UZAN

Uz kökündən uza feili, ondan da uzan, uzat sözləri əmələ gəlib. Nağıllarda deyilir: az getdi, uz getdi... uz-a-maq feildir, -n qayıdış növü bildirir. Uzaq, uzun, uzat sözləri də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

UZAQ
UZATMAQ
OBASTAN VİKİ
Cem Uzan
Cem Çingiz Uzan (türk. Cem Cengiz Uzan; 26 dekabr 1960, İstanbul) — Türkiyə iş adamı, siyasətçisi və Gənc Partiyanın qurucusu və sabiq sədri.
Uzan (Xudafərin)
Uzan (fars. اوزان‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (66 ailə).
Aşağı Uzan (Sayınqala)
Aşağı Uzan (fars. اوزان سفلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (29 ailə).
Yuxarı Uzan (Sayınqala)
Yuxarı Uzan (fars. اوزان عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (10 ailə).
Beli üstə uzanan xərçəng (rəsm əsəri)
Beli üstə uzanan xərçəng — Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri. Yaşıl rəngli arxafonda çəkilmiş bu sənət əsəri beli üstə tərsinə uzanmış xərçəngi təsvir edir. Van Qoq Muzeyinə görə əsər 1887-ci ilin avqust-sentyabr aylarında, digər mənbələrə görə isə 1889-cu ilin əvvəllərində çəkilmişdir. Hündürlüyü 38 sm, genişliyi 46.5 sm olan rəsm əsəri kətan üzərində çəkilmişdir. Rəsm əsəri Amsterdamdakı Van Qoq Muzeyində saxlanılır. Ehtimal ki, Vinsent Van Qoq bu rəsm əsərini çəkərkən qardaşı Teo van Qoqun 1888-ci ilin sentyabrında ona göndərdiyi Le Japon Artistique jurnalında gördüyü Hokusayın xərçəng əsərindən ilhamlanmışdı.
Brauzer uzantısı
Brauzer uzantısı (ing. Browser extension) — veb brauzeri fərdiləşdirmək üçün kiçik proqram modulu. Brauzerlər adətən istifadəçi interfeysinin modifikasiyası, kukilərin idarə edilməsi, reklamın bloklanması və veb səhifələrin fərdi skriptləri və üslubu daxil olmaqla müxtəlif uzantılara icazə verir. Brauzer plaginləri ayrı bir modul növüdür. Əsas fərq ondadır ki, uzantılar adətən sadəcə mənbə kodudur, lakin plaginlər həmişə icra edilə bilənlərdir (yəni obyekt kodu). 2021-ci ildən etibarən, plaginlər əksər brauzerlər tərəfindən ləğv edilib, uzantılar isə geniş şəkildə istifadə olunur. Ən populyar brauzer Google Chrome-da 100.000-dən çox uzantı mövcuddur, lakin artıq plaginləri dəstəkləmir. == Tarixi == Internet Explorer 1999-cu ildə 4-cü versiyanın buraxılması ilə uzantıları dəstəkləyən ilk əsas brauzer idi. Firefox 2004-cü ildə istifadəyə verildiyi vaxtdan uzantıları dəstəkləyir. Opera 2009-cu ildə uzantıları dəstəkləməyə başladı və həm Google Chrome, həm də Safari gələn il bunu etdi.
Relslər üzərinə uzanmış adam
Relslər üzərinə uzanmış adam — azərbaycanlı yazıçı Rövşən Abdullaoğlunun ilk dəfə 2017-ci ildə nəşr edilmiş psixoloji romanı. Müəllif bu kitabı yazmaq üçün 2016-cı ildə Bosniya və Herseqovinaya səyahət etmişdir. Ölkənin müxtəlif şəhərlərində, həmçinin, Srebrenitsada olmuş, Srebrenitsa qətliamının qurbanlarının məzarları olan qəbiristanlığı ziyarət etmiş, o hadisənin canlı şahidləri ilə görüşüb danışdıqdan sonra bu əsəri qələmə almışdır. Rövşən Abdullaoğlu eyni zamanda 2016-2018-ci illərin ən çox satılan kitabı olan “Bu Şəhərdə Kimsə Yoxdur” və digər bestseller romanların müəllifidir. Ümumilikdə yazarın bu günə kimi 27 kitabı işıq üzü görmüşdür. Bu əsərinə görə müəllif Rövşən Abdullaoğluna 2022-ci ilin 18-19 noyabr tarixlərində ABŞ-nin Mayami şəhərində keçirilən “Readers’ Favorite” beynəlxalq kitab müsabiqəsinin qızıl medalı təqdim olunub. Əsər 2020-ci ildə “Readers` Favorite” beynəlxalq ədəbi tənqid qurumu tərəfindən keçirilən kitab yarışmasında “bədii ədəbiyyat/mədəniyyət” janrında qızıl medal mükafatçısı olmuşdur. “Readers’ Favorite” ədəbi qurumu tərəfindən 5 kateqoriya (estetik görünüş, süjet, inkişaf, şəkilləndirmə, oxucu tələbatı) üzrə dəyərləndirilmiş və hər birindən maksimal 5 bal toplayaraq “beş ulduz” nişanı ilə təltif olunmuşdur. “IndieReader” ədəbi qurumu tərəfindən 5 baldan 4,9 balla dəyərləndirilərək “IR Approved” nişanı ilə təltif edilmiş və 2020-ci il sentyabr ayının “Ən yaxşı rəy almış kitablar” siyahısına daxil edilmişdir. “Kirkus” ədəbi qurumu “Relslər üzərinə uzanmış adam” romanı haqqında yüksək rəy yazaraq 1 iyul 2020 tarixli 13-cü sayında, xüsusi buraxılışda əsərin resenziyasını dərc etmişdir.
Relslər üzərinə uzanmış adam (roman)

