Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Handley Page Halifax
Handley Page Halifax, Handley Page tərəfindən istehsal edilən İngiltərənin ağır bombardmançısıdır. Təyyarə ilk uçuşunu 25 oktyabr 1939-cu ildə etmişdir və 13 noyabr 1940-da xidmətə girmişdir. Ayrıca hava təcili yardımı, yük və sərnişin daşınması, dəniz patrulu kimi müttəfiq təyyarələrindən biri olaraq xidmət etmişdir.
Habitat
Habitat, yaşayış sahəsi və ya yaşayış mühiti ― bir orqanizmin yaşadığı və inkişaf etdiyi yerdir. Bu yer fiziki cəhətdən bir regionun, yerin, havanın, torpağın və ya suyun xüsusi bir hissəsi ola bilər. Habitat (yaşayış sahəsi) bir okean və ya çəmənlik qədər böyük ola bilər və ya çürük bir ağacda yaşayan həşəratların bağırsağı qədər kiçik də ola bilər. Ancaq həmişə müəyyən edilə bilən və fiziki cəhətdən məhdud bir ərazidir. Birdən çox heyvan və ya bitki xüsusi bir yaşayış yerində yaşaya bilər. Dəvələrin yaşayış yeri çöllər, balıqların yaşayış yeri isə dəniz və şirin su ehtiyatlarıdır.Canlı orqanizmləri əhatə edən hər bir şey yaşayış mühiti adlanır. Hər bir canlı orqanizm yaşayış mühiti ilə sıx bağlıdır. Yaşayış mühitində orqanizmlər müəyyən mühit amillərinin təsirinə məruz qalırlar. Mühitin orqanizmə təsir edən ayrı-ayrı elementləri ekoloji amillər adlanır. Canlı orqanizmə göstərdiyi təsirinə görə ekoloji amillər 3 böyük qrupa bölünür: abiotik, biotik və antropogen amillər.
Halifaks
Halifaks (ing. Halifax) — Kanadanın Yeni Şotlandiya əyalətinin paytaxtı. 1996-cı ildə ətrafındakı kiçik şəhərlərlə birləşərək Halifaks regional bələdiyyəsini (ing. Halifax Regional Münicipalıty və ya qısaca HRM) əmələ gətirmiş və bu tarixdən etibarən şəhər bu statusla tanınmışdır. 2014-cü ildəki siyahıalmaya görə şəhər əhalisi 414.400 nəfərdir və Kanadanın Atlantik əyalətlərinin ən böyük şəhəridir. Şəhərin şüari "Dənizdən sərvət" (lat. "E Mari Merces") şəklindədir. == Tarixi == Avropalılar bu ərazidə ilk dəfə Halifaks yarımadasında məskunlaşmışdırlar. Şəhər kimi 1749-cu ildə tanınmışdır. Şəhər adını buradakı koloniyaya başçılıq etməyə təyin olunan Qraf Halifaksdan almışdır.
Halit
Halit (daş duz) NaCl — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – rəngsiz, ağ, sarı, qırmızımtıl, qara, rəngi çox vaxt qarışıqlardan asılı olub, qeyri-müntəzəm, bəzən zonal xarakter daşıyır; Güclü deformasiyaya uğramış, yaxud silvinlə (KCl) sıx assosiasiya təşkil edən halit çox vaxt xal-xal rəngə boyanır. Bu, güman ki, K40-un və adətən onunla bağlı olan Rb87-un radioaktivliyi ilə əlaqədardır; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə (təzə sınıqlarda), yağlı, ipəyi; Şəffaflıq – şəffaf, yaxud yarımşəffaf; Sıxlıq – 2,1-2,2; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – kub {100} üzrə mükəmməl, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvarı; Başqa xassələr – çox yüksək istilikkeçirmə; zəif elektrikkeçirmə; suda asan həllolma; hidroskopiklik; şor dad; Morfologiya – kristallar: heksaedrik, bəzən oktaedrik, nisbətən az hallarda – sütunvari, tez-tez kristallik «qayıqcıq»lar; kub üzlərində çox vaxt qıfaoxşar pilləli oyuqlar olur; İkiləşmə: {111} üzrə nadir rast gəlir; Mineral aqreqatları: xırda dənəlidən nəhəngdənəliyədək massiv əmələgəlmələr, sıx lifli, ovuntulu kütlələr, bəzən stalaktit və stalaqmitlər, sızmalar, druzalar, nazik təbəqəçiklər. == Mənşəyi və yayılması == Tipik xemogen mineral olub, dəniz və şor göl sularının buxarlanması nəticəsində doymuş məhlullardan çökür. Çox vaxt əhəngdaşlarının, dolomitlərin və başqa çökmə süxurların içərisində qalın laylar təşkil edir. Duz laylarının böyük dərinliklərdə plastik deformasiyası və onların tez-tez üstdə yatan süxurlara daxil olması ilə duz günbəzlərinin əmələ gəlməsi əlaqədardır. İsti, quru iqlim şəraitində qapalı duzlu hövzələrin dibində özüçökən ovuntulu duz əmələgəlmələrinin kristalları toplanır. Bəzən halit sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında müşahidə edilir. Mineralın nazik təbəqəcikləri başqa duzlarla birlikdə səhra və çöl rayonlarında torpaq səthində şoranlıq əmələ gətirir.
Hakikat (qəzet)
Hakikat (avar. XӀакъикъат) - Dağıstan Respublikasının Mahaçqala şəhərində avar dilində nəşr olunan qəzet. Qəzet 1917-ci ildə təsis edilmişdir. === Keçmiş adları === 1979-1918: XӀакъикъат - (azərb. Həqiqət‎) 1918-1920: ХӀалтӀулел чагӀи - (azərb. İşləyən insanlar‎) 1920-1921: БагӀараб байрах - (azərb. Qırmızı bayraq‎) 1921-1934: БагӀарал мугӀрул - (azərb. Qırmızı dağlılar‎) 1934-1951: МагӀарул большевик - (azərb. Bolşeviklər dağlarda‎) 1951-1957: Дагъистаналъул правда - (azərb. Dağıstan həqiqətləri‎) 1957-1990: БагӀараб байрах - (azərb.
Rassel Malifant
Rassel Malifant (18 noyabr 1961 — Ottava, Kanada) Rassel Malifant öz qrupunu 1996-cı ildə təşkil etmiş və bu günə qədər işıq üzrə quruluşçu Maykl Hols ilə yaxından əməkdaşlıq edərək 20-dən çox tamaşanın müəllifi olmuşdur. O, həm də "Lyon Opera Ballet", "George Piper Dances", "Ricochet Dance Company", "The Batsheva Ensemble" və "Nuremberg Ballet" kimi qruplar üçün tamaşalara quruluş vermişdir. "Royal Ballet School" Kral Balet Məktəbində təhsil alan Rassel 16 yaşından oranı tərk edərək karyerasını müstəqil azad rəqsdə davam etdirmək üçün "DV8 Physical Theatre", "Michael Clark & Company", "Laurie Booth" və "Rosemary Butcher" kimi qruplarla işləyir, eyni zamanda bir sıra müxtəlif texnikanı (baletdən tutmuş əlaqəli improvizasiyaya qədər, yoqa, kapoeyra, tay-çi və akrobatika) araşdırır. Rassel anatomiya, fiziologiya, biomexanika və Struktur İnteqrasiya üzrə Rolfinq Metodunu öyrənmiş (bu sahədə o özəl fəaliyyət göstərir), 1994–1995-ci illərdə müəllimlərə iki illik Yoqa təlimində iştirak etmişdir.
Typhlodromus halinae
Typhlodromus halinae (lat. Typhlodromus halinae) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus halinae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Xalimat Bayramukova
Xalimat Bayramukova (15 avqust 1917, Xurzuk, Kuban vilayəti[d] – 8 noyabr 1996, Çerkessk) — Sovet şairi, nasir, dramaturq, 1939-cu ildən Yazıçılar İttifaqının üzvü. == Bioqrafiyası == 1917-ci il avqustun 15-də Qaraçay-Çərkəz Respublikasının qədim Qaraçay Xurzuk kəndində anadan olmuşdur. Pedaqoji İnstitutunda oxuyur, sonra M. Qorki adına Ədəbiyyat İnstitutunu və Moskvada Ali Ədəbiyyat Kurslarını bitirir. Müharibə illərində 2436 saylı evakuasiya xəstəxanasında tibb bacısı, komsomol təşkilatının katibi olur. Rayon qəzetinin məsul katibi, Qaraçay yazıçılar təşkilatının birinci məsləhətçisi, Qaraçay-Çərkəz kitab nəşriyyatının baş redaktoru olur. 10 ildən artıq Qaraçay-Çərkəz yazıçılar təşkilatına rəhbərlik etmişdir. == Yaradıcılığı == 1935-ci ildən, yəni 18 yaşı tamam olandan rayon “Qızıl Qaraçay” qəzetində ədəbi işçi kimi fəaliyyətə başlayır. Bir il sonra bu qəzetin səhifələrində onun “Ölkəmə” adlı ilk şeiri dərc olunur. Xalimat Bayramukova 14 şeir toplusunun, dörd romanın, beş povestin və bir çox hekayənin, dörd qeyri-bədii kitabın, "Sonuncu sürgün" librettosu ilə ilk milli operanın, həmçinin “Ailəsiz gəlin” əsəri ilə ilk qaraçay musiqili komediyasının müəllifidir. Əsərləri dünyanın əlli dilində nəşr olunmuşdur.
Mia Xalifa
Mia Xalifa (ərəb. ميا خليفة‎; ing. Mia Khalifa; 10 fevral 1993, Beyrut, Livan), həmçinin Mia Kallista (ing. Mia Callista) — Livan mənşəli ABŞ modeli və pornoaktrisası. == Karyerası == == Ailəsi == Xalifanın atası konservativ xristian-maronit olub, Respublikaçılar və anti-İran "Livan Qüvvələri" partiyalarının tərəfdarıdır. 2000-ci ildə ailə ABŞ-yə köçmüşdür. 2011-ci ildə amerikalıya ərə getmişdir. Hal-hazırda Mayamidə yaşayır. == Tənqidi == Mia Xalifanın fəaliyyəti Yaxın Şərqdə kəskin tənqid atəşinə tutulub, onu özünü və ölkəsini biabır etməkdə günahlandırıblar. Valideynləri onunla seçdiyi sənətə görə əlaqələrini kəsiblər.
Kalafat Mehmed Paşa
Kalafat Mehmed Paşa (Sofiya, Osmanlı imperiyası – 8 may 1793, Gelibolu, Osmanlı imperiyası) — I Əbdülhəmid səltənətində ümumilikdə 11 ay 21 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == Həyatından bəhs edən tarixi mənbələrdə Sofiya yaxınlığındakı bir kənddə doğulduğu, yerli əyanlardan Çələbi Mehmed ağanın imarətində kəhya olaraq xidmət edərkən İslamı qəbul etdiyi və daha sonra gəldiyi İstanbulda yeniçəri ocağına yazıldığı bildirilir. Buradakı xidmət müddəti boyunca hansısa bir ləqəb almamasına kinayəylə Mülakkab (ləqəbsiz) Mehmed ağa olaraq anılmış, kalafat ləqəbini isə sədarəti dönəmində qazanmışdır. Çağdaşı olan bir çox tarixçi onun bir illik sədarətinin xələfi Qaravəzir Mehmed Paşa üçün hazırlandığını iddia edərək, "gəmilərin qatranlanması üçün xizək üzərinə alınması" mənasını verən kalafat ləqəbini Mehmed Paşaya məhz bu səbəblə vermişdir. Onu yeniçəri ocağına daxil edən Kilçizadə Mustafa ağanın yeniçəri ağası olmasıyla, 1748-ci ilin fervalında onun silahdarlığına təyin olunan Mehmed ağa uzun illər ocaq daxilində fərqli vəzifələrdə xidmət etdi və 12 avqust 1770-ci ildə yeniçəri ağalığına gətirildi. Ancaq bu vəzifədə üç ay qala bildi. Belə ki, davam edən müharibə səbəbilə sayı azalan və nizamı pozulan ordunu tənzimləməkdən aciz olması bəhanə edilərək həmin il 29 noyabrda vəzifədən alındı və Təkirdağa sürgün edildi. Onun bağışlanaraq İstanbula qayıtması isə III Mustafanın vəfatından sonra reallaşdı. Belə ki, I Əbdülhəmidin göndərdiyi fərmanla 19 mart 1777-ci ildə ikinci dəfə yeniçəri ağalığına təyin olundu. Kiçik Qaynarca sülhündən sonra ruslara qarşı tədbir görmək və müharibədə hərbi uğur qazana biləcək yeni bir sədrəzəm axtarışında olan Sultan Əbdülhəmidin əmriylə yeniçəri ağalığından birbaşa sədrəzəmliyə təyin edilmişdir (1 sentyabr 1778).
Halat toppuztikan
Halat toppuztikan (azərb. Echinops galaticus‎) hündürlüyü 60-80 sm, gövdəsi ağımtıl keçəli, kifayət qədər nazik, şırımlı, düz və ya əsasından yüksələn, sadə və ya çox vaxt budaqlanan çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları kifayət qədər yumşaq, oturaq, yarımgövdə həcmini artıran olub, dəyirmi qulaqcıqlıdır, uzunsov, oyuqlu lələkvari kəsilmiş və ya üçkünclü və ya yumurtaşəkilli hissələri və bölümləri olan, nazik tikanlarla qurtaran lələkvari bölümlüdür, kənarları tikanlı kirpiklidir, üst tərəfdən yaşıl səpələnmiş qısa tüklü və vəziciklidir, alt tərəfdən sıx ağımtıl keçə tüklüdür; yuxarı yarpaqları tikanaoxşar dişlidir. == Çiçək == Başcıq şarşəkillidir, diametri 3-4 sm-dir. Qının genişlənmiş yarpaqcıqları düz sonluğu ilə sivriləşmişdir, kənarları daraqlı kirpiklidir, onlardan lap aşağıdakılar bir qədər qısa saplaqlı vəziciklidir. == Çiçəkləməsi == İyul-Avqust == Meyvə verməsi == Avqust-Sentyabr == Azərbaycanda yayılması == BQ (Quba), Kür düz., KQ şimal, KQ mərkəzi, Nax. dağ., Lənk. dağ. Ovalıqdan orta dağ qurşağına qədər. == Yaşayış mühiti == Meşə kənarında, otlu yamaclarda, alaqlı yerlərdə rast gəlinir.
Halit Akçatepe
Xalid Ağcatəpə (türk. Halit Akçatepe; 1 yanvar 1938, Üsküdar, İstanbul ili – 31 mart 2017, İstanbul) — türkiyəli aktyor. == Həyatı == Xalid Ağcatəpə 1 yanvar 1938-ci ildə Ünyedə anadan olub. Atası Sidqi bəydir. Konservatoriya təhsili heç almamışdır (özü konservatoriya təhsili uzaqdan yaxından heç bir əlaqəsi olmadığını bildirmişdir). Zamanın film rejissorlarından birinin atasına "bizə bir uşaq oyunçu lazımdır" dediyi zaman, atası tülüatçı Sidqi bəy oğlu Xalidi göndərmişdir. İlk filminə 1943-cü ildə 5 yaşında çəkilmişdir. Aktyor 1975-ci ildə lentə alınan "Hababam sınıfı" filmindəki "Güdük Nəcmi" obrazı ilə şöhrətinin zirvəsinə yüksəlmişdir. Halit Akçatepe karyerası boyunca 100-dən artıq filmdə və serialda müxtəlif obrazlar yaratmışdır.
Rassel Malifant rəqs qrupu
Rassel Malifant rəqs qrupu - Rassel Malifant tərəfindən 1996-cı ildə təşkil edilmişdir və o, bu günə qədər işıq üzrə quruluşçu Maykl Hols ilə yaxından əməkdaşlıq edərək 20-dən çox tamaşanın müəllifi olmuşdur. O, həm də "Lyon Opera Ballet", "George Piper Dances", "Ricochet Dance Company", "The Batsheva Ensemble" və "Nuremberg Ballet" kimi qruplar üçün tamaşalara quruluş vermişdir. "Royal Ballet School" Kral Balet Məktəbində təhsil alan Rassel 16 yaşından oranı tərk edərək karyerasını müstəqil azad rəqsdə davam etdirmək üçün "DV8 Physical Theatre", "Michael Clark & Company", "Laurie Booth" və "Rosemary Butcher" kimi qruplarla işləyir, eyni zamanda bir sıra müxtəlif texnikanı (baletdən tutumuş əlaqəli improvizasiyaya qədər, yoqa, kapoeyra, tay-çi və akrobatika) araşdırır. Rassel anatomiya, fiziologiya, biomexanika və Struktur İnteqrasiya üzrə Rolfinq Metodunu öyrənmiş (bu sahədə o özəl fəaliyyət göstərir), 1994-95-ci illərdə müəllimlərə iki illik Yoqa təlimində iştirak etmişdir. == Beynəlxalq qastrollar == Fransa, Yunanıstan, İsveçrə, Almaniya, Birləşmiş Krallıq, Avstraliya, Hindistan, Kanada, Slovakiya, İspaniya, Özbəkistan.
Halit Ziya Uşaklıgil
Xalid Ziya Uşaklıgil (türk. Halit Ziya Uşaklıgil; (12 fevral 1865, Konstantinopol və ya Konstantinopol – 27 mart 1945, İstanbul) — Servet-i Fünunun demək olar ki, roman və həkayə yazarlarından ən məşhurudur. Ağır bir dili və üslubu vardır. Qərbli anlamdakı ilk romanları o yazmışdır. Realizmdən təsirlənmişdir. == Roman üslubu == Romanlarında aydın bir şəkildə, təmiz insanları anladır. "Mai ve Siyah" əsərindəki Ahmet Cemil, Servet-i Fünun sənətçisinin təmsilçisidir. Qəhrəmanları yaşadıqları çevrəyə uyğun anladır və ruh təhlillərinə önəm verir. Hər xarakteri daha dərin anlatmağa çalışır və hadisələrə daha dərin nüfuz edir.. Hekayələrində Anadolu həyatına, eləcə də: kənd və qəsəbə yaşayışına, romanlarında isə yalnız İstanbula yer verir.