Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Santur
Səntur — toxmaqla çalınan alətdir. Toxmaqla çalındığına görə, həm simli, həm də zərb musiqi aləti sayılır. İranda bu alətin bir qədər kiçik - diatanik növü indi də istifadə olunur. Azərbaycanda isə XIX əsrə qədər istifadə olunub. Sənturun ən qədim növü Şumer mədəniyyətinə qədər gedib çatır.Yatıq sazlar ailəsinə mənsubdur. Qanun, nüzhə və bu növ alətlərdən hesab edilir. Sənturun bu alətlərdən başlıca fərqi onun iki yüngül ağac toxmaqla (mizrabla) çalınmasıdır. Ona görə də səntur həm də zərb musiqi aləti sayılır. == Etimologiya == Səntur haqqında R. Yektabəy yazır: "Bu çalğı aləti çox qədim olub, "Tövrat"da "psanterin", "zəbur" adlandırılır. Səntur kəlməsi bunun başqa bir şəklidir" .
Sonqur
Sonqur — İranın Kirmanşah ostanının şəhərlərindən və Sonqur şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43.184 nəfər və 11.377 ailədən ibarət idi.
Canqur (Heris)
Canqur (fars. جانقور‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,940 nəfər yaşayır (492 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Heris bölgəsinin Ətraf kəndistanında, Heris qəsəbəsindən 21 km cənub-qərbdədir.
Mustafa Sunqur
Mustafa Sunqur — Səid Nursinin tələbəsi.
Qara Sunqur
Qara Sunqur (v. 1140, Gəncə) — Azərbaycan atabəyi. == Həyatı == Hicri 524-cü ilin zül-hiccə ayında (noyabr, 1130) Məsud qardaşı Mahmuda qarşı yenidən qiyam qaldırdı. Ancaq qardaşlar Kirmanşahda görüşüb, dinc barışıqla ayrıldılar. Məsud Gəncəni nahiyyələri ilə birlikdə iqta götürüb, 150 min dinarlıq hədiyyə aldı və qoşunları ilə Gəncəyə qayıtdı. Hələ hicri 521-ci ildən Arranı öz idarəsi altına keçirən Qara Sunqur bu vaxt şahzadələrdən Məsudla Toğrulun atabəyi idi.Məsudun Azərbaycan məlikliyi dövründə əvvəlcə qardaşı Mahmud, sonra isə II Toğrul ilə mübarizə aparmaq məcburiyyətində qaldı. 1135-ci ildə isə nəhayət, İraq Səlcuqlu dövləti taxtına oturdu. Sultan Məsud, hakimiyyətə gəldikdən və xəlifə ilə yaşadığı sürüşmədən sonra vəzir Kəmaləddin Məhəmməd əl-Xazininin məsləhəti ilə əmir və atabəylərin səlahiyyətlərini əllərindən almaq üçün hərəkətə keçdi. Bu qərara ilk müxalifət Azərbaycan hakimi Atabəy Qara Sunqurdan gəldi. Qara Sunqurun İraq Səlcuqlu əmirləri arasında böyük ehtiramı var idi.
Sanqar boğazı
Sanqar boğazı (yap. 津軽海峡) – Honşu adasını Hokkaydo adasından ayıran boğaz. Sakit okeanı isə Yapon dənizi ilə birləşdirir. Boğazın uzunluğu 96 km ,eni isə 18–110 km arası dəyişir. Dərinliyi isə 110–491 m arası təşkil edir. Boğazda axının istiqaməti qərbdən şərqə doğrudur. Axının sürəti mərkəz hissələrdə 3 dəniz milinə bərabərdir. Burada dalğaların hündürlüyü 2 m-dir. Boğazın hər iki sahili sıldırımlı ,qayalı dağlar və onların üzəri isə meşələrlə örtülüdür. Hokkoyda adasının boğaz sahillərində yerləşən əsas liman şəhəri Hakodayedir.
Sonqur dialekti
Sonqur dialekti və ya Sunqur şivəsi — Türk dillərinin Oğuz dilləri qrupuna daxildir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Sonqur dialektini Azərbaycan dilinin dialektlərinin XII qrupuna aid edir. Kirmanşah da danışılır. == Haqqında == Sonqur dialekti Qaşqay dili və Aynallu ləhcəsi ilə birlikdə Cənubi Oğuz dilləri qrupuna aid ləhcədir. Azərbaycan dilinin Cənubi Azərbaycan dialektlərinə yaxın olsa da bununla yanaşı türkməncə və xorasan türkcəsi ilə də yaxındır. Bu ləhcədə əsasən Sonqur şəhərində və bölgəyə aid olan iki kənddə, Fərhad-xan və Gurvedə danışılır.
