Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
CAMAH
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı və ya qısaca CAMAH (Farsca: جنبش آزادیبخش ملی آذربایجان جنوبی) — Cənubi Azərbaycanın milli azadlıq hərəkatı təşkilatı olaraq, 1991-ci ildə Piruz Dilənçinin rəhbərliyi altında bir qrup siyasətçi və ziyalı tərəfindən yaradılmışdır. == Haqqında == İranın parçalanması, müstəqil Cənubi Azərbaycan dövlətinin yaradılması və nəhayətdə Bütöv Azərbaycanın qurulması CAMAH təşkilatının ali və son məqsədidir. 1999-cu ildə Təbrizdə milli hərəkatın güclənməsi ilə, Mahmudəli Çöhrəqanlı CAMAH təşkilatının lideri seçilmiş, 2002-ci ildə isə təşkilatda baş verən daxili fikir ayrılıqları nəticəsində səs çoxluğu ilə Mahmudəli Çöhrəqanlı CAMAH-dan uzaqlaşdırılmışdır və təkrar Piruz Dilənçi CAMAH təşkilatının lideri olaraq fəaliyyətini davam etdirməyə başlamışdır. Bundan sonra, Mahmudəli Çöhrəqanlı CAMAH təşkilatından ayrılan bir qrup şəxslə GAMOH adlı yeni bir qurum yaratmışdır. Dünya Azərbaycanlıları Konqresi, Bütöv Azərbaycan Birliyi və Güney Azərbaycan Milli Oyanış Hərəkatı kimi təşkilatlar bünövrəsini CAMAH-dan götürmüşdür. == Azərbaycanda == CAMAH 1991–1999-cu illər arasında Şimali Azərbaycandakı cənub mövzusu ilə bağlı aparıcı mövqeyinə görə hətta Azərbaycan Respublikasının dövlət dairələri tərəfindən də dəstəklənməkdə idi. Xüsusilə Heydər Əliyevin prezidentliyi və Namiq Abbasovun MTN-ə rəhbərlik etdiyi dövrlərdə Cənubi Azərbaycan mövzusu Azərbaycan mətbuatı və kütləvi informasiya vasitələrinin gündəmində əhəmiyyətli yer tuturdu. O dönəmdə hətta ölkə prezidenti, Prezident Aparatı və MTN səviyyəsində CAMAH-la bağlı rəsmi və qeyri-rəsmi münasibətlər bildirilmişdi. == İstinadlar == == Xarici keçidlər == South Azerbaijan Arxivləşdirilib 2013-05-17 at the Wayback Machine CAMAH-ın rəsmi internet səhifəsi CAMAH barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının müxtəlif tarixlərdə yayınladığı raportlar: 1., 2.
Camaat
Camaat Dövlətə xərac verən ayrıca kənd icması və ya kənd icmaları ittifaqı; Kənd icmasının istifadəsində və ali sahibi dövlət olan torpaqlar; İbadət etmək üçün bir araya gələn müsəlman birlikləri.
Carcar
Carcar — bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda (xüsusilə Naxçıvan ərazisində) qədim kənd təsərrüfatı aləti. Taxıl döyümündə istifadə edilən ənənəvi əmək alətlərindən biri. Naxçıvan bölgəsində geniş yayılmış carcar üç əsas hissədən: çərçivə, pərli ox və oturacaq olmaqla üç hissədən ibarət düzəldilirdi. Dördbucaqlı formada olan carcar çərçivəsinin ortasına pərli ox keçirilirdi. Carcar xırmanda bir boyun qoşqu qüvvəsi vasitəsilə hərəkət etdirilirdi. Carcar hərəkət etdikcə ox fırlanır və dəmir dişlər küləşi doğrayıb əzirdi. Lakin carcar vasitəsilə sünbüllər kifayət qədər əzilmədiyindən onların bir qismi "diri" qalırdı. Ona görə də, taxıl sünbülü xırdalanıb "dənə düşəndən" sonra, çox vaxt carcardan sonra xırmanda ağac vəl sürülürdü. == Quruluşu == Uzunluğu 2 m, eni 1.5 m olan və möhkəm ağac növlərindən hazırlanan carcar iki paralel qoldan, onları birləşdirən iki taxtadan, habelə iki oxa (çarxa) geydirilən ərsinəbənzər dəmir dişlərdən ibarət idi. Carcarın qolları üzərində onu idarə edən üçün oturacaq düzəldilirdi.
Haccah
Haccah (ərəb. حجة‎) — Yəməndə şəhər.
