Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azan
Azan və ya əzan — kişi və qadının gündəlik vacib namazlardan qabaq azan deməsi müstəhəbdir. Digər vacib və müstəhəbb namazlar üçün isə, azan və iqamə şəri qanun deyildir, amma camaatla qılınan Fitr və Qurban bayramı namazlarından əvvəl üç dəfə "Əs-saləh" demək müstəhəbdir. == Deyilişi və tərcüməsi == Şiə müsəlmanlar azan oxunarkən "Əşhədu ənnə Muhəmmədən rasulullah!"-dan sonra 2 dəfə "Əşhədu ənnə Əmirəl mömininən Əliyyən vəliyullah" (Şəhadət verirəm ki, Əli Allahın vəlisidir) oxumağı yaxşı hesab edirlər. == Şəriət hökmləri == Kişi və qadın üçün müstəhəbdir ki, gündəlik namazlardan əvvəl azan və iqamə desinlər, amma Fitir və Qurban bayramı namazlarından qabaq müstəhəbdir ki, üç dəfə "əs-səlat", sair vacib namazlarda isə üç dəfə "əs-səlat" rəca niyyəti ilə deyilsin.Müstəhəbdir ki, uşağın dünyaya gəldiyi ilk gündə, yaxud göbəyi düşməzdən əvvəl sağ qulağına azanı, sol qulağına isə iqaməni desinlər.Azan və iqamənin cümlələri arasında çox zaman fasiləsi olmamalıdır. Əgər onların arasında adi qaydadan artıq fasilə düşsə, yenidən demək lazımdır.Əgər azan və iqamədə səs boğaza salınıb qina (yəni, toy məclislərində oxunan avazlar kimi) olsa haram və batildir, amma əgər qina olmasa, məkruhdur.Əvvəlki namazla qılınan (ikinci) namazın azanı saqit olur. İstər o namazı əvvəlki namazla birlikdə qılmaq müstəhəb olsun, istərsə də olmasın. Deməli aşağıdakı hallarda azan saqit olur, ehtiyat-vacibə görə onu tərk etmək lazımdır: 1-Cümə günü əsr namazının azanı (cümə, yaxud zöhr namazı ilə birlikdə qılınarsa); 2-Zilhiccənin 9-cu günü olan Ərəfə gününün əsr namazı (zöhr ilə birlikdə qılınarsa); 3-Məş"ərül-həramda olan bir kəsin Qurban bayramı gecəsinin işa namazının azanı (əgər onu məğriblə birlikdə qılıbsa); İki namazı birlikdə (birincidən dərhal sonra) qılmaq qeyd olunan üç halda müstəhəbdir. 4-Əsr namazını zöhrdən, işa namazını məğribdən dərhal sonra qılmalı olan müstəhazə qadının (əsr və işa) namazı; 5-Bovl və qaitin çölə çıxmasının qarşısını ala bilməyən bir kəsin əsr və işa namazı. Bu beş namazda azan o vaxt saqit olur ki, əvvəlki namazla fasiləsi olmasın, yaxud bu fasilə çox az olsun, amma zahirən, nafiləni qılmaqla zaman fasiləsi düşür. Əgər namazları bir-birindən ayrılıqda, hər birini onun öz fəzilətli vaxtında qılsa, hər ikisinin azan və iqaməsini oxumaq müstəhəbbdir.Əgər hər hansı camaat namazı üçün azan və iqamə deyilmiş olsa, o camaatla birlikdə namaz qılan bir kəs öz namazı üçün azan və iqamə deməməlidir.
Ozan
Ozan — ad.
Han
Han — kişi adı.
Azan sinir
Azan sinir - (lat. Nervus vagus). 10-cu cüt kəllə-beyin siniri. Parasimpatik sinir sisteminin ən böyük siniri olub, demək olar ki əksər daxili orqanların innervasiyasında iştirak edir. Qarın boşluğunda yoğun bağırsağın çəmbər bağırsaq hissəsində Kannon-Böhm nöqtəsinə qədər bütün daxili orqanları innervasiya edir.
