Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
.scot
.scot — Şotlandiyanın İnternet kodu.
Set
Set – Qədim Misir mifologiyasına görə səhra, şər və ölüm tanrısı.
Smet Kenesbayev
Smet Kenesbayeveviç Kenesbayev (qaz. Ісмет Кеңесбаев) (1907 - 1995)—qazax türkoloqu. Smet Kenesbayev 1907-cı ildə anadan olmuşdur. 1944-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir Elmlər Akademiyasının təsisçilərindəndir. Akademiyanın müxbir üzvü və vitseprezidenti seçilmişdir. Qazax dilinin fonetikası, leksikası və frazeologiya əsərləri var. Bir neçə dərsliyin müəllifidir. Tərcümə nəzəriyyəsi, tətbiqi leksikoqrafiya adlı tədqiqatları var. Əsas elmi istiqaməti frazeologiyadır. 30 ildən artıq frazeologiya sahəsində çalışıb.
Qustav Şpet
Q.Q.Şpet — rusiyalı filosof, psixoloq, pedaqoq, Rusiya İncəsənət Elmləri Akademiyasının həqiqi üzvü (1921) və vitse-prezidenti(1923—1929). 30-cu illərə qədər şəxsiyyətin inkişafının, mədəniyyətinin rolunu inqilabaqədərki ənənələr üzərində davam etdirməyə çalışan istiqamət də var idi. Bu istiqamətin yaradıcısı Q.Q.Şpet (1879- 1937) idi. Onun yaratdığı istiqamət marksizmə alternativ kimi nəzərdə tutulmuşdu. Kiyev Gimnaziyasını bitirdikdən sonra Şpet 1898-ci ildə Kiyev Universitetinin fizika- riyaziyyat fakültəsinə daxil olur. Psixologiyaya olan marağı onu tarix-filologiya fakültəsinə keçməyə sövq edir. O, 1905-ci ildə universitet təhsilini başa vurur və Çelpanovun tələbəsi olur. Çelpanov Moskvaya köçdükdən sonra Şpeti də ora dəvət edir. O, əvvəlcə Ali Qadın kurslarında, Şanyav Universitetində, 1910-cu ildən sonra Moskva Universitetində dərs deyir. 1907-ci ildə Çelpanov və Trubetskoyun zəmanəti ilə Moskva Psixoloqlar Cəmiyyətinə həqiqi üzv seçilir.
Cet Li
Cet Li (ing. Jet Li, tam adı: Li Lyance (çin. 李連杰, 李连杰, Li Lianjie, doğum günü: 26 aprel 1963, Pekin, Çin) — Döyüş sənətləri ustası, aktyor, Uşu çempionu və Beynəlxalq film ulduzudur. Tsui Harkın rəhbərlik etdiyi "Bir dəfə Çində" filmində həqiqi xalq qəhrəmanı və ən böyük Kunq Fu ustası "Vong Fei Hanq"-ın rolunu oynamaqla məşhurlaşdı. == Həyatı == Li Lian-jie Pekində Çin Xalq Respublikasında anadan oldu. Onun bir qardaşı və iki bacısı var idi. Onun iki yaşı olanda atası vəfat etdi və ailəsi buranı tərk etdi. Onun Uşu istedadı 8 yaşında məktəbin yay kursunda idman dərsinin qaçışlarında məlum oldu. Cet Li Pekin Uşu Akademiyasına yazıldı. Ona məşhur uşunu Li Cufen və Vu Bin kömək edirdi.
Qızıl set
Qızıl set — voleybolda ikimatçlı oyunlarda qalibi müəyyən etmək üçün oynanılan əlavə hissə.
