Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Klub
Klub — vahid maraqlara görə cəmiyyətdə birləşən insanlar birliyi. Maraqlara görə idman, istirahət, siyasi, dini klublar olur. Adətən müəyyən bir otağı tutur və onun iştirakçılarının müntəzəm görüşləri və ünsiyyəti üçün xidmət edir. Virtual klublar da var. Hər kəs klubun üzvü (açıq giriş) və ya məhdud dairəyə aid olan şəxs (qapalı klub, giriş yalnız tövsiyə ilə əldə edilə bilər) ola bilər. Bəzi klublara giriş giriş biletinin alınmasını tələb edir, digərləri pulsuz fəaliyyət göstərir (dövlət və ya fərdi şəxslərin sponsorluğu hesabına). == İdman klubu == Müasir idman klubları adı, loqosu, idmançılar komandası, infrastrukturu, idarəetmə sistemi, işçi heyəti olan peşəkar və ya həvəskar təşkilatlardır. Misal üçün: Futbol klubu; xokkey klubu; Basketbol klubları. == İstirahət klubları == Əyləncəli xarakterli müəyyən maraqlarla bağlı insanları bir araya gətirməyə xidmət edir: musiqi klubları (rok klubları daxil olmaqla: Leninqrad rok klubuna baxın); rəqs klubları (bu, həm də "gecə klubları" və adında "klub" sözünün bu mənaya malik olmaya biləcəyi digər müəssisələrdən fərqli olaraq məhdud və daimi üzvü olan insanlar qruplarına aiddir). == Gecə klubları == Gecə klubu - adətən 21:00-dan sonra işləyən, asudə vaxt üçün nəzərdə tutulmuş (adətən gənclər üçün) ictimai qurumdur.
Üslub
Creation Club
Creation Club (azərb. "Yaradılış Klubu"‎) — "Bethesda Game Studios" tərəfindən "Fallout 4" və "The Elder Scrolls V: Skyrim" videooyunları üçün dizayn edilmiş mikroödəniş sistemi. Sistem ilk dəfə olaraq, 28 avqust 2017-ci il tarixində "Fallout 4" üçün buraxılmışdır. "Creation Club" "Bethesda"nın dəstəyi ilə fanlar tərəfindən "Fallout 4" və "The Elder Scrolls V: Skyrim" üçün yaradılan modları ehtiva edir. İstehsalçılar modlara böyük diqqət ayırırdı, bunun səbəbi "Creation Club"dakı modların ödənişli olması idi. "Creation Club"dakı modlar digər modlardan fərqli olaraq çox keyfiyyətlidir. == Qəbul == "Creation Club" oyunçular tərəfindən mənfi rəy almışdır. "Bethesda" eyni sistemi "The Elder Scrolls V: Skyrim"ə gətirmək istəyəndə oyunçular bu fikrə qarşı çıxmış, nəticədə layihə dayanmışdı. Oyunçuların bu fikri "ödənişli modlar" adlandırmasına baxmayaraq "Bethesda" adminstrasiyası bu sözlərin səhv olduğunu deyir və modları "məcburi olmayan, ancaq keyfiyyətli oyun əşyaları" olaraq qələmə verir. Buna baxmayaraq, erkən tənqidçilər həmin modların eyni dərəcədə keyfiyyətli versiyaların pulsuz şəkildə mövcud olduğunu vurğulamışdır.
Fight Club
Döyüş klubu (ing. Fight Club) — Çak Palanikin romanının motivləri əsasında Devid Finçerin çəkdiyi triller. Film 1999-cu ildə ABŞ-də çəkilib. "IMDb versiyasına görə ən yaxşı 250 film" reytinqinə əsasən "Döyüş klubu" siyahıda dünyanın ən yaxşı filmləri sırasında 10-cu yeri tutur. Film həmçinin "Ölməzdən əvvəl baxılmalı 50 film" siyahısına daxildir. İlk əvvəl filmi çəkən şirkətə Finçerin əsəri xoş gəlmir və marketinq kampaniyası üçün ayrılmış büdcə, mümkün itkilər studiyaya güclü zərbə endirməsin deyə kəsilir. "Döyüş klubu" studiyanın ümidlərini doğrultmur və tənqidçilər tərəfindən polyar rəylər qazanır. Buna baxmayaraq film 1999-cu ilin ən mübahisəli və ən çox müzakirə edilən filminə çevrilir. Bir çoxları filmin ABŞ siyasi həyatında baş verən dəyişikliklər dövründə meydana çıxdığını və güclü novator stilinə malik olduğunu qeyd edirlər. İlk əvvəl gəlir gözləniləndən çox aşağı olmasına baxmayaraq, Döyüş klubu sonrakı illərdə buraxılan DVD relizlər hesabına ən uğurlu kommersiya filmlərindən birinə çevrilir.