Beytül-əhzan
Beytül-əhzan — Şeyx Abbas Quminin Xanım Fatimənin həyatından bəhs edən kitabı. == Tərcüməsi == Kitab ilk dəfə azərbaycan dilinə Ceyhun Cəfərov tərəfindən tərcümə edilmiş və kiril əlifbası ilə nəşr edilmişdir. == İstinadlar == == Həmçinin bax == Şeyx Abbas Qumi Fatimə Şiə kitablarının siyahısı == Xarici keçidlər == Kitabı yüklə (az.) Online oxu Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.) "Beytül-əhzan (Şeyx Abbas Qummi)" ( (az.)). islam.az. 2012-10-06. 2015-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-06.
Cem Uzan
Cem Çingiz Uzan (türk. Cem Cengiz Uzan; 26 dekabr 1960, İstanbul) — Türkiyə iş adamı, siyasətçisi və Gənc Partiyanın qurucusu və sabiq sədri.
Conni Huan
Conni Huan (5 oktyabr 1962) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Conni Huan Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Conni Huan Kanadanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Conni Huan Kanadanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Hizan (Germi)
Hizan (fars. هيزان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 314 nəfər yaşayır (57 ailə).
Huan Tin
Huan Tin (2 iyul 1977) — Çini təmsil edən bədii gimnast. == Karyerası == Huan Tin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Huan Yin
Huan Yin (2 iyul 1977) — Çini təmsil edən bədii gimnast. == Karyerası == Huan Yin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Hvan Hyuncin
Hwang Hyunjin (azərb. Hvan Hyoncin‎) və ya səhnə adı ilə Hyunjin (20 mart 2000, Seul) — Cənubi Koreyalı oğlan qrupu Stray Kids-in üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasına (KOMCA) görə, onun adına 17 mahnı var. == Haqqında == === İlk İllər === Hyuncin (현진) 20 mart 2000-ci ildə Cənubi Koreyaın Seul şəhərində anadan olub.Seul Sonqil İbtidai Məktəbini və Seul Songne Liseyini bitirib. O, bəzən Las-Veqası ziyarət edirmiş, burada Sam adını istifadə edirdi.O, JYP Entertainment-ə orta məktəbin üçüncü sinfində oxuyarkən qoşulub. Bir dəfə anası ilə alış-veriş edərkən JYP Entertainment tərəfindən stajyer olmaq üçün ona təklif göndərilib.2 il stajçı olmuşdur. Qrupun vizualı, əsas rəqqası, repçisidir. == Karyera == === Debütdən öncə === Stajçı olaraq Hyoncin Stray Kids realiti şousunda Stray Kids üzvləri və İtzy üzvləri ilə birlikdə iştirak etdi.Hyoncin-in dediyinə görə, JYP Entertainment-ə qoşulduqda heç bir şeydə lazımi bacarıqları yox idi, ona görə də hər şeyi sıfırdan öyrənməli idi. Hyoncin debütünü görünüşünə görə deyil, bacarığına görə etmək istəyirdi. Təcrübə illəri asan keçmədi, ilk vaxtlar rəqsdə o qədər də yaxşı deyildi və ona nifrət edirdi. Ancaq sonralar bu fikri dəyişdi, birlikdə məşq etdiyi təcrübəçilər sayəsində rəqsdən necə həzz alacağını öyrəndi.
