Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Camel
Camel (musiqi qrupu)
Cibəl
Cibal və ya Cibəl (fars. جبال‎) — şərqdə Dəşti-Kəbir, cənub-şərqdə Fars, qərb və cənub-qərbdə İraqi-Ərəb, şimal-qərbdə Azərbaycan, şimalda Əlbruz dağı ilə dövrələnən bölgə. Cibal sözü ərəb kökənli cəm bir sözdür və "dağlar" anlamına gəlir. Dağlar olaraq da Zaqros dağlarını bildirir. == Tarix == VII əsrdə ərəb yürüşlərindən sonra midiyalıların olmuş olduğu torpaqların bir qismi, Cibal olaraq anılmağa başladı. XII əsrdə Səlcuqlular dönəmində bölgə, İraqi-Əcəm olaraq adlandırılan bölgənin içinə daxil edildi. Cibal adı, Monqol istilasından sonra işlənilməməyə başlandı. Bölgənin bəzən tamamı, bəzən bir qismi; Samanilər, Qaraxanlılar, Buveyhilər sülaləsi, Səlcuqlular, Azərbaycan Atabəyləri və Elxanlılar tərəfindən hökmüranlıq altına alınmışdır.
Cicəl
Cicəl (ərəb. جيجل‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Aralıq dənizi sahilində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 47 metrdir.Cicəl ölkənin paytaxtı Əlcəzairdən təxminən 240 kilometr şərqdə yerləşir. == Demoqrafiya == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 134,839 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı şəhərdən 5 kilometr şərqdə yerləşir.
Çimes
Çimes (idiş צימעס‎)-Avropa mətbəxinin desert yeməyidir. Özündə fərqli dadı birləşdirən bu desert yerindən asılı olaraq müxtəlif tərəvəzli olur. Ən çox köklü, noxudlu növləri seçilir.Əsasən Avropa ölkələrində Yeni il süfrəsi üçün hazırlanır. Çox asan başa gəlməsinə baxmayaraq çox əla desert olduğu üçün, daima lazım olan ən yaxşı olan desert kimi qəbul edilir.
Çimən
Çimən (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Çimənkənd — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Çimən (rəsm) — Fransız boyakarı Pol Sezannın məşhur rəsmlərindən biri.
Çovmel (Soyuqbulaq)
Çovmel (fars. چومل‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (8 ailə).
Cəməl döyüşü
Cəməl döyüşü (ərəb. موقعة الجمل‎) — dördüncü Raşidi xəlifə Əli ibn Əbu Talibin tərəfdarları ilə Aişə və onun tərəfdaşları Təlhə ibn Ubeydullah və Zübeyr ibn Əvvamın başçılıq etdiyi qrupla onun hakimiyyətinə qarşı baş vermiş döyüş. Döyüş 656-cı il dekabrın 8-də baş verir. == Mənbələr == Erkən İslam tarixinin çox hissəsi şifahi şəkildə ötürülürmüşdür. Raşidi xilafəti dövründən bu günə qədər kifayət qədər az sayda tarixi mənbələr gəlib çatmışdır. Başqalarının prinsipcə mövcud olub-olmadığı məlum deyil. Bu dövrə aid, eləcə də Əməvilər sülaləsinin sonrakı hakimiyyəti dövrünə aid dövrümüzə çatan sənədlər və yazılar əsasən üçüncü Abbasi xilafəti illərində yazılmışdır. Bunlardan əlavə, İslamın ilkin tarixi haqqında Məhəmməd peyğəmbərin hədislərində mühüm məlumatlar vardır. Onların inkişafı İslam tarixinin ilk üç əsrində mühüm elementdir. Müsəlmanların fəth illərində yazılmış Dəvə döyüşü dövrünün hadisələri haqqında yeganə tarixi mənbə şiə alimi Süleyman ibn Qeysin Kitab əl-Səqifəsidir - İslamın birinci əsrinə aid hədislər və tarixi hesabatlar toplusu.
