Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sazan
Sazan adası (alb. Sazani, it. Saseno, yun. Σάσων) — Adriatik dənizində yerləşən kiçik ada. Ada Albaniyaya məxsusdur. Sazanın sahəsi 5 km² təşkil edir. Adada yaşayış yoxdur. Sazan körfəzin Adriatik dənizinə açılan hissəsində yerləşir. İnzibati cəhətdən isə Albabiyanın Vlyera rayonu ərazisinə daxildir. Sahəsi baxımından Albaniyanın ən iri adasıdır.
Bazan
Bazan (fars. باذان‎) (Bazan ibn Sasan) — Sasanilər imperiyasının Yəməndə mərzibanı. Həbəşistanın Yəmən valisi Əbrəhənin iki oğlu Məsruk ilə Yəksumun Yəməndəki yerli ərəblərə qarşı böyük bir zülm və qətliama girişməsi üzərinə Himyarilərin soyundan gələn Seyf ibn Zuyazan Həbəşlilərə qarşı Sasanilər imperiyasıdan yardım istəmiş, Kisra I Xosrov da (Ənuşirvani Adil 531-579), yaşlı və təcrübəli komandanlarından Vəhrizi kiçik bir orduyla Yəmənə göndərmişdi. Aparılan savaşda vali Məsruk öldürülmüş və Seyf ibn Zuyazan Sənada iqtidarı ələ keçirmişdi. Həbəşlilərin bir neçə il sonra Seyfi öldürmələri üzərinə Kisra, Vəhrizi dörd min əsgərlə təkrar Yəmənə göndərmişti. Ölümünə qədər Sənada Sasanilər valisi olaraq qalan Vəhrizdən sonra sırasıyla Mərziban, Təynucan, Xürrə Xosrov və Bazan vali olmuşdular. Bazan iranlı əsgərlərin Yəmənli qadınlarla evlənməsi nəticəsində təşəkkül edən və Əbna adı verilən zümrəyə mənsubdu. peyğəmbərin dəvəti üzərinə müsəlman oldu. Onun müsəlman oluşuna dair xəbərlər, peyğəmbərin Kisraya (II Xosrova) göndərdiyi məktubla ilgili rəvayətlər arasında yer almaqdadır. peyğəmbər hicrətin 7- (628-ci) ildə Abdullah ibn Huzafə əs-Səhmiyi bir məktubla Kisra II Xosrov Pərvizə göndərmişdi.
Kazan
Kazan yahut Qazan (tatar. Казан, Qazan) — Rusiya Federasiyasında şəhər, Tatarıstan Respublikasının paytaxtı, Volqa çayının sağ sahilində yerləşir. Rusiyanın iri iqtisadi, siyasi, elmi, mədəni və idman şəhərlərindən biridir.. Şəhər Rusiyanın "üçüncü paytaxtı" hesab edilir. Qeyri — rəsmi şəkildə dünya tatarlarının paytaxtı da hesab edilir.
Qazan
Qazan (məişət əşyası) — məişət əşyası. Qazan (ad) — şəxs adı. İran kəndləri Qazan (Sərdəşt) — Qazan (Urmiya) Qazan Əli (Urmiya) — Qazan Sar (Bukan) — Qazan Türk millətin yemək bişirmək üçün metal qabıdır . Qazanlar çox zaman yuvarlaq formada olurlar. Qazanlar müxtəlif ölçülərə malikdir.
Razan
Razan (fars. رزان‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 216 nəfər yaşayır (65 ailə).
Saman
Saman — Taxıl bitkiləri (buğda, arpa) döyüldükdən sonra qalan küləş. Saman (İran) — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Saman bəxşində şəhər və bu bəxşin mərkəzi.
Sayan
Şərqi Sayan Sayan dağları Sayan dağı — Ağsu rayonu ərazisində dağ. Hündürlüyü 1146 m.
Şaban
Şaban — Hicri təqviminin 8-ci ayı.
