Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qımıl
Qımıl — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. == Tarixi == Kəndin keçmişi haqqında dəqiq məlumat yoxdur. Bölgənin ən qədim yaşayış mərkəzlərindən biridir. Kəndin əhalisini əsasən ləzgilər təşkil edir(99%). == Toponimikası == Qımıl oyk., sadə. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir. Kəndin adı Qimil şəklində də işlənir.
Timin
Timin (5-metilurasil) — pirimidinin törəməsi, azotlu əsasların beşindən biridir.Dezoksiriboza ilə birlikdə timidin nukleozidin tərkibinə daxil olaraq, bütün canlı orqanizmlərin tərkibində mövcuddur. Timin dezoksiribonukleotidlər DNT-in tərkibinə daxildirlər, RNT-də onun yerində urasilin ribonukleotidi yerləşir. Timin adeninlə 2 hidrogen rabitəsi əmələ gətirərək, ona komplementardır. Orqanizmin ölümündən sonra timin əsasları zamanla hidantoinlərədək oksidləşirlər. Tədqiqatlara əsasən, timin ultrabənövşəyi şualanmanın enerjisini dağıdaraq, DNT-ni onun mənfi təsirindən qoruya bilir.
Devid Trimbl
Uilyam Devid Trimbl, Baron Trimbl (15 oktyabr 1944[…], Belfast – 25 iyul 2022, Belfast) — 1998-2002-ci illərdə Şimali İrlandiyanın ilk birinci naziri və 1995-2005-ci illərdə Olster Birlik Partiyasının (UUP) lideri olmuş Britaniya siyasətçisi. O, həmçinin 1990-2005-ci illərdə Yuxarı Bann üçün Parlament üzvü (MP) və 1998-2007-ci illərdə Yuxarı Bann üçün Qanunvericilik Assambleyasının (MLA) üzvü olmuşdur. 2006-cı ildə o, Lordlar Palatasının ömürlük həmkarı oldu və bir il sonra Mühafizəkarlar Partiyasına qoşulmaq üçün Olster Birlik Partiyasından ayrıldı. Trimbl 1970-ci illərdə Belfast Kraliçası Universitetində hüquq müəllimliyi karyerasına başladı və bu müddət ərzində o, paramiliterlərlə əlaqəli Avanqard Birlik Tərəqqi Partiyası ilə məşğul olmağa başladı. 1975-ci ildə Şimali İrlandiya Konstitusiya Konvensiyasına seçildi və ABTP-ı dağıldıqdan sonra 1978-ci ildə Olster Birlik Partiyasına qoşuldu. Belfast Universitetində qalaraq, 1990-cı ildə Yuxarı Bann üçün millət vəkili seçilənə qədər akademik karyerasını davam etdirdi. 1995-ci ildə gözlənilmədən Olster Birlik Partiyasının lideri seçildi. O, 1998-ci ildə Belfast sazişi ilə nəticələnən danışıqlarda mühüm rol oynadı və (Con Hyum ilə birlikdə) səylərinə görə həmin il Nobel sülh mükafatına layiq görüldü. Daha sonra o, Şimali İrlandiyanın birinci naziri seçildi. 2005-ci il ümumi seçkilərində məğlub olduqdan sonra Trimbl qısa müddət sonra Olster Birlik Partiyasının rəhbərliyindən istefa verdi.
Təkmil rəqabət
Təkmil rəqabət (ing. perfect competition) — mikroiqtisadiyyatda xüsusi bir bazar növüdür. Nəzəri cəhətdən bu bazarın növü əhəmiyyətli nümunə kimi istifadə olunur, və digər növlər ona müqayisə olunur. Real həyatda mükəmməl rəqabət ən yaxın olaraq kənd təsərrüfatının bazarını əks etdirir.Mükəmməl rəqabət bazarı növbəti xüsusiyyətlərə malikdir: Satıcıların çox olmağı Standartlaşdırılmış mallar "Qiymət ilə razılıq" Sərbəst giriş və çıxışÇox inkişaf etmiş rəqabət bazarına müstəqil satıcıları sayı çox olur. Onlar müştərilərə standartlaşdırılmış malı təklif edirlər, yəni ki mallar bir biri ilə eynidir, və alıcı üçün müəyyən qiymətə hansını almaq fərqi yoxdur. "Qeyri-qiymət" rəqabəti (misal üçün keyfiyyət, reklam) üçün stimullar yoxdur. Ayrıca götürülən şirkətlər qiymətin əmələ gəlməsinə təsir göstərə bilmirlər, çünki onlardan hər biri cəm məhsulun əncaq balaca hissəsini istehsal edir. Əgər şirkət bazar qiymətindən bir az yüksək qiymət qoyarsa, həmin mal heç kimə satılmaz, çünki ondan başqa eyni malı aşağı qiymətə təklif edən çoxlu digər satıcılar var. Əgər şirkət bazar qiymətindən bir az aşağı qiymət qoyarsa, gəlir itkilərinə məruz qalacaq. Ona görə hər bir şirkət qiymət ilə razıdır.
Himil xalçaları
Himil xalçası
Qımıl-qazma
Qımılqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qəçrəş bələdiyyəsinin tərkibindədir. == Tarixi == Buraya XIX əsrin sonları, XX əsrin əvvəllərində Qımıl və keçmiş Orduxan qazmalarından köç etmişlər. Ehtimal edilir ki, burada daha əvvəllər də yaşayış olub. Buna misal kimi kəndin girəcəyində olan, yaşı dəqiq bilinməyən qəbirstanlıqdır. Bu kənd magistiral yol üzərində yerləşir və buna görə də buraya gəliş-gediş asanlaşır. == Toponimikası == Qımılqazma oyk., miir. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir.