Cəməl müharibəsi

Çimən (Vedibasar)
Çimənkənd, Aşağı Qarabağlar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Çimənkənd rayon mərkəzindən 9 km şərqdə yerləşir. Əvvəllər mövcud olmuş Qarabağlar rayonuna aid olmuşdur və onun mərkəzi idi. Digər adı Aşağı Qarabağlar (yenə orada).1948-49-cu illərdə Qarabağlar rayonunun ləğvi ilə əlaqədar Vedi rayonunun tabeliyinə verilmişdir. Qafqazın 5 verstlik xəritəsində Cmankənd formasında qeyd edilmişdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 756 nəfər, 1886-cı ildə 924 nəfər, 1897-ci ildə 1260 nəfər, 1904 - cü ildə 1725 nəfər, 1914 - cü ildə 1879 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırılmış və sağ qalanlar zorla qovulmuşdur. 1919 - cu illərdə xaricdən, xüsusilə də Türkiyədən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 880 nəfər azərbaycanlı, 210 erməni, 1926-cı ildə 690 nəfər azərbaycanlı, 141 erməni, 1931-ci ildə 663 nəfər azərbaycanlı, 178 erməni yaşamışdır.
Çimən (rəsm)
Çimən (fr. Baigneur) — Fransız boyakarı Pol Sezannın məşhur rəsmlərindən biridir. Əsər ABŞ-nin Nyu-York ştatında yerləşən Müasir İncəsənət Muzeyində saxlanılır.
Çimən (Füzuli)
Çimən — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Çimən kəndi Füzuli rayonunun Cuvarlı inzibati ərazi vahidində yerləşir. Dağətəyi ərazidədir. Əsl adı Çəməndir. Yaşayış məntəqəsi çəmənlikdə (yaşıl otla örtülmüş sahədə) salındığı üçün belə adlandırılmışdır. Oykonim çəmənli tayfasının adından da ola bilər. Şahbuz rayonunun Biçənək və Keçili kəndlərində Çimənyurd adlı yerlər qeydə alınmışdır. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Camel (siqaret)
Camel (Kemel) — hazırda ABŞ-də RJ Reynolds Tobacco Company və ABŞ-dan kənarda Japan Tobacco şirkətlərinə məxsus və istehsal olunan Amerika siqaret markasıdırKemel siqaretlərində ən çox türk tütünü və Virciniya tütünün qarışığı istifadə olunur. Uinston-Salem, Şimali Karolina, RJ Reynolds şirkətinin qurulduğu şəhər, brendin populyarlığına görə "Camel City" ləqəbini alır.
Camel (musiqi qrupu)
Camel - 1971-ci ildə Londonda, gitarist, vokalist Andrew Latimer tərəfindən qurulan ingilis proqressiv rok qrupudur. == Qrupun tarixi == Camel, 1971-ci ildə İngiltərədə yaranmış proqressiv rok qrupudur. Qrupun ilk üzvləri arasında pianoda Peter Bardens, qrupun qurucusu, gitaristi, bəstəkarı, flütçüsü, vokalisti, Andrew Latimer, bas gitarist Doug Ferguson ilə zərb alətlərində Andy Ward vardı. Qrup, The Brew adını dəyişdirərək sonradan Camel adını aldı. Camel ilk albomu olan "Camel" (1973) çıxardığı zaman artıq yeni bir axının qabaqcıllarından biri oldu. Qrup əsl uğurunu isə "Mirage" albomu ilə qazandı. Ancaq Camel'ı Camel edən, proqressiv musiqi və duyğunu bir-birinə qataraq musiqi icra etməsi oldu. Qrup, quruluşundan bu yana bir çox üzv dəyişdirdi və 1981-ci ildə Andy Ward'ın narkotik səbəbiylə bagetlerini buraxmağa qərar verməsiylə dağıldı. Bir müddət turnelərdə olan və qonaq musiqiçilərlə çalışan Andrew Latimer, qrupu 1990-cı ildə yenidən bir araya gətirdi. O ildən bu zamana qədər 4 albom çıxaran qrup 2003-cü ildə dünya turnesine çıxdı və bunun «vidalaşma dövrü» olaraq açıqlanmasıyla pərəstişkarlarını kədərləndirdi.