Set Karri
Set Adam Karri (1990, 23 avqust) amerikalı peşəkar basketbolçu. Hazırda Milli Basketbol Liqasında Şarlott Hornets komandasında çıxış edir. O, Şimali Karolinanın Şarlott şəhərində anadan olub. Atası Del Karri keçmiş və qardaşı Stefen Karri də peşəkar basketbolçudurlar. Karri Şarlottda yaşayarkən atası Del Şarlott Hornets komandasında çıxış edirdi. O, uşaq olanda atası Seti qardaşı ilə birgə öz oyunlarına aparır və məşqlərdə onlara oyunun sirlərini öyrədir. Karri 2008-ci ildə Şarlott Xristian Məktəbinin məzunu olarkən 3 il idi ki, Cəngavərlər komandasında çıxış edirdi. Buradakı ən yaxşı ilində ortalama 22.3 xal, 5.0 ribound, 5.0 assist və atışlarda 52% uğurlu nəticə göstərmişdir. Onun buradakı üçüncü ilində komandası 2006-cı il əyalət finalında 105–24 hesabı ilə ən böyük fərqli qələbəsini qazanmışdır. Setin burada çıxış etdiyi bütün illərdə ona böyük rəğbət bəslənmiş və məktəbin uğurlarında aparıcı rol oynamışdır.
Set Korantenq
Set Korantenq — Qananın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2011-ci ildən)
Set Makfarleyn
Set Vudberi Makfarleyn (26 oktyabr, 1973, Konnektikut, ABŞ) — Amerika aktyoru və prodüseri.
Set Qodin
Set Qodin (ing. Seth Godin; 10 iyul 1960) — Amerikalı yazıçı və sabiq dot-com biznes icraçısıdır. Dünyanın hər bir yerində yayılan ən çox satılanlar siyahısında yer alan kitablara sahib olan yazıçı Qodin, adətən marketinq, iş dünyası, şəxsi-inkişafa dair kitabların müəllifidir. 33’lər qrupu adlı kitabı, bir çox menecerin və iş adamlarının ortaq düşüncələrindən meydana gəlmiş olan, yazıçının günümüzədək ən çox satmış olan kitabıdır. Qodinin keçmişinə baxıldığı zaman, yazıçının ən sevdiyi əyləncəsinin babasının ona aldığı radio olduğu görünməkdədir. Qodin, simsiz rabitə ilə əlaqə qura bilmənin “imkansız” olduğunu fikirləşirdi. Qodin 1982-ci ildə Tufts universitetinin kompüter və fəlsəfə sahəsindən məzun oldu. Bu tarixdən sonra davamlı olaraq vacib təşəbbüslərə addım atan Qodin bir müddət sonra kitablarını yazmağa başladı. 1986-cı ildə Spinnaker-dən ayrıldıqdan sonra o, Nyu-Yorkda Seth Qodin Productions-ı 20.000 dollar dəyərində yatırım ilə əvvəlcə kitab paketləmə biznesinə başladı. Sonra Mark Hurst ilə birlikdə Yoyodyne'yi qurdu.
Set Rollins
Colby Lopez (28 may 1986) — bilinən rinq adı ilə Seth Rollins WWE müqaviləli peşəkar güləşçi. 29 mart 2015 tarixində keçirilən WrestleMania 31 şousunda WWE kəmərini qazanmışdır.
Set adı
Set adı — qədim Misir fironlarına verilən beş titul adından biri olan Hor adının analoqu ya əvəzləyicisi. Dördüncü sülalə dövrünə qədər, fironların tək Hor adı mövcud olmuşdur. Qədim inaclara görə hökumdar həyatının sonuna qədər göylər allahı şahinin (Hor) yerdəki təmsilçisidir. Peribsenin digər fironlardan fərqli olaraq öz hökmdar titulu Hor adını Horun düşməni olan Setin şərəfinə Set adı ilə əvəz etmişdir. Bunun hansı məqsəd güddüyü hələ də məlum deyildir. Fərziyyələrin birinə əsasən hökmdar siyahılarına əsasən Peribsenin sələfi Sexemib-Perenmaatdır, lakin ola bilsin ki, Peribsen və Sexemib eyni şəxslər olmuşlar. Bu baxımdan Hor adı titulu daşıyan Sexemib hansısa səbəb üzündən ondan imtina edərək Set adı titulunu götürmüşdür. Peribsenin Abidos siyahısında dəfn stelinin üzərində öz Hor Sexemib adını silldirərək onu Set Peribsen adı ilə əvəz etdirməsi, güman edilir ki, o zamanki dini reform ilə əlaqəlidir. Sülalə öncəsi dövrlərdə Set Aşağı Misirin rəmzi hesab olunurdu. Ola bilsin ki, Peribsen Aşağı Misir üsyançılarının başçısı olsun və onun hakimiyyəti bütün Misir ərazisinə şamil edilmirdi.
