Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağörən
Ağörən (Dərəçiçək), Ağverən — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd. Ağörən (Konya) — Konya ilinin bir ilçəsi.
Evoken
Evoken — Amerikadan olan funeral doom metal qrupu. == Haqqında == Qrup gitaraçı Nick Orlando və Rob Robichaud tərəfindən 1992-ci ildə yaradılmışdır. İlk öncə oqrupun adı Funereus adlanırdı. Daha sonra yeni üzvlər daxil oldu. Beləliklə Rob (Bas/Vokallar); Nick (Gitara); Phil (Gitara) & Vince (Baraban)-da ifa etməyə başladı. Daha sonra 1992-ci ildə onlar Funereus adın da ilk demo albomlarını nəşr etdilər. Bu demo-dan sonra qrupda üzv dəyişikliyi və ad dəyişikliyi həyata keçirildi. Və qrup yeni adı ilə yəni Asmodeus olaraq fəaliyyət göstərməyə başladı. Çox keçməmiş 1994-cü ildə onlar funeral doom metal üslubunun yaradıcalarından olan Thergothon qrupunun demo albomu olan Fhtagn nagh Yog-Sothoth (1991) Evoken adlı trekin adını qoyaraq, Evoken olaraq çıxış etməyə başladılar. Daha sonra onlar 1994-cü ildə “Shades of Night Descending” və 1996-cı ildə “Promo 1996” eləcə də 1997-ci ildə “Promo 1997” adlı üç demo albom nəşr etdilər.
Overen
Overn (/oʊˈvɛərnjə, oʊˈvɜːrn/, fransız: [ovɛʁɲ] ( dinlə); oks. Auvèrnhe və ya Auvèrnha) - Fransanın cənub-mərkəz hissəsində yerləşən keçmiş inzibati regionu. 1 yanvar 2016-cı il tarixindən region yeni Overn - Rona - Alplar regionunun bir hissəsinə çevrilib. "Информационный сайт Регионального совета Оверни" (fransız). Conseil régional Auvergne. 2012-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-20. "Добро пожаловать в Овернь" (rus). Официальный сайт туризма Франции. 2012-08-20 tarixində arxivləşdirilib.
Suveren
Suverenlik, suverenitet (fr. souveraineté — ali hakimiyyət) – ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir.
Sövran
Sövran (ərəb. صوران‎; türk. Savran) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.988 nəfərdir. Əhalini türkmanlar təşkil edir.
Zvolen
Zvolen (slovak. Zvolen, alm. Altsohl‎, mac. Zólyom) — Slovakiyanın mərkəzində şəhər. Qron və Slatina çaylarının qovuşduğu yerdə, Yavorye dağının yamaclarında yerləşir. Slovaklar: 95,87 % Çexlər: 1,20 % Qaraçılar: 0,94 % Macarlar: 0,50 % Ukraynalılar: 0,05 % Almanlar: 0,03 % Roman-katolisizm: 52,46 % Konfessiyasızlar: 26,43 % Yevangelizm: 15,04 % Yunan-katolisizm: 0,46 % Pravoslavlıq: 0,14 % Balint Balassi (* 1554), Şair Karol Betsk (* 1982), Tennis oyunçusu Yozef Ciger-Hronski (* 1896), Yazıçı Milan Lasitsa (* 1940), Yumorist Yan Laşak (* 1978), qapıçı (Hokkey) Vladimir Meçiar (* 1942), Politik Anna Petrusova (* 1984), Futbolçu Filip Polaşek (* 1985), Tennis oyunçusu Yana Roziakova (* 1986), Futbolçu Pustı Qrad Zvolen qəsri Müq.
Şverin
Şverin (alm. Schwerin‎) — Almaniyada şəhər, Meklenburq-Ön Pomeraniya əyalətinin paytaxtı. 95,740 nəfər əhalisi ilə Şverin Almaniyada əyalət mərkəzi şəhərləri arasında ən az əhaliyə malik şəhər, həmçinin Meklenburq-Ön Pomeraniya əyalətində Rostokdan sonra ikinci ən böyük şəhərdir. Vaasa, Finlandiya Recco nel Emiliya, İtaliya Vuppertal, Almaniya Tallinn, Estoniya Pila, Polşa Odense, Danimarka Miluoki, Fransa Oliver Ridel — Rammstein adlı alman musiqi qrupunun bas gitaristi. VikiSəyahətdə Şverin haqqında səyahət məlumatları var.
Şüvərən
Şüvərən (lat. Sisymbrium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda yabanı halda 8 növü yayılmışdır. Bir ikiillik ot bitkiləridir. Lələkvari yarılmış yarpaqları var. Sarı rəngli çiçəkləri salxımvari çiçəkqruplarına yerləşir. Meyvəsi uzun – silindr formada buynuzmeyvədən ibarətdir. Toxumları uzunsovdur. Şüvərənin növləri bir-birindən əsasən çiçəklərinin quruluşuna görə fərqlənir. Tibbdə aşağıda göstərilən 3 növündən istifadə olunur: dərman şüvərəni – Sisymbrium officinale, qınabənzər şüvərən – Sisymbrium rucinatum lezeliya şüvərəni – Sisymbrium loeselii.
