Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abrəs (Sərab)
Abrəs (fars. ابرس‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 318 nəfər yaşayır (70 ailə). == Coğrafi yerləşməsi == Sərab şəhristanının Mərkəzi bölgəsinin Razılıq kəndistanında, Sərab şəhərindən şimalda, Sərab-Təbriz avtomobil yolunun 5 kilometrliyindədir.
Who Cares?
Who Cares? — İngiltərə müğənnisi Rex Orange County-nin dördüncü studiya albomu. 11 mart 2022-ci ildə RCA Records tərəfindən buraxılıb.
Who Really Cares
Who Really Cares — amerikan indi-pop qrupu TV Girl-in ikinci studiya albomu. 26 fevral 2016-cı ildə qrupun özü tərəfindən buraxılıb. "Who Really Cares" Bandwagon Magazine tərəfindən "çox sayda insanın anlaya biləcəyi və empatiya qura biləcəyi bir şey" kimi təsvir edilmişdir. Bütün mahnılar Brad Petering tərəfindən yazılmış və bəstələnmişdir. Sample credits "Cigarettes out the Window" and "For You" contains samples of "Love Song to Jom's Girlfriend" and "You Are", performed by Frankie Cosmos. "Not Allowed" contains samples of "You Suck", "Not Allowed", "Fuck Yourself", and "Sue Your Friends", performed by the Yeastie Girlz. "For You" contains elements of "Dating Courtesy", by the Shangri-Las from their Good Taste Tips.
Abrest
Abrest (fr. Abrest) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Cənubi Kyusse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03001. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2659 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1648 nəfər (15–64 yaş) arasında 1153 nəfər iqtisadi fəal, 495 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70,0%, 1999-cu ildə 70,2%) idi. Fəal 1153 nəfərdən 1045 nəfər (571 kişi və 474 qadın), 108 nəfəri işsizdir (65 kişi və 43 qadın). Aktiv olmayan 495 nəfər arasında şagird və ya tələbə, 177 nəfər pensiyaçı, 186 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Cabrera
Anxel Lulio Kabrera (isp. Ángel Lulio Cabrera; 19 oktyabr 1908, Madrid – 8 iyul 1999, La Plata) — Argentina botaniki. == Elmi fəaliyyəti == Anxel Lulio Kabrera toxumlu bitkilər və yosunlar üzrə ixtisaslaşmışdır. == Əsərləri == Botánica (1938). Manual de la Flora de los alrededores de Buenos Aires (1953). Cabrera, A.L. (ed.) (1963—1970). Flora de la provincia de Buenos Aires. Col. Cient. INTA 4, partes 1—6.
Cannes
Kann (fr. Cannes) — Fransanın şərqində 70 min əhalisi olan şəhər. Şəhərin əsası liqurlar tərəfindən Napul körfəzinin sahilində salınmışdır. Bu şəhər Lacivərd sahilin ən məşhur kurortlarından hesab olunur. == Tarixi == Bu şəhərin salınma tarixi dəqiq məlum deyil. 1834-cü ildə ingilis kansler Lord Breqxem İtaliya səfəri zamanı dəhşətli vəba səbəbindən səfərini yarımçıq qoyaraq bu şəhərdə məskən salmalı olur. Digər ingilis aristokratlar da bundan sonra burada məskunlaşmağa başlayırar. == Şəhəri məşhur edənlər == Kann şəhəri hər il keçirilən Kann kinofestivalı və "Kann şirləri" beynəlxalq reklam festivalına görə məşhurdur. Kannda həmçinin Avropanın əsas mobil rabitə texnologiyası yarmarkası - 3GSM World Congress keçirilir.
Labret
Labret (Labretta) — pirsinq üçün istifadə edilən bəzək əşyası. Labret ştanqadan və bağlayıcı diyircəkdən ibarətdir. Standart ölçülər: qalınlığı 1,6 mm, uzunluğu 6 mm-dən 20 mm qədər ola bilər. Dodaq və qulaq pirsinqi üçün istifadə edilir. == Növlər == Labretin iki əsas növü vardır: Vertikal labret - dodağın vertikal deşilməsi. Daha çox dodağa perpendikulyar olaraq yerləşdirilən labret daha estetik görünür. Horizontal labret - dodağın horizontal deşilməsi. Burada hər şey daha çətindir: belə ki, deşik dodağa paralel olaraq gedir və əgər iynəni lazimi dərinlikdə deşilməzsə labret sonradan dəridən düşə bilər.
