Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avazat
Avazat — orta əsrlər Azərbaycan və Yaxın Şərq musiqisində Şahnaz, Mayə, Səlmək, Novruz, Gərdaniyyə, Güvaşt avazlarının məcmusu. Hazırda Azərbaycan musiqisində avazatların bəzisi muğam möbəsi (Mayə), bəzisi isə muğam (Şahnaz) kimi məşhurdur.
Alakat faciəsi
Alakat faciəsi və ya Alakat üsyanı — 1929-1930-cu illərdə məcburi kollektivləşdirməyə qarşı çıxmaq istəyən kəndlilərin aldadılması nəticəsində baş vermiş faciə. Nəticədə 800 nəfər həbs olunmuş 42 nəfəri isə güllələnmişdir. == Tarixi arayış == 1929-cu ilin sonu 1930-cu ilin əvvəllərində Krımda gedən məcburi kollektivləşdirmə həm də krım tatar ənənələrini də məhv ediridi. "Qolçomaq" elan olunan Krım tatarları ölkənin şimal bölgələrinə sürgün edilirdilər. İnsanların sürgün edilməsi və məcburi kollektivləşdirmə insanların narazılığını artırırdı və bu yeni kəndli üsyanlarına səbəb olurdu. Bu üsyanlar öz adını Krımın cənub sahillərində yerləşən Alakat dərəsindən alıb. Üsyan qəddarlıqla yatırıldı və öz ardınca yeni repressiya dalğası da gətirdi. == Hadisələrin gedişatı == 1929-cu ilin ikinci yarısında XDİK Krımda Sovet İttifaqının düşmənlərini və etibarsız elementləri müəyyən etmək üçün əməliyyat keçirirdi. Onları müəyyən etmək üçün həm də provakasiya metodundan da istifadə olunurdu. Üsküt kəndində əslən Karasubazardan olan P.Popov adında biri yerli sakinləri məcburi kollektivləşdirməyə qarşı qalxmağa təhrik edir və kolxoza getmək istəməyən sakinlərin adlarını siyahıda qeyd edərək XDİK-a təqdim edir.
Şavkat Mirziyayev
Şavkat Mirimanoviç Mirziyoyev (özb. Shavkat Miromonovich Mirziyoyev; 24 iyul 1957, Zaamin rayonu[d]) — Özbəkistan Respublikasının 2-ci Prezidenti (14 dekabr 2016-cı ildən). Şövkət Mirziyoyev 24 iyul 1957-ci ildə Özbəkistan SSR-in Cizzəx vilayətinin Zaamin rayonunda anadan olmuşdur. 1976–1981-ci illərdə Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitunda mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır. Şövkət Mirziyoyev 1981–1992-ci illərdə həmin institutda kiçik elmi işçidən başlayaraq, İnstitutun birinci prorektor vəzifəsinə qədər yüksəlmişdir. Şövkət Mirziyoyev 1992–1996-cı illərdə Daşkənd şəhəri Mirzə Uluqbəy rayonunun hakimi işləmişdir. 1996–2001-ci illərdə Cizak vilayət hakimi olmuşdur. 2001–2003-cü illərdə Səmərqənd vilayət hakimi vəzifəsində çalışmışdır. Şövkət Mirziyoyev 11 dekabr 2003-cü ildə Özbəkistan Respublikasının Baş Naziri vəzifəsinə təyin olunmuşdur. 14 dekabr 2016-cı ildən Özbəkistan Respublikasının 2-ci Prezidentidir.
