Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bağdad
Bağdad (ərəbcə: بغداد) — İraqın paytaxtı. Əhalisi 6 milyon nəfərdir (2011) Bağdad Yaxın Şərqin ən iri şəhərlərindən biridir. Bağdad İraqın siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Burada hökumət, bütün mərkəzi dövlət və dini müəssisələr və diplomatik nümayəndəliklər yerləşir. Burada həmçinin çoxlu universitetlər, təhsil müəssisələri, teatrlar, muzeylər və tarixi abidələr vardır. == Etimologiya == Bağdad Abbasilər dövründə,əsası 752-ci ildə qoyulub.O vaxtlar şəhəri Mədinə-əs-Səlam yəni "sülh şəhəri"adlandırıblar.Məşhur azərbaycan coğrafiyaşünas və səyyah Şirvaninin fikrincə şəhərin adı Ənuşirəvan tərəfindən salınan bağla əlaqəlidir.Rəvayətə görə "Dad" müqəddəs şəxs imiş.Bu fikrə əsasən Bağdad sözünün mənası "Dadın bağı" deməkdir.Bağdad sözünün qədim fars dilində "Allahverdi" olduğu deyənlər də çoxdur.
Bağdad (el)
Bağdad mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Bağdad mühafəzəsinin ərazisi 734 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 5.423.964 nəfər, inzibati mərkəzi Bağdad şəhəridir .Bağdad elində 50 min türkman ailəsi məskunlaşmışdır . Vilayətin əhalisi 2007-ci ilə olan rəsmi təxminə əsasən 7,145,470 nəfərdir.
Bağdad Amreyev
Bağdad Kultay oğlu Amreyev (qaz. Бағдат Құлтайұлы Әміреев, d. 1 mart 1959, Şolakkorğan, Sozak rayonu, Cənubi Qazaxıstan vilayəti, Qazaxıstan SSR, SSRİ) — qazax bürokrat, diplomat, Qazaxıstan baş nazirinin sabiq müşaviri, Türk Dövlətləri Təşkilatının sabiq baş katibi və hal-hazırkı Türk İnvestisiya Fondunun prezidenti. == Təhsili == 1982-ci ildə Tacikistan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsindən məzun olmuşdur. Qazaxca, rusca, ərəbcə, ingiliscə, türkcə və farsca bilir. == Fəaliyyəti == Daha əvvəllər Qazaxıstan Respublikasının İran, Türkiyə, Misir və Səudiyyə Ərəbistanında səfiri olan Amreyev 3 sentyabr 2018-ci ildə Çolpan-Atada reallaşan Türk Şurası dövlət başçılarının VI zirvə görüşündə 3 dövrlük Türk Şurası (indi ki Türk Dövlətləri Təşkilatı) baş katibi seçilmişdir.Eyni zamanda, Qazaxıstan baş nazirinin müşaviri və Qazaxıstan Respublikasının Orta Şərq və Afrika üzrə xüsusi səfiridir.
Bağdad Batareyası
Bağdad Batareyası 1936-cı ildə arxeoloq Vilhelm Koniq tərəfindən Bağdad yaxınlığındakı bir Parfiya ərazisində kəşf edilmiş bir növ saxsıdır. Koniq saxsının içindəki mis silindr və bu silindrə sabitləşdirilmiş bir dəmir çubuq tapıntının qədim dönəmdə Voltaik bir batareya olduğunu isbat edir. Bu tapıntı Cenevrə və Xildesxaym kimi muzeylərin sərgisi nəticəsində gündəmə gəlmişdir. Məhz bu, elektrokimyəvi reaksiya olaraq bilinən hadisədir və günümüzdə istifadə edilən batareyaların işləmə mexanizmindən heç də fərqlənmir. Bağdad batareyasını əsas götürərək düzəldilən modellərdə aparılan sınaqlar zamanı 1.5–2 volt arasında enerji əldə edilmişdir. == Tapıntının təsviri == Bağdad batareyası adı ilə tanınan saxsı 14 sm uzunluğundadır. Vazoya oxşar formalı bu saxsının ən böyük radiusu 8 sm-dir. İçindəki altıbağlı mis silindrin uzunluğu 9 sm, radiusu isə 26 mm-dir. İçərisində asfaltabənzər bir maddə ilə sıxlaşdırılmış və olduqca çox paslamış bir dəmir çubuq vardır. Bu mis silindr su keçirməz deyil, içərisi turşu dolu olsa idi mis silindr də dolacaqdı.