Ozan (aşıq)
Ozan — Azərbaycan şifahi xalq ədəbiyyatında, folklorunda personaj, aşıqlıq sənətinin bir qolu. Ozan sənətinin Azərbaycanda çox qədim zamandan mövcud olduğunu sübut edən faktlar və dəlillər az deyildir: Göyçədə Ozanlar kəndinin mövcudluğu, Dədə Qorqudda Ozan və s.Qədim dövrlərdə "ozan", "dədə", "varsaq", "yanşaq" adları ilə tanınan aşıq öz yaradıcılığında musiqini, rəqsi və şeri birləşdirən el sənətkarıdır. == Qarabağ mədəniyyətində ozan == Qarabağ tarixən ozan-qopuz, daha sonralar isə aşıq-saz diyarı kimi də tanınmışdır. Aşıq - saz-söz yaradıcılığı ozan-qopuz yaradıcılıq ənənəsinin davamı və varisidir. «Ozan-aşıq keçidinin əsas mahiyyəti ozan sənətinin tarix səhnəsindən çəkilərək öz yerini aşıq sənətinə buraxmasıdır. Burada söhbət transformasiyadan, yəni bir sənətin öz şəklini, halını dəyişərək başqa bir sənət şəkli almasından (baxmayaraq ki, bir qisim ozanlar aşıqlığın təsiri ilə aşıqlaşmışlar) deyil, bir sənətin (ozan sənətinin) müəyyən tarixi-siyasi və ideoloji səbəblər üzündən başqa bir sənətlə (aşıq sənəti ilə) əvəzlənməsindən gedir».
Ozan (kommuna)
Ozan (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Ozan Akbaba
Ozan Akbaba (9 iyun 1982, Qars, Qars ili) — Türk aktyoru. == Həyatı == Akbaba 1982-ci ildə Qarsda anadan olub. Akdeniz Universiteti Gözəl Sənətlər Fakültəsinin Daxili Memarlıq və Ətraf Mühit Dizaynı fakültəsini bitirib. 2005-ci ildən kino, serial və teatr tamaşalarında rol alan aktyor film musiqisi də bəstələyir. Sılanın 2014-cü ildə "Yeni Ay" albomuna daxil olan "Vəziyyətlər" mahnısının klipində də rol alıb. Aktyor son olaraq 2015–2021-ci illər arasında ATV-də yayımlanan Eşkıya Dünyaya Hükümdar Olmaz serialında İlyas Çakırbəyli obrazını canlandırıb.
Ozan Arif
Ozan Arif (əsl adı: Arif Şirin, d. 10 mart 1949, Giresun - ö. 13 fevral 2019, Samsun) Ülküçü kimi tanınır Türkiyə xalq poeziyasınin nümayəndələrindən biri. == Həyatı == 10 mart 1949-cu ildə Giresun'nun Alucra rayonunun Hapu kəndində doğulmuşdur. 1980-ci ildə 12 sentyabr hərbi çevrilişindən sonra Almaniyaya köçmüş və yalnız 1990-cı ildə Türkiyəyə qayıtmışdır. == Yaradıcılıq fəaliyyəti == Uşaqlıqdan Azərbaycana məhəbbət bəsləyən şair, 19 yaşında Azərbaycan haqqında Ordu şəhərində bunu yazmışdır: 1960-cı ildən Fransa, Avstriya, Almaniya, ABŞ, Belçika, Hollandiya, İngiltərə, Avstraliya, Kanada, Danimarka, İsveç, İsveçrə və digər ölkələrdə konsert vermişdir. 1976, 1977 və 1978-ci il "Konya Aşıqlar Bayramı"nda hər kateqoriyada qızıl medal qazanmışdır. 1992-ci ildə Ya Qarabağ, Ya Ölüm şeirini yazmışdır.2009-cu ildə Orxan Pamukun hərəkətləri ilə əlaqədar Türkiyədə bir erməniyə görə "həpimiz erməniyik" kampaniyası keçirilən zaman Ozan Arif bunlara cavab olaraq bir şeri yazıb: == Şəxsi həyatı == 2005-ci ildən Dövlət Baxçalını və Rəcəb Tayyib Ərdoğanın siyasətini sərt tənqid etmişdir.