Qımıl xalçaları
Qımıl xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Tamil dili
Tamil Nadu əyalətinin rəsmi dili olan Tamil, ən az 2000 illik keçmişi olan köhnə bir Dravid dilidir və təxminən 65 milyon insan tərəfindən danışılır.
Tamil kinomatoqrafiyası
Tamil kinomatoqrafiyası və ya digər adı ilə Kollivud (Kollywood) — Cənubi Hindistanda yaşayan Tamil qəbilələri tərəfindən yaradılmış prodakşndır. Kollivud filmlərində adətən senqal və tamil dillərində danışılır. Bu filmləri Şri Lankada da görmək mümkündür.
Tifil Əsəd
Tifil Əsəd, Şair Əsəd, Miskin Əsəd — Azərbaycan şairi, aşığı. == Həyatı == Miskin Əsəd 1883-cü ildə Xiyov şəhərinin (Meşgin) Hasar kəndində bir ruhani ailəsində dünyaya gəlmişdir. İlk təhsilini atasının məktəbində bitirib. Türk, ərəb və fars dillərini öyrənib. Miskin Əsəd uşaq ikən bütün çətinlikləri yaşayıb. 1903-ci ildə iki qardaşı ilə birlikdə Bakıya gəlirlər. Əsəd burada mühacir həyatı yaşayır, əvvələr neft quyularında işləyir. Daha sonra Şəmkir bölgəsinə gedir, orda Aşıq Hümmətlə tanış olur. Bu hadisə onu aşıq ədəbiyatına doğru çəkir. Aşıq Əsəd sonralar Aşıq Ələsgərlə (1821-1926) və Aşıq Hüseyn Bozalqanlı ilə də tanış olur.
Timir Pinegin
Timir Alekseyeviç Pinegin (rus. Тимир Алексеевич Пинегин) — sovet yaxtsmeni, yelkənli qayıq idman növü üzrə yay Olimpiya oyunlarında SSRİ-dən olan ilk çempion. Avropa və Şimali Afrika çempionatının qalibi, SSRİ idman ustası (1960), SSRİ əməkdar məşqçisi. 16-qat SSRİ çempionu: "Zvyozdnıy" — 13 qat: 1953—1962, 1964—1965, 1969 "Solinq" — 3 qat: 1970, 1972—1973 == Həyatı == Moskvada anadan olmuşdur. Onun babası Aristarx Vladimiroviç İlyin məşhur psixiatr olmuşdur. Timirin atası Aleksey Dmitriyeviç Pinegin Yakutiya MSSR Kanqalas ulusu ərazisində 1903-cü ildə doğulmuşdur. O, milliyyətcə yakut olmuşdur.. Timir Alekseyeviç ilk kiçik uğuru hələ məktəbdə ələ etmişdir. Pineginin anası Aleksandra Aristarxovna İlyina rəssamlığı bacarırdı. Timir Hərbi Dəniz Qüvvələrinin Mərkəzi İdman Klubunun heyətində çıxış etmişdir.
Timi Zayk
Timi Zayk (26 aprel 2000) — Sloveniyalı tramplindən xizəklə tullanan. == Karyerası == === Kontinental Kubok === 2017-ci ilin sentyabr ayında Zayk Trondheymdə ilk dəfə çıxış etdiyi turnirdə üçüncü yeri qazandı və ilk dəfə podiuma qalxdı. O, çıxış etdiyi ikinci turnirdə qalib gəlmişdir. === Dünya Kuboku debütü === O, Dünya Kubokunda debütünü 2017-18 mövsümünün açılışında Vislada reallaşdırmışdır. O, fərdi yarışlarda təsnifat mərhələsində iştirak etmişdir. == Dünya Kuboku nəticələri == === Turnir cədvəli === 4 fevral 2018-ci il məlumatlarına əsasən.
Tamil İlamin Azadlıq Pələngləri
Tamil İlamin Azadlıq Pələngləri — Şri-Lankanın ən təhlükəli terror təşkilatı olmuşdur. Təşkilat 1976-cı ildə ölkədə əksəriyyət təşkil edən sinhal cəmiyyətinin diskriminasiya siyasətinin güclənməsinə etiraz əlaməti olaraq yaranmışdır. Təşkilatın əsas məqsədi müstəqil Tamil dövlətinin yaradılması idi. Təşkilatın lideri Velupillayi Prabxakaran ideoloqu isə Balasinqam idilər. 1983-cü ildən Tamil İlamin Azadlıq Pələngləri hökumətə qarşı partizan müharibəsi başlatmışdır. Onlar əsasən kənd yerlərindəki məmurlara siyasi və hərbi liderlərə qarşı terror aktları törədirdilər. 1990-1993-cü illər ərzində təşkilat yüksək vəzifəli məmurlara qarşı silsilə terror aktları həyata keçirmişdir. Belə ki 1990-cı ildə tamil siyasətçisi Amer Talinqam nazir Rəncan Viceratın 1991-ci ildə Hindistanın baş naziri Raciv Qandi 1992-ci ildə ordu generalı Denzil Kobbakadova baş vitse-admiral Klansi Fernando 1993-cü ildə isə Şri Lanka prezidenti Ranasinqh Premadasa qətlə yetirilmişdir. Tamil İlamin Azadlıq Pələngləri həmçinin əhalinin daha çox toplaşdığı yerlərdə məbədlərdə banklarda nəqliyyat vasitələrində terror aktları törədir. Təşkilatın döyüşçü qüvvələrinin sayı on min nəfərdən çoxdur.