gölü və Sayma gölü sularında yayılmışdır. == Xariçi görünüş == Halqaşəkilli suiti adı bu növə onun üzərində olan şəkillə əlaqədardır. Yetkin fərdin uzunluğu 1,1–1,5 metr təşkil edir. Çəkisi isə 70 kq, baltik yarımnövündə isə 100 kq olur. Onlar yaxşı, görmə qabiliyyətinə malik olurlar və yaxşı eşidirlər. == Yayıldığı ərazi == Bu növə dörd yarımnöv daxildir. Onların hərəsi bir ərazidə yaşasalarda, bu ərazilər əsasən subartik əraziləri əhatə edir. Ağ dəniz halqaşəkilli suitisi (P. h.
Kutubi-sittə
Altı kitab (ərəbcə: الكتب الستة‎, farsca: صحاح سته). Əhli Sünnə tərəfindən ən etibarlı hədis mənbələri kimi qəbul edilmiş 6 kitaba verilmiş ümumi ad. Həmin kitablar aşağıdakılardır: Səhihi Buxari (صحيح البخاري) Səhihi Müslim (صحيح مسلم) Sünəni Nəsai (النسائي سُنن) Sünəni Tirmizi (سُـنَن الترمذي) Sünəni Əbu Davud (سُنن أبو داوود) Sünəni İbn Macə (سُنن ابن ماجة) == Həmçinin bax == Dörd kitab: Cəfəri məzhəbinin 4 əsas hədis kitabı.
Ləkəli suiti
Ləkəli suiti (lat. Phoca largha) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin suiti cinsinə aid heyvan növü. Əsasən Şimali Sakit okean ərazisində yaşayırlar. Alyaska, Yaponiya və Rusiya sahil ərazilərinə xasdır. Rəngi işıqlıdır. Aşağı hissələri açıq gümüşü, yuxarı hissəsi isə tünd rəngdə olur. Üzərində kiçik, qəhvəyi və qara rəngli ləkələr olur. Erkəklər 1,7 m, dişilər isə 1,6 m uzunluğa malik olurlar. Çütləşmə zamanı onlar sudan çıxaraq sahildə yerləşim ərazilərinə yerləşirlər. Fevral-mart ayları balalar dünyaya gəlir.
Mark Smiti
Mark Smiti (1 mart 1973) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Mark Smiti Avstraliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Mark Smiti Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Qulaqlı suiti
Qulaqlı suitilər (lat. Otariidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Saqqallı suiti
Saqqallı suiti (lat. Erignathus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Sasaki Soiçi
Sasaki Soiçi (佐々木 惣一, 28 mart 1878 – 4 avqust 1965) – Yaponiya hüquqşünası. Konstitusional və inzibati hüquq sahəsindəki fəaliyyətinə görə tanınır. == Həyatı == Sasaki Soiçi 1878-ci ildə Yaponiyanın Tottori prefekturasında doğulmuşdur. 1903-cü ildə Kioto Universitetindən məzun olmuş və burada mühazirələr verməyə başlamışdır. 1909-12-ci illərdə Almaniya və Fransada inzibati hüquq üzrə təhsil almışdır. 1913-cü ildə Kioto Universitetində professor olmuşdur. Lakin akademik azadlığın pozulmasına və həmkarı Takikava Yukitokinin universitetdən qovulmasına görə universiteti tərk etmişdir. Daha sonra Ritsumeykan Universitetinin prezidenti seçilmişdir.İkinci dünya müharibəsindən dərhal sonra Sasaki və Konoe Fumimaro Yaponiya möhürünün qoruyucusu tərəfindən Meyci konstitusiyasına dəyişiklik təklif etməklə vəzifləndirilmişdirlər.Sasakinin konstitusional və inzibati hüquq haqqında şərhləri xırda məntiq və obyektivliklə xarakterizə olunur. O, 1952-ci ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur. Əsas əsərlərinə "Yaponiyanın inzibati hüququ" (1924), "Yaponiya konstitusiyasının mahiyyəti" (1933) və "Yaponiya konstitusiyası" (1949) aiddir.
Sovti (Miyanə)
Sovti (fars. سوتي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 218 nəfər yaşayır (44 ailə).