Is It a Crime?
"Is It a Crime" — 1986-cı ildə çıxan Promise (1985) albomundan ingilis qrupu Sade-nin bir mahnısı. Epic Records tərəfindən yayımlandı və daha sonra qrupun bir çox albomunda yer aldı. Mahnını Şade Adu, Andrew Hale və Gordon Matthewman yazdı. == Rəylər == AXS-dən Tanya Rena Cefferson, «„Is It A Crime“ — ifadəsini beyninizi mənəvi sevinclə dolduran Smooth caz üslubunda caz mahnısı olduğunu söylədi ("yumşaq caz", "asan caz", "pop caz"). Sade sevginin necə olduğuna inamla oxuyur və o qədər aşiq olduğu üçün sevgilisini bu qədər sevdiyi bir cinayət olduğu təqdirdə heyran qalır. Romantik mahnının qulaqları qəfil rahatlaşma və rahatlıqla dolduran böyük bir temp var.» The Guardian’dan Sofi Hevud şərh etdi: “Şadenin epik nisbətlər baxımından əhəmiyyətsizliyini 1986-cı ildən bəri uzun altı metaforaya qədər olan altı dəqiqəlik təkbaşına təsdiqlədi: burada sevgisi“ Viktoriya gölündən daha geniş ... İmperiya Dövlətinin üstündədir ” və əlbəttə yarısını keçməyə qadirdir dünya».
Xosrovun çimən Şirini görməsi
Xosrovun çimən Şirini görməsi — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçıların fikrincə, daha əvvəl də, bu mövzuda müxtəlif rəssamlar tərəfindən rəsmlər çəkilməsinə baxmayaraq, məhz Sultan Məhəmmədin əsərində mövzü özünün klassik həllini tapmışdır. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Şirini axtarmaq üçün Ərmənə gələn Xosrov, yolda çayda çimən gözəllə qarşılaşır. Onu, hürkütməmək üçün, gizlincə izləyən Xosrov, saraya gəldikdən sonra, yolda gördüyü gözəlin Şirin olduğunu başa düşür. Mövzuya dəfələrlə, müxtəlif rəssamlar tərəfindən müraciət olunsa da, onların yaratdıqları miniatürlərdə daimi bir sxem yoxdur. XV–XVI əsr Şiraz və Təbriz miniatürlərində kompozisiyanın əsas quruluşunun bədii cəhətdən ifadə edilməsindəki fərdi fərqlərə baxmadan, süjet inkişafının vahid yolu müşahidə olunursa, Hindistanda XVII əsrin sonlarında bu mövzulu rəsmlərin kompozisiyası tamamilə ayrı əsasda yaradılırdı."Xosrovun çimən Şirini görməsi" süjetini təsvir edən ən qədim miniatür 1420-ci il tarixli Berlin əlyazmasındakı Şiraz məktəbinə aid nümunədir. == Təsvir == Miniatürün mərkəzində şaxəli ağaclar və bəyaz çiçəklərlə örtülmüş qaya fonlu bir mənzrədə gözlənilməz yad kişinin — Xosrovun ona baxmasını görüb özünü itirmiş, ilk hərəkətlə uzun qara saçları ilə çılpaqlığını gizlətməyə çalışan Şirin təsvir olunmuşdur. Gözəl miniatür dili ilə nəql edilən bu süjet şux və əlvan boyalarla işləndiyindən zərif və zəngin rəng qammasına malikdir.