Şağan
Şağan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Şağan Abşeronun şimal-şərqində Xəzər sahillərində, 0-5 metr hündürlükdə yerləşir. Abşeronun ən qədim kəndlərindən biridir. Coğrafi cəhətdən Şağan şimal və şimal-qərbdən Buzovna, şərqdən və cənub tərəfdən Mərdəkan, qərb istiqamətində isə Binə qəsəbəsi (Təmənnis torpaqları) ilə həmsərhəddir. Qəsəbənin sahəsi təqribən 1500 km²-dir. 1933-cü ildə Şağan kəndi Mərdəkan kənd sovetinin tərkibinə daxil edildi. 1945-ci ildə ayrılsad a, 1948-ci ildə yenidən birləşdirildi. 1990-cı ildə Şağan qəsəbə statusu aldı. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Şağan qəsəbəsi şəhər tipli Mərdəkan qəsəbəsindən ayrılaraq, şəhər tipli qəsəbə kimi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, Şağan şəhər tipli qəsəbəsi mərkəz olmaqla Şağan qəsəbə ərazi vahidi yaradılmışdır. Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən biri də Şağandır.
Şaban oğlu Şaban
Şaban oğlu Şaban — Kamal Sunalın canlandırdığı "Şaban" obrazı üzərində 1977-ci ildə yazılan və çəkilən türk filmi. Rejissoru Ertem Əyilməzdir. Film 1977-ci ilin dekabrında nümayiş olundu. Şaban komandiri Hüsaməddini tez-tez yaralayan və orduda hər cür yöndəmsizlik edən əskərdir. Əskərlikdən sonra əskər yoldaşı Ramazanla birlikdə əyləncə məkanında çalğıçılıq edir. Sonrasında Şabanla Ramazan işlədikləri əyləncə məkanında kanto çalan Nigara aşiq olurlar. Bundan xəbər tutan Nigarın məşuqu Kadırqalı Əşrəflə böyük problem yaşayırlar. Amma təsadüfən onun öhdəsindən gəlirlər. Mülki həyatda polis olan Hüsaməddinin və polis təşkilatının aylardır tuta bilmədikləri Kadırqalı Əşrəfi tutduqları üçün Hüsaməddinin qayınatası olan Nazır paşanın gizli polisi olurlar. Sonrasında Nazır paşa onlara bacısının itən almazını tapma işini tapşırır.
Azan
Azan və ya əzan — kişi və qadının gündəlik vacib namazlardan qabaq azan deməsi müstəhəbdir. Digər vacib və müstəhəbb namazlar üçün isə, azan və iqamə şəri qanun deyildir, amma camaatla qılınan Fitr və Qurban bayramı namazlarından əvvəl üç dəfə "Əs-saləh" demək müstəhəbdir. Şiə müsəlmanlar azan oxunarkən "Əşhədu ənnə Muhəmmədən rasulullah!"-dan sonra 2 dəfə "Əşhədu ənnə Əmirəl mömininən Əliyyən vəliyullah" (Şəhadət verirəm ki, Əli Allahın vəlisidir) oxumağı yaxşı hesab edirlər. Kişi və qadın üçün müstəhəbdir ki, gündəlik namazlardan əvvəl azan və iqamə desinlər, amma Fitir və Qurban bayramı namazlarından qabaq müstəhəbdir ki, üç dəfə "əs-səlat", sair vacib namazlarda isə üç dəfə "əs-səlat" rəca niyyəti ilə deyilsin. Müstəhəbdir ki, uşağın dünyaya gəldiyi ilk gündə, yaxud göbəyi düşməzdən əvvəl sağ qulağına azanı, sol qulağına isə iqaməni desinlər. Azan və iqamənin cümlələri arasında çox zaman fasiləsi olmamalıdır. Əgər onların arasında adi qaydadan artıq fasilə düşsə, yenidən demək lazımdır. Əgər azan və iqamədə səs boğaza salınıb qina (yəni, toy məclislərində oxunan avazlar kimi) olsa haram və batildir, amma əgər qina olmasa, məkruhdur. Əvvəlki namazla qılınan (ikinci) namazın azanı saqit olur. İstər o namazı əvvəlki namazla birlikdə qılmaq müstəhəb olsun, istərsə də olmasın.
Bakça (Şaran)
Bakça (başq. Баҡса, rus. Бахча) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Nürəy kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 33 km, kənd sovetliyindən (Nürəy): 3 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 38 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (85 %) üstünlük təşkil edir.
Bazqıya (Şaran)
Bazqıya (başq. Баҙғыя, rus. Базгиево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Bazqıya kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 17 km, ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 20 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (46%) üstünlük təşkil edir.
Bikkol (Şaran)
Bikkol (başq. Биҡҡол), rus. Биккулово) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Akbaris kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 9 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 41 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə Marilər (98%) üstünlük təşkil edir.