Göybəy Uluç
Göybəy Uluç (türk. Gökbey Uluç) — türk əsilli yazıçı, bir neçə roman müəllifi. 1988-ci ildə İğdırda doğulub. 2011-ci ildə yazdığı hekayələr XXI əsrin ən yeni türk ədəbiyyat nümunəsi olaraq qəbul edilib. == Kitabları == Dede Korkut Betiği (Dədə Qorqud Kitabı), 640 s. 2015 İstanbul Göktürkçe Öğreniyorum (Göytürk dili Öyrənirəm), 164 s. 2014 Bakı Irk Bitig, 120 s. 2013 Bakı Ustan Gönüle (Ağıldan Könülə), 208 s. 2013 İstanbul Yazışmalık (Yazışmalıq), 300 s.
Klub 27
Klub 27 (ing. 27 Club) - rok və blüz musiqisinə böyük təsir edən və 27 yaşında müxtəlif, çox zaman qəribə şəraitlərdə vəfat edən musiqiçilərin ümumi adıdır. == 27 yaşında ölən ən məşhur musiqiçilər == Lakin bu siyahı bu cədvəllə bitmir. Bura bir çox digər musiqiçiləri də əlavə edirlər.
Klub Libertad
Klub Libertad — Paraqvayın Asunsyon şəhərini təmsil edən Paraqvay futbol klubudur. Klub 1905-ci ildə təsis edilib və Paraqvay Primyera Divizionunda mübarizə aparır.
Klub mate
Mate — Mate içkisi 1924-cü ildə Almaniyada yaranıb. Bəzi Asiya və Cənubi Amerika ölkələrində mate milli içki sayılır və onu dəmir qab vasitəsilə 70 dərəcə istilikdə içirlər. Və bu regionların çoxunda qida borusunun xərçəng xəstəliyinə yoluxanlar üstünlük təşkil edir. Soyuq mateni analiz etdikdə əldə olunan nəticəyə görə, onun xərçənglə heç bir əlaqəsi yoxdur. Lakin İARC isti mate ilə bağlı dəqiq tədqiqatın aparılmadığı üçün məlumat verə bilmir. Lumisin dediyinə görə, bunlar hələ ki, sual altındadır. Bunu da qeyd etmək lazımdır ki, insanların yaşayış tərzi aparılmış tədqiqatların nəticəsinə təsir göstərə bilər. Belə ki, spirtli içki və siqaret çəkən insanlarda qida borusunun xərçənginə tutulma riski çoxdur. Argentina, Boliviya, Peru, Çili kimi ölkələrdə “soyuq çay” kimi içilən Mate gecə həyatı mədəniyyətinin ən vacib parçasıdır. Kafein kimi oyandırıcı təsiri olan soyuq çayı gecə klublarında verərkən, vodka üçün yer açacaq qədər içirsiniz, sonra üzərinə alkol əlavə edilir.
Kəşfül-qülub
Kəşfül-qülub - Seyid Yəhya Bakuvinin müəllifi olduğu əsər. Əsər dörd bölməyə ayrılmışdır. Əql, qəlb, ruh və nəfsin seyri-süluk, tövbə və tərbiyə ilə kamilləşdirmə metodu izah olunur. Seyid Yəhya "din qardaşları və yəqin yolun salikləri"nin faydalanması üçün ona ünvanlanan suallara cavab olaraq, bu risaləni qələmə almışdır. Əsər Şirvanşah I Xəlilullaha ithaf edilmişdir.