If Love Was a Crime
If Love Was a Crime (azərb. Əgər sevgi cinayət olsaydı...‎) — Bolqarıstanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Poli Genova "If Love Was a Crime" mahnısı ilə Bolqarıstanı İsveçin paytaxtı Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Borislav Milanov, Sebastian Arman, Yoakim Persson, Conni Palmer və Poli Genova tərəfindən bəstələnmişdir.
True Crime: New York City
True Crime: New York City - oyunu Luxoflux tərəfindən hazırlanan, Activision tərəfindən nəşr edilən açıq-dünya aksion-macəra janrlı oyundur. Bu oyunun PlayStation 2 və Xbox platformaları üçün olan versiyası 15 noyabr 2005-ci il, Microsoft Windows platforması üçün olan versiyası isə 24 mart 2006-cı ildə satışa çıxarılmışdır. Bu oyun True Crime: Street of LA oyununun növbəti versiyasıdır. Adından da göründüyü kimi hadisələr New Yorkda baş verir. Baş qəhrəman Marcus polis departamentində işləyir. Oyunda həm atıcılığa, həm də döyüşə üstünlük verilir. Burada şəhər olduqca böyükdür.
L'Arc-en-Ciel
L'Arc~en~Ciel (fr. Göy qurşağı; yap. ラルク アン シエル - raruku an sieru) — 1991-ci ildə Osakada yaradılmış yapon rok qrupu. == Tarix == L'Arc~en~Ciel qrupu 1991-ci ildə vokalist Hideto Takari (o zaman HIDE, daha sonra isə hyde ləqəbi ilə tanınır), gitaraçı hiro və təbilçi pero, qrupun başçısı olan bassçı Tetsuya Oqava (o zaman TETSU ləqəbi altında ifa edirdi) tərəfindən çağırılanda yarandı. Bir il ərzində qrup Osaka şəhərində məşhur olub və 1992-ci ilin iyunun 12-də hiro onu tərk edib. Bundan sonra TETSU öz dostu ken ilə danışıb, ona universiteti tərk edib, qrupa gitaraçı olaraq qoşulmağa inandırmışdı. Bundan sonra, 1992-ci ilin dekabrın 30-da qrupu pero da tərk etmişdi və gələn il onu yeni barabançı sakura əvəzləndirib.1993-cü ilin aprelin 1-də qrup müstəqil, amma geniş şəkildə tanınan Danger Crue Records ilə Dune adlı ilk albomu buraxıb. Albom Oricon şirkətinin indi çartında birinci yeri tutub. Bu böyük şirkətlərin diqqətini cəlb edib və 1994-cü ildə qrup Sony Music Entertainment Japan-a aid olan Ki/oon ilə müqavilə bağlayıb. Həmin il Tierra, 1995-ci ildə Heavenly albomu buraxılıb, 1996-cı ildə çıxan True albomu isə qrupun million nüsxədən çox sayda satılan alomu olub.1997-ci ilin fevralın 24-də sakura heroinə malik olduğuna görə stimullaşdırıcıların nəzarəti qanununa əsasən həbs olunub.
L'Arc~en~Ciel

The Best of L'Arc-en-Ciel 1994–1998
The Best of L'Arc~en~Ciel 1994–1998 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
The Best of L'Arc-en-Ciel 1998–2000
The Best of L'Arc~en~Ciel 1998–2000 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
The Best of L'Arc-en-Ciel C/W
The Best of L'Arc~en~Ciel C/W — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur. == Treklər == * Remix by Yukihiro.
The Best of L'Arc~en~Ciel 1994–1998
The Best of L'Arc~en~Ciel 1994–1998 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
The Best of L'Arc~en~Ciel 1998–2000
The Best of L'Arc~en~Ciel 1998–2000 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
The Best of L'Arc~en~Ciel C/W
The Best of L'Arc~en~Ciel C/W — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur. == Treklər == * Remix by Yukihiro.