Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hamosa
Gəvən (lat. Astragalus) – paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == == Növləri == Andrey gəvəni (Astragalus andreji Rzazade) Çin gəvəni (Astragalus chinensis L.fil.) Tükcüklüçiçək gəvən (Astragalus dasyanthus Pall.) Biyanyarpaq gəvən (Astragalus glycyphyllos L.) Zarlı gəvən (Astragalus membranaceus Bunge) (=A.penduliflorus Lam.) Monqol gəvəni (Astragalus mongholicus Bunge) (=A.penduliflorus Lam.) Sıxyarpaq gəvən (Astragalus picnophyllus Stev.) Keçəbudaq gəvən (Astragalus piletocladus Freyn et Sint.) == Bakı gəvəni == Status. Azərbaycanın nadir endem bitki növüdür. Yayılması. Abşeron yarımadasında, Mərdəkan, Şüvəlan, Buzovna qəsəbələri ətrafında. Bitdiyi yer. Dənizkənarı qumluq sahələrdə. Ehtiyatı. Çox azdır.
Hampa
Hampa (Tikantəpə)
Hamsi
Avropa ançousu, həmçinin siyənəyəoxşar dəniz balığı, xamsa, xəmsi və ya hamsi (lat. Engraulis encrasicolus) — ançous (Engraulidae) fəsiləsindən balıq növləri. == Təsviri == Yetkinlərinun bədən uzunluğu adətən 12–15 santimetr olur və 20 santimetrdən uzun olmur.Bədən uzunsov, alçaq, sikloid pulcuqlarla örtülmüş, başı yanlardan çılpaqdır. Axçası nazikdir və asanlıqla yığılır. Üst çənə önə çıxır. Ağızı böyük və yarımüzlüdür, alt çənəsi dar və uzun, uzun və nazik üst çənənin arxa ucu preoperkulumun qırağından kənara çıxır. Çənələrində kiçik dişlər var. Qarın yatalağının kili və yandivar xətt yoxdur. Qarın yatalağındakı üzgəclərin əsasları belindəki üzgəcindən başlayaraq şaquli tərəfin qarşısında yerləşir. Ağız açılışı çox genişdir.
Hansa
Hansa ("Hansa", "Hansa Musik Produktion" və ya "Hansa International") – 1964-cü ildə Peter Meysel tərəfindən Almaniyanın Berlin şəhərində yaradılan alman səsyazma studiyası. 1985-ci ildə ölkə daxilində və xaricində satışın azalması studiyaya təsir göstərmiş və BMG kompaniyası tərəfindən alınmışdı. Digər Ariola Records studiyası ilə birləşəndən sonra "BMG Berlin Musik GmbH/BMG-Ariola" firmasının tərkibinə qatılmışdı. Ardınca "Sony BMG Music Entertainment" firmasının üzvü olmuşdu. Leybllar səsyazma studiyasının xüsusi "Hansa Tonstudio" adlı yerində yazılırdı. Bu səsyazma studiyası ilə Boni M, Modern Talking, Depeche Mode, Blue System kimi musiqi qrupları, Bonni Tayler, C.C.Catch, Elton Con, Tomas Anders və bir çox məşhur ifaçılar əməkdaşlıq etmişdi.
Harşa
Harşa (Harşavardhana; 590 – 647) — Şimali Hindistanı 606–647-ci illərdə udarə edən Puşpabxuti nəslindən hökmdar. == Haqqında == VI əsrdə Şimali Hindistanda ən böyük dövlətlər Qauda (Şimali və Qərbi Bеnqaliya), Maukhari (paytaxtı Kanauc, Qanqın orta axarları və Doab), Puşpabhuti (yuxarı Doab, paytaxtı Şthaneşvara, müasir Delhi və Sirhinda əraziləri) idi, bu üç dövlət bir-birilə qanlı mübarizə aparırdı. VIII əsrə kimi Maqadhada Quptlara aidiyyəti olmayan sülalələr hökmranlıq edirdilər. Qanqdan şimalda paytaxtı müasir Kanauc olan Maukhariya dövləti, Satlec və Camna çayları arasında mərkəzi Sthaneşvara olan dövlət, Pəncabda isə Maqadhada hökmranlıq edən Qupt və Maukhariya sülaləsi ilə qohum olan Prabhakaravardhana hakimiyyətdə idi. Onun ölümündən sonra Puşpabhuti (Sthaneşvara) hökmdarının dəstəklədiyi Maqadha Qupt sülaləsi və Maukhariyalı sülaləsi arasında müharibə baş verdi, bu döyüşdə hökmdarlar həlak oldu. Qupt və Maukhariya dövlətləri Harşinin (və ya Harşa) hakimiyyəti (606–647-ci illər) altında birləşdirildi. Harşa hakimiyyəti illərində Qupt imperiyasının qüdrətini müəyyən qədər bərpa etsə də, bütün Hindistanı əhatə edən imperiya yaranmadı. Harşa haqqında tarixçi-xronikaçı Banunun yazdığı "Harşaçarita" əsərində maraqlı məlumatlar əksini tapmışdır. Banu bildirirdi ki, "Harşanın hakimiyyətinin ilk altı ilində fillərin üzərindən zirehləri çıxarmadılar, döyüşçülər dəbilqələrini, zirehlərini yerə qoymadılar". Bu döyüşkənliyin nəticəsində də Harşa bütün Şimali Hindistanı tutdu.