Uzanma
Uzanma (rus. простирание, ing. strike) — layın təbəqənin, damarın, qatın, qırılma müstəvisinin və s. üzərində üfqi xəttin meridiana nisbətən istiqaməti, dağ kompası ilə müəyyən edilir. Düşmə ilə birlikdə geoloji kütlələrin və struktur səthlərin yatım elementini təşkil edir.
Uzanmış arnebiya
Uzanmış arnebiya (lat. Arnebia decumbens) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin arnebiya cinsinə aid bitki növü.
Uzanmış qız
Dincələn qız, (O`Merfi, Luizanın portreti) (fr. O`Merfi, Luiza) — Fransua Buşe tərəfindən 1752-cı ildə çəkilmiş 59 x 73 sm ölçülü rəsm əsəri. Portretdə XV Lüdovikin fovariti, məşuqəsi 15 yaşlı Luiza O`Merfi çılpaq yataqda uzanmış şəkildə təsvir olunmuşdur. Rəsmdə xarici aləmdən uzaq, tənha bir qız təsvir olunmuşdur. Əsərdə təsvir olunan yeganə interyer əşya sofadır. Qızın qeyr məlum baxışları, donmuş gözəl üzü əsərdə diqqəti cəlb edir. O`Merfi, Luiza irlandiyalı keçmiş əsgər Daniel O`Merfinin beş qızından biridir. Atasının vəfatından sonra qızları ilə Parisə köçərək köhnə pal-paltar satmaqla, qızları isə aktrisalıq və pozaçılıqla məşğul olurlar. 1752-ci ildə Buşenin "Dincələn qız" əsərinə poza verən O`Merfi Luiza, XV Lödovik şəkili gördükdən sonra onun fovarit məşuqəsinə çevrilir. Onların nigahdan kənar bir qızı Sen-Antuan, Aqata Luiza de dünyaya gəlir.
Uzanmış çılpaq
Uzanmış çılpaq (fr. Nu Couché) — italyan rəssamı Amadeo Modilyaninin 1917–1918-ci illərdə çəkdiyi rəsm əsəri. Dünyanın ən çox sərgilənən rəsm əsərlərindən biri sayılır. Bu rəsm əsəri hazırda dünyanın ən bahalı rəsm əsərlərinin siyahısında doqquzuncu yeri tutur. 9 noyabr 2015-ci ildə "Uzanmış çılpaq" əsəri Nyu-Yorkdakı "Kristis" hərracında 170,405,000 ABŞ dollarına satılıb. Rəsm əsərini çinli milyarder Liu Yiqian alıb.
Uzantı
1.Uzantı – faylın adında: faylın adını tamamlamaq və ya faylı təsvir etmək məqsədilə onun adına artırılan simvollar yığını. Məsələn, MS-DOS əməliyyat sistemində faylın adı səkkizədək simvoldan, sonra nöqtədən (.) və uzunluğu üçədək olan uzantıdan ibarət olur. Uzantını istifadəçi də verə bilər, proqram da (məsələn, MYDATA.NEW); ikinci halda bu uzantı həmin proqram üçün xüsusi anlam daşıyır. Məsələn, uzantısı BAS olan fayllar, adətən, BASIC dilinin proqramları olur, uzantıları COM və EXE olan fayllar isə MS-DOS sisteminin yükləyə və başlada bildiyi icra (çalışdırılabilən) proqramlardır. 2. Genişləndirmə – hesablama texnikasının müxtəlif (çeşidli) sahələrində bu termin fərqli anlamlar daşıya bilər. Məsələn, o, hər hansı konkret yığına əlavə simvollar artırmaq üçün istifadə olunan kodların istifadə olunan kodların genişləndirilmiş yığını ola bilər. Proqramlaşdırmada genişləndirmə, proqramın imkanlarını artıran və ya onun səmərəliliyini yüksəldən proqram və ya proqram modulu ola bilər.

Digər lüğətlərdə