Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sabnova
Sabnova - Dağıstan Respublikasının Dərbənd rayonundakı kənd. Kənd Dərbənd şəhərindən 7 km şimal-qərb tərəfdə, Sabnovaçay (rusca Suxodol) çayının sağ sahili boyunca, Açıqsırt dağının ətəklərində yerləşir. Kəndin 2017-ci ilin nəticələrinə əsasən 4286 nəfərlik əhalisi vardır. Sakinlərin mütləq əksəriyyəti etnik azərbaycanlılardan ibarətdir, həmçinin tabasaranlı və dargi əhalisi də var. 2010-cu ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 3,820 nəfər yaşayırdı, və onların 3,612 nəfərini (94%) etnik azərbaycanlılar, 67 nəfərini (1,8%) tabasaranlılar, 43 nəfərini (1,1%) dargilər, 98 nəfərini (2,5%) isə digər millətlərin nümayəndələri təşkil edirdilər.
Sinovac
CoronaVac və ya Sinovac — Çin biofarmatsevt şirkəti Sinovac tərəfindən hazırlanmış COVID-19 peyvəndi üçün potensial namizəd. Namizəd peyvəndi 2020-ci ilin ortalarından bəri III klinik sınaqlardan keçirilmişdir. Oktyabrın 19-da Braziliyada keçirilmiş III mərhələ tədqiqatının ilkin nəticələri CoronaVac-ın COVID-19-a qarşı etibarlı bir müdafiə olduğunu göstərdi. Braziliyada bir nəfər könüllünün intihar etməsindən sonra noyabrın 10-da III mərhələ sınaqlarını qısa müddətə dayandırdı və daha sonra noyabrın 11-də bərpa etdi.. Dekabrın 3-də Braziliyaya bir milyondan çox doza CoronaVac gətirildi. Dekabrın 6-da isə İndoneziya 1,2 milyon doza CoronaVac-ın ilk partiyasını aldı.. Dekabrın 13-də da Butantan İnstitutu III mərhələ sınaqlarında təsdiqlənmiş COVID-19-a yoluxmuşların sayının 170-ə çatdığını və bu ilkin analiz üçün tələb olunan 151 hadisəni aşdığını və tam peyvəndləşmənin başlaması üçün sənədlərin həm ANVISA-ya, həm də Milli Tibbi Məhsullar İdarəsinə 23 dekabr tarixinə qədər təqdim ediləcəyini açıqladı. CoronaVac vaksini inaktiv peyvənddir. Belə ki, onun kimyəvi tərkibi genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur. 2021-ci il yanvarın 7-də effektivlik dərəcəsinin necə hesablandığını açıqlamadan, Butantan İnstitutu peyvəndin 13.000 könüllüdən 220 COVID-19 hadisəsinə əsaslanan yüngül hallarda 78%, ağır və orta infeksiyalara qarşı 100% təsirli olduğunu elan etdi.
Şizuoka
Şizuoka — Yaponiyanın şəhəri.
