Allayıaxa ulusu
Allayıaxa ulusu (saxa Аллайыаха улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon.
İnzibati mərkəzi Çokurdax şəhər tipli qəsəbəsidir.
== Coğrafiyası ==
Respublikanın şimal-şərqində, Şimal Qütb dairəsindən kənarda, İndigirka çayının aşağı axarında yerləşir. Şimalda Şərqi Sibir dənizi, şərqdə Aşağı Kolıma ilisi, cənub-şərqdə Orta Kolıma ulusu, cənubda Abıy ulusu, qərbdə Ust-Yana ulusu ilə həmsərhəddir. Ulusun çox hissəsi Yana-İndigirka və Kolıma ovalığında yerləşir. Cənubda - Polous silsiləsi, Ulaxan-Sis silsiləsi, şərqdə - Kondakov dağları tərəfindən əhatə olunur. Rayonun sahəsi 107,3 min km²-dir.
Böyük çaylar çoxsaylı qollara sahibdir:İndigirka, Allayıaxa, Beryolyox, Böyük Erça, Xroma, Şandrin və başqaları. Rayon çoxlu göllərə sahibdir. Bunlardan ən böyüyü Moqotoevo, Ojoqino, Bakul, Soluntax və s.