Hassa
Hassa — Hatay ilində ilçə.
Havsa
Havsa - Ədirnənin ilçəsi. == Tarixi == Havsa ilçəsi qədim romalılar tərəfindən qurulmuşdur. Havsa Roma imperiyası ikiyə parçalandıqdan sonra bizanslıların əlində qalmışdır. 1331 ilində Rumelinə keçən türklər buranı I Murad vasitəsiylə türk torpaqlarına daxil etmiş və ilçəyə "Hosa" adını vermişdilər. Edirne Osmanlı dövlətinin hökumət mərkəzi olduqdan sonra Hosada yaşayan rumlar padişah I Muradın yaşamaq və dini azadlıq ilə bağlı fərmanlarına əhəmiyyət vermədən buranı tərk edərək İstanbul və Selanik ətrafına köç etmişdilər. İstanbulun fəthindən sonra Anadoludan gətirilən köçərilərlə qəsəbənin türkləşdirilməsi təmin edilmiş, Sokollu Mehmed Paşanın bura önəm verməsiylə türklük artmışdır. Bu gün Hacı İsa, Hacı Qazi və Halvacı Baba məhəllələri o dövrdə gətirilən köçəri ailələrin adlarını daşıyır. Tarixi əsərlər 1531 ilində Sokollu Mehmed Paşa tərəfindən oğlu Kazım Paşa adına Memar Sinana hazırladılar Sokollu məscidi, Fukaraya Bektaşilərindən olduğu deyilən Qurd Bəy abidəsi, sadəcə kəməri qalan karvansara, xarab vəziyyəttəki Sokollu Hamamı və bu gün də istifadə edilən bütün infrastrukturu Memar Sinan tərəfindən əsası qoyulan bulaqdır. Tarixi əsərlərdən Hafsa Xatun və Abdülsəlam Məscidindən heç bir iz qalmayıb. Hafizə Sultanın ilçədə yaşamağa başlamasından sonra ilçəyə bir müddə "Hafsə" deyilmiş, daha sonra bu iki adın birləşməsindən "Havsa" adı yaranmışdır.
Samsa
Samsa — Asiya və Afrikanın müxtəlif ölkələrində pişirilən peraşkisinin növü.
Xamsa
Avropa ançousu, həmçinin siyənəyəoxşar dəniz balığı, xamsa, xəmsi və ya hamsi (lat. Engraulis encrasicolus) — ançous (Engraulidae) fəsiləsindən balıq növləri. == Təsviri == Yetkinlərinun bədən uzunluğu adətən 12–15 santimetr olur və 20 santimetrdən uzun olmur.Bədən uzunsov, alçaq, sikloid pulcuqlarla örtülmüş, başı yanlardan çılpaqdır. Axçası nazikdir və asanlıqla yığılır. Üst çənə önə çıxır. Ağızı böyük və yarımüzlüdür, alt çənəsi dar və uzun, uzun və nazik üst çənənin arxa ucu preoperkulumun qırağından kənara çıxır. Çənələrində kiçik dişlər var. Qarın yatalağının kili və yandivar xətt yoxdur. Qarın yatalağındakı üzgəclərin əsasları belindəki üzgəcindən başlayaraq şaquli tərəfin qarşısında yerləşir. Ağız açılışı çox genişdir.