Saqreş
Saqreş (port. Sagres) — Portuqaliyanın Faro rayonunun bir hissəsi olan şəhər və rayon. Vila du Bişpu bələdiyyəsinin tərkib hissəsidir. Köhnə inzibati bölgüyə görə, Alqarve (bölgə) əyalətinin bir hissəsi idi. Alqarvenin bir hissəsi olan Alqarve iqtisadi-statistik alt regionuna daxildir. 2001-ci ildə əhalinin sayı 1939 nəfərdir. 34,28 km² ərazini tutur. Bu şəhərin ərazisində (daha doğrusu, koordinatları 37°02′ şm. e. 8°55′ q.
Çartres
Şartr (fr. Chartres) — Fransanın şimal-qərbində Sentre bölgəsində Eure-et-Lur rayonunun mərkəzi şəhəri. Parisin 96 km cənub-qərbində, Eure çayınınn sol sahilində qurulmuşdur. Burada yerləşən məşhur kilsənin qüllələri Beauce ovalığının simvoludur. Müasir şəhər son zamanlarda yaxınlıqdakı ovalığa və Bretaniyaya doğru uzanmışdır. Bu ovalıq Parislə Loire vadisi arasında mühüm keçiddir. Məşhur Şartr kilsəsindən başqa burada böyük ölçüdə 13-cü əsrdə tikilmiş Saint Pierre kilsəsi də var. 17-18-ci əsrlərdən qalmış keçmiş Yepiskop Sarayı muzeyə çevrilmişdir. Adını Keltlətin Karnutes nəslindən alan şəhər əvvəllər Druidlərin mərkəzi olmuşdur.858-ci ildə şəhər Normanlar tərəfindən yandırılmışdır.Orta əsrdə Blois və Şampan ailələrinin idarəsində qraflıq olmuşdur. 1286-cı ildə Fransa kralına satılmış, Yüzillik müharibədə (1337-1453) isə ingilislər şəhəri 15 il müddətinə işğal etmişlər.
Abies abies
Adi küknar (lat. Picea abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Adi küknar Şimal yarımkürəsində geniş ərazini əhatə edir. Bu növə bəzən Avropa küknarı da deyilir. Hündürlüyü 50 m-ə, diametri 1,5 m-ə çatan konusvarı, yaxud enli piramidal çətirli qırmızımtıl-boz qabıqlı ağacdır. İynəyarpaqları parıltılı, tünd-yaşıl, dördbucaqlı və itiucludur, uzunluğu 10-25 mm, eni 2-3 mm-ə çatır və yarpaq yastığı üzərində oturaq vəziyyətdə budağa birləşir. Qozaları uzunsov silindrvarıdır, uzunluğu 15 sm, qalınlığı 4 sm olur. 500 ilə qədər yaşayır. Tumurcuqları sarımtıl-boz rəngdə olur, çılpaq və ya az tükcüklü, yumurtavarıdır. Adi küknarın qozaları may-iyun aylarının əvvəllərində yetişir, açıq-boz rəngli olur.
Abies
Ağ şam (lat. Abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ağ şamağacının Qafqazda bir növü bitir. Həmin növdə Qafqaz aşırımında bitir. Ağ şamağacı 600-700 il yaşayır. Hündürlüyü 55 metrə çatır. Bəzi növlərinin oduncağından musiqi alətləri, mebel hazırlanmasında, sellüloz istehsalında istifadə edilir. Qabığında çoxlu miqdarda qatran vardır. Ağ şamağacının yağı sintetik kamfora almaq üçün xammaldır. Qafqazın qara dəniz sahillərində yaşıllaşdırma məqsədilə əkilir.
Abrus
Abrus (lat. Abrus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Abses
Abses (lat. abscessus - irinlik) — iltihab nəticəsində məhdud boşluqda irin toplanması. Abses dərialtı toxumada, əzələlərdə, sümükdə, həmçinin, qaraciyər, ağciyər, dalaq, beyin və s.-də inkişaf edə bilər. Abses irintörədən mikrobların zədələnmiş dəri və selikli qişalardan orqanizmə keçməsi, yaxud qan və limfa damarları ilə digər iltihab ocağından gətirilməsi nəticəsində əmələ gəlir. Kəskin və xroniki Absesə ayrılır. Kəskin Absesdə ağrı, qızartı, məhəlli şişkinlik, yüksək temperatur, yuxusuzluq, başağrısı və s. əlamətlər olur. Plevra və qarın boşluğunda Absesin yırtılması ağırlaşmaya səbəb ola bilər. Xronik Abses tədricən inkişaf edir. Müalicəsi: antibiotiklər, orqanizmin müqavimətini qaldıran üsullar, nəhayət, cərrahi əməliyyat.