Cacan
Cacan (Əhər) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Cacao
Teobrom (lat. Theobroma) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Teobrom:The Plant List saytında takson barədə məlumat.
Camal
Camal — Azərbaycanlı kişi adı. Camal Əhmədov (professor) — Alim, pedaqoji elmləri doktoru, Professor, Ədəbiyyatın metodikası üzrə ilk pedaqoji elmlər namizədi. Camal paşa — Türkiyə dövlət və hərbi xadimi. "Gənc türklər" inqilabının (1908) və "İttihad və tərəqqi" partiyasının liderlərindən biri. Camalxan bəy Hüseynbəyov — Qarabağ atlı alayın naibi, mülkədar.
Camna
Camna, Yamuna və ya Cumna — Hindistanda ümumi uzunluğu 1376 km olan çay. Qanqın ən uzun və ən yüksək suyu (ildə 110 km³). Mərkəzi Himalayın cənub yamaclarında başlayır, Yamunotri buzlağından (Zaskar silsiləsi) 3255 m yüksəklikdə axır. Hindistanın Haryana və Uttar Pradeş ştatlarından, həmçinin paytaxt Dehlidən axır. Dehlidən əlavə Mathura və Aqra şəhərləri də Camna üzərində yerləşir. Yamunanaqar şəhərinin yaxınlığında, cənuba dönür, Hind-Qanq düzənliyinə baxır və Allahabad şəhərinin yaxınlığında hindular üçün müqəddəs Sanqam təşkil edərək Qanqa axır.
Catch the Catch
Catch The Catch (azərb. Mənfəəti tutun‎) – C. C. Catch-in 1986-cı ildə çıxardığı ilk albomudur. Albomda C. C. Catch tərəfindən «I Can Lose My Heart Tonight», «Cause You Are Young» və «Strangers By Night» kimi sinqllar mühüm yer tutur.
Camaat namazı
Camaat namazı — camaatla birlikdə qılınan namazdır. Camaatla qılınan namazın furada qılınan namazdan üstün olması haqqında çoxlu hədislər gəlmişdir. Cümə namazı camaatla qılınır. Şiə məzhəbində vacibi namazlar və meyyit namazı (ərəb dilində "saləh" sözünun çoxmənalı olmasına rəğmən, əslində duadır) camaatla qılına bilər. == Camaat namazının hökmləri == İmama iqtida etmək istəyən şəxs, niyyət etdiyi zaman imamını təyin etməlidir. Amma onun adını bilməsi lazım deyildir. Əgər "hazırkı imama iqtida edirəm" deyə niyyət edərsə, namazı səhihdir. Mə`mum gərək Həmd və surədən başqa namazın bütün sözlərini özü oxusun. Amma əgər mə`mumun birinci, yaxud ikinci rük`əti, imamın isə üçüncü və ya dördüncü rük`əti olsa, gərək Həmd və surəni oxusun. Əgər məmum sübh, şam və xiftən namazının birinci və ikinci rükətində imamın Həmd və surəsinin səsini eşitsə, kəlmələri ayırd edə bilməsə də, gərək Həmd və surəni oxumasın.
Camaat torpaqları
Camaat torpaqları — dövlətin mülkiyyətində olub kəndlilərin istifadəsində olan torpaqlar idi. Bu torpaqlardan elliklə istifadə edən camaat bunun müqabilində dövlətə torpaq vergisi – xərac verirdi.
Camgəh (Sərdəşt)
Camgəh (fars. جمگه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 60 nəfər yaşayır (9 ailə).
Carach Angren
Carach Angren — Holland simfonik blək metal qrupu, 2003-cü ildə yaradılmışdır. Onların ilk EP albomu 2005-ci ildə "Ethereal Veiled Existence" adlı albomları olmuşdur. Bu mini EP albomdan sonra qrup 2007-ci ildə "Maddening Media" albom şikəti ilə müqavilə imzalayaraq, ilk studio "Lammendam" adlı albomlarını 2008-ci ildə çıxartdılar. Daha sonra onların ikinci albomu 26 fevral 2010-cu ildə "Death Came Through a Phantom Ship" adlı albomları olmuşdur. Bu albomdan sonra qrup Dark Funeral, Zonaria və Nefarium kimi qruplarla Avropa turlarına qatılaraq konsertlər də çıxış etmişdir.