Striptiz klub
Striptiz klub və ya Striptiz klublar — ilk növbədə striptizçilərin ifa etdiyi striptiz olmaqla müxtəlif erotik rəqslərin olduğu və yalnız böyüklərə xidmət göstərən xüsusi məkanlardırlar. Bu yerlər adətən gecə klubu və ya bar konsepsiyası formasında olurlar. Amerika tipli striptiz klubları ilk dəfə Şimali Amerikada İkinci Dünya Müharibəsindən sonra yaranmışdır. 1940-cı illərin sonunda Asiyaya və 1950-ci illərdə isə Avropaya yayılmışdır.2005-ci ildəki statistik məlumatlara görə qlobal striptiz klubu sənayesinin gəlirlərinin 75 milyard ABŞ dollarına çatdığı təxmin edilir.
Ulul-əmr
İmam (ərəb. إمام‎ — başçı) — islamda məscidə, dini ayinlərə rəhbərlik edən ruhani şəxs. "İmam" sözü həm də "nümunəvi şəxs" kimi izah oluna bilər. İslamda məcburi olan ümumi cümə namazı zamanı imam seçilir və o namaza rəhbərlik edir. Bu ayinin yerinə yetirilməsi zamanı 8 yaşına çatmış istənilən şəxs imam ola bilər. Türkiyədə imamı namaz qılanlar özləri seçir, hakimiyyət isə onun statusunu təsdiqləyir. Adətən imamlar ilahiyyat təhsili alanlar arasından seçilir. İmamın geyimindəki fərqlər — ağ əmmamə və paltarın ağ ətəkləridir. == Şiəlikdə imam == On iki imam teologiyasına görə (şiəlikdə) on iki imam Məhəmməd peyğəmbərin birbaşa mənəvi varisləri olmuşlar. İlk imam peyğəmbərin kürəkəni, dördüncü xəlifə İmam Əlidir.
Ulul-əzmlər
Ulul-əzm peyğəmbər — Allah-taala belə peyğəmbərə məxsus kitab və ayrıca şəriət əta edir.
Uluq Bəy
Muhamməd Torağay, Uluqbəy, Mirzə Uluqbəy, Məhəmməd Tarağay Uluqbəy (22 mart 1394, Sultaniyə, Zəncan ostanı – 27 oktyabr 1449, Səmərqənd) — riyyaziyyatçı, astronom, böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı. Teymurləngin nəvəsi idi. Atası Şahruxun ölümündən sonra 1447-ci ildən Teymurilər sülaləsinin başçısı olmuşdur. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mötəbər kataloq sayılmışdır. Uluqbəy yaxşı elm adamı olduğu qədər, yaxşı dövlət adamı olmamışdır. Bir neçə döyüşü uduzmuş, 1480-ci ildə Herat əhalisini qılıncdan keçirtmişdir. Üsyan edən oğlunun qoşunlarına məğlub olandan sonra Məkkəyə getməyə icazə verilmiş, ancaq öz sözünün üstündə durmayan oğlu tərəfindən öldürülmüşdür. == Həyatı == Onun adını bütovlükdə Sultan Al əüd dövlə Uluq bəy Gurkan kimi yazırlar. Əmir Teymurun oğlu Sultan Şahruxun 1394-cü ilin martın 22-də, yəni xalqımız üçün əziz bir gündə, Novruz bayramında Azərbaycanın Sultaniyyə şəhərində doğulan ilk oğluna Muhamməd Torağay adı qoyurlar.Hökmdar nəslindən olan gənci də qısaca olaraq Turğay Mirzə deyə çağırılır. Sarayda hər cür qayğı ilə əhatə olan Turğay Mirzəni gələcəyin hökmdarı kimi tərbiyə etməyə çalışırlar.