Carex
Cil (lat. Carex) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinə aid bitki cinsi.
Abrek
Abrek (ləzg. гъабрикI) — Çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə aparan şəxs. Abreklər sadə insanların zülmdən qurtarması uğrunda mübarizə aparmışlar. Əsasən dağlarda, bəziləri də şəhərlərdə həyatlarını təhlükə altında qoymaqdan çəkinməyərək rus kazakları ilə vuruşmuşlar. == Etimologiya == "Abrek" sözü iki hissəyə bölünür. Ab (ləzg. гъаб) yəni bir ovuc və ürək mənasında istifadə olunan rek (ləzg. рикI), bu söz ürəkli yənı cəsur kimi tərcümə edilə bilər. == Məşhur abreklər == == Qeydlər == == Ədəbiyyat == Малая Советская Энциклопедия. Том первый.
Fabris Hartmann
Fabris Daniel Hartmann (2 mart 2001-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Leypziq === Hartman RB Leypziq akademiyası vasitəsilə inkişaf etmişdir. Hartmann öz peşəkar karyerasında debütünü 26 iyul 2018-ci ildə Allsvenskan təmsilçisi olan Hakken klubuna qarşı oyunda etmişdir. O, 89-cu dəqiqədə Mateus Kunyanı əvəz etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələsi görüşündə Leypziq rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == 2018-ci ildə Hartmann Almaniyanın gənclərdən ibarət milli komandası ilə İngiltərədə keçirilən UEFA U-17 Avropa Çempionatında iştirak etmişdir. Turnirdə Hartmann Niderland, Serbiya və İspaniya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. == Karyera statistikası == === Klub === 26 iyul 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Labrus opercularis
Macropodus opercularis(Cənnət balığı) – Xanıkimilər dəstəsindən balıq növü. Böcəklər, onurğasız heyvanlar və bala balıqları yeyirlər. Həbidə idi və ana vətəni: Şərqi Asiyada Çin, Koreya, Tayvan bölgələri Bəslənmə forması: Heyvanlar ilə bəslənən və bitkilər ilə bəslənən Davranış forması: Təcavüzkar olmayan . Yetkin kişiləri təcavüzkar rəftarlar göstərər. Öz Növlərinə Davranışı: Təcavüzkar olmayan. Yetkin kişiləri təcavüzkar rəftarlar göstərər. Üzmə Səviyyəsi: Orta – Səth Cinsiyyət Ayrı-seçkiliyi: Kişilər daha rənglidir və quyruqları daha uzundur. Artım: Su səthində köpük yuva edərlər. Çıxarılması asandır. Hazır bir cüt ayrı bir akvariuma alınar, su səviyyəsi aşağı tutular, istilik 28 dərəcə edilər.
Lakrua-Barres
Lakrua-Barres (fr. Lacroix-Barrez, oks. La Crotz) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Myur-de-Barres kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12036. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 310 nəfər (15-64 yaş) arasında 196 nəfər iqtisadi fəal, 114 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 63,2%, 1999-cu ildə 63.4%).
Mujeres Libres
Mujeres Libres (Muxeres Libres, isp. Azad qadınlar) — İkinci İspaniya Respublikası dövrünün qadın anarxist təşkilatı. 1936-cı ildə quruldu (Lüsiya Sançes Saornil, Amparo Poch y Gascón və Mersedes Komaposada tərəfindən birlikdə quruldu) və təxminən 30.000 üzvü var. Mujeres Libres, "ikili mübarizə" fikrinə söykənirdi, yəni qadınların bərabərliyi və sosial inqilab uğrunda mübarizə apardılar və bu hədəflərin hər ikisinin eyni dərəcədə vacib olduğunu və paralel olaraq həyata keçirilməli olduqlarını sübut etdilər. Mujeres Libres feminizmin burjua fenomeni olduğuna inandıqları üçün özlərini feminist bir təşkilat kimi tanımaqdan imtina etdilər. Həm də o dövrün digər sol qanadlı İspan qadın təşkilatlarından fərqli olaraq, sözlə hökmranlıq və iyerarxiyanın tamamilə rədd edildiyini elan edən bu təşkilatlarda, anarxist CNT, FAI və FIJL-dən muxtar qalmağa çalışdılar. qadınların hüquqları pozulmuşdu. Bununla birlikdə, Mujeres Libres, fəaliyyətlərini bütün anarxist təşkilatlar tərəfindən aparılan ümumi azadlıq mübarizəsinin bir hissəsi olaraq gördü. LLüsiya Sançes Saornil tərəfindən 1937-ci ildə yazılmış Mujeres Libres himni belə deyilir: Акай Л. Свободные женщины // Наперекор, 1999. №9 Акельсберг М. «Самостоятельность и равенство»?