Mustafa Çamran
Mustafa Çamran Savehî (fa: مصطفی چمران, 8 mart 1932, Tehran – 20 iyun 1981), İranlı akademik, fizik, siyasətçi, Mehdi Bazərgan dövlətində İranın müdafiə naziri, Əməl hərəkatının qurulmasında Musa əl-Sədrin köməkçisi, İslami Şura Məclisinin nümayəndəsi və İran-İraq müharibəsində komandir == Həyatı == === Doğumu === 8 mart 1932-ci ildə Tehranda səkkiz nəfərlik bir ailədə anadan olmuşdur. Atası Hassan Çamran, İranın Savə şəhərindəki Çamran adlı bir kənddən Tehrana köçmüşdü === Təhsili === Çamran ilk təhsilinə Tehran Memarlıq Məktəbində başlamışdır. Orta təhsilini Darul Funun və Elborz məktəblərində bitirib. 1953-cü ildə yüksək nəticəsi ilə Tehran Universitetinin Elm Fakültəsində Elektromexanika şöbəsində təhsilini ilə davam etdirdi. Bakalavrı bitirdikdən sonra Magistr dərəcəsi üçün Texas Universitetinin təqaüdünü aldı və təhsilini davam etdirdi. ABŞ-nin Kaliforniya Universitetində elektro-fizika üzrə doktorluq dərəcəsini almışdır. Fars dilindən əlavə, Çamran ərəb, ingilis, türk, fransız və alman dillərini də yaxşı bilirdi. === Kitabları === Mustafa Çamran döyüşçü olsa da, eyni zamanda fikir və düşüncə adamı idi. Sənəti və incəsənəti çox sevirdi. Onun hikmətli sözləri və düşüncələri “Ruhun hikmətlə yüksəlməsi” adlı bir kitabda toplanmışdır.
Oryx dammah
Saxara köpgəröküzü (lat. Oryx dammah) — boşbuynuzlular fəsiləsinin köpgəröküz cinsiə aid heyvan növü.
Patiriella calcar
Patiriella calcar (lat. Patiriella calcar) — patiriella cinsinə aid heyvan növü.
Vidyut Camval
Vidyut Camval (12 mart 1980 və ya 10 dekabr 1980, Kanpur, Uttar Pradeş) — hind kino aktyoru və modeli.
Yəhya Cammeh
Yəhya Cammeh (ing. Yahya Abdul-Aziz Jammeh) — Qambiya Respublikasının ikinci prezidenti, Qambiyalı dövlət xadimi. Cammeh 1994-cü ildən 2017-ci ilə qədər Qambiyanın rəhbəri vəzifəsini icra etmişdir. 2017-ci ildə keçirilən prezident seçkilərində rəqibinə məğlub olduqdan sonra öz postunu tərk etmək istəməməsi səbəbindən ölkədə siyasi böhran baş verib. 2017-ci ilin 21 yanvar tarixində Yəhya Cammeh öz vəzifəsindən seçkilərdə məğlub olduğu adama Barrounun xeyrinə imtina etdiyi açıqlayaraq ölkəni təyyarə ilə tərk etmişdir. == Həyatı == Əsil adı (ing. Abdul-Aziz Jemus Junkung Jammeh) olan Yəhya Cammeh 1965-ci ilin 25 may tarixində Qambiyanın kiçik Kanilai kəndində anadan olmuşdur. Dialo etnik qrupuna mənsub olan ailəsi ölkənin tək qonşu dövləti olan Seneqaldan köç etmişdir. Cammeh təhsil aldığı dövrdə təhsilini yarımcıq qoyaraq Qambiya ordusuna qoşulur. Əvvəlcə Qambiya Milli Ordusunda, daha sonra isə Qambiya Milli Jandarmasında xidmət keçir.
Çampan (Sayınqala)
Çampan (fars. چمپان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
İlhan Cavcav
İlhan Cavcav (4 oktyabr 1935, Ankara - 22 yanvar 2017, Ankara), Türk iş adamı və 22. Gənclərbirliyi prezidenti. 1977-ci ildən ölənə qədər Gənclərbirliyi prezidentliği etmişdir. 2017-ci ildə beyin qanaması nəticəsində öldü.