Ozan Güvən
Ozan Güvən (19 may 1975, Nürnberq, Bavariya) — Türkiyəli serial, kino və teatr aktyoru. == Həyatı == 1975-ci ildə Almaniyada doğulan Ozan Güvən Memar Sinan Universiteti Müasir Rəqs Bölümündən məzun oldu. İzmir Bələdiyyə Konservatuarında aktyorluq dərsləri alır və ardından Şahika Tekand Teatrında çalışdı. İkinci Bahar, Çiçəyi Böyütmək, Qoçum Mənim, Əsli ilə Kərəm, Bir İstanbul Nağılı və Canım Ailəm kimi televiziya seriallarının yanında G. O. R. A, A.R.O.G və Yaxşı Qərb filmlərində yaxın dostu olan Cem Yılmazla oynadı. 2005-ci ildə, İkinci Bahar serialı əsnasında tanış olduğu rejissor Türkan Dərya ilə evləndi. Əli Əziz adında 1 uşaqları var. 2010-cu ildə Türkan Dərya ilə boşandılar.
Ozan məhəlləsi
Ozan məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri. Gəncə şəhəri müxtəlif səbəblərdən dəfələrlə yenidən qurulub şəhər öz yerini dəyişib. Ozan məhəlləsi son olaraq yeni Gəncənin iç qala hissəsinin cənubunda yerləşib. == Haqqında == Ozan məhəlləsi böyüklüyünə və qədimliyinə görə Gəncənin digər məhəllələrindən fərqlənir. Məhəllə şərti iki hissədən ibarətdir. Birinci hissə adi Ozan, ikinci hissə isə Dal Ozan kimi tanınır. Birinci hissə şimaldan Qaramanlı, cənubdan Böyük malakan, İtti küçə, qərbdən Şahsevənlər, şərqdən isə Dal Ozan və Bala Bağban məhəllələri ilə əhatələnib. Məhəllənin ikinci hissəsi olan Dal Ozan isə şimaldan Sofulu, şərqdən Zərrabi, cənubdan Bala Bağban, qərbdən isə Ozan və Səbzavat məhəllələri ilə dövrələnib. Tarixi mənbələr XIII-XIV yüzillikdə xalq sənətkarlarının yaşadığı yerlərə “Ovzan” deməsi haqda məlumatlar var. XVI-XVII yüzillikdə şəhərin indiki yerə köçməsi zamanı köhnə Gəncədə yaşayan “Ovzanlar” çox gümanki, yeni yerdə də öz qonşuluq, qohumluq əlaqələrini saxlamaq məqsədilə bir yerdə məskunlaşmışlar.Ozan məhəlləsinin Ləmsə yolu üstə tikilmiş məscidin bəzi mənbələrdə tikilmə tarixi 1884-cü il kimi göstərilir.
Ozan məscidi
Ozan məscidi — 1884-cü ildə Gəncədə inşa edilmiş məscid. Rəsmi sənədlərdə göstərilənlərə əsasən, tikilinin ümumi sahəsi 357,8 m², yararlı sahəsi isə 223,8 m² dir. Məscidin əsas hissəsi günbəzlə örtülmüş kvadrat şəkilli ibadət salonudur. Yan tərəflərdə 2 köməkçi otaq yerləşir. Ozan məscidinin həm də Hacı Abbaslı məscidi adlandırılması haqqında da məlumat verilir. "Molla Nəsrəddin" jurnalının 1907-ci il buraxılışının 12-ci sayında Ozan məhəlləsində yaşayanların köməyi ilə 1906-cı ildə məscidin təmirinə 2000 manat pul toplanması haqda məlumat verilir. Məscid 1920-ci ilə kimi fəaliyyət göstərmiş, dindarlara xidmət etmişdir. 1920-ci ildə Gəncə üsyanı zamanı şəhərin yuxarı hissəsindən açılan top atəşi ilə məscidin bir hissəsini dağılmışdır. Əslən gəncəli Məmməd İbrahim oğlu Altunbəy 1989-ildə Ankarada çıxan "Hürriyyətə uçan ilk pilot" kitabında o günləri xatırlayaraq yazır: Ən böyük faciə Ozan məscidindəydi... Açıq qalan qapı önündən keçərkən duyduğumuz dəhşətdən qanımız dondu.