Aidə Şirinova
Aidə Rəcəb qızı Şirinova (7 avqust 1959, Bərdə) — Mayor, Qarabağ müharibəsinin iştirakçısı, azərbaycanlı polis, ilk hərbi komandir müavini qadın, İSBAM departament rəhbəri. == Həyatı == Aidə Şirinova 7 avqust 1959-cu ildə Bərdə şəhərində anadan olub. 1977-ci ildə Bərdə şəhər 3 saylı tam orta məktəbi bitirib, həmin ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. 1981-ci ildə ali məktəbi bitirib, Bərdə rayon Uşaq gənclər İdman məktəbində metodist vəzifəsində çalışıb. 1992-ci ildə Xocalı soyqırımından sonra hərbi xidmətə gedib. Bərdə Özünü müdafiə batalyonunda (733 nömrəli Hərbi hissə) döyüşüb. 1 iyun 1992-ci ildən 2 dekabr 1992-ci ilə qədər Müdafiə Nazirliyinin Bərdə Özünü müdafiə batalyonunda (733 nömrəli Hərbi hissə) İdman xidməti rəisi, Əsgərlərin sosial müdafiəsi üzrə Komandir müavini vəzifəsində xidmətdə olub. Azərbaycanın Hərb tarixində bu vəzifəyə yüksələn ilk hərbçi qadın olaraq tarixə keçib. 1993-cü il 1 yanvar tarixində Şuşa rayonunun polis şöbəsində, 1994-cü il mart ayından Ağdərə rayonunun polis şöbəsində baş leytenant olaraq xidmət edib. Xidmət etdiyi müddətdə Şuşa və Ağdərə polis şöbələrinin şəxsi heyəti ilə birlikdə torpaqlarımızın bütövlüyü uğrunda [Yuxarı Qarabağda gedən döyüşlərdə, Tərtər rayonun müdafiəsində, o cümlədən keçmiş Şaumyan (hazırkı Goranboy), Gülüstan, Talış, Marağa, keçmiş Marquşavan (hazırkı Şıxarx), Həsənqaya, Aşağı-Yuxarı Çaylı, Ağdərə rayonunun alınmasında və Qırmızı kənd, Kasapet, Dəmirli, Orta kənd, Dranbon, Çıldıran yaşayış məntəqələrində aparılan döyüşlərdə iştirak edib.
Arzu Şirinova
Arzu Xasay qızı Şirinova (d.26.05.1961, Bakı, Azərbaycan) — jurnalist. == Həyatı == Şirinova Arzu Xasay qızı 1961-ci il may ayının 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1978-ci ildə Qubadlı rayonunda orta təhsilini başa vurduqdan sonra babası, mərhum xalq yazışısı Əli Vəliyevin yolunu getmək, jurnalist kimi fəaliyyət göstərmək məqsədilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olmuş və 1985-ci ildə isə ali məktəbi bitirmişdir. == Fəaliyyəti == Arzu Şirinova qiyabi təhsil aldığı müddətdə, eyni zamanda, əmək fəaliyyətinə başlamış və Qubadlı rayonunda nəşr olunan "Avanqard" qəzetində işləmişdir. Həmin illərdə "Azərbaycan qadını" jurnalı, "Azərbaycan gəncliyi" və "Bakı" qəzetlərində publisistik məqalələri, oçerkləri və hekayələri dərc olunur. "Olaylar" İnformasiya Agentliyində parlament müxbiri, "7 gün", "Teleskop", "Karvan", "Yeni Zaman", "Hürriyyət" qəzetlərində redaktor vəzifəsində çalışmışdır. Hazırda "Xalq Cəbhəsi" qəzetində redaktor vəzifəsində fəaliyyət göstərir. Arzu Şirinova publisistik, təhlili və köşə yazılarında Azərbaycan dövlətinin milli maraqlarını qoruyan yazılara, işğal altında olan torpaqlarımızın azad edilməsində milli vətənpərvərlik ruhunun yüksəldilməsilə bağlı məqalələrə, Güney Azərbaycan, Azərbaycanın Türk Dünyasında yeri və rolu, ölkəmizin inkişafı, dünyaya inteqrasiyası kimi məqalələrə üstünlük vermişdir. 2011-ci ildə Arzu Şirinovanın müəllifi olduğu "Cənnətin işğalı" adlı kitabı nəşr olunmuşdur. === Məqalələri === Qərəzin ünvanı Yurdun qisası İtirilmiş ziyalılar Nə deyərlər?
Kseniya Simonova
Kseniya Simonova (ukr. Ксенія Симонова; 22 aprel 1985, Evpatoriya, Krım vilayəti[d]) — 1985-ci ildə Ukraynada anadan olan sənətçi dünyanın qabaqcıl qum animasiya sənətçisi olaraq bilinir. O, iştirak etdiyi bir çox qum sənəti yarışında birincilik mükafatını alıb.