Toyama Şoiçi
Toyama Masakazu (外山正一, 23 oktyabr 1848, Tokio – 8 mart 1900) və ya Toyama Şoiçi – Yaponiya pedaqoqu və şairi. Miçiqan Universitetinin ilk yapon tələbələrindən biri olmuşdur. == Həyatı == Toyama Masakazu 1848-ci ildə Yaponiyanın Edo şəhərində yoxsul samuray ailəsində doğulmuşdur. 1861-ci ildə Qərb elmləri üçün nəzərdə tutulmuş şoqunluq məktəbi Banşo Şirabeşoda ingilis dili təhsil aldıqdan sonra ingilis dili müəllimi olmuşdur. 1866-cı ildə şoqunluq tərəfindən Londona göndərilmiş 14 yapon tələbədən biri olmuşdur. 1868-ci ildə Yaponiyaya qayıtmış, 1870-ci ildə xarici işlər naziri Arinori Morinin katibi kimi ABŞ-yə göndərilmişdir.Toyama 1872-ci ildə ABŞ-də təhsil almaq üçün qazandığı təqaüdü iki yapon tələbə ilə bölüşməyə qərar vermişdir. Ann-Arbor şəhərində yaşamaq daha ucuz olduğu üçün o, Miçiqan Universitetini seçmişdir. Toyama Ann-Arbor liseyində təhsil aldıqdan sonra 1873-cü ildə Miçiqan Universitetinə daxil olmuşdur. 1876-cı ildə universiteti buraxaraq Yaponiyaya qayıtmışdır. 1886-cı ildə Miçiqan Universitetinin fəxri incəsənət magistrı dərəcəsini almış və ABŞ universiteti tərəfindən bu dərəcəyə layiq görülən ilk yapon olmuşdur.Yaponiyaya qayıtdıqdan sonra Tokio Universitetinin fəlsəfə və sosiologiya üzrə ilk yapon professoru olmuşdur.
Zolaqlı suiti
Zolaqlı suiti (lat. Histriophoca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Monax suiti
Monax suiti (lat. Monachus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi. Bu cins üç növə bölünür: Monachus monachus|Adi monax suitisi; Monachus schauinslandi|Havay monax suitisi; Monachus tropicalis|Karib monax suitisi.Bu cinsə daxil olan üç növün üçüdə Qırmızı kitaba daxil edilmişdir. Onların sayı olduqca azdır. Monax suitilərinin sayı bəzi mənbələrdə 500–5000, Havay monax suitilərinin sayı isə 700–1000 baş olaraq qiymətləndirilir.
Vladislav İlliç-Svitıç
Vladislav Markoviç İlliç-Svitıç (rus. Владисла́в Ма́ркович И́ллич-Сви́тыч, 12 sentyabr 1934, Kiyev — 22 avqust 1966, Obraztsova kəndi, Moskva vilayəti) —Sovet dilçisi. == Həyatı == == Yaradıcılığı == XIX əsrin əvvəllərindən başlayan müqayisəli-tarixi metod əsasında yaranmış zəngin elmi mənbələr XX əsrin 60-cı illərində Sovet alimi V.M.İlliç-Svitıça daha əsaslı araşdırmalar aparmağa imkan vermişdir. O, 1966-cı ildə "Opıt sravneniə nostratiçeskix əzıkov (semitoxamitskiy, kartvelğskiy, indoevropeyskiy, uralğskiy, dravidiyskiy, altayskiy)" adlı qiymətli əsərini hazırlamış, əsər müəllifin vəfatından bir neçə il sonra - 1971-ci ildə çap olunmuşdur. Ensiklopedik lüğətdəki:"Nostratik dillərin qohumluğu fərziyyəsini Daniya alimi X.Pedersen irəli sürmüş, Sovet alimi V.M.İlliç-Svitıçın işləri onun elmi cəhətdən əsaslı olduğunu sübut etmişdir". - sözləri nostratik nəzəriyyənin doğruluğunu təsdiq etməklə yanaşı, bu sahədə V.M.İlliç-Svitıçın böyük xidmətlərini də göstərir. V.M.İlliç-Svitıç qeyd edilən dil ailələrində işlənən 245 sözün etimoloji təhlilini vermiş, ulu dildən gələn həmin sözlərin dil ailələrindəki arxetiplərini dəqiqləşdirib müqayisələr aparmaq istiqamətində xeyli iş görmüşdür. Ciddi fonetik araşdırmalar aparmış, dil ailələri arasındakı səs uyğunluqlarını müəyyənləşdirmək əsasında sözlərin eyni mənşədən törədiyini əks etdirən zəngin faktlar toplamışdır. Qeyd edilən altı dil ailəsi üzrə əvəzliklərin və əvəzliklərdən törəmiş şəxs şəkilçilərinin geniş cədvəlini vermişdir. Lüğət məqalələri alimin hər bir dil ailəsinə necə həssaslıqla yanaşdığını aydın göstərir.
