Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elçin Sangu
Elçin Sangu (d. 13 avqust 1985) — Türk aktrisa. == Bioqrafiyası == Çərkəz əslli olan Elçin Sangu, 1985-ci ilin Avqust ayının 13-də Türkiyənin İzmir ilində anadan olmuşdur. Sangu, universitet təhsilini Mersin Universitetinin Opera bölməsində tamamlamışdır. Sangu, Səhnə Tozu Teatrı-da aktyorluq təhsili aldıqdan sonra seriallarda aktyorluq etməyə başlamışdır. İlk olaraq 2011-ci ildə Elə Bir Keçər Zaman Ki (türk. Öyle Bir Geçer Zaman Ki) adlı serialda Jale obrazı ilə tanınmışdır. Ardından 2012-ci ildə Aşk Kaç Beden Giyer adlı serialda Nehir obrazını canlandırmışdır. Daha sonra Bir Eşq Hikayəsi (türk. Bir Aşk Hikayesi), Qurd Seyid və Şura (türk.
Şanyü
Şanyü — Xaqandan öncə hunlar arasında istifadə olunan titul.
Süngü
Süngü (ştık alm. stich‎ — “nizə zərbəsi”) — silahın (tüfəng, karabin, pulemyot) lüləsinə bərkidilmiş, süngü ilə döyüş zamanı nizə kimi istifadə olunmasına imkan verən soyuq deşici silah; əsgər ləvazimatının bel kəmərinə də (başqa yerdə) taxmaq olar. XVII əsrdən Birinci Dünya müharibəsinə qədər süngü piyada hücumları üçün əsas silah hesab olunurdu. Hal-hazırda süngü ikinci dərəcəli silah və ya istifadə edilən sonuncu silah sayılır. Süngünün sonrakı versiyası bıçaqlı süngüdür.
Sağu
Yuğ və ya Sağu — yas mərasimi ilə bağlı arxaik nəğmələrdir. Bu mətnlər ortaq türk folklor arealında geniş yayılmış “yuğ”, “ağı”, “sağu”, “yedi”, “edi” adları ilə tanınmışdır. Bu mərasim insanların vəfatı zamanı ya evdə, ya da basdırılan zamanı düzəldilir. Əsas hissə yasın qurulduğu yerdə icra edilir. Oxunan mahnılar ağı adlanır. Qədim türklərdə yuğçu ozanlar - ağıçılar qopuzda çalaraq ölən haqqında mahnılar deyərlərmiş. Həmin mərasimdə ölən adam təriflənər, onun yaxşı cəhətləri, xeyirxahlıqları mövzu olarmış. Yuğ həm də qədim türklərin musiqi, mahnı, rəqs, ağı parçaları ilə müşayiət olunan ölübasdırma mərasimi olub. Qədim Azərbaycanda yuğ (yuğlamaq – ağlamaq sözündəndir) adlanan ayın olmuşdur ki, sonralar onun tərkib hissələrinin çoxu matəm mərasiminə keçmişdir. Yaş – matəm nəğmələri ağılar və mərsiyələr bizim dövrlərdə də qalmışdır.
Espiritu-Santu
Espiritu-Santu (port. Espírito Santo) — Braziliyanın şərqində yerləşən ştat. Braziliyanın cənub-şərq regionuna daxildir. Şimaldan Baiya, qərbdən Minas-Jeyras və cənubdan Rio-de-Janeyro ilə sərhədə malikdir. Şərqdən Sakit okeana çıxışı vardır. Ştatın inzibati mərkəzi Viktoriyadır. Ştatın portuqalcadan tərcümədə «Müqəddəs ruh» mənasını verir. == Coğrafiya == Atlantik okeanın sahilərində ştatın iqlimi tropikdir. İl ərzində iki mövsüm hakimdir. Şimala doğru iqlim quru və istidir.
Maya Sandu
Maya Sandu (24 may 1972, Risipen[d], Faleşt rayonu[d]) — Moldova Respublikasının Dövlət və Siyasi Xadimi; Moldova Respublikasının 6-cı Prezidenti (16.11.2020), Moldova Respublikasının tarixində ilk qadın-prezident. Moldova Respublikasının Baş Naziri (08.06.2019–14.11.2019), Moldova Respublikası Parlamentinin üzvü (30.11.2014–08.06.2019), Moldova Respublikasının Təhsil Naziri (24.07.2012–30.07.2015). == Həyatı == Maya Sandu 1972-ci il mayın 24-də Moldova SSR-nin Faleşt rayonunun Risipen qəsəbəsində Grigori və Emiliya Sandunun ailəsindən anadan olub. Rumın, rus, ingilis və ispan dillərini bilən Maya Sandu, ailəli deyil. 1989–1994-cü illərdə 152 nömrəli addım-addım təhsil müəssisəsində təhsil alan Maya Sandu, 1995–1998-ci illərdə Moldova Prezidenti yanında Dövlət İdarəçiliyi Universitetində beynəlxalq əlqaqələr üzrə təhsil alıb. 2010-cu ildə isə o, Con Kennedi adına Dövlət İdarəçiliyi Harvard İnstitutunu bitirib.
Mo (Şanyü)
Şanyü Mo (v. 56) — Cənub Hun İmperiyasının ikinci imperatorudur. Qardaşı Panuya üsyan edərək Çindən vassal asılılığı qəbul etdi. Panunun ordusunu dəfələrlə məğlub etdi. 56-cı ildə vəfat etdi.