Maral Şirinova
Maral İbrahim qızı Şirinova (1 yanvar 1930, Kortala, Balakən rayonu – 2010) — Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (02.10.2002) == Həyatı == 1930-ci il yanvarın 1-də Azərbaycan SSR-in Zaqatala qəzasının Kortala kəndində (hazırda Balakən rayonunda kənd) Nəsiblər nəslində anadan olub. 1952-ci ildə Şəki Pedaqoji Texnikumunu bitirmişdir. 1945-1950-ci illərdə Balakən rayonunun "Kommunizm" kolxozunun manqabaşı olmuşdu. 1948-ci ildə “Trapezond” sortu üzrə 3 hektar sahədə hər hektardan 25,2 sentner tütün məhsulu alıb. Maral Şirinova həmçinin, Azərbaycanın ictimai həyatında da fəal iştirak etmişdir. 1952-ci ildən orta məktəbdə müəllim işləmişdir. 1967-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü, 1968 və 1978-ci illərdə müəllimlərin Ümumittifaq qurultayının nümayəndəsi olmuşdur. 2010-cu ildə 80 yaşında vəfat edib. == Mükafatları == 1949-ci il 1 iyul tarixli SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə, 1948-ci ildə yüksək tütün məhsulu topladığına görə Şirinova Maral İbrahim qızı Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, Lenin ordeni və "Oraq və Çəkic" qızıl medalları təqdim olunmuşdur. Azərbaycanın elm və təhsil sahəsində böyük xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” 11 iyun 2002-ci il tarixli Fərmanına uyğun olaraq 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Nadejda Sozonova
Nadejda Sozonova (14 avqust 1991, Aksay, Rostov vilayəti) — Rusiyalı qadın reqbiçi. Qadın reqbiçələrdən ibarət Rusiya milli komandasının və Moskvanın "MOİK" qadın reqbi komandasının üzvu. "Reqbi-7" üzrə qadınlardan ibarət Rusiya milli komandasının kapitanı. 2013, 2014 və 2016-cı illərdə Avropa çempionu olub. Rusiyanın əməkdar idman ustasıdır. Karyerasına 2008-ci ildə Krasnodarın "Yujanka" komandasında başlayıb. 2009-cu ildə Krasnodarın "Kuban" komandasına keçir. Krasnodar təmsilçisinin heyətində 10 il oynadıqdan sonra, 2019-cu ildə Moskvanı təmsil edən "MOİK" komandasına keçir.
Oksana Şişkova
Oksana Valerivna Şişkova (ukr. Оксана Валеріївна Шишкова; d. 10 iyun 1991, Xarkov, Ukrayna SSR, SSRİ) — Ukrayna xizəkçisi, biatleti. Oksana Şişkova 1991-ci il iyunun 10-da Xarkov şəhərində anadan olmuşdur. Üç il akrobatik gimnastika bölməsində oxuyub. Yeddi yaşında kunq-fu öyrənməyə başlayıb. On yaşlarında onun görməsi pisləşməyə başladı və gözdən əlil oldu. On üç yaşında Paralimpiya idmanı və atletika (100 m və 200 m) məşqlərinə başlamış, «Ukrayna idman ustası» adını almışdır. 2003-cü ildə Ukrayna Atletizm çempionatına qatıldı. 2004-cü ildə, gözdən əlil uşaqlar üçün olan internat məktəbində təhsil alarkən xizək və biatlona başladı.