Uluq Məhəmməd
Uluğ Məhəmməd xan (tatarca: Oluğ Möxämmät ,d. ? – ö. 1445) – 1419-1420, 1421-1423, 1427-1437-ci illərdə Qızıl Orda xanı, 1438-1445-ci illər arasında Kazan xanlığının xanı. == Həyatı == Çingiz xanın oğlu Cucinin oğlu Toka Temurun nəslindən İçkili Həsənin oğludur. Cabbar Berdi xanın, sonrasında da xanlığı pərdə arxaısnda idarə edəm Edige Mirzənin 1419-cu ildə yaşanan iç müdaxilə nəticəsində öldürülməsindən sonra Qızıl Orda xanı olmuşdur.1445-ci ildə səfərdən geri dönərkən anidən ölən Uluğ Məhəmməd bəzi fikirlərə görə, oğlu Mahmud (Mahmuted) tərəfindən öldürülmüşdür. == Hakimiyyəti == Ancaq Uluğ Məhəmməd xan xanlığı Cabbar Berdi xanın oğlu Dövlət Verdi ilə ayrı-ayrı idarə etməkdə idi. Sarayda hökm sürən Uluğ Məhəmməd 1420-ci ildə Dövlət Berdinin şəhəri mühasirəyə almasından sonra xanlığın şimalına doğru çəkilməyə məcbur oldu. Bununla birlikdə, hələ Qızıl Orda torpaqlarında təsirini davam etdirən taxt mübarizəsi zamanı Barak xan ilə edilən döyüşü uduzduqdan sonra 1423-cü ildə Litva hersoqu Vytautasa sığınmağa məcbur oldu. 1427-ci ildə Barak xan sui-qəsd nəticəsində öldükdən sonra Krımda öz hakimiyyətini elan edən Dövlət Berdinin üzərinə yürüş edərək onu Krımdan uzaqlaşdırdı.
Ulus (Bartın)
Ulus (türk. Ulus) — Bartın ilinin ilçəsi. == Tarixi == Ulus ilçəsinin tarixinin eramızdan əvvəl 3000-cü ilə aid olduğu güman edilir. Eramızdan əvvəl 800-2000 illərində ilk basqınlar, şərqdən, sonra qərbdən köçlər oldu, Hetlilər və müasir Qazqolar uzun müddət bu bölgədə məskunlaşmışlar. Anadolu Səlcuqlu dövründə Ulus Candaroğulları Knyazlığının sərhədləri daxilində qalmışdır.Osmanlı dövründə ilçə kiçik bir yaşayış məntəqəsi olaraq qaldı və ticarət, siyasi, hərbi hadisələr olmadı.Ulus Safranbolu ilçəsinin məhəlləsi olmuş, 8 avqust 1944-cü ildə Zonquldak ilinə bağlanmışdır. 3760 nömrəli, 28 avqust 1991-ci il tarixli qanunla Bartın ilinin bir ilçəsi olmuşdur. == Coğrafiya == Rayon ümumiyyətlə kobud əraziyə malikdir. Bölgənin əsas bitki örtüyü meşədir. Dənizdən orta hündürlüyü 200 metr, sahəsi 713 km2-dır. 4000 nəfərin yaşadığı, turizm istiqaməti hələ kəşf edilməyən cazibədar bir ilçədir.
Ulus (qəzet)
Ulus (qəzet, Azərbaycan)
Ulus dağı
Ulus dağı – Culfa rayonu ərazisində dağ (hünd. 966,5 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qurtaracağında, onun qərb yamacında, Qaradərəçayın sol sahilində zirvə. Dizə kəndindən 2 km-dək cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuşdur, cənub-şərq yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Pilələr sinklinalının şimal-şərq qanadında yerləşir.
Ulus dövlət
Milli dövlət — qanuniliyini bir millətin müəyyən bir coğrafi sərhəd içindəki üstünlüyündən alan dövlət forması. Dövlət siyasi və geopolitik bir varlıq, ulus (millət) isə mədəni və ya etnik bir varlıqdır. Ulus dövlət qavramı isə bu ikisinin müəyyən bir coğrafiyada örtüşdürür, beləliklə də özündən əvvəl olan dövlət formaları ilə böyük ölçüdə fərqliləşir. Tarixdəki digər dövlətlərdən fərqli olaraq ulus dövlət modelində dövləti yaradan bütün vətəndaşların ortaq bir dili, ortaq bir mədəniyyətii və ortaq dəyərləri paylaşması əsasdır. Bundan başqa ulus dövlət qavramı hər millətin öz taleyini təyin etmək və muxtariyyət haqqına sahib olduğu fikrini müdafiə edir. Bu xüsusiyyəti ilə dünyadakı bir çox millətçi hərəkata ilham qaynağı olmuşdur. == Ulus dövlətin yaranması == Ümumilikdə ulus dövlətin Fransız inqilabı dövründə tarix səhnəsinə çıxmış olduğu qəbul edilir. Bu eyni zamanda feodalizmdən kapitalizmə keçid müddətini müəyyən edən dövrdür. Feodal dövlətdə üstün olan qanunilik anlayışına görə dövlətin sahibi və qanuniliyinin mənbəyi monarxiyadır. Feodal sistemin zəifləməyə başlaması ilə birlikdə güclənən burjuaziya sinifi siyasi ambisiyalarını həyata keçirmək üçün xalqın dəstəyini qazanmalı idi.
