SAĞMAQ

f.
1. Südverən heyvanların yelinindən südü süzüb çıxarmaq. Camışı sağmaq.
– Tez durub sübh sağardım inəyi; Xansənəmdən diləməzdim köməyi. M.Ə.Sabir.
[Ayrım qızı:] İkimiz də cavan idik.
Rəhim ağanın qapısında qulluq edərdik, [ərim] çoban idi, mən də ağalığın inəklərini sağar, yağ-pendirini tutardım. A.Şaiq.
[Ana Pəriyə:] Qoy Əşrəf baba keçiləri sağsın, bu saat qonağımız üçün süfrə açarıq. Ə.Məmmədxanlı.

2. məc. Birinin pulunu, malını tədricən əlindən almaq, birindən daim pul və s. çəkmək.
[Nəbi:] [Ağamı] qumarda sağmal inək kimi sağırlar. S.S.Axundov.
Hacısan, məşhədisən, sahibimizsən, ağasan; İstəyirsən həmi qırxıb bizi, həm də sağasan. Ə.Nəzmi.

Etimologiya

  • SAĞMAQ Dilimizdəki sığamaq feili rusca “проводить рукой” kimi açıqlanır. Heyvanı sağanda da əl ilə əmcəklərini sığayırlar
SAĞMA
SAĞMAL

Digər lüğətlərdə

алкало́идный без за́дних ног вы́ездка вы́казаться недокали́ть неудовлетворённо ни́зкое пре́данность пропеча́тывать слеза́ние эска́рп вулканоло́гия сде́рживать социа́л-шовинисти́ческий Галиция суарэфикс asyndetic cartography division plane kiss-off reovirus undefeated ополчиться помятый условленный