Raziyyə Şirinova
Raziyyə Şirinova (1940) – müğənni, aktrisa, film iştirakçısı. Azərbaycan Respublikasının əməkdar artisti(2006), Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü(2005) R. Şirinova 1962–64-cü illərdə A. Zeynallı adına Bakı Musiqi texnikumunda qocaman xanəndə Seyid Şuşinskinin kursunda təhsil almış, daha sonra – 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Hələ tələbə ikən "Lalə" qızlar ansamblının, 1964–1970-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1968-ci ildə gənc muğam ustalarının respublika müsabiqəsinin qalibi adına layiq görülmüşdür. 1980-ci ildə R. Şirinova Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına solist vəzifəsinə qəbul edilmiş, 2005-ci ilə kimi teatrda çalışmışdır. Teatrda çalışdığı illərdə o bir çox yadda qalan obrazlar – "Əsli və Kərəm"də Əsli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Tutu , Əmi qızı, "Leyli və Məcnun"da Məcnunun anası və s. rollarda çıxış etmişdir. R. Şirinova bir konsert müğənnisi kimi də böyük uğur qazanmışdır. Sənətdə olduğu bu illər ərzində respublika televiziyası və radiosu ilə ifa etdiyi muğam, xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. 10 noyabr 2005-ci ildə Azərbaycan Respublikasının mədəni həyatında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə" layiq görülüb 16 sentyabr 2006-cı ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar artist” fəxri adı ilə təltif olunub.
Sistova müqaviləsi
Sistova müqaviləsi — 1787-1791-ci illər arasənda baş vermiş Avstriya-Osmanlı müharibəsinin sonunda imzalanmış müqavilədir. Böyük Britaniya, Prussiya və Hollandiya tərəfindən vasitəçilik edilərək, 4 avqust 1791-ci ildə Bolqarıstanda Sistovada (müasir Svishtov) imzalanmışdır. 11 iyul 1789-cu ildə Osmanlı İmperiyası ilə İsveç arasında dostluq müqaviləsi bağlandı. Sultan III Səlim Rusiya və Avstriyanın onlar üçün təhlükə olacağını düşünən Prussiya kralı ilə ittifaq sazişi bağladı (31 yanvar 1790). Ancaq bu müqavilələr qüvvəyə minmədi. Fransa İnqilabından (1789) və Fransanın artan hərbi təhlükəsindən sonra yayılmağa başlayan millətçi fikirlər səbəbindən Avstriya Osmanlılarla yeni bir müqavilə imzalamağa məcbur oldu. Zestovi müqaviləsi 4 avqust 1791-ci ildə bu gün Bolqarıstanın şimalında yerləşən Zestoviç şəhərində imzalanmışdır. Bu müqavilədən sonra Osmanlı İmperiyası ilə Avstriya arasında dostluq dövrü başladı. Sistova müqaviləsi Avstriya-Osmanlı müharibələrinə son qoydu. 19-cu və 20-ci əsrlərdə Avstriya Osmanlılara qarşı Rusiyanın rəhbərlik etdiyi müharibələrdə iştirak etmədi.
Tamilla Şirinova
Tatyana Lioznova
Tatyana Mixaylovna Lioznova (rus. Татьяна Михайловна Лиознова; 20 iyul 1924[…], Moskva – 29 sentyabr 2011, Moskva) — Sovet kino rejissoru, SSRİ xalq artisti (1984). 20 iyul 1924-cü ildə Moskvada Moisey (Mixail) Aleksandroviç və İda İzrailevna Lizonovların ailəsində anadan olmuşdur. Tatyana Lioznovanın atası iqtisadçı-mühəndis idi. Müharibə başlananda o, xalq yığma ordusuna yazıldı və 1941-ci ildə vəfat etdi. Məktəbdən sonra Tatyana Lioznova Moskva Aviasiya İnstitutuna daxil olur. Lakin orada cəmi bir yarımillik oxuyur. 1943-cü ildə isə ÜDKİ-də Sergey Gerasimov və Tamara Makarovanın kursuna daxil olur. Sınaq yarımilliyinin sonunda pedaqoqlar onu çıxarmaq istəyirdilər. Onlar belə düşünürdülər ki, 19 yaşlı bir qızın rejissor sənəti üçün həyat təcrübəsi kifayət qədər deyil.
Yelena Smirnova
Yelena İosifovna Prudnikova (Smirnova) (rus. Елена Иосифовна Прудникова (Смирнова); 19 may 1949, Rostov-na-Donu) — Sovet və rus aktrisası, Rusiyanın əməkdar artisti (2004).