Hafsa Sultan
Hafsa Sultan (d. 1500 – ö. 10 iyul 1538) - 9. Osmanlı padşahı I Səlimin Ayşə Hafsa Sultandan doğulan qızıdır. == Həyatı == Hafsa Sultan 1516-cı ildə Rumeli bəylərbəyi İsgəndər Paşanın oğlu Mustafa Paşa ilə evlənmişdir. 1526-cı ildə Mustafa Paşanın vəfatı ilə dul qalmış və bir daha evlənməmişdir. 10 iyul 1538 tarixində vəfat etmişdir. Cənazəsi Yavuz Sultan Səlim külliyəsindəki Şahzadələr türbəsinə bacısının yanına dəfn edildi.
Hafsa Xatun
Hafsa Xatun (1380, Səlcuq (İzmir), İzmir ili – 1403, Bursa) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Aydınoğlu İsa bəyin qızı. == Həyatı == Aydınoğlu İsa bəyin qızıdır. Həyatı haqqında yetərli məlumat yoxdur. Birinci Kosovo döyüşünün ardından xəyanətkar Anadolu bəyliklərini cəzalandırmaq üçün səfərə çıxan İldırım Bəyazid ilk hədəf olaraq Aydınoğulları bəyliyini seçdi. Osmanlı ordusunun Alaşəhər qalasını işğal etməsinin ardından, Aydınoğlu İsa bəy dərhal İldırım Bəyazidə elçi göndərərək Osmanlı təbəəliyini qəbul etdiyini bildirdi. Sülhün təminatı olaraq İldırım Bəyazid İsa bəyin qızıyla evləndi və beləcə, bəyliyə aid torpaqların böyük bir hissəsini ələ keçirdi. 1390-cı ildə baş tutan mərasimin ardından Bursaya göndərilən Hafsa Xatun cehiz olaraq aldığı pulla 1390-1392-ci illərdə Tirədə məscid, türbə, təkkə, imarət və hamamdan ibraət bir külliyə inşa etdirdi. Hafsa Xatun məscidi olaraq anılan bu məscid günümüzə gəlib çıxmasa da, külliyənin digər binaları gələ də ayaqdadır. İldırım Bəyazidlə olan evliliyindən övladı olmayan Hafsa Xatunun qalan həyatıyla bağlı heç bir məlumat yoxdur. Nə vaxt və harada vəfat etdiyi, harada dəfn olunduğu bilinmir.
Hamosa andersonii
Astragalus andersonii (lat. Astragalus andersonii) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonim == Hamosa andersonii (A.Gray) Rydb.
Hamosa tricarinata
Astragalus tricarinatus (lat. Astragalus tricarinatus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonim == Hamosa tricarinata (A.Gray) Rydb. == Təbii yayılması == == Botaniki təsviri == == Ekologiyası == == Azərbaycanda yayılması == == İstifadəsi == == Xarici keçidlər == Jepson Manual Treatment of Astragalus tricarinatus Status Evaluation of Astragalus tricarinatus.
Hampa (Miyanə)
Hampa (fars. همپا‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (32 ailə).
Hampa (Tikantəpə)
Hampa (fars. همپا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 384 nəfər yaşayır (88 ailə).
Hamsi dolması
Hamsi (kilkə) Dolması - Türkiyənin Qara dəniz sahillərində ən sevilən yeməklərdən biridir və “hamsi dolması” adı ilə məşhurdur.
Hamza Dursun
Hamza Dursun (11 fevral 1994) — Türkiyəli xizək yürüşçüsü. Hamza Dursun Türkiyəni 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hamza Dursun birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Dursun 3:36.53 saniyəlik nəticəsi ilə 80 atlet arasında 71-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Hamza Tzortzis
Hamza Andreas Tzortzis (ing. Hamza Tzortis; 21 sentyabr 1980) — 1980-ci ildə İngiltərənin London şəhərində, yunan əsilli ortodoks bir ailədə dünyaya gəlmişdir. Gənclik illərində ateizmə yönələn Andreas, daha sonralar fəlsəfə ilə dərindən maraqlanmış və 22 yaşında İslamı qəbul etmişdir. Fəlsəfə sahəsində fəaliyyətini davam etdirərək London Universitetində bu sahə üzrə magistr təhsili almışdır. Fəlsəfə üzrə PgCert və MA sertifikatlarına sahibdir və bu sahədə akademik fəaliyyətini davam etdirməkdədir. == Fəaliyyəti == Bir çox ölkələrdə konfranslar verən Tzortzis, insanlara İslamın mərhəmət, sevgi və qardaşlıq mühitinə dəvət edən çıxışlar etmişdir. Həmçinin prof. Lawrence Krauss, prof. Peter Simons, prof. Dan Barker və prof.