Salix caprea
Keçi söyüdü (lat. Salix caprea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Bu növə Bədmüşk də deyilir. Boyu 18 m-ə və diametri 60 sm çatan ağac və ya koldur. Qabığı yaşılımtıl boz və hamardır. Yaşlı gövdələrinin qabığı qaramtıl və uzununa dərin çatlıdır. Zoğları yoğun, bozumtul yaşıl və tumurcuqları iridir. Yarpaqları qalın, iridir, 11-18 sm uzunluqdadır. Enli-yumurtavari, azacıq qarışıqlıdır, kənarı dalğavari dişlidir. Üstdən tünd-yaşıl, altdan sıx ağımtıl saçaqlı tükcüklüdür, yan damarları 6-9 cüt olub aydın seçilir.
Vito Fabris
Vito Fabris (20 sentyabr 1954 – 10 aprel 2021, Pistoya, Toskana) — İtalyalı peşəkar basketbolçu. Vito Fabris 20 sentyabr 1954-cü ildə İtaliyanın Emiliya-Romanya regionunda anadan olub. 1971-ci ildə başlayan və 1987-ci ilə qədər davam edən aktiv basketbol karyerasında İtalyan Basketbol Liqasında "Libertas Forlì", "Pall Firenze", "Basket Mestre" və "Olimpia Pistoia" komandalarında çıxış etmişdir. Fabris 10 aprel 2021-ci ildə dünyaya gəldiyi Emiliya-Romanyada 66 yaşında ürək tutmasından vəfat etmişdir. 1971-1979 – "Libertas Forlì" 1979-1983 – "Pall.
Yegişe Çarens
Yeğişe Çarents (erm. Եղիշե Չարենց; 13 (25) mart 1897, Qars, Qars vilayəti, Rusiya imperiyası – 27 noyabr 1937, İrəvan) — Ermənistan-sovet şairi, yazıçı və ictimai fəalı. Şair bir müddət Bakıda çap olunan ermənicə "Kommunist" qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinə başçılıq etmişdir. Kommunizmin erkən tərəfdarı, Çarens bolşevik partililer qatıldı, lakin Stalin terror 1930-cu ildə başlayan kimi, o, tədricən stalinizm ilə məyusluğu artıb və 1930-cu təmizləmələr zamanı edam edildi. Çarentsavan şəhəri onun şərəfinə adlandırılmışdır.
Çarles Valdsteyn
Ser Çarles Valdsteyn (30 mart 1856, Nyu-York, Nyu-York ştatı – 21 mart 1927, Neapol) — arxeoloq və Birləşmiş Ştatları təmsil edən güllə atıcısı. Birləşmiş Ştatları 1896 Afina Olimpiadasında təmsil edib. Çarles Valdsteyn 1856-cı ilin 30 mart günündə Birləşmiş Ştatların Nyu-York şəhərində anadan olub. 1927-ci ilin 21 mart tarixində isə İtaliyanın Neapol şəhərində ömrünün 70-ci yaşında vəfat edib. Çarles Valdsteyn 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. Çarles Valdsteyn hərbi tüfənglə atəşaçma yarışlarında mübarizə aparsa da medalçılar sırasına düşə bilmədi.
Çavraş (Urmiya)
Çavraş (fars. چاورش‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 265 nəfər yaşayır (59 ailə).
Nectopix caprea
Keçi söyüdü (lat. Salix caprea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Bu növə Bədmüşk də deyilir. Boyu 18 m-ə və diametri 60 sm çatan ağac və ya koldur. Qabığı yaşılımtıl boz və hamardır. Yaşlı gövdələrinin qabığı qaramtıl və uzununa dərin çatlıdır. Zoğları yoğun, bozumtul yaşıl və tumurcuqları iridir. Yarpaqları qalın, iridir, 11-18 sm uzunluqdadır. Enli-yumurtavari, azacıq qarışıqlıdır, kənarı dalğavari dişlidir. Üstdən tünd-yaşıl, altdan sıx ağımtıl saçaqlı tükcüklüdür, yan damarları 6-9 cüt olub aydın seçilir.