Ulus meydanı
Ulus meydanı (türk. Ulus Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan. == Adı == Meydanda olan Mustafa Kamal Atatürk heykəlinin adı "Ulus Zəfər Anıtı"dır. Meydanın adı Türkiyənin qazandığı Türkiyə Qurtuluş Savaşından gəlməkdədir. == Tarixi == Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. == Xüsusiyyətləri == Meydandakı zəfər anıtı heykəli 1938-ci ildə Heinrich Krippel tərəfindən nəzərdə tutulmuşdur. Krippelin hazırladığı Atatürk heykəli meydanın simvolu halına gəlmişdir. Meydanda olan digər "Marşal Atatürk Anıtı"nın (1927) heykəltəraşı Pietro Canonicadır.
Winx club
Winx Club — İginiyo Straffi tərəfindən yaradılan animasiyalı İtalyan cizgi filmidir. Yaradıcı şirkəti isə Reynbou S.p.A-dır. İlk seriyasını 28 yanvar 2004-də ekrana buraxıb. Rəsmi kanalları Rey2 və ReyQalp olmuş, 5-ci fəsil isə Nikeledeon uşaq kanalında izlənilmişdir. Dünya üzərində 131 ölkədə izlənmiş və 14 dilə tərcümə olunmuşdur. == Vinks klubun əsas pəriləri == Blum –Qırmızı saçlı pəridir. Cizgi filmin baş rolunda çıxış edən pəri olaraq güclərinin mənbəyi əjdaha atəşi və onun qoruyucusudur. Əvvəl Yer planetindən gəldiyi təxmin olunsa da, keçmişdə yoxa çıxmış Domino krallığın son varisi olmağı üzə çıxır. Onun ev heyvanı Kiko adlı dovşandır.Pəri heyvanı elısdır. Piksisi Loketdir.
Əcaibül-qülub
Əcaibül-qülub - Seyid Yəhya Bakuvinin böyük sufilərin sözlərindən topladığı əsərdir. Əsərdə məşhur sufi Bəyazid Bistaminin qəlbin əhvalı,Yəhya ibn Muazın məqamat və hallarından bəhs edən sözləri ilə Abdulla Ənsarinin bəzi sözləri nəql edilmişdir. Əsər fars dilindədir. Yeganə məlum nüsxəsi İstanbul Universiteti Mərkəz Kiatbxanası,FY.(956-HE.8194)-də saxlanılır.
Soft Club
Soft Club (rus. СофтКлаб) — Rusiyada, MDB ölkələrində və Şərqi Avropada videooyunların istehsalı, lokallaşdırılması, yayımlanması və distrübusiyası ilə məşğul olan ən böyük Rusiya şirkəti. "PC", "PlayStation 2", "PlayStation 3", "PlayStation 4", "Xbox 360, "Xbox One, "PS Vita, "PlayStation Portable və "Wii"də oyunların rəsmi rus versiyalarını dərc edir. 2014-cü ilin sonunda SoftClub MDB bazarının təxminən 80%-nə sahib idi. "1C" şirkəti ilə əməkdaşlıq edir.
Ulu-Tərəkəmə
Ullu-Tərəkəmə və ya Ulu-Tərəkəmə — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. Kənd Ulluçay (və ya Uluçay) sahilində, dənizsahili düzənlikdə Dərbənd şəhərindən 37 km şimali-qərbdə yerləşir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,308 nəfər azərbaycanlı yaşamaqda idi.
Ulu (Xudafərin)
Ulu (fars. اولي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 300 nəfər yaşayır (70 ailə).
Ulu Ana