Hamza Yerlikaya
Həmzə Yerliqaya (türk. Hamza Yerlikaya); (3 iyun 1976-cı ildə, İstanbul, Türkiyə) — türk yunan-roma güləşçisi. İki qat Olimpiya çempionu, üç qat dünya çempionu, üç qat Dünya kubokunun sahibi, səkkiz qat Avropa çempionu. Yunan-roma güləşində dünyanın ən gənc çempionu. İdman karyerasını bitirdikdən sonra siyasi fəaliyyətlə məşğuldur. 2018-ci ildə idman naziri müavini təyin edilmişdir. == Bioqrafiyası == Güləş ənənələri olan ailədə anadan olub: atası güləşlə məşğul olub, qardaşı beynəlxalq yarışlarda çıxış edib, kursantlar arasında dünya və Avropa çempionu olub. Həmzə özü isə güləşlə 11 yaşından məşğul olmağa başlamışdır. Çox gənc yaşlarında ciddi nəticələr göstərməyə başladı. 1991-ci ildə, 15 yaşında yeniyetmələrin Dünya Çempionatında dördüncü oldu.
Hansa Records
Hansa ("Hansa", "Hansa Musik Produktion" və ya "Hansa International") – 1964-cü ildə Peter Meysel tərəfindən Almaniyanın Berlin şəhərində yaradılan alman səsyazma studiyası. 1985-ci ildə ölkə daxilində və xaricində satışın azalması studiyaya təsir göstərmiş və BMG kompaniyası tərəfindən alınmışdı. Digər Ariola Records studiyası ilə birləşəndən sonra "BMG Berlin Musik GmbH/BMG-Ariola" firmasının tərkibinə qatılmışdı. Ardınca "Sony BMG Music Entertainment" firmasının üzvü olmuşdu. Leybllar səsyazma studiyasının xüsusi "Hansa Tonstudio" adlı yerində yazılırdı. Bu səsyazma studiyası ilə Boni M, Modern Talking, Depeche Mode, Blue System kimi musiqi qrupları, Bonni Tayler, C.C.Catch, Elton Con, Tomas Anders və bir çox məşhur ifaçılar əməkdaşlıq etmişdi.
Samsa Çavuş
Samsa Çavuş və ya Samsa Bəy (türk. Samsa Çavuş, Samsa Bey; ?-1330-cu ildən sonra) — Ərtoğrul Qazinin, Osman Qazinin və Orxan Qazinin silah yoldaşı və alpı. Samsa Bəy, Osmanlı Dövlətində "Çavuş" titulunu istifadə edən ilk komandirdir. Ayrıca, Samsa Çavuş Osmanlı Dövlətinin quruluşunda fəal iştirak etmişdir. Ərtoğrul Qazi və digər qayılar ilə birlikdə, Anadoluya Söğüt şəhərinə köçmüşdür. Osman Bəy vaxtında bir çox savaşa qatılmışdır. Pelekanon Savaşında işirak etdiyi məlumdur. İznikin 2-ci fəthində və Sorkunun fəthində qəhrəmanlıqlar göstərmişdir. Orxan Qazi,Qaratəkin qalası fəth edilincə, mühafizlərin başçısı olaraq Samsa Çavuşu təyin etmişdir. Ömrünün son günlərini Sakaryada keçirən Samsa Bəy, 1330-cu ildən sonra vəfat etmişdir.
Hama qırğını
Həma qırğını (ərəb. أحداث حَماه Əhdas Həma) – 2 fevral 1982-ci ildə Suriya ordusunun "Müsəlman qardaşlar" camaatı tərəfindən qaldırılan üsyanı yatırtmaq məqsədilə Həma şəhərini bombalaması nəticəsində müxtəlif ehtimallara görə 7 000–40 000 insanın, o cümlədən 1 000 hərbçinin öldüyü, qədim şəhərin böyük hissəsinin məhv edildiyi hərbi əməliyyat. Suriya hökuməti itkilər haqqında rəsmi açıqlama verməmişdir.