Evren
Moren
Moren (fr. moraine) – buzlağın gətirdiyi və çökdürdüyü süxur qırıntısı. Morenlər aysberq vasitəsilə yayılan, əsasən qırıntı materialından ibarət dəniz və okean tipli terrigen çökmələrdir. Biogen material qarışığı adətən diatomeya zirehləri, süngər iynələri, foraminifer qabıqları və b. ibarət olur. Qranulometrik tərkibi lillərdən qaymalara qədər müxtəlifdir. Müxtəlif petroqrafik tərkibli zəif çeşidlənmiş kobud qırıntı materialları ilə səciyyələnir. Sahildən bir neçə yüz (hətta min) kilometrlərlə aralı, müxtəlif dərinliklərdə əmələ gəlir. Müasir aysberq moreni çökmələri Antarktidada, eləcə də Şimal yarımkürəsində geniş yayılmışdır. Morenlər iki qrupa bölünür: Hərəkətdə olan morenlər Çökmüş morenlər Dağ buzlaqlarında hərəkətdə olan morenlər üst, daxili və dib morenlərnə bölünür.
Süren
Süren (fr. Suresnes) — Parisin qərb sərhəddində O-dö-Sen departamentində kommuna. Əhalisi 48 565 nəfərdir (2015-ci il üçün).
Vorep
Vorep (fr. Voreppe) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38565. Kommunanın 2007-ci il üçün əhalisi 9 655 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 185 ilə 1 702 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 15 km şimal-qərbdə yerləşir.
Vorey
Vorey (fr. Vaureilles, oks. Vaurelhas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12290. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 115 km şimal-şərqdə, Rodezdən isə 32 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 499 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 280 nəfər (15-64 yaş arasında) 199 nəfər iqtisadi cəhətdən, 81 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,1%, 1999-cu ildə bu 72.4%).
Şonen
Şonen (少年, şö:nen, hərfi "oğlan") — 12-18 yaş arası oğlanlar üçün nəzərdə tutulan anime və manqa. Bu tip manqa bazarın 38,4 % təşkil edən xüsusi jurnallarda dərc olunur. Daha yaşlı oğlanlar və kişilər üçün xüsusi seynen metajanrı olmasına baxmayaraq şonen anime və manqası onların üçün də maraqlı gəlir. Onların bu tip manqanı alıb oxumağa imkan və vaxtları olduğundan şonen manqanı çap edən jurnallar Yaponiyada ən uğurlulardan sayılır.
Şoran
Şoranlıq (rus. солончаки, ing. solonchaks) — şoran torpaq tipi, üst qatında 1-3 dən 10-15%-ə qədər asan həll olan duz olur. Çöl, yarımsəhra və səhra zonalarında yayılmışdır. Şoranlaşma əsasən səthdən suyun buxarlanması nəticəsində baş verir. Torpaq pro­fili zəif təbəqələnmiş olur; az məh­suldardır. Təbii bitki örtüyü halofit­lərdən (dəvəayağı, şorangə, sirkən, yulğun, acərək və s.) ibarət olur və ya heç olmur. Yuyulduqdan və qrunt sula­rının səviyyəsi aşağı salındıqdan sonra əkinçilik üçün yararlıdır. Mərkəzi Afrika, Asiya, Avstraliya, Şimali Amerika, Qazaxıstan, Orta Asiya, Azərbaycan (Kür-Araz ovalığı, Xəzəryanı ovalıq), Krım, Aşağı Volqaboyu, dənizqırağı Dağıstanda yayğındır. Zəminin profili aşağıdakı morfoloji quruluşa malikdir: A. humus üfüqu, humustoplanması sezilməyəndən seçilənə qədər çox tərəddüd edir, boz, açıq-boz, bəzən üst örtükdən boz aralıq üfüq kimi, sıx köklərlə dolu çim qalıqları seçilir, üfüqün üst qatında ağ-appaq, yaxud bozumtul-ağ qabıq və ya şiş kimi bol duz təbəqəsi formasında olur; B (Bg) — humus üfüqu yaxud üst duz üfüqu altında, bəzən B üfüquna keçən, yekcins təbəqə və ya təbəqələr dizisi seçilir; G —müxtəlif dərəcəli təzahüratlı gley üfüqu.