Şavkat Mirziyoyev
Şavkat Mirimanoviç Mirziyoyev (özb. Shavkat Miromonovich Mirziyoyev; 24 iyul 1957, Zaamin rayonu[d]) — Özbəkistan Respublikasının 2-ci Prezidenti (14 dekabr 2016-cı ildən). Şövkət Mirziyoyev 24 iyul 1957-ci ildə Özbəkistan SSR-in Cizzəx vilayətinin Zaamin rayonunda anadan olmuşdur. 1976–1981-ci illərdə Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitunda mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır. Şövkət Mirziyoyev 1981–1992-ci illərdə həmin institutda kiçik elmi işçidən başlayaraq, İnstitutun birinci prorektor vəzifəsinə qədər yüksəlmişdir. Şövkət Mirziyoyev 1992–1996-cı illərdə Daşkənd şəhəri Mirzə Uluqbəy rayonunun hakimi işləmişdir. 1996–2001-ci illərdə Cizak vilayət hakimi olmuşdur. 2001–2003-cü illərdə Səmərqənd vilayət hakimi vəzifəsində çalışmışdır. Şövkət Mirziyoyev 11 dekabr 2003-cü ildə Özbəkistan Respublikasının Baş Naziri vəzifəsinə təyin olunmuşdur. 14 dekabr 2016-cı ildən Özbəkistan Respublikasının 2-ci Prezidentidir.
Vaka
Vaka (gürc. ვაყა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1423 nəfər idi. 2014-cü ildə 1160 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
Çaka
Çaka — Cənubi Afrika Respublikasının ərazisində yaşayan döyüşkən Zulu tayfalarını dövlət halında birləşdirən sərkərdə, KvaZulu (bəzi mənbələrə görə Zulu imperiyası və ya Zululend) dövlətinin banisi və ilk hökmdarı (1816-1828). Cənubi Afrika Respublikasının ərazisində yaşayan döyüşkən Zulu tayfalarını dövlət halında birləşdirməyə müvəffəq olan Çaka 1787-ci ildə anadan olmuşdur. O, yerli qəbilə başçılarından birinin - Senzanqakonanın nikahdankənar oğlu idi. Çakanın 6 yaşı olanda Senzanqakona onu anası ilə birlikdə saraydan qovmuşdur. 1816-cı ildə kiçik zulu qəbiləsinin inkosu - rəhbəri seçiləndən sonra Çaka Avropa müstəmləkəçilərinə qarşı müharibəyə başlamışdır. Onun təşkil etdiyi güclü orduda qadın və kişilərdən ibarət dəstələr vardı. Ömrünün sonlarında Çakanın yaratdığı dövlətin ərazisi 200 min kv. km, ordusundakı əsgərlərin sayı 50 min nəfər idi. Çakanın ən mühüm tədbirlərindən biri hərbi islahatın keçirilməsi olmuşdu. İslahata əsasən silah daşımağı bacaran 20-40 yaşlı kişilərin hamısı orduya səfərbər olunmuşdu.
Cakao boğazı
Cakao boğazı — Sakit okeanın Karonados və Ankud körfəzlərini birləşdirir. Ciloe adasını materikdən (Çili) ayırır. Parqua şəhəri və materik arasında bərə fəaliyyət göstərir. Boğazın uzunluğu 26 km-ə yaxındır, eni 1,852 (şərq), 4,65 km (qərb) təşkil edir. Sahilləri uca və sıldırımlıdır. Ölkənin 200 illiyi münasibət ilə əlaqədar körpü (2635) inşa edilməsi planlaşdırılır. == Naviqasiya == Boğazın dərinliyi çox iri gəmilərin fəaliyyətinə imkan verir. Fevral-aprel ayları ərazidə güclü dumanlar müşahidə edilir. Güclü axınlarda naviqasiyaya müəyyən maneələr törədir. Boğaz daxilində Donya-Sebastyan, Korinos və Lakao adaları vardır.
Sakat (Bakalı)
Sakat (başq. Саҡат, rus. Сакатово) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Qamışlıtamak kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı):23 km, kənd sovetliyindən (Qamışlıtamak) 2 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 56 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (40%), başqırdlar (57) üstünlük təşkil edir.
Vakaş dilləri
Vakaş dilləri − Şimali Amerika hindi dilləri qrupu. Sakit okeanın sahillərində, Amerikanın Vaşinqton ştatının sərhəd rayonlarında və Kanadanın Britaniya Kolumbiyasında yayılmışdır. Təqribən bir milyondan artıq daşıyıcı vardır. Vakaş dilləri əsasən iki qrupa bölünürlər: kvakiutl və nutka, və yeddi dildən ibarətdir.