İrina Bliznova
İrina Bliznova (6 oktyabr 1986, Krasnodar) — Rusiyanı təmsil edən həndbolçu. İrina Bliznova Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra İrina Bliznova Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu. İrina Bliznova Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Fransa yığmasını 20:22 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Şirşova silsiləsi
Şirşov silsiləsi — sualtı silsilə Berinq dənizində, 170—171° ş. u boyunca yerləşir. Şirşova silsiləsi Olyotor yarımadasından başlayaraq 670 km cənuba istiqamətlənir. Şimalda eni 200 km, cənubds isə 25 km təşkil edir. Cənuba doğru Bauers silsiləsinə keçir. Silsilə Təbaşir dövrü vulkan məşəlli suxurlardan təşkil olunmuşdur. Silsilə öz adını məşhur sovet alimi Pyotr Pyotroviç Şirşovun şərəfinə adlandırılmışdır.
Şizuoka prefekturası
Şizuoka prefekturası — Yaponiyanın Çubu regionunda prefektura. Ərazisi 7 780 klometr kvadrat, əhalisi 3 775 000 nəfərdir. Mərkəzi Şizuoka şəhəridir.
Vera Smirnova
Vera Vasilyevna Smirnova (rus. Вера Васильевна Смирнова; 17 (29) sentyabr 1898 və ya 1898, Sankt-Peterburq – 1977, Moskva) — Sovet uşaq yazıçısı, ədəbiyyatşünası və memuarçısı. Məşhur uşaq kitabları - "Ellin qəhrəmanları" və "Qızlar"ın müəllifi. Teatr rejissoru Aleksandra Smirnova-İskəndərin bacısı. Aleksandra Vasilyevna Smirnova 1898-cı ildə Sankt-Peterburq anadan olub. Atası kəndli idi. 1898-ci ildə atası İmperator Rəssamlıq Akademiyasında komendant kimi işləməyə başlayıb. 1903-cü ildə atası Rus-Asiya Bankında işləmyə başladı və ailəni Yeni Margelana (hazırda Fərqanə; 1907-1924-cü illərdə şəhər Skobelev adlanırdı) köçürüb. Vera Smirnova Skobelev adına Qadın Gimnaziyasını qızıl medalla, sonra pedaqoji kursları bitirmiş, 1914-cü ilin payızından iki il Ali İbtidai Məktəbdə dərs deyib. 1916-cı ilin payızında o, Petroqradda Bestujev adına Ali Qadın Kurslarının tarix-filologiya fakültəsinə daxil olur və eyni zamanda Vsevolod Meyerholdun teatr studiyasında oxuyur.
Mariya Smirnova
Mariya Smirnova (13 oktyabr 1995) — təqaüddə olan Rusiya əsilli bədii gimnast. O, Azərbaycanı beynəlxalq yarışlarda təmsil etmişdir. O, 2014 və 2015-ci illərdə Dünya Çempionatında iştirak edib. == Karyera == Smirnova 2010 Rusiya Kubokunda çoxnövçülükdə on beşinci olub. 2012 Rusiya Çempionatında çoxnövçülükdə iyirmi birinci, tullanmada isə beşinci olub. 2013-cü il Rusiya Çempionatında Smirnova Volqa Federal Dairəsi uğrunda yarışmış və onlar komandanın bürünc medalını qazanmışlar və o, çoxnövçülükdə finalda on beşinci olmuşdur. O, həmçinin tullanma finalında altıncı, döşəmə məşqlərinin finalında isə yeddinci olub. 2014-cü ildə Smirnova Rusiyadan Anna Pavlova, Marina Nekrasova və Yuliya İnşina ilə birlikdə Azərbaycan üçün yarışmağa keçibi və bu gimnastlar on yeddi il ərzində Azərbaycanın ilk qadın idman gimnastikası üzrə milli komandasını yaratdılar. Onlar təsnifat mərhələsində on altıncı yeri tutduqları 2014 Avropa Çempionatında yarışmışlar. Həmin komanda daha sonra təsnifat mərhələsində otuzuncu yeri tutduğu Dünya Çempionatında iştirak etmişdir Smirnova 2015-ci il Avropa Çempionatında iştirak edərəki və o, təsnifat mərhələsində çoxnövçülükdə əlli doqquzuncu olmuşdur.
