Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tufarqan
Azərşəhr- (fars. آذرشهر‎) (əski adı Tufarqan/Xarqan/Dehxarqan) - İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 60 kilometr cənub-qərbdə və Urmu gölünün şərqində, Səhənd dağının qərbində yerləşir və Tehran şəhəri ilə 684 kilometr məsafəsi var. 2006-cı il siyahıya alınmasına əsasən şəhərin əhalisinin sayı 36,475 nəfərdir. Əhali sayına görə Şərqi Azərbaycan ostanının səkkizinci böyük şəhəri sayılır. Əski adı Tufarqan olan şəhərin adı dəyişdirilərək Dehxarqan, daha sonra isə Azərşəhr olaraq adlandırılmışdır. Azərşəhrin tanınmış sovqat və çərəzləri ləpə və cəvizdir.
Tufarqan bölgəsi
Azərşəhr şəhristanı (fars. شهرستان آذرشهر‎) — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Azərşəhr (Tufarqan) şəhəridir. Azərşəhrin əsl tarixi adı Tufarqan, Xarqan və ya Dehxarqan olmuşdur. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə şəhristanın əhalisi 101 479 nəfər olmuşdur. Azərşəhr şəhristanında Azərbaycan türkləri yaşayırlar və Azərbaycan türkcəsində danışırlar. == Azərşəhr şəhristanının şəhərləri == Azərşəhr şəhristanının üç şəhəri var.