Bağdad köşkü
Bağdad köşkü — Topqapı sarayında XVII əsrə aid köşk. == İnşası və fəaliyyət tarixi == Sofayi Hümayun adlanan dördüncü həyətdə fəvvarəli meydançada yerləşən Bağdad köşkü və ya Bağdad qəsri 17. Osmanlı sultanı IV Murad tərəfindən, 1624-cü ildə Səfəvilər tərəfindən işğal edilən Bağdadın yenidən fəth edilməsinin şərəfinə inşa edilmişdir. Köşkün inşası ilə bağlı kitabə yoxdur. Tarixçi Naimanın yazdığına görə, köşkün inşası Bağdad səfərinə çıxılarkən başlamış və bir il davam etmişdir. Sultan Muradın Bağdad səfərinin bir il iki ay davam etdiyini və səfərdən döndükdən qısa müddət sonra 1640-cı ilin fevralında padşahın vəfat etməsini nəzərə alsaq, köşkün inşasının 1639-cu ilin ortalarında bitdiyi başa düşülür. İnşası tamamlanan köşkün daxili interyerinin bəzədilməsi isə bir müddət uzadılmışdı. Əhməd Rəfiq Altınay, hər hansı mənbəyə istinad etməsə də, köşkün dövrün baş memarı Həsən ağa tərəfindən inşa edildiyini qeyd edir. Ancaq mənbələrə görə, köşkün inşa edildiyi tarixlərdə sarayın baş memarı Qasım ağadır. Bağdad köşkündə baş verən ən önəmli hadisə isə 1730 tarixli üsyanın rəhbəri olan Patrona Xəlil və ən yaxın adamlarının burada edam edilməsi olsa da, bu hadisə əslində İrəvan köşkündə baş tutmuşdur.
Bağdad metropoliteni
Bağdad metropoliteni (ərəb. مترو بغداد‎‎‎) — İraqın paytaxtı Bağdad şəhərində yerüstü və yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi. == Tarixi == === İlk layihə === Ərəb dünyasında Bağdad metropoliteni planı ilk dəfə hələ 1970-ci illərin sonu-1980-ci illərin əvvəllərində Səddam Hüseyn tərəfindən işlənib. Ambisiyalı layihənin 1975-ci ildə layihələşdirilməsinə, daha sonra isə tikintisinə başlanıb. Layihəyə görə 2 yeraltı xəttin tikintisi planlaşdırılırdı: 1-ci xətt şimaldan cənuba, 2-ci xətt isə qərbdən şərqə. Bəyan edilirdi ki, metro tərkibinə misirli mühəndislər tərəfindən tikiləcək, heyətlər isə Çin şirkətlərindən biri tərəfindən təqdim ediləcəkdir. Bağdad şəhərinin altı ilə metroploiten üçün də nəzərdə tutulan tunellər şəbəkəsi müxtəlif qiymətlərlə bir neçə kilometrdən 10-la km-ə qədər serb, Çin və alman şirkətləri tərəfindən tikildi. Lakin 1983-cü ildə aparılan işlər İran-İraq müharibəsinin başlanması ilə dayandırıldı. İrəli sürülən iddialara görə tərk edilmiş tunellərdə Səddam Hüseyn silah saxlayır və qoşunlarını gizlədirdi. === Layihənin bərpası === XXI əsrin əvvəllərində şəhər hakimiyyəti yeraltı metronun yaradılması haqqında layihəni yenidən dirçəltməyə çalışırlar.
