1. Bir şeyin əldə edilməsinə, bir nəticəyə gəlməyə, çətin bir məsələnin həllinə mane olan əngəlləri aradan qaldırmaq üçün lazım olan çıxış yolu; tədbir, vasitə, əlac.
□ Çarə aramaq (axtarmaq, görmək) – çıxış yolu axtarmaq, əlac aramaq.
[Telli] ağır bir şeyin altında qalmış kimi əzilir, qurtarması üçün çarə arayırdı.
Çarə etmək (tapmaq, qılmaq) – çıxış yolu tapmaq, vəziyyətdən çıxmaq, əlac tapmaq.
[Gülsənəm:] Ay Piri baba, … bizə bir çarə qıl.
[Mirzə Cəlil] özü də bilmirdi neyləsin, nə cür çarə tapıb, işin içindən çıxsın.
Çarəsi kəsilmək – çarəsiz qalmaq, əlacı kəsilmək, çıxış yolu tapmamaq.
Padşahın çarəsi kəsildi, qızı keçələ verdi. ( ).
Aslan bəyin hər yandan çarəsi kəsildi.
2. Əlac, kömək, yardım.
Dərdini yazıb deyirsən ki, şəhərinizin həkimlərinin heç biri sənə bir çarə edə bilmədilər.
[Zəhra:] Daha bir çarə yox, keçən keçmiş; Çünki Sənan ürəklə and içmiş.
◊ Başına çarə qılmaq (görmək) – bax baş.
Dosta layiq yoxdu, Zakir, sovqatın; Gör başına çara bu gündən belə.
Nə çarə – nə etməli, nə etmək olar, nə edə bilərik, istər-istəməz razı olmalıyıq.