Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Brahma
Brahma — qədim hindlilərdə baş tanrı. Yaradıcı tanrı, kainatın yaradıcısı. Adətən ququşu üstündə oturmuş halda, qırmızı, şanagülləyi gözlü, saqqallı təsvir olunur, dörd üzü, dörd bədəni, səkkiz əli var və bu əllərdə Vedanın dörd kitabı, hakimiyyət bildirən əsa, Qanq çayının suyu ilə doldurulmuş qab, qurban qaşığı, bəzən şanagüllə çiçəyi, mirvari dəsti və ox var. Brahma əqlin gücü ilə qızıl yumurtanı iki yerə böldü: birindən Yeri yaratdı, digərindən isə səmanı; onların arasında hava qatı əmələ gəldi. Sonra beş ünsür (su, od, torpaq, hava, efir) əmələ gəldi, bundan sonra şüur, daha sonra isə tanrılar, qurbanvermə, Vedanın üç kitabı, ulduzlar, zaman, dağlar, düzənlər, dənizlər, çaylar, nəhayət, insanlar, danışıq, qəzəb, sevinc, ehtiras, etiraf, ziddiyyetlər (isti - soyuq, quru - nəm, kədər - sevinc 81 və s.) meydana gəldi. Bundan sonra bitkilər, heyvanlar, quşlar, böcəklər, iblislər yaradılır. Bütün canlı aləm, dünyanın bütün nizamı Brahma tərəfindən idarə olunur, istiqamətləndirilir və nəzarətdə saxlanılır.
Çalma
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.
Çаzmа
Çаzmа (xorv. Čazma) — Xorvatiyanın Belоvаrskо-Bilоqоrskаya bölgəsindəki bir şəhər və bələdiyyədir. == Demoqrafiyası == Şəhərin 2,801 əhalisi var, bələdiyyə isə cəmi 8,077 nəfərin yaşadığı 36 kənddən ibarətdir. 2011-ci il siyahıyaalınmasına əsasən əhalinin 98% xorvatlardır.
Brahma Kumaris
Brahma Kumaris — Hind dilindən tərcümədə adı "Brahmanın qızları" mənasını ifadə edən qeyri-ənənəvi dini cərəyan "Brahma Kumaris Ümumdünya ruhani universiteti" kimi də tanınmışdır. Cərəyanın banisi Dada Lehrac (1876-1969) hindli müəllim ailəsində dünyaya göz açmışdır. Gənc yaşlarından Heydərabad şəhərində zərgərlik mallarının satışı ilə məşğul olmuşdur. Altmış yaşında ikən Varanasi şəhərindəki dostlarından birinin evində meditasiya zamanı iki dəfə xəyal gördüyünü bildirmişdir. Birinci dəfə, tanrı – Şivanı qırmızıya çalan qızılı rəngdə gördüyünü, ikinci dəfə isə ona dünyanın tezliklə məhv ediləcəyi və "qızıl əsr"in gələcəyi haqqında vəhyin göndərildiyini iddia etmişdir. Gözəgörünmələrdən sonra Lehrac ticarəti buraxmışdır. Dünyanı yenidən quracaq böyük tanrı – Şivanın ruhunun Lehracın bədənində zühur etməsinə ilk dəfə onun həyat yoldaşı, qızları və gəlini inanmışlar. 1937-ci ildə Lehrac "Şri Prajapita Brahma" ("Tanrılar atası və dünyanın yaradıcısı") adını götürərək, yalnız qadınlardan ibarət "Brahma Kumaris"i yaratmışdır. O, 1938-ci ildə Kəraçi şəhərində cərəyanın "Om Mandali" adlı ilk mərkəzini təsis etmişdir. Lakin yarandığı ilk illərdən Lehraca sadiqlik andı içmiş qadınların ailələrində sabitlik pozulmağa başladığından, ictimaiyyətdə cərəyan rəhbərinə qarşı etirazlar baş qaldırmış, Lehrac əxlaqsızlıq, cadugərlik, hətta insanları hipnoz vasitəsilə təsir altında saxlamaqda ittiham edilmişdir.
Fullapati Çakma
Fullapati Çakma (5 iyun 1996) — Banqladeşli qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Banqladeşi təmsil edir. Fullapati Çakma İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir. Son dəfə 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdır.
Cama əl-Şərif
Camal əl-Şərif (ərəb. جمال الشريف‎; d. 8 dekabr 1956) — suriyalı keçmiş futbol hakimi. 3 dünya çempionatında 6 oyunda baş hakimlik etmişdir (1986 - 2 matç, 1990 - 1 matç, 1994 - 3 matç). Əl-Şərifin ABŞ-də keçirilmiş mundialın ikinci raundunda Bolqarıstan-Meksika matçında verdiyi qərarlar - bolqar müdafiəçi Emil Kremenliyevin qovulması və meksikalıların xeyrinə penalti verməsi uzun müddət müzakirə mövsuzu olmuşdur.