Bağdad mühafazası
Bağdad mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Bağdad mühafəzəsinin ərazisi 734 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 5.423.964 nəfər, inzibati mərkəzi Bağdad şəhəridir .Bağdad elində 50 min türkman ailəsi məskunlaşmışdır . Vilayətin əhalisi 2007-ci ilə olan rəsmi təxminə əsasən 7,145,470 nəfərdir.
Bağdad mühafəzası
Bağdad mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Bağdad mühafəzəsinin ərazisi 734 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 5.423.964 nəfər, inzibati mərkəzi Bağdad şəhəridir .Bağdad elində 50 min türkman ailəsi məskunlaşmışdır . Vilayətin əhalisi 2007-ci ilə olan rəsmi təxminə əsasən 7,145,470 nəfərdir.
Bağdad mühafəzəsi
Bağdad mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Bağdad mühafəzəsinin ərazisi 734 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 5.423.964 nəfər, inzibati mərkəzi Bağdad şəhəridir .Bağdad elində 50 min türkman ailəsi məskunlaşmışdır . Vilayətin əhalisi 2007-ci ilə olan rəsmi təxminə əsasən 7,145,470 nəfərdir.
Bağdad paktı
Mərkəzi Müqavilə Təşkilatı və ya SENTO (ing. The Central Treaty Organization — CENTO), 1958-ci ilədək Bağdad paktı — Böyük Britaniya və ABŞ-nin təşəbbüsü ilə yaradılan, 1955-1979-cu illərdə Yaxın və Orta Şərq ölkələrini birləşdirən hərbi-siyasi blok. Təşkilatın üzvləri Böyük Britaniya, Fransa, Türkiyə, İran, İraq (1958-dək) və Pakistan idi. ABŞ formal olaraq təşkilata üzv olmasa da, 1957-ci ildən onun əsas komitələrinin iştirakçısı olmuşdur. SENTO-nun əsası 24 fevral 1955-ci ildə Bağdadda İraq və Türkiyə arasında imzalanan hərbi paktla qoyulmuşdur. Aprelin 4-də Böyük Britaniya, 23 sentyabrda Pakistan, 3 noyabrda isə İran bu pakta qoşuldular. 1958-ci ildə İraq blokdan çıxdığını elan etdikdən sonra, 1959-cu ildə ABŞ-la İran, Pakistan və Türkiyə arasında birbaşa və ya dolayı "kommunizm aqressiyası"na qarşı əməkdaşlıq barədə ikitərəfli müqavilələr imzalandı. Bu müqavilələr SENTO-nun fəaliyyət göstərdiyi ərazilərdə sovetpərəst, qərb əleyhdarı və digər təxribatçı qüvvələrə qarşı həlledici rol oynayırdı. XX əsrin 60-cı illərində və 70-ci illərinin əvvəllərində SENTO-ya üzv olan ölkələr arasında fikir ayrılıqları yaranmışdır. Bloka üzv olan müsəlman dövlətləri İsrailin ABŞ və digər qərb dövlətləri tərəfindən dəstəklənən fəaliyyətini tənqid edərək blok daxilində iqtisadi əməkdaşlığın gücləndirilməsini təklif edirdilər.