Ozan Çobanoğlu
Ozan Çobanoğlu (6 fevral 1980, Qars, Qars ili) — Türk Aktyorudur. Murad Çobanoğlunun oğludur. == Həyatı == 6 Fevral, 1980-ci ildə Türkiyənin Qars şəhərində anadan olub. Hacettepe Universiteti Dövlət Konservatoriyasının Teatr Fakültəsindən 2004-cü ildə məzun olmuşdur. İzmir və Ankara Dövlət Teatrlarında vəzifə aldıqdan sonra 2005-ci ildən etibarən Konya Dövlət Teatrlarının heyətli kadrıdır. Samanyolu TV də Tək Türkiyə serialında baş rol alıb.
Uzan (Xudafərin)
Uzan (fars. اوزان‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (66 ailə).
Çao Huan
Çao Huan —
Özgür Ozan
Özgür Ozan (5 yanvar 1966, Bolu, Türkiyə) — türk aktyor. == Həyatı == İzmir Dövlət Teatrı, İzmir Uşaq Teatrı və Beynəlxalq Teatr Topluluğunda müxtəlif oyunlarda rol aldı. 1985-ci ilə qədər profesional olaraq basketbol oynadı. Doqquz Sentyabr Universiteti Gözəl Sənətlər Fakültəsi Aktyorluq Bölməsini bitirdi. Bursa Dövlət Teatrında oyunlarda rol aldı. İstanbul Pınar Uşaq Teatrında xidmət etdi. Uşaqlar Eşitməsin adlı serialda canlandırdığı, yüngül qılıbıq Selami karakteri ilə tanınır hala gəldi. Hələ də Kanal D'də yayımlanan Arxa Küçələr serialında Başkomisər Hüsnü Çoban rolunu canlandırmaqdadır. Özgür Ozan evli və iki uşaq atasıdır.
Alığ Han
Bişkek Han
Bişkek Xan - türk və qırğız mifologiyasında övliya və eyni zamanda inanc iyəsi. Bişkek Ata olaraq da bilinir. İnanclı insanları qoruyur və imanını möhkəm tutmalarını təmin edir. Qırğız mədəniyyətində əhəmiyyətli bir yerə malikdir və paytaxtlarında adını verən adamdır. Bişkekin əvvəlki adı Pişpek'tir. Sonradan dəyişikliyə uğrayıb Bişkek adını almışdır. Bir övliya olduğu qədər eyni zamanda döyüşçü bir qəhrəmandır. Qırğızıstan paytaxtına adını verən qəhrəmanın əslində bu ruhun adı verşilmiş bir adam olduğu deyilə bilər. Kimilərinə görə Pişbeğ sözcüyü Beş Bəy deməkdir və Bişkek Ata da bunların ən böyüyüdür. Beş bəy faktına Uygurlarda Mani dini ilə inteqrasiya olunan əfsanələrində rast gəlinməkdədir.
Canstin Han
Canstin Han (9 avqust 1991, Harbin) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Canstin Han Avstraliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Azad Ozan Kərimli
Azad Ozan Kərimli (Azad Kərim oğlu Kərimov; 7 aprel 1954, Tovuz – 2005, Bakı) — Azərbaycan folklorşünası, Sənətşünaslıq namizədi (1995). == Həyatı == Kərimov Azad Kərim oğlu 1954-cü il aprelin 7-də Tovuzda anadan olub. 1995-ci ildən Sənətşünaslıq namizədi idi. == Əsərləri == Piano üçün 5 Pyes (1990); M.Arazın söz. tenor və piano üçün 2 Romans (1990); Azərbaycan şairlərinin söz. solist, xor və orkestr üçün 7 Marş (1991 – 1994); Azərbaycan şairlərinin söz. 7 a'cappella kişi xoru (1995); Y.İmrənin söz. Kantata (1992 – 1994); 14 xalq mahnılarının xor üçün işləmələri /I dəftər/, (1995 – 1997); H.Z.İslamın söz. "İlahilər" Kantatası (1998); H.Z.İslamın söz. 12 Mahnı (1994 – 1998); 7 Azərbaycan xalq mahnılarının xor üçün işləmələri /II dəftər/, (1997 – 2001).