Ayşə Hafsa Sultan
Aişə Həfsə Sultan (təq. 1479, bilinmir – 29 mart 1534, Konstantinopol) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin xanımı və Qanuni Sultan Süleymanın anası, Validə sultan. == Həyatı == Həyatı haqqında yetərli məlumat yoxdur. Vəfat etdiyi əsnada 56 yaşında olması səbəbilə, doğum tarixi olaraq 1478-ci il qəbul edilir. Bir çox vəqf sənədlərində adı Ayşə, Hafsa bint Əbdülmuin, Ayşə bint Əbdürrəhman olaraq qeyd olunur. Atasının adının bu formada qeyd edilməsi, onun saraya cariyə olaraq alındığını sübut edir. Beləcə, onun Krım xanı Məngli Gərayın qızı və Yavuz Sultan Səlimin digər hasəkisi Ayşə Xatunla eyni insan olmadığı isbat olunur. Aişə Həfsə Sultanın, Şahzadə Səlimin Trabzon sancaqbəyliyi dönəmində saraya alındığı və ilk illərini Trabzon sarayında keçirdiyi bilinir. Burada keçirdiyi 20 il boyunca sırayla yeganə oğlu Şahzadə Süleymanı və qızları Xədicə, Beyhan, Fatma, Hafsa, Şahıhuban Sultanları dünyaya gətirdi. Oğlu Şahzadə Süleyman hələ 15 yaşında ikən babası Sultan Bəyazid tərəfindən Kəfə sancaqbəyliyinə təyin edilmiş, atası Yavuz Sultan Səlimin taxta çıxmasından sonra isə vəliəhd şahzadə olaraq Manisa sancaqbəyliyinə gətirilmişdir.
Hamsi (kilkə) Dolması
Hamsi (kilkə) Dolması - Türkiyənin Qara dəniz sahillərində ən sevilən yeməklərdən biridir və “hamsi dolması” adı ilə məşhurdur.
Nancy9 (Hassa Beek)
Nancy9 (Hassa Beek) — Nensinin 9-cu studiya albomu.
Amsar
== Kəndlər == Amsar (Quba) — Azərbaycan Respublikasının Quba rayonunda kənd. Amsar (Rutul) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. == Bələdiyyələr == Amsar bələdiyyəsi — Azərbaycan Respublikasının Quba rayonunda bələdiyyə. == Oxşar == Amsarqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Amsar Palasa — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Camna
Camna, Yamuna və ya Cumna — Hindistanda ümumi uzunluğu 1376 km olan çay. Qanqın ən uzun və ən yüksək suyu (ildə 110 km³). Mərkəzi Himalayın cənub yamaclarında başlayır, Yamunotri buzlağından (Zaskar silsiləsi) 3255 m yüksəklikdə axır. Hindistanın Haryana və Uttar Pradeş ştatlarından, həmçinin paytaxt Dehlidən axır. Dehlidən əlavə Mathura və Aqra şəhərləri də Camna üzərində yerləşir. Yamunanaqar şəhərinin yaxınlığında, cənuba dönür, Hind-Qanq düzənliyinə baxır və Allahabad şəhərinin yaxınlığında hindular üçün müqəddəs Sanqam təşkil edərək Qanqa axır.
Damba
Damba (nid. dam) — qorunan, yaxud sədd çəkilən ərazinin və ya akvatoriyanın sərhədi boyunca yerləşdirilən hidrotexniki qurğu; quruluşuna görə torpaq bəndə oxşayır. Basqılı və basqısız Damba növlərinə ayrılır. Basqılı Damba çay və dəniz sahillərini (ovalıqları) daşqınlardan, küləyin və qabarmaların təsirindən qorumaq (bənd-Damba); şlüzlərə, kanallara və s. çıxan port akvatoriyalarını dalğalardan, buz axınlarından, dalğalarla gətirilən torpaqlardan mühafizə etmək (qoruyucu Damba); hidrotexniki istinad tikililərini sahillə əlaqələndirmək (birləşdirici Damba); hidrotexniki qurğu tikilən yeri hasarlamaq (sədd Dambası); süni hovuzlar (basqılı hovuzlar və SES-lərin sutkalıq tənzimlənmə hovuzları, İES-lərin soyuducu hovuzları və s.) və kanal məcraları (yolu) yaratmaq üçün qurulur. Basqısız Damba məcraları tənzimləmək və düzəltmək (tənzimləyici Damba); səth axınlarını azaltmaq və leysan axınları nəticəsində yuyulub aparılan çaylaq qruntunu saxlamaq (torpaqqoruyan Damba); gəmiçilik şəraitini, eləcə də suburaxan və sutoplayan hidrotexniki qurğuların işini yaxşılaşdırmaq (şırnaqyönəldən Damba); çaylaq və su anbarı körfəzlərindən yol salmaq (nəql. Dambası) məqsədilə tikilir. Damba adətən, yerli materiallardan (qrunt, daş qırıntıları), həmçinin beton bloklardan və dəmir-beton yortaclardan qurulur. Dambaların intensiv tikintisinə 1282 ildə Hollandiyadakı daşqınlardan sonra başlanmışdır. Ən iri Damba (uz.