HAMPA

fars. həmpa – ayaq

Kənd varlısına, dövlətlisinə verilən ad. (“Koroğlu” dastanının lüğəti)

Onun işi hampalarla, varlılarla, paşa-puşalarladı. (“Mahru xanımın Çənlibelə gəlməyi”) (İ.A.,B.A.)

HAMAYIL ƏRƏB
HANCARA
OBASTAN VİKİ
Hampa
Hampa (Tikantəpə)
Hampa (Miyanə)
Hampa (fars. همپا‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (32 ailə).
Hampa (Tikantəpə)
Hampa (fars. همپا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 384 nəfər yaşayır (88 ailə).
Hampartsum Boyacıyan
Hampartsum Boyacıyan (erm. Համբարձում Պոյաճյան; ing. Hambardzoom Poyachian; 12 may 1867, Saimbəyli, Adana vilayəti, Osmanlı imperiyası – 2 (15) iyun 1915, Kayseri, Ankara vilayəti, Osmanlı imperiyası) — erməni hayduk.

Digər lüğətlərdə