Çet Beyker
Çet Beyker (23 dekabr, 1929 - 13 may, 1988) — Amerikalı caz müğənni və truba çalanı. XX əsrin ən məşhur caz ustalarından biri. Baker Oklahomanın Yale şəhərində musiqiçi ailəsində anadan olmuş və böyümüşdür. Onun atası, Chesney Baker Sr., peşəkar gitarist, anası, Vera Moser isə pianist olmuşdur. Baker ilk musiqi təhsilinə Glendale orta məktəbində başlasa da, 16 yaşındaykən ABŞ ordusunda xidmət etməyə başlamışdır. 1948-ci ildə ordudan ayrıldıqdan sonra Los-Ancelesdə musiqi təhsilini davam etdirmişdir. Lakin, təhsilini ikinci ilində yarımçıq saxlayaraq yenidən orduya qayıtmış, yalnız 1951-ci ildən sonra öz musiqi karyerasına başlamışdır. 1952-ci ildə Gerry Mulliganın rəhbərliyi ilə yaradılmış musiqi qrupu ilə birgə çıxışlarında öz soloları ilə qısa bir zamanda məşhurlaşan Baker daha sonralar yeni caz qrupu yaradaraq 1953 - 1956-cı illər ərzində bir neçə albom çıxartdı və bununla da caz ustası kimi adını tanıtdı. 1956 və 1959-cu illərdə Avropaya qastrol səfərərinə çıxmışdır. Lakin, 60-cı ildə Avropada qastrol səfərində olarkən üzərində narkotik maddə ilə yaxalanaraq İtaliyanın Pisa şəhərində həbs olunur.
Litsea sect. Neolitsea
Taraxacum sect. Taraxacum
Taraxacum sect. Taraxacum (lat. Taraxacum sect. Taraxacum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Taraxacum sect. Taraxacum hündürlüyü 30 sm-ə çatan çoxillik ot bitkisidir. Kökləri yuxarı hissədə şaxələnən kökümsovdan ibarət, kiçik şaxəli olub, qalınlığı 2 sm, uzunluğu 60 sm-ə çatır. Yarpaqları çılpaq və ya orta damarla aşağı tərəfdə az toraoxşar tüklüdür, uzunsov, əksinə, yumurtaşəkilli, küttəhər, oyuqlu-dişlidir və yaxud enli və ya dar, üçkünc, sivriləşmiş, tamkənarlı və ya uzun dişli, arxaya yönəlmiş dilimlərə qismən dərin qayıqşəkilli kəsilmişdir. Çiçək oxu yarpaqlardan uzundur, düz, çılpaq və ya çiçəkləmə dövründə tüklüdür. Qın yarpaqları təpə hissədə qabarıq deyil, xaricdə yerləşənlər qismən enli xətvaridir, aşağı qatlanmışdır, daxildə yerləşənlər isə xətvaridir.
Set Me Free (Eden Alene mahnısı)
Set Me Free — İsrailin 2021 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Eden Alene 2021 Avroviziya Mahnı Müsabiqəsində İsraili "Set Me Free" mahnısı ilə təmsil etmişdir. İfaçı finalda münsif və SMS səsverməsi nəticəsində 26 ölkə arasında 17-ci pillədə qərarlaşmışdır.