Biktış (Şaran)
Biktış (başq. Биктыш), rus. Биктышево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Akbaris kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 12 km, kənd sovetliyindən (Akbaris): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 47 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə marilər (98%) üstünlük təşkil edir.
Borisovka (Şaran)
Borisovka (başq. Борисовка), rus. Борисовка) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 33 km, kənd sovetliyindən (Miçurinsk): 15 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 75 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə Çuvaşlar (98%) üstünlük təşkil edir.
Boxara (Şaran)
Boxara (başq. Бохара, rus. Бухара) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Tübənqe Zəyet kənd şurası nın tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 40 km, kənd sovetliyindən (Tübənqe Zəyet): 10 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 10 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Bulansaz (Şaran)
Bulansaz (başq. Боланһаҙ), rus. Булансаз) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 17 km, kənd sovetliyindən (Miçurinsk): 1 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 59 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (59%) üstünlük təşkil edir.
Bulək (Şaran)
Bulək (başq. Бүләк, rus. Буляково) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Dimitriyevo Polyanka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 10 km, kənd sovetliyindən (Dimitriyevo Polyanka): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 45 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (84%) üstünlük təşkil edir.
Burhık (Şaran)
Burhık (başq. Бурһыҡ, rus. Барсуково) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Durtüylü kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 17 km, kənd sovetliyindən (Durtüylü): 6 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 26 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (784%) üstünlük təşkil edir.
Durmən (Şaran)
Durmən (başq. Дүрмән, rus. Дюрменево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Çalmalı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 11 km, kənd sovetliyindən (Çalmalı): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 30 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (83%) üstünlük təşkil edir.
Durtüylü (Şaran)
Burhık (başq. Durtüylü dinlə, rus. Дюртюли) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Durtüylü kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 22 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 20 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (73%) üstünlük təşkil edir. Aleksey Kondratev — terxniki elmlər namizədi, professor.
Erekle (Şaran)
Erekle (başq. Ерекле), rus. Erekle) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Erekle kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 25 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 30 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (79 %) üstünlük təşkil edir.
Fransuaza Saqan
Fransuaza Saqan' və ya əsl adıyla Fransuaza Kore (21 iyun 1935[…] – 24 sentyabr 2004[…]) — Fransız yazıçısı və ssenaristi. Yazıçı, Franzua Moriak tərəfindən verilən "cazibədar kiçik canavar" adıyla da tanınır. Saqan, burjua obrazları olan güclü romantik əsərləri ilə tanınır. Saqan, Fransanın Kajar vilayətində dünyaya gəlmiş və burada olan Lot əyalətində böyümüşdür. Uşaqlıqdan heyvanlara qarşı xüsusi heyranlığı olmuşdur. Bu müddətdə "Kiki" ləqəbi ilə tanınan Saqan varlı bir ailənin ən kiçik qızı idi. Atası bir şirkətin müdiri, anası isə torpaq sahələri olan bir ailənin qızı idi. Müharibə vaxtı Dofine bölgəsinə köçən ailə bunun ardınca Verkora gedir. Saqan 1953-cü ildə Sorbonnaya qəbul imtahanlarından keçə bilmədi. Daha sonra, bu universitetə qəbul olsa da, universiteti yarımçıq atmışdır.
Karl Saqan
Karl Edvard Saqan (ing. Carl Edward Sagan; 9 noyabr 1934[…], Bruklin, Nyu-York ştatı – 20 dekabr 1996[…], Sietl, Vaşinqton) — amerikalı аstronоm, astrofizik və görkəmli elm təbliğatçısı. Saqan astrobiologiya sahəsində ilk mütəxəssislərdəndir. Onun Yerdənkənar Şüurun Axtarışı (SETI) layihəsinin irəliləməsində böyük xidmətləri olmuşdur. Saqan özünün elmi-populyar kitabı və televiziya mini-serialı olan "Cоsmos"dan sonra məşhurlaşdı. O, həmçinin "Kontakt" romanının və 1997-ci ildə çəkilmiş eyniadlı filmin müəllifidir. Karl Saqan Bruklində yəhudi ailəsində doğulmuşdur. Atası Sem Saqan dərzi, anası Raşi Molli Qruber evdar qadın idi. Saqan 1955-ci ildə Çikaqo Universitetinin məzunu olur. O, 1956-cı ildə fizika sahəsində magistr, 1960-cı ildə isə astronomiya və astrofizika üzrə doktorluq dərəcəsi alır.