Sonqur şəhristanı
Sonqur şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sonqur şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 95,904 nəfər və 23,755 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Sunqur Təkin
Sunqur Təkin bəy (1191, Əhlat) Oğuzların Bozox qolunun Qayı nəslinin üzvüdür və Süleyman Şah (və ya Gündüz Alp) və Hayimə Xatunun dörd oğlundan ən böyüyüdür. Osmanlı imperiyasının qurucusu Osman Qazinin əmisidir. 1227-ci ildə Süleyman Şah Fəratda boğulduqdan sonra qardaşı Gündoğdu bəylə vətənləri Ahlata geri qayıdır. 1227-ci ildə Ögeday ordusunun sıralarına daxil olmuş və Ələddin Keyqubada məlumatlar ötürmüşdür. == Həyatı == Sunqur Təkin Qazinin həyatı haqqında məlumat kifayət qədər çox deyildir. Əldə olan məlumatlara görə, o Ögeday Xanın ordusuna cəsus kimi daxil olmuş və onun haqqında məlumatlar əldə etmişdir. Uzun müddət geri qayıtmamış, buna görə də onun öldüyü düşünülmüşdür. Uzun müddət sonra qəbiləyə geri qayıtmış və Qayı qəbiləsi iki yerə bölünmüşdür: Ərtoğrul Qazi və Dündar bəy Söğütə, Gündoğdu bəy və Sunqur Təkin isə Ahlata köçmüşdür.
Frederik Sanger
Frederik Senger (ing. Frederick Sanger; 13 avqust 1918[…] – 19 noyabr 2013[…], Kembric, İngiltərə) — ingilis biokimyaçısı.Kimya üzrə Nobel mükafatı laureatı (1980). == Həyatı == İngilis biokimyaçısı Frederik Senger 1918-ci ilin avqustun 13-də Redkompda (Qolsterşir) anadan olmuşdur. 1939-cu ildə Kembric universitetini bitirmişdir. 1940-cı ildən Kembric universitetində işləmişdir. 1983-cü ildə istefaya çıxmışdır. Frederik Sengerin əsas elmi işləri zülalların və nuklein turşularının kimyasına həsr olunub. Senger insulinin strukturunu öyrənmişdir. O, peptidlərin kənar aminqruplarının identifikasiyasının dinitroflorbenzol üsulunu işləyib hazırlamış və bu üsulun köməyi ilə insulində amin qruplarının ardıcıllığını və təbiətini müəyyən etmiş, insulinin strukturunu açmışdır (1944–1954-cü illər). F. Senger müəyyən etmişdir ki, insulinin ümumi formulu C337 N65O75S6 kimidir, üç sulfid körpüsü var və iki zəncirdən ibarətdir: 21 aminturşu qalığına malik A zənciri və 30 aminturşu qalığından ibarət B zənciri.
Ceyda Sunqur
Ceyda Sunqur (türk. Ceyda Sungur) və ya Qırmızılı qadın (azərb. Kırmızılı Kadın‎; 1986) — Türkiyə akademiki və aktivisti. == Həyatı == 1986-cı ildə anadan olmuşdur. Şəhərsalma üzrə bakalavr təhsilini başa vurduqdan sonra İstanbul Texniki Universitetində elmi işçi kimi fəaliyyətə başlamışdır.2013-cü ilin may ayında İstanbulda Gəzi parkı etirazlarında etirazçı və könüllü ilk yardımçı kimi iştirak etmişdir. Nümayişlər zamanı Fateh Zəngin adlı polis məmuru tərəfindən hücuma məruz qalmışdır. "Reuters"in fotojurnalisti Osman Örsal Sunqurun polis zorakılığına məruz qaldığı anı çəkərkən həm Türkiyə, həm də beynəlxalq ictimaiyyətdə böyük əks-səda doğurmuşdu. Ardınca o, etirazların simvoluna çevrilmişdir. Zəngin prokurorlar tərəfindən məhkəməyə verilmiş, onun mülki şəxslərə qarşı qeyri-mütənasib güc tətbiq etdiyi üçün qəsdən üç il həbs cəzası tələb olunmuşdur. Sunqur məhkəmədə bildirmişdir ki, "təqsirləndirilən şəxsin silahı olsaydı, o, Ethem Sarısülükü öldürən başqa bir polis kimi məni öldürərdi".
Elçin Sangu
Elçin Sangu (d. 13 avqust 1985) — Türk aktrisa. == Bioqrafiyası == Çərkəz əslli olan Elçin Sangu, 1985-ci ilin Avqust ayının 13-də Türkiyənin İzmir ilində anadan olmuşdur. Sangu, universitet təhsilini Mersin Universitetinin Opera bölməsində tamamlamışdır. Sangu, Səhnə Tozu Teatrı-da aktyorluq təhsili aldıqdan sonra seriallarda aktyorluq etməyə başlamışdır. İlk olaraq 2011-ci ildə Elə Bir Keçər Zaman Ki (türk. Öyle Bir Geçer Zaman Ki) adlı serialda Jale obrazı ilə tanınmışdır. Ardından 2012-ci ildə Aşk Kaç Beden Giyer adlı serialda Nehir obrazını canlandırmışdır. Daha sonra Bir Eşq Hikayəsi (türk. Bir Aşk Hikayesi), Qurd Seyid və Şura (türk.
B71 Sandur FK
B71 - Farer adalarının futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kuboklarında iştirak edib.