Mayk Şinoda
Mayk Şinoda (yap. 篠田 賢治; 11 fevral 1977) – repçi, Linkin Park qrubunun vokalisti. Həm də Fort Minorun tək üzvü və yaradıcısı. Aktyor, müğənni və prodüser. Linkin Parkın bütün albomlarının prodüserliyini etmişdir. == Haqqında == Kiçik yaşlarından repə və Hip-hopa daha çox marağı var idi. Məktəbi bitirdikdən sonra sinif yoldaşı Brad ilə qrup qurmağı qərara alırlar. Daha sonra Robu qruba daxiı edirlər. Daha sonra da Co və Deyvid qruba daxil olur. Beləliklə Maykın uşaqlıq xəyalı gerçək olur.
Toyota Innova
Toyota Innova — Toyotanın 2005-ci ildən bu yana Hindistanda istehsal etdiyi MPV modelidir.
Yekaterina Şişova
Yekaterina Şişova (d. 13 sentyabr 1978) — Rusiyanı təmsil edən su poloçusu. Yekaterina Şişova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Yoşinobu Minova
Yoşinobu Minova (d. 2 iyun 1976) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Sona Əhmədova-Şirinova
Əhmədova-Şirinova Sona Həsən qızı (d. 6 avqust 1932, Bakı) — Azərbaycan xalça ustası, SSRİ Dövlət mükafatı laureatı (1950). Moskva Bədii-Sənaye Məktəbini bitirmişdir (1954). "Azərxalça" birliyinin Bakı xalça artelində işləmişdir. Bilavasitə onun iştirakı ilə toxunmuş "İ.V. Stalin" (1949, ölçüsü 70 m²; Azərb. İncəsənət Muzeyi, Bakı) və "V.İ.Lenin" (1957, ölçüsü 75 m²; Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Bakı) xalçaları yüksək bədii keyfiyyətə malikdir.
Aleksandra Smirnova-İskəndər
Aleksandra Vasilyevna Smirnova-İskəndər (rus. Смирнова-Искандер, Александра Васильевна; 18 (30) noyabr 1896 – 2000, Sankt-Peterburq) — teatr rejissoru, Vsevolod Meyerholdun tələbəsi. Meyerholdun emalatxanası, mühasirəyə alınmış Leninqradın rəssamları haqqında xatirələrin, teatr haqqında “Yadımda qalanlar haqqında” xatirələr kitablarının müəllifi. Uşaq yazıçısı və tənqidçisi Vera Smirnovanın bacısı. == Həyatı == Aleksandra Vasilyevna Smirnova 1896-cı ildə Ryazan quberniyasının Solçino kəndində kəndli ailəsində anadan olub. 1898-ci ildə atası İmperator Rəssamlıq Akademiyasında komendant kimi işləməyə başlayanda Aleksandra anası ilə birlikdə Sankt-Peterburqa köçüb. 1903-cü ildə atası Rus-Asiya Bankında işləmyə başladı və ailəni Yeni Margelana (hazırda Fərqanə; 1907-1924-cü illərdə şəhər Skobelev adlanırdı) köçürüb. 1911-ci ildə Aleksandra Skobelevski adına qadın gimnaziyasını qızıl medalla bitirərək təhsilini Sankt-Peterburqa davam etdirməyə gedir. Bir il Psixonevrologiya İnstitutunda oxuyur, sonra təhsilini Bestujev adına Qadınlar üçün Ali Kurslarda davam etdirir. 1914-1917-ci illərdə Aleksandra və onun gələcək həyat yoldaşı, Rəssamlıq Akademiyasının tələbəsi Aleksey Maksimoviç Smirnov Borodinskaya küçəsindəki Vsevolod Meyerhold‎un studiyasında teatr sənəti üzrə təhsil alırlar.