Bağdad sülhü
Bağdad tarixi
Bağdad tarixi — == X-XI əsrlər == 991-ci ildə əsrlərdə xəlifə Əl-Qadirin taxta çıxmasından 1092-ci ildə Məlikşahın vəfatına qədər islam tarixi, həm dini, eyni zamanda siyasi mənada "keçid tarixi" kimi səciyələnə bilər. Xilafətin paytaxtında, davamını gur kütləvi toqquşmalarda və alimlərin mübahisələrində tapan çoxsaylı təlatümlər, adi həyat hadisələrindən daha artıq idi. İnkişafını izləməyə və anlamağa çalışanlar üçün, onlar nəinki sünnüliklə şiəliyin münasibətlərini, eləcə də hakimiyətin mənası aydınlaşdırar. Buveyhilərin 945-ci ildə Bağdada varmasından sünnülərlə şiələr arasında toqquşmalar çoxaldı, və buveyhi əmirlərinin xəlifələr üzərindəki himayəsi bütövlükdə məhdud idi. Əl-Qadirin hakimiyətindən(991-1031) yeni an müəyyən olundu: sünnəni müdafiə etmək və xəlifənin hakimiyətini bərpa etmək. Bunun üçün əlbəttə ki Əl-Qadir, xəlifələrə həmişə kifayət etməyən maddi vəsaitlərdən deyil, çevik diplomatiyadan və missioner fəaliyətindən( da'va) istifadə etməli idi. 994-cü ildə ilk mədrəsə sayılan və şiəliyin müdafiəsi üçün nəzərdə tutulan Sabur bin Ərdəşirin (Dar al-elm)inə qarşı, xəlifə əl-Hərbiyyə məhəlləsində xütbələrin də nəzərdə tutulduğu cümə məsçidi açdırdı. O biri yandan, ciddi xalq təlatümləri, bağdadlı şiələrin xüsusi canfəşanlıqla qeyd etdikləri Aşura və Qədir Xum təntənələri ilə əlaqədar, 998-ci ildə alovlandı. Sünnülər buna qarşı iki tədbirə əl atdılar: Mus'eib bin Zubeyrin qəbrinin ziyarətinə, və Mağara günü bayramına(Yaum əl-qar). Birinci Mus'eibin qiyamçı əl-Muxtarın üzərindəki qələbəsinə, ikincisi, peyqəmbərin Əbu Bəkrlə rəqiblərindən gizlənməsi ilə bağlı, sirdən olan epizoda həsr olunmuşdur.
Bağdad vilayəti
Bağdad vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1918–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Bağdad şəhəri idi.
Bağdad xatun
Bağdad xatun Əmir Çoban noyon qızı Sulduz (?-1335) — Elxanlılar dönəmində tanınmış qadın. == Həyatı == Bağdad xatun Əmir Çoban noyon qızı Sulduz Marağa şəhərində doğulmuşdu. Atası Əmir Çoban 1323-cü ildə onu Şeyx Həsən noyon Cəlayıra vermişdi. Elxanlı hakimi Sultan Əbu Səid 20 yaşında onu görüb vuruldu. Güclə ərindən boşatdıraraq onu aldı. Çingiz yasasına görə xanın bəyəndiyi qadın evli belə olsa ərinin onu həmən boşaması gərəkirdi. Bu durum Bağdat xatunun atası Əmir Çoban tərəfindən öyrənilincə Əbu Səid xanla ara¬ları açıldı. Siyasi rəqibləri əmir və xan arasındaki qırgınlığı daha da artırdılar. Buna görə Əmir Çoban və oğulları Əbu Səid xan tərəfindən birər-birər ortadan qaldırıldı. Mətanətini heç bir şəkildə itirməyən Bağdat xatun sonunda Əmir Şeyx Həsəndən boşanıb Əbu Səid xanla evləndi və elxanlı sarayında baş qadınlığa yüksələrək Xüdavəndigar ləqəbini aldı.
Bağdad yəhudiləri
Bağdad yəhudiləri — XVIII əsrin ortalarında İraqdan (əsasən Bağdaddan) köçən və Hindistanın liman şəhərləri olan Suratda və Mumbaidə məskunlaşan Hindistan yəhudilərinin etnik qrupu. == Tarixi == XIX əsrin əvvəllərində Bağdaddan, Bəsrədən və Hələbdən gələn yəhidilərdən ibarət icmada insanların sayı xeyli artdı və onlar tədricən Hindistanın digər şəhərlərinə-Kəlküttəyə, Punaya və Çennai şəhərlərinə yayıldılar. İcma üzvləri Hindistanın dövlət aparatında, ticarətdə və orduda yüksək uğurlar qazanmışlar. Onlar Hindistan yəhudilərinin - Bəni-İsrail və yəhudi qaçqınlarını Yaxın Şərq və Avropa yəhudilərinin mədəniyyəti ilə tanış edir, ictimai və mədəni tədbirlərdə fəal iştirak edirdilər. Bağdad yəhudiləri Hindistanda məskunlaşdıqları ərazilərdə ivrit dilində kitab nəşr edən tipoqrafiyanın, yəhudi məktəblərinin və sinoqoqların əsasını qoymuşlar. Hindistandakı yəhudi icmasının tərkibində İraqdan gələn yəhudilərlə yanaşı, digər ölkələrdən - İrandan, Əfqanıstandan, Yəməndən, və Suriyadan yəhudilər də var idi.XIX əsrdə Bağdad yəhudi icması təkcə Hindistanda deyil, Cənub-Şərqi Asiyada - Yanqonda, Pinanqda, Şanxayda və Banqkokda yeni icmalar yaratmışlar. Bağdad yəhudiləri ingilis dilində və ərəb dilinin yəhudi-İraq dialektində danışırdılar. Müasir dövrdə İsraildə, Hindistanda, Avropada, ABŞ-da, Kanadada, Avstraliyada, və Pakistanda yaşayan Bağdad yəhudilərinin sayı təxminən 4000 nəfərdir.
Bağdad şəhəri
Bağdad (ərəbcə: بغداد) — İraqın paytaxtı. Əhalisi 6 milyon nəfərdir (2011) Bağdad Yaxın Şərqin ən iri şəhərlərindən biridir. Bağdad İraqın siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Burada hökumət, bütün mərkəzi dövlət və dini müəssisələr və diplomatik nümayəndəliklər yerləşir. Burada həmçinin çoxlu universitetlər, təhsil müəssisələri, teatrlar, muzeylər və tarixi abidələr vardır. == Etimologiya == Bağdad Abbasilər dövründə,əsası 752-ci ildə qoyulub.O vaxtlar şəhəri Mədinə-əs-Səlam yəni "sülh şəhəri"adlandırıblar.Məşhur azərbaycan coğrafiyaşünas və səyyah Şirvaninin fikrincə şəhərin adı Ənuşirəvan tərəfindən salınan bağla əlaqəlidir.Rəvayətə görə "Dad" müqəddəs şəxs imiş.Bu fikrə əsasən Bağdad sözünün mənası "Dadın bağı" deməkdir.Bağdad sözünün qədim fars dilində "Allahverdi" olduğu deyənlər də çoxdur.
Saqdat Sadıkov
Saqdat Kabiroviç Sadıkov (qaz. Сағдат Қабірұлы Садықов; 29 iyul 1973, Ust-Kamenoqorsk) — Yüngül çəki dərəcəsində Qazaxıstanı təmsil edən cüdoçu. 1990-cı illərin sonlarında Qazaxıstanın yığmasında iştirak edirdi. 2000-ci illərin ortalarına qədər bir neçə yarışda Qırğızıstanı təmsil etdi. İki Yay Olimpiya Oyunlarının iştirakçısı, Asiya Çempionatının gümüş medalının sahibi, Osakada keçirilən Şərqi Asiya Oyunlarının və Düşənbədə keçirilən Mərkəzi Asiya Oyunlarının bürünc mükafatçısı, milli və beynəlxalq turnirlərinin bir çox yarışlarının qalibidir. == Bioqrafiyası == Saqdat Sadıkov 29 iyul 1973-cü ildə Qazaxıstan SSR-in Şərqi Qazaxıstan vilayətinin Ust-Kamenoqorsk şəhərində anadan olmuşdur. Yüngül çəki dərəcəsində Kanadada keçirilən tələbələrin dünya çempionatında bürünc medalı qazanmışdır. İlk dəfə turnirlərdə 1996-cı il mövsümündə iştirak etmişdir. Bir il sonra Parisdə keçirilən Sülh Kuboku turnirində ilk dəfə çıxış etmişdir. Növbəti ildə də Moskvada keçirilən Sülh Kuboku turnirində iştirak etmişdir.
Bağdad qalası
Bağdad qalası — indiki İraqın Bağdad şəhərində Abbasi xəlifələri tərəfindən tikilmiş qala. Səlcuqi sultanı Məlikşah tərəfindən bura bəzi əlavələr edilərək tamamlanmış, xəlifə Müstəhzirin təmiri ilə son şəklini almışdır. 1518-ci ildə Zülfüqar xan, 1534-cü ildə I Süleyman, 1587-ci ildə Cığalazadə Sənan paşa, 1639-cu ildə IV Murad, 1648–1649-cu illərdə Dərviş Mehmed Paşa, 1648–1649-cu illərdə Mələk Əhməd Paşa, 1690-cı ildə Bezirqan Əhməd Paşa və Böyük Süleyman Paşa tərəfindən təmir edilən çöl qala 1869–1871-ci illərdə Midhət Paşa tərəfindən şəhərin genişlənməsi səbəbindən sağıdılmışdır. 1534-cü ildə inşa edilən daxili qala 1647-ci ildə Musa Paşa, 1667-ci ildə Kethüda Yəhya Ağa, 1748-ci ildə Kəsriyəli Əhməd Paşa, 1763-cü ildə Qara Mustafa Paşa tərəfindən təmir edilmişdir. Bu gün Bağdad qalasından Babül Vüstanidən başqa əsər-əlamət qalmayıb. Bağdadın qərb tərəfində Quş qala kimi tanınan kiçik bir qala da var idi. Bağdadın şərq tərəfini qövs kimi əhatə edən divarların uzunluğu 20 kilometr idi. Sarayın və dövlət idarələrinin yerləşdiyi daxili qala daha kiçikdir və Kərh körpüsünün başında tikilmişdir.
Bağdad bəy Məlikyeqanlı
Məlikyeqanlı Bağdad bəy Məlik İsay oğlu (1757, Tuğ – 1809) — Qarabağın erməni məliklərindən, daha sonra islamı qəbul etmişdir. == Həyatı == Bağdad bəy Məlik İsay oğlu 1757-ci ildə Qarabağın Dizaq mahalının paytaxtı Tuğ kəndində anadan olmuşdu. Atası Məlik İsay bir müddət Dizaq mahalının məliyi olmuşdu. İbrahimxəlil xan Cavanşirə qarşı çıxdığından 1781-ci ildə öldürüldü. Bağdad bəy Ərdəbilə qaçdı. Orda özünə müttəfiq axtardı. Nəzərəli xan Şahsevən onu tutub Ərdəbil qalasına saldı. 1795-ci ildə müsəlmanlığı qəbul etdi və Ağa Məhəmməd şah Qacarla Qarabağa gəldi. Şah İrana dönəndən sonra Qarabağ xanı ilə yaxınlaşdı. Xan onu himayəsinə aldı.
Bağdad dəmir yolu
Bağdad dəmir yolu — XIX əsrdə geniş şəkildə planlaşdırılan və qismən tikilmiş Berlin - Vyana - İstanbul - Bağdad - Bəsrə - Küveyt dəmir yolunun əsas hissəsi. Bağdad dəmir yolu XX əsrin əvvəllərində beynəlxalq siyasətdə mühüm amilə çevrildi. Uzunluğu təxminən 2400 km-dir, Bosforu Fars körfəzi ilə birləşdirir. Müasir Türkiyə, Suriya və İraqdan keçməklə 1600 kilometr (1000 mil) uzunluğa malikdir. Layihənin tamamlanması bir neçə onilliklər çəkdi və Birinci Dünya müharibəsi başlayanda dəmir yolunun nəzərdə tutulan 960 km-nin (600 mil) böyük hissəsi çəkilməmişdi. Bağdada gedən sonuncu yol 1930-cu illərin sonlarında tikilib və İstanbuldan Bağdada gedən ilk qatar 1940-cı ildə yola düşüb. Maliyyə, mühəndislik və tikinti əsasən Alman imperiyası, Deutsche Bank və 1890-cı illərdə İstanbul, Ankara və Konyanı birləşdirən Anadolu Dəmiryolunu (Anatolische Eisenbahn) inşa etmiş Philipp Holzmann şirkəti vasitəsilə təmin edilirdi. Osmanlı imperiyası Ərəbistan yarımadasındakı nəzarətini saxlamaq və Qırmızı dəniz üzərindən təsirini Əhməd Arabi Paşanın başçılığı ilə baş tutan 1882-ci il üsyanından sonra nominal Osmanlı (1914-cü ilə qədər), əslində isə İngiltərənin hərbi nəzarəti altında olan Misir xidivliyinə qədər genişləndirmək istəyirdi. Dəmir yolunun tikintisi tamamlansaydı, almanlar Mesopotamiyadakı perspektivli neft yataqlarını mənimsəyə və Fars körfəzindəki Bəsrə limanı ilə əlaqə əldə edə bilərdilər. Bununla Almaniya özünün şərqdə olan müstəmləkələrinə sərbəst çıxış təmin edərdi.
Bağdad sülh müqaviləsi
Bağdad sülh müqaviləsi — Səfəvilər və Osmanlı dövləti arasında bağlanan sülh müqaviləsi. 6 yanvar 1733-cü ildə bağlanmışdır. == Arxa plan == Nadir xan II Təhmasibin imzaladığı Kirmanşah sülh müqaviləsi ilə razılaşmadı və Osmanlı qüvvələri üzərinə yenidən hücuma keçdi. Osmanlı dövləti Nadirin hücumunun Qafqazdan olacağını gözləsə də, Nadir gözlənilməz formada İraqdan hücum etdi. Samarra döyüşündə məğlub olan Nadir sonradan qüvvələrini cəmləşdirib əsas Osmanlı ordusunu Kərkük döyüşündə darmadağın etdi. Bu zaman əsnasında Bağdad şəhəri uzun müddət mühasirədə saxlanıldı. Köməyə göndərilən orduların məğlubiyyətə uğradılmasından sonra Bağdaddakı Osmanlı canişini Əhməd paşa sülh danışıqlarına başlamaq xahişi ilə öz elçisini Nadirin düşərgəsinə göndərdi. == Şərtlər == Tarixi ədəbiyyatda olan məlumata görə, Nadirlə Əhməd paşa arasında sülh müqaviləsi ilə bağlı danışıqlar 1733-cü il dekabr ayının ortalarında aparıldı və həmin ayın 19-da sülh razılaşması əldə edildi. Bağdad qalası hələlik osmanlıların əlində qalmaqla, razılaşmada Nadirin əsas tələbi öz əksini tapdı. Birincisi, Osmanlı sarayı son 10 il ərzində ələ keçirdiyi torpaqları geri qaytarmalı və 1639-cu ildə Osmanlı sarayı ilə Səfəvi sarayı arasında imzalanmış müqavilədə göstərilən sərhəd xətti bərpa edilməli idi.
Bağdad səfəri (1638)
Bağdad səfəri — 17. Osmanlı sultanı IV Murad tərəfindən Səfəvilər üzərinə tərtib edilmiş ikinci səfər. Osmanlı-Səfəvi müharibəsinin son mərhələsinə aid bu səfər sonunda Qəsri-Şirin sülhü bağlandı. == Səfərin gedişi == Sultan Murad səfərə çıxmazdan əvvəl taxt üçün təhlükə hesab etdiyi qardaşı Şahzadə Qasımı edam etdirdi və 8 may 1638 tarixində şeyxülislam Yəhya Əfəndi və kaptan-ı dərya Mustafa Paşa ilə birlikdə yola çıxdı. Bu əsnada özünü Mehdi elan edən Şeyx Əhməd Sakaryada ələ keçirilərək öldürüldü. Urfa yaxınlığında vəfat edən sədrəzəm Bayram Paşanın yerinə sədarətə Təyyar Mehmed Paşa gətirildi. 6 noyabrda Mosula çatan Sultan Murad 15 noyabrda Əbu Hənifə türbəsi yaxınlığında çadırını qurdu. Qalanın alınmasından bir gün əvvəl Təyyar Mehmed Paşa hücumlar əsnasında şəhid düşdü. Yerinə kaptan-ı dəryaMustafa Paşa sədarətə gətirildi. Ertəsi gün (24 dekabr 1638 cümə günü) qala hakimi Bektaş xan qalanı təslim etdi.
Əlaqədar Bağdad şəhəri
Dairəvi şəhər (Əl-Mansur şəhəri də adlandırılır: sülh şəhəri)— 762-767-ci illərdə tikilmiş İraqın Bağdad şəhərində qədim şəhər.
Əski Bağdad (Bükan)
Əski Bağdad (fars. اسكي بغداد‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 325 nəfər yaşayır (61 ailə).
Bağdad oğrusu (film, 1924)
Bağdad oğrusu — 1924-cü ildə istehsal olunmuş ABŞ filmi. "Bağdad oğrusu" filmi 1996-cı ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. == Mənbə == "Azərbaycan Sovet Ensiklopediyası". IX cild. Bakı, 1986, səh. 524.
Baqlad
Baqlad (mac. Baglad) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Bağdadi
Bağdadi — təxəllüs.
Raqdan
Raqdan — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində Qəbələ və Dağıstan ərazisində yerləşir. Hündürlüyü 4020 metrdir.
Saadan
Saadan — Şabran rayonunun Sədan kəndi (hazırda bu kənd Siyəzən rayonuna daxildir) ərazisindəki palçıq vulkanıdır. Saatdan, Sədən variantlarında da qeydə alınmışdır. Əsli Sodandır. Palçıq vulkanı adını eyniadlı yaşayış məntəqəsindən almışdır.
Saldaş
Saldaş — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Saldaş kəndi Hərtiz dağının cənub-qərbində, dağətəyi ərazidədir. Kəndin ərazisi əvvəllər sofülu tayfasına məxsus qışlaq yeri olmuş və Saldaşlıq adlanmışdır. Sonralar yaşayış məntəqəsinə çevrilən qışlaq Saldaş kimi rəsmiləşdirilmişdir.
Saqqal
Saqqal — kişiləri qadınlardan fərqləndirən, üzdə bitən tüklər. == Xarici keçidlər == Борода Arxivləşdirilib 2015-09-26 at the Wayback Machine — статья в гуманитарном словаре (rus.) "Брить или не брить?" (Борода и маскулинность в современном мире) из цикла "Археология" на Радио "Свобода" (аудио, фев 2016) И.Словесник "Борода" (видео) "Saqqalın faydaları: Saqqalı qırxmamaq üçün 5 səbəb" (az.). islamazeri.az. 2016-09-27. 2017-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.
Saudade
Saudade — portuqal sözüdü. Bu sözün eyni anda xoşbəxt və bədbəxt olmaq kimi paradoksal mənası var. Saudade optimist və pessimist hekayələrin içində yaxşı və pisin bir-birini izlədiyi kölgə kimidir. Onlar həm bir-birindən ayrılmazlar, həm də bir-birlərini tamamlayarlar. Lüğətlərdə "keçmişdə duyulan həsrət" kimi verilsə də əslində nostaljidən çox fərqli bir mənası var. Fərq sadəcə qovuşma həsrəti deyil. Başlıca fərq ondan ibarətdir ki, Saudade — keçmişdə olan üzüntü dolu həsrəti ifadə edər. Saudade portuqalların qürur duyduqları sözlərdən və duyğulardan biridir. Yüz illər boyunca portuqal qadın və qızların dənizə qurban verdikləri kişilərin ardından çəkdikləri ağrıları və əzabları, gedib dönməyələri xatırlayarkən Saudade demişlər. Saudade başqa dilə tərcümə olunmayan sözlərdəndir.