Vakit (qəzet)
"Vakit" və ya "Vəqt" (tatar. وقت — Вакыт) — 1906–1918-ci illərdə Orenburqda tatar dilində çıxmış qəzet. Birinci nömrəsi 1906-ci il 21 fevral tarixində nəşr olunmuşdur. İlk nömrədən 1917-ci ilə qədər baş redaktoru Fatih Kərimi, 9 noyabr 1917-ci ildən son nömrəsinə kimi yazıçı və dramaturq Yarulla Vəli olmuşdur. "Vakit" qəzeti XX əsrin əvvəlindəki tatar mətbuatında görkəmli yer tutan, tatar qəzetləri arasında öndə gedənlərdən biri olmuşdur. O, siyasi məsələlərdə diqqətli və ölçüb-biçilmiş yazan, dini və milli məsələlərdə onu izləyən digər milli qəzetlərə nümunədir. Geniş miqyasda təhsil, dil və ədəbi, mədəni, milli teatr və musiqi sənətinə dəstək verib və dövlət məktəblərinə daxil olmağı ardıcıl olaraq müdafiə etmişdir. O, müsəlmanların milli ticarət və torpaq satın almalarının zəruriliyi haqqında çoxlu yazılar yazmışdır. Məzmununa, texnikasına, dilinə və məqalələrinin tematik genişliyinə görə bütün Rusiyada aparıcı qəzetlərdən biri olan ən hörmətli tatar qəzetidir. "Vakit"in səhifələrində tatar qadınlarının təhsilinə və ailədəki roluna, müsəlmanlar arasında hökm sürən xurafatların tənqidinə mühüm yer verilmişdir.
Ramiro Vaka
Ramiro Vaka Ponse (1 iyul 1999-cu ildə anadan olub) — Boliviya Liqa Nasional B təmsilçilərindən olan Klub Quebraço klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Boliviya futbolçusudur. Vaka Boliviya milli futbol komandasında debütünü 3 iyun 2017-ci ildə Nikaraqua millisinə qarşı oyunda etmişdir. O, 88-ci dəqiqədə Luis Xose Varqası əvəz etmişdir. Yoldaşlıq oyununda Boliviya rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir.
Çaka bəy
Çaka bəy (?-1092) — Oğuzların Çavundur boyuna mənsub türk sərkərdəsi və hökmdarı. İlk türk admiralı. Çaka bəyliyi İzmirdə qurulduğu üçün bir çox dəniz fəaliyyəti reallaşdırmış, dəniz döyüşlərində əhəmiyyətli rol oynamışdır. Ayrıca ilk Türk dənizçi dövlətdir. Çaka bəyin Çanaqqala bölgəsini ələ keçirməsindən sonra öz suverenliyi üçün narahat olan kürəkəni Birinci Kılıçarslan 1092-ci ildə Çaka bəyi öldürtmüş və bu bəyliyə son vermişdir.Tarixçilər qeyd edirlər ki, Çaka bəyin öldürülməsində Bizansın əli vardı. Çaka bəy dövləti Qərbi Anadoluda İslamın qəbul olunmasından sonra inkişaf edən Türk hökmdarlıqları dövründə mövcud olması baxımından çox əhəmiyyətlidir. Çünki Avropanın şərqində və bu bölgələrdə daha əvvəllər, Roma Dövləti və ayrılmadan sonra Şərqi Roma İmperiyası (Bizans) sərhədləri içində yaşayan müsəlman olmayan türk tayfaları mövcud idi. Peçeneqlər 1048-ci ildə Tunayı keçərək Bizansa axına başladılar. Peçeneqlər Boğazı atlarıyla keçən yeganə xalqdır.1050-ci ildə Ədirnəni mühasirə edən Peçeneqlər, 1053-cü ildə Bizansı ağır məğrubiyyətə uğratdılar. 1090-cı ildə Böyük Siyirtməyə qədər gəldilər.
