ÇİMMƏK

f. Yuyunmaq. Vannada çimmək.
[Məşədi İbad:] Kişinin hamamında iki saatdır ki, müftə çimibsiniz, hələ bir durub cəncəl də salırsınız? Ü.Hacıbəyov.

// Sərinlənmək, yuyunmaq və b. məqsədlə suya girmək. Çayda çimmək.
– Dənizdə bir qız çimdi; Saçı qara, özü gözəl. N.Rəfibəyli.

// Obrazlı təşbehlərdə.
Şam meşələri dalından yenicə çıxmış Ay sarı saçlarını Qara dənizin mavi sularına töküb çimirdi. M.S.Ordubadi.
Ay çimirdi sularda, hava sakit, hava xay; Nədənsə lal axırdı Amudərya – dəli çay. S.Rüstəm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇİMMƏK ÇİMMƏK Girdik suya sevincək; Çimdik, quma uzandıq; Atam söylədi, gedək; Bəsdir günəşdə yandıq (N.Xəzri); QÜSL ETMƏK (ELƏMƏK) (din

Etimologiya

  • ÇİMMƏK Güman edirəm ki, çiçək, çən, çiskin, çimmək sözləri tarixən eyni kökə ma­lik olub, su anlamı ilə bağlıdır
ÇİMMƏ
ÇİN

Digər lüğətlərdə