BƏLGƏ

1. Oğlan tərəfindən qız evinə göndərilən birinci nişan – üzük və örpək.

2. Məcazi mənada: bəhanə, səbəb, dəlil, tutarğa.

3. Vuruş zamanı qola sarılan şey.

Qurbani der: bu dərdləri biləsiz,

Qohum-qardaş yığılasız, gələsiz,

Adna axşamında bəlgə qoyasız,

Kəsilə qovğası, qalı qızların.

                                     (“Qurbani”)

                       *

Pünhan yanına getdiyim,

Üzdən busə götürdüyüm,

Şanasın bəlgə getdiyim,

Yarımdan xəbərin varmı?

               (“Abdulla və Cahan”)

Dastanda nişanə, yadigar mənasında da işlənir:

Cahan xanım özü də Abdullanın darağını götürdü. Çoban işi belə görəndə çomağı çəkib, çuxasını bəlgə elədi. (“Abbas və Gülgəz”)

BƏLƏN
BƏLKİ FARS
OBASTAN VİKİ
Bəlgədağ
Bəlgədağ — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda dağ. == Toponimik izah == Dağı adı, ehtimal ki, türk dillərindəki "bəlgə" (nişan) sözündəndir. Bundan başqa bəlgə döyüşdə qalxanı əvəz edən əşyaya (ağaca) da deyilir.
Bəlgəşir (Xudabəndə)
Bəlgəşir (fars. اقچه قيه‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,499 nəfər yaşayır (275 ailə).

Digər lüğətlərdə

БОМЖ вы́стегнуться ландка́рта левонационали́ст начёркивать ни копе́йки Отсту́пник плете́нь подлепля́ться по́сланный приска́зывание романти́ческий многолю́дность обклёвываться тира́нство утилитари́стский bagging jacks lacemaking paratroops интендантский мельница мужской прядильный соблаговолить