Noren
Noren (暖簾) – otaqda və ya girişdə asılan ənənəvi yapon pərdəsi. Müxtəlif ölçüləri və formaları mövcuddur. Norenlər ilk dəfə Heyan dövründə istifadə olunmağa başlanmışdır. Belə ki, noren qışda istiliyi saxlamaq, yayda isə evi sərinləşdirmək üçün istifadə olunan alət idi. Muromaçi dövründən etibarən iş yerlərinin giriş hissəsini toz, topraq, pis qoxu və tüstüdən qorumaq üçün noren asılmağa başlanmışdır. Edo dövründə müştərilər restorandan çıxarkən əllərini norenə sürtüb təmizləyirdilər. Noren nə qədər çirkli idisə, restoran bir o qədər yaxşı və bol müştərisi olan restoran hesab olunurdu. Noren üzərindəki simvollarla birlikdə dükkan sahibi üçün reputasiya simvoluna çevrilmişdir. Dükkan işçisi öz dükkanını açarkən çalışırdı ki, keşmiş iş yerinin mötəbərə norenindən istifadə etsin. Dükkan sahibinin bu icazəni verməsi həm işçi üçün fəxr hesab olunurdu, həm də işçi ilə dükkan sahibi arasındakı əlaqəni təmsil edirdi.
Sorex
Qonurdiş (lat. Sorex) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinə aid heyvan cinsi.
Şopen
Frederik Şopen (pol. Fryderyk Franciszek Chopin; 1 mart 1810 – 17 oktyabr 1849[…], Paris, İkinci Fransa Respublikası) — dünya şöhrətli polyak bəstəkarı, klassik musiqi bəstəkarı, fortepiano üçün çoxsaylı qiymətli əsərlərin müəllifi, pianoçu. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Frederik Şopen 1810-cu il martın 1-də Varşava yaxınlığında dünyaya gəlib. Frederikin atası Nikolas Şopen (1771–1844) 16 yaşında 1787-ci ildə Polşaya mühacirət edən Lotareniyadan olan bir Fransız idi. Anası Jastina Krzyzanovska (1782–1861) isə polyak idi. Frederikin Ludvika, İzabella və Emiliya adında bacıları da var idi. Musiqiçi ailəsində dünyaya gələn Şopeni uşaqlığından musiqi öz əhatəsinə alır və artıq 5 yaşında o, sadə əsərləri pianoda ifa etməyə başlayır. Tezliklə onun müəllimi tanınmış musiqiçi V. Jivniy olur və o, öz şagirdinə klassiklərin əsərlərini öyrətməyə başlayır. Şopen böyük uğurla Ali Musiqi məktəbini qurtarır.
Sorun
Problem (q.yun. προβλήμα) — öyrənilməsini və həllini tələb edən mürəkkəb və praktiki situasiya; hansısa vəziyyətin, obyektin, qeyri-müəyyənliyin mürəkkəbliyinin nəzəri isahını gözləyən hal. Həllində əsas məsələ onun düzgün izah edilməsidir. Düzgün izah edilməyən problem onun istinad nöqtəsindən uzaqlaşmasına səbəb olur. Problem məsələdən onunla fərqlənir ki, onun həll üçün öz resursları yoxdur və kənardan dəstəyə ehtiyacı vardır. Qarşılıqlı problemlərin məcmusu problematika adlanır. ekologiya, sağlamlıq, qida, energetika, nəqliyyat problemləri; demoqrafik problemlər; təbiətin talan edilməsi; planetə qarşı diqqətsizlik; cinayətkarlıq; regionların qeyri-bərabər inkişafı; əmək bazarındakı problemlər; ailə institunun problemləri; yeni texnologiyaların tətbiqinin problemləri; proqnazlaşdırıla bilinmir (təbii fəlakətlər, insan faktoru); poqnozlaşdırılır.
Elizabet Vorren
Elizabet Enn Uorren (ing. Elizabeth Ann Warren, qızlıqda Herrinq ing. Herring; 22 iyun 1949, Oklahoma Siti) — ABŞ akademik və siyasətçi. Hazırda ABŞ Senatında Massaçusets ştatını təmsil edən Senatordur. Əvvəl isə o, Texas Universitetinin Hüquq Məktəbi, Pensilvaniya Universitetinin Hüquq Məktəbi və ən son Harvard Hüquq Məktəbində hüquq professoru olmuş. Uorren Demokrat Partiyasının aparıcı siyasətçi sayılır və Amerikan proqressivlərin arasında məşhurdur. == Həyatı == === Siyasi meyilləri === Uorren uzun illər ərzində səsini Respublikaçılara verirdi: Respublikaçı ona görə olmuşam ki, fikirləşirdim ki, onlar bazarı dəstək etmək üçün ən yaxşı adam idilər. Öz sözlərinə görə, o bunu artıq doğru olmadığını sayıb, 1995-ci ildən bəri Demokratlara səs verməyə başladı. O həmçinin qeyd etmişdi ki, hər iki partiyaya, onların heç biri aparıcı olmağa istəmədiyinə görə səs verirdi. === Karyerası === ==== Akademik ==== