HASİL
HAŞA
OBASTAN VİKİ
Azərbaycanda qızıl hasilatı
Azərbaycanda qızıl hasilatı — Azərbaycanda sənaye üsulu ilə qızıl metalının hasil edilməsi prosesi. == Tarixi == Böyük Britaniyanın "Anglo Asian Mining Plc" şirkəti 1997-ci ilin avqustunda Azərbaycan hökuməti ilə imzalanmış müqaviləyə əsasən, Azərbaycanın cənub-qərbindəki altı yataqda — Gədəbəy, Ordubad, Qoşa Bulaq, Qızıl Bulaq, Vejnəli və Söyüdlüdə işləmək hüququna malikdir. Azərbaycan hökuməti ilə Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti arasında 30 il müddətinə imzalanan hasilatın pay bölgüsü haqqında müqavilədə Azərbaycanın pay hissəsi 51 faiz, Böyük Britaniyanın "Anglo-Asian Mining plc" şirkətinin pay hissəsi isə 49 faizdir. Müqaviləyə əsasən, yataqlardan 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis hasil etmək planlaşdırılır. İlk qızıl və gümüş 2009-cu ilin mayında "Gədəbəy" yatağından hasil edilib. Şirkət yatağın bütün sahəsi üzrə məsafədən zondlama işləri apararaq orada bəzi potensial anomaliyalar aşkar edib və ərazinin gələcək tədqiqatını 2012-ci ilə planlaşdırıb. == Hasilat == Azərbaycan 2012-ci ildə daha bir yataqda qızıl hasilatına başlayacaq. Yataqlardan 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis hasil etmək planlaşdırılır. Azərbaycanda qızıl istehsalçısı "Anglo Asian Mining Plc" 2012-ci ilin ikinci yarısında Qoşa yatağında qızıl hasilatına başlamağı planlaşdırır. Bundan əvvəl şirkət bu yataqda qızıl ehtiyatlarının mövcud olması barədə hökumətə sənəd təqdim edib və sənəd Azərbaycan tərəfindən qəbul olunub.
Neft-Kimya Maddələri Layların Neft Hasilatını Yüksəldir (1985)
== Məzmun == Filmdə neft-kimya maddələrinin neft quyularında istifadə edilməsindən və bu madələrin layların neft hasilatının yüksəlməsinə əhəmiyyətli təsirindən danışılır. == Film haqqında == Film Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutunun sifarişi ilə Tatarıstanda çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: A.Borisov Operator: Şərif Şərifov Səs operatoru: Şamil Kərimov == Sponsor == Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutu == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Neft-kimya maddələri layların neft hasilatını yüksəldir (film, 1985)

Neft hasilatına görə ölkələrin siyahısı
OPEK-in neft hasilatı üçün ölkələrin siyahısı — Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) 2017 İllik Statistik bülletenində dərc edilmiş hesablamalara əsaslanır. Ölkədə neft hasilatı günlük min barellə verilir. Neft hasilatı üçün ölkələrin siyahısı Britaniyanın BP şirkətinin Dünya Enerji 2017 illik statistik icmalında dərc edilmiş hesablamalara əsaslanır. Ölkədə neft hasilatı milyonlarla tonda və adambaşına düşən neft istehsalı ilə verilmişdir.
Qazma və neft hasilatı (film, 1917)
Qazma və neft hasilatı — 1917-ci ildə çəkilmiş qısametrajlı sənədli film. == Məzmun == Filmdə o dövr üçün neftin çıxarılmasının texnologiyasından danışılır. == Film haqqında == Xronikal filmdən bir hissə Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivində saxlanılır.

Digər lüğətlərdə

выпи́сывание гнету́щий непостоя́нность обгла́дываться поло́гий приле́пливание разбереди́ться роже́чник серва́нт кукиш с ма́слом му́дрый нау́чная фантастика обколо́ть поголо́вно святооте́ческий стогла́вый candela Cordelia polyhedron putrescence redaction upscale малопроизводительный поддакивать старомодность