Çaka bəyliyi
Çaka bəyliyi — Anadolu bəyliklərindən biri. Çaka bəyliyi 1081-ci ildə İzmirdə qurulmuşdur. Qurucusu Çaka bəydir. 1093-cü ildə Bizanslılar tərəfindən dağıdıldı. Beləcə Qərbi Anadoludakı ilk Türk suverenliyi sona çatmış oldu. Çaka bəyliyi İzmirdə qurulduğu üçün bir çox dəniz fəaliyyəti reallaşdırmış, dəniz döyüşlərində əhəmiyyətli rol oynamışdır. Ayrıca ilk Türk dənizçi dövlətdir. Çaka bəyin Çanaqqala bölgəsini ələ keçirməsindən sonra öz suverenliyi üçün narahat olan kürəkəni Birinci Kılıçarslan Çaka bəyi öldürtmüş və bu bəyliyə son vermişdir. Çaka bəy dövləti Qərbi Anadoluda İslamın qəbul olunmasından sonra inkişaf edən Türk hökmdarlıqları dövründə mövcud olması baxımından çox əhəmiyyətlidir. Çünki Avropanın şərqində və bu bölgələrdə daha əvvəllər, Roma Dövləti və ayrılmadan sonra Şərqi Roma İmperiyası (Bizans) sərhədləri içində yaşayan müsəlman olmayan Türk tayfaları mövcud idi.
Manga Time Kirara Carat
Manga Time Kirara Carat (まんがタイムきららCarat, Manga Taimu Kirara Kyaratto) — Houbunsha nəşriyyatı tərəfindən nəşr olunan Yaponiya aylıq seynen manqası jurnalı. Jurnalda əsasən yonkomalar nəşr olunur. İlk sayı 18 yanvar 2003-cü ildə işıq üzü görmüşdür. == Manqalar == A Channel (davam edir) Dōjin Work GA Geijutsuka Art Design Class (GA 芸術科アートデザインクラス) H・R Harumaki! Harumination (はるみねーしょん) Hidamari Sketch (ひだまりスケッチ) (davam edir) Himekurasu Ichiroo! K-On! Kamisama no Iutoori! Kill Me Baby (キルミーベイベー) (davam edir) Kuu Kuu Boku Boku Mayuka no Darling! New Game! (davam edir) Niko ga Santa OK Fantasista!
Lord Kitçener səni istəyir (plakat)
Lord Kitçener səni istəyir (ing. Lord Kitchener Wants You) — Böyük Britaniya ordusuna çağırışa səsləyən, 1914-cü ildə çəkilmiş plakat. Plakatdan, əsasən, Birinci dünya müharibəsi illərində istifadə olunmuşdur. Plakatda təsvir edilən Lord Kitçener rəsmi Alfred Let tərəfindən çəkilmişdir.
Ayla Akat Ata
Ayla Akat Ata (16 fevral 1976, Diyarbəkir) — Türkiyə siyasətçisi və hüquqşünası. O, Sülh və Demokratiya Partiyasından Batman vilayətini təmsil edərək Türkiyə Böyük Millət Məclisinin XXIII və XXIV çağırış deputatı olmuşdur. == Həyatı == Dəclə Universitetinin Hüquq fakültəsini bitirmişdir. İnsan Haqları Dərnəyi, Cəmiyyət və Hüquq Araşdırmalar Vəqfi, Göç-Der və Diyarbakır Qadınlar Platformasının üzvü olmuşdur. O, 2007-ci il seçkilərində müstəqil namizəd kimi Batmandan millət vəkili seçilmişdir. Daha sonra parlamentdəki Demokratik Cəmiyyət Partiyası qrupuna daxil olmuşdur. O, 2009-cu ildə partiya buraxıldıqdan sonra Sülh və Demokratiya Partiyasına üzv olmuşdur. 4 fevral 2010-cu ildə Bengi Yıldız ilə birlikdə Türkiyə Böyük Millət Məclisində partiyanın qrup sədr müavini təyin edilmişdir. 2011-ci ildə yenidən müstəqil Batman millət vəkili seçilən Ata parlamentdəki BDP qrupuna daxil edilmişdir. 2013-cü ildə partiyanın qərarı ilə partiyaya çevrilən Xalqların Demokratik Partiyasında üzvlüyünü davam etdirmişdir.