Sanqa meşəsi
Sanqa meşəsi — Afrikada, Konqo çayının qollarından birinin hər iki tərəfində yerləşən tropik meşə və milli park. Meşə üç dövlətin: şərqdə Konqo Respublikası, mərkəzi hissədə Mərkəzi Afrika Respublikası və qərbdə Kamerunun ərazisində yerləşir. Meşəyə üç milli park daxildir: Kamrundakk Lobeke Milli Parkı – parka status 2001-ci ildən verilmişdir və sahəsi 2178.54 km²-dir. Mərkəzi Afrika Respublikasında Nouabel-Ndoki Milli Parkı – parkın statusu 1990-cı ildən bəri mövcuddur və sahəsi 495 km² olan şimal və 1220 km² sahəsi olan cənub hissəsi olmaqla iki hissəyə bölünür. Təbiət qoruğunun bu iki hissəsi Sanqa çayı ilə ayrılmışdır. Konqo Respublikasındakı Zenqa-Ndoki Milli Parkı – 3865.92 km² ərazini əhatə edən park statusunu 1993-cü ildən bu yana almışdır. Meşə 2012-ci ildə tərkibindəki üç Milli Parkla birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Su (şanyü)
Şanyü Su (v. 63) — cəmi 6 ay hökmdarlıq etdi. Xəstəliyinə görə öldü və yerinə əmisioğlu Çjan şanyü keçdi.
Xan (şanyü)
Şanyü Xan (v. 59) — Cənub Hun İmperiyasının üçüncü imperatorudur. Qardaşı ilə Panuya üsyan edərək Çindən vassal asılılığı qəbul etdi. Qardaşların ən kiçiyi idi.
Şinqu çayı
Şinqu (port. Xingú) — Cənubi Amerika ərazisindən axan, Amazon çayının sağ qolunu təşkil edən çay. Çayın uzunluğu 1980 km, hövzəsinin sahəsi 513 min. km² təşkil edir. Çay bütünlüklə Braziliya ərazisindən axır. Çay Kulueni adı ilə Matu-Qrasu dağlıq ərazilərindən götürərək, Amazon düzənliyinə keçir. Çayın əsas qolu İriri çayıdır. Sonradan çay Altamira şəhəri ərazisindən axır. Çay Portu-di-Mos şəhəri ərazisində Amazona tökükür. Burada o uzunluğu 160 km, eni isə 8–12 km olan estuari yaradır.
Auqust Sanq
Auqust Sanq (est. August Sang; 27 iyul 1914, Pyarnu — 14 oktyabr 1969, Tallin) — Estoniya şairi və ədəbi tərcüməçi. == Həyat və yaradıcılığı == Auqust Sanq Pyarnuda poçt qulluqçusu ailəsində anadan olmuşdur. 1932-ci ildə Pyarnuda kişi gimnaziyasını bitirmişdir. Hərbi xidmətini bitirdikdən sonra Auqust bir il yarım telefon bağlantısı işçisi kimi çalışmışdır. 1934-cü ildən 1942-ci ilə qədər Tartu Universitetində fəlsəfə fakultəsində təhsil almışdır. Bir neçə dəfə bəzi səbəblərdən təhsilini yarımçıq qoymaq məcburiyyətində qalmışdır. Artıq Auqust Sanq səkkiz yaşı olarkən şeirlər yazmağa başlamışdır. İnyo təxəllüsü altında şeirlər yazan Auqust 1933-cü ildə Improvisatsioon poeması ilə Kevadik adlı gənclər jurnalının ədəbi müsabiqəsinin qalibi olmuşdur. 1934-cü ildə onun şeiri ilk dəfə Looming ədəbi jurnalında çap olunmuşdur.
Kiplanqat Sanq
Kiplanqat Sanq (14 aprel 1981) — Keniyalı cüdoçu. Kiplanqat Sanq Keniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kiplanqat Sanq birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Macarıstannın nümayəndəsi Kriztian Tot ilə üz-üzə gəldi. Həmin görüşdə Kiplanqat Sanq rəqibinə 0:100 hesabı ilə uduzdu.
Şanq Ronq
Şanq Ronq (12 fevral 2000, Şantun) — Çin Xalq Respublikasını təmsil edən bədii gimnast. Şanq Ronq 2016-cı ildə Çini XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Şanq Ronq 2016-cı ildə Çin bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 65.014 xal topladı və 24-cü yeri tutaraq mübarizəni dayandırdı.
Nam Sang-mi
Nam San Mi (3 may 1984) — Cənubi Koreyalı aktrisa.
Çıonq Tan Şanq
Truong Tan Sang (21 yanvar 1949) — Vyetnam Sosialist Respublikasının yeddinci prezidentidir. O, 25 İyul 2011-ci ildə seçilmişdir. Baş nazir hökumət işləri idarə edir, çünki Prezident Vyetnam siyasətdə təntənəli edir. O, 1996-2000-dən Hochiminh şəhər Kommunist Partiyasının lideri oldu.
Şanq Tsunq (Mortal Kombat)
Şanq Tsunq (ing. Shang Tsung) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Şanq Tsunq məşhur cadugərddir. Turnirlərdə Məğlub etdiyi döyüşçülərin ruhlarını alaraq özünə güc qazandırır və eyni zamanda onların cildinə dönə bilir. Şaolin məbədinin rahiblərindən birini öldürdükdən sonra onun gücünü alaraq Kunq-funun İlan növünün bütün sirlərinə yiyələnmiş və bunu turnirlərdə əsas döyüş növünə çevirmişdi. Ardınca digər Kunq-fu növlərinin sirlərini də aşkar etmişdi.
Şanq-Çi və on halqa əfsanəsi (film, 2021)
Şanq-Çi və on halqa əfsanəsi (ing. Shang-Chi and the Legend of the Ten Rings) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının 25-ci filmi.
Şanq-Çi və on üzük əfsanəsi (film, 2021)
Şanq-Çi və on halqa əfsanəsi (ing. Shang-Chi and the Legend of the Ten Rings) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının 25-ci filmi.