İmam-camaat
İmam-camaat (yaxud pişnamaz) — camaat namazında öndə namaz qılan, digərlərinin isə ona iqtida edərək namaz qıldığı şəxs. İmam-camaat gərək baliğ, aqil, adil, halalzadə və namazı düz qılan olsun. Əgər məmum (imama iqtida edən) kişidirsə, onun imamı da gərək kişi olsun. İmam-camaat zahirən vacibləri yerinə yetirib, haramları tərk edən olmalıdır. Şiə məzhəbində imam-camaatın on iki imam şiəsi olması da əsas şərtlərdən biridir. == Əlavə şərtlər == Məmun adil bildiyi bir imamın indi də adil olub-olmadığında şəkk etsə, ona iqtida edə bilər. Ayaq üstə namaz qılan bir şəxs, oturan və ya uzanan halda namaz qılan şəxsə iqtida edə bilməz. Oturan halda namaz qılan bir şəxs də, uzanaraq namaz qılan şəxsə iqtida edə bilməz. Oturan halda namaz qılan şəxs, oturan halda namaz qılana iqtida edə bilər, amma uzanan halda namaz qılanın iqtida etməsi mütləq şəkildə işkallıdır, istər imam ayaq üstə olsun istər oturan halda istərsə də uzanan halda. Əgər imam camaat bir üzrə görə nəcis libas ilə, yaxud təyəmmüm ilə və ya cəbirə dəstəmazı ilə namaz qılsa, ona iqtida etmək olar.
Catch the Catch (albom)
Catch The Catch (azərb. Mənfəəti tutun‎) – C. C. Catch-in 1986-cı ildə çıxardığı ilk albomudur. Albomda C. C. Catch tərəfindən «I Can Lose My Heart Tonight», «Cause You Are Young» və «Strangers By Night» kimi sinqllar mühüm yer tutur.
Çaça
Çaça (gürc. ჭაჭა) — bəzən üzüm vodkası adlanan açıq sarı rəngli alkoqollu içki. Əsasən Gürcüstanda istehsal olunur. Çaça termini Gürcüstanda üzüm distilləsinə istinad etmək üçün istifadə olunur. Çaça üzümlə yanaşı əncir, naringi, portağal, pomidor və tərxundan hazırlana bilər. Çaça əsasən distillə imkanları olan şərab zavodlarında hazırlanır. Ən məşhur çaça məhsullarından biri olan Binexi Estraqon 2007-ci ildə Mundus Vini mükafatlarında gümüş medal qazanmışdır.
Amcad Xan
Amcad Xan (hind अमजद ख़ान) — Hindistan aktyoru == Həyatı == Amcad Sinqx Xan 12 noyabr 1940-cı ildə Hindistanda görkəmli aktyor Cayyantanın ailəsində anadan olub. Amcad Xan Bendredə Müqəddəs Treza orta məktəbini bitirib. 1957-ci ildə Amcad "Deli artıq yaxındır" filmində epizodik yeniyetmə rəssam rolunu oynayıb. 1975-ci ildə ona "Qisas və qanun" filmində Quldur Cabbar rolunu təklif etdilər. Bu rola hazırlıq üçün Amcad Xan quldurların həyatı haqqında müxtəlif materialları oxuyurdu. 1986-cı ildə Amcad Xan Bombey-Qoa yolunda avtomobil qəzasına düşdü. Müalicə üçün istifadə olunan dərmanlar həyatının sonuna kimi onun çəkisinә ciddi problemlər törәtdi. == Ölümü == Amcad Xan 27 iyul 1992-ci ildə 51 yaşında ürək çatışmazlığından ölmüşdür. Aktyoru Pali-Xildә Bandrının şərq hissəsindә müsəlman qәbiristanlığında dəfn ediblər.
Cahid Camal
Cahid Camal Şamil oğlu (15 noyabr 1928, Gülablı – 17 iyun 2011) — Rusiya Federasiyasının əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqının üzvü, Azərbaycan və Monqolustan Rəssamlar Birliyinin üzvü, Beynəlxalq Rəssamlar Fondunun üzvü. Ata tərəfdən Cahid Camal Sarıcalı xanlarının xətti ilə Qarabağ xanı Pənahəli xanın nəsildən olan Dağlıq Qarabağın bəy ailəsindəndir. == Həyatı == Cahid Camal Şamil oğlu 15 noyabr 1928-ci ildə Azərbaycanın Gülablı kəndində anadan olmuşdur. Ailəsinin evi Şuşadadır. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, ərəb dilini bilmişdir. 1953-cü ildə Surikov adına Moskva Rəssamlıq İnstitutunun dekorativ rəssamlıq sinfini bitirmişdir. Zaqolovok və kitab qrafikası sahəsində çalışmışdır. "Raduqa", "Proses" və s. nəşriyyatlarda kitabların illüstrasiyalarını işləyib. Bir neçə il "Soyuzmultfilm" studiyasında cizgi rəssamı kimi fəaliyyət göstərib.