Anna-Sofie Doyen
Anna-Sofie Doyen (27 noyabr 1983) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Anna-Sofie Doyen Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Anna-Sofie Lavoyne
Anna-Sofie Lavoyne (20 iyun 1981) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Anna-Sofie Lavoyne Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Havay monax suiti
Karib monax suiti
Karib monax suitisi (lat. Monachus tropicalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin monax suiti cinsinə aid heyvan növü. Hazırda tükənmə təhlükəsi vardır. Hətta tükənmə ehtimalı vardır. Bədəninin uzunluğu 2,4 m təşkil edirdi. Rəngi bütünlüklə qəhvəyi olur. == Yayıldığı ərazi == Onlar əsasən Karib dənizi və Meksika körfəzi sularında olan adalarında rast gəlinirdi. Qərbdə Honduras, Yukatan yarımadası, şərqdə isə Yamayka, Kuba və Baham adaları sahillərində yaşayır. Hazırda isə yayılma ərazisi bilinmir. Onlara sonuncu dəfə 1952-ci ildə Karib dənizinin qərbində görülüb.
Veritas Business Suite
Veritas Business Suite proqramı Veritas Management Systems Şirkətinin idarəetmə sistemlərinin avtomatlaşdırılması xidməti sahəsində hazırladığı proqram təminatı (software) məhsuludur. Proqramın əsas məqsədi şirkətin bütün səviyyələrinin strategiyanın həyata keçirilməsi üçün səfərbər edilməsi və şirkətin strategiyaya uyğun formada effektiv idarə edilməsinə yardım göstərməkdir. "Proqramın əsas funksiyası qəbul edilmiş strateji qərarlarla gündəlik əməliyyat məlumatlarını əlaqələndirmək və şirkətin idarə edilməsində lazımi məlumatları rahat şəkildə menecerlərin istifadəsinə verməkdir". VBS proqramının əsasında Balanslaşdırılmış Göstəricilər Sistemi dayanır. Bu sistem dünyanın ən qabaqcıl 500 şirkətinin əksəriyyəti tərəfindən strateji idarəetmə sistemi kimi uğurla istifadə olunur. Bu sistemin tətbiqi ilə şirkətin bütün təşkilati səviyyələri və əməkdaşları strategiya ilə uyğunlaşdırılır və qısa müddət ərzində uğurlu nəticələr göstərməyə səfərbər edilir. Veritas Business Suite proqramının şirkətə verə biləcəyi əsas faydalar aşağıdakılardır: Göstəricilər paneli vasitəsi ilə şirkətin bütün əməliyyat nəticələri top menecerlərə təqdim edilir. Bu panel onlara çevik strateji qərarvermə imkanları yaradır. Proqram performans məlumatların yığılması, idarə edilməsi və hesabatların hazırlanmasını avtomatlaşdırır. Bu isə həm zaman və əmək sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır, həm də idarəetmədə subyektivliyin aradan qaldırılmasına yardım göstərir.
Adi saqqallı suiti
Adi saqqallı suiti (lat. Erignathus barbatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin saqqallı suiti cinsinə aid heyvan növü.
Adi zolaqlı suiti
Adi zolaqlı suitu (lat. Histriophoca fasciata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin zolaqlı suiti cinsinə aid heyvan növü. Öz adınını məxsus olduğu zolaqlı dərisi ilə əlaqədardır. Yetkin fərd tünd rəngə malik olur və ağ xəttlərə üzərindən zolaqlar keçir. Yeni doğulan suitilərin rəngi ağ olur. Onların bu ağ və qalın dərisi 2 həftə qalır. Yetkin fərdin uzunluğu 150–190 sm, çəkisi 70–90 kq olur. Yeni doğulan körpələrin uzunluğu 70–80 sm təşkil edir. Yaz və yayın əvvəlində Berinq dənizi və Oxot dənizi sularında yerləşən buzlaqlarda birdə Çukot dənizinin cənubunda yerləşirlər. Əsasən açıq dəniz sahələrində yerləşən bulaqlarda yerləşməyi xoşlasalarda hərəkət edən buzlaqların üzərində sahil xəttinə qədər gəlib çıxırlar.
Cefferson-Siti
Cefferson-Siti (ing. Jefferson City) – ABŞ-nin mərkəzi hissəsində şəhər. Missuri ştatının inzibati mərkəzi. == Əhalisi == Əhalisi 43,1 min (2011; aqlomerasiyada təqribən 150 min). == Coğrafiyası == Missuri çayının sağ sahilində yerləşir. Avtomobil yolları qovşağı, Sent-Luis–Kanzas-Siti dəmiryol xəttində stansiya Çay portu. Kolumbiya regional aeroportu (Cefferson-Sitidən şimalda). == Tarixi == Əsası 1821-ci ildə ştatın inzibati mərkəzi kimi qoyulmuşdur. Tomas Ceffersonun şərəfinə adlandırılmışdır. 1839-cu ildən şəhərdir.
Cersi-Siti
Cersi-Siti (ing. Jersey City) — Nyu-Jersey əyalətindəki Newark şəhərindən sonra Cersi-Siti, ikinci ən çox əhalisi olan şəhərdir.