Ecey
Ecey - türk və altay mifologiyasında yer üzündəki ilk qadın, Həvva. Ece, Ece, Eje də deyilir. Törüngəyin yoldaşıdır. Şumerlerdeki Ecem (Kraliça Tanrıçası) ilə də əlaqəlidir. Adəm isə Əlley (və ya Törüngəy) olaraq bilinir. İlk insan (ilk kişi və ilk qadın) anlayışlarına bütün mədəniyyətlərdə maraq eşidilmişdir, çünki insanın yer üzündə nə vaxt və necə var olduğu sualı daim maraq edilmişdir. == Etimologiya == (Ec/Eç/Eş) kökündən törəmişdir. Şumer mənşəli olduğu deyilməkdədir. Türkcədə böyük bacı, kraliça mənaları vardır. Türkcədə "Eş" kökünü də işarə edər.
Eçer
Eçer – Macarıstanda, Budapeşt yaxınlığında qədim kənd. Kənd Budapeştdən cənubi-şərqdə, Feriheci Beynəlxalq Aeroportunun yaxınlığında, 120a dəmir yolunun üzərində yerləşir.
Hecet
Klet
Klet (təq. 25, Roma – 90-cı illər, Roma, Roma imperiyası) — əsasən Klet adıyla da tanınır, 76-88-ci illər aralığında Papalıq etmişdir. 3-cü Roma Papası olan Klet, papalıq vəzifəsinə Papa Lindən sonra gəlmişdir. Adının mənası Cleteus, Yunancadan "Kimsə" mənasındadır. Sonrakı zamanlarda Klet adını almış və beləcə Papalıq adı bu olmuşdur. == Papalıq dövrü == Papa olması tam dəqiq olmamaqla yanaşı, 76–88-ci illər aralığında davam edən 12 illik fəaliyyəti təxmin edilməkdədir. Papa Klet dövründə, Roma 25 hissəyə bölünmüşdü. Bəzi sənədlərə əsasən, Kletin bu bölgələrdə əhəmiyyətli rütbəsi və söz sahibliyi vardı. Bununla yanaşı, siyasətdə də geri qalmadığı yazılmaqdadır. 88-ci ildə, səbəbi bəlli olmayan bir xəstəliyə tutulması nəticəsində ölmüşdür.
Ləcət
Ləcət (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ləcət (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Mnet
Mnet (Music Network qısaltması), CJ Group-un bir hissəsi olan CJ ENM-in bir bölməsi olan CJ E&M-in sahibi olduğu Cənubi Koreyalı bir ödənişli televiziya musiqi kanalıdır. Seul, Mapo-gu, Sangam-dongda yerləşən CJ E&M Center Studio studiya auditoriyası olan bir çox Mnet proqramının, yəni canlı həftəlik musiqi şousu M Countdown-un yayım və qeyd mərkəzidir. Superstar K, Show Me The Money, Unpretty Rapstar, Produce 101 seriyası, Queendom və Kingdom to Road kimi sağ qalma şoularında canlı ifaların olduğu məkandır. Digər şoular İlsandakı CJ E&M Studiyasında çəkilir.
Qacet
Qacet (ing. gadget — uyğun gələn, əlavə) və ya mini-proqramlar — əldə gəzdirilə bilən orijinal, qeyri-standart texniki qurğu. Qacet kimi əl fənəri, mobil telefonu, fləş götürülə bilər. Portativliyi! O az çəkidə olmalı və cibdə yerləşə bilinməlidir. Funksiyalı . Müxtəlif funksiyaları yerinə yetirə bilməlidir. Məsələn, saat göstərməli, radioqəbuledicisi olmalı, pleyer kimi istifadə ediə bilməli, informasiya daşıyıcısı kimi istifadə edilə bilinməlidir. Məhdud imkanlı. Onun özü sərəbəst funksiya yerinə yetirən olmamalıdır.
Acer
Ağcaqayın (lat. Acer) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Avropa, Asiya və Şimali Amerikada geniş yayılmışdır. == Botaniki xarakteristikası == Qarşı-qarşıya düzülən yarpaqları dilimli, nadir hallarda lələkvarı mürəkkəb və ya bütövdür; çiçəkləri salxım, yaxud qalxanabənzər çiçək qrupunda toplanmışdır. Meyvəsi ikiqat qanadlıdır. Avropa, Asiya, Şimali Afrika, Şimali Amerika və Mərkəzi Amerikada 150-dək növü məlumdur. Azərbaycanda 8 növü var. Oduncağından mebel, musiqi alətləri və s. hazırlanır. Ağcaqayın dekorativ və ballı bitkidir.
DECT
DECT (ing. Digital Enhanced Cordless Telecommunications, azərb. Rəqəmsal təkmilləşdirilmiş simsiz telekommunikasiya‎) — əsasən simsiz telefon sistemlərinin yaradılması üçün istifadə edilən standart. O, Avropada yaranıb və 900 MHz CT1 və CT2 kimi əvvəlki simsiz telefon standartlarını əvəz edərək ümumi standart olub. Təkçə Avropada deyil, Avstraliya, Asiya və Cənubi Amerikanın əksər ölkələrində də bu standart qəbul edilib. ABŞ-nin radiotezlik qaydalarına görə Şimali Amerika bu standartı qəbul edə bilmədi. Nəticədə DECT 6.0 adlı bir az fərqli tezlik diapazonundan istifadə edən DECT variasiyası inkişaf etdirilib. Bu, sözügedən qurğuları hətta eyni istehsalçıdan başqa sahələrdə istifadə üçün nəzərdə tutulmuş sistemlərlə uyğunsuz hala salır. DECT, Şimali Amerika xaricində istifadə edildiyi əksər ölkələrdə digər standartları demək olar ki, tamamilə əvəz etdi. DECT standartına əksər istehsalçıların tətbiq etdiyi sadə telefon imkanları üçün ümumi qarşılıqlı fəaliyyət profili olan "generic access profile" (GAP) daxildir.
CNET
CNET ("Computer Network" sözünün qısaldılmış versiyası) — qlobal miqyasda texnologiya və istehlak elektronikası ilə bağlı rəylər, xəbərlər, məqalələr, bloqlar, podkastlar və videolar dərc edən amerikan media veb-saytı. CNET, internet televiziya şəbəkəsi olan CNET Video və onun podkast və bloq şəbəkələri vasitəsilə yeni media yayımlama üsullarını tətbiq etməzdən əvvəl ilkin olaraq radio və televiziya məzmununu öz internet saytında təqdim edirdi. 1992-ci ildə Halsi Minor və Şelbi Bonni tərəfindən əsası qoyulmuşdu və CNET Networks-ün flaqman brendi idi. 2008-ci ildə həmin bölmənin CNET Networks-ü alması ilə CBS Interactive brendinə çevrildi. 30 oktyabr 2020-ci ildən Red Ventures-a məxsusdur. İngilis dilindən başqa, CNET-in regiona və dilə aid nəşrlərinə çin, fransız, alman, yapon, koreya və ispan dilləri daxildir. == Tarixi == PepsiCo-dan ayrıldıqdan sonra Halsi Minor və Şelbi Bonni 1992-ci ildə kompüterlər və texnologiya ilə əlaqəli 24 saatlıq kabel televiziyası olan c/net-i yaratdılar. Fox Network həmtəsisçisi Kevin Vendl və Disney-in keçmiş əməkdaşı Dan Bakerin köməyi ilə CNET kompüterlər, texnologiya və internet haqqında dörd pilot televiziya verilişi istehsal etdi. CNET TV "CNET Central", "The Web" və "The New Edge"-dən ibarət idi. "CNET Central" ilk dəfə ABŞ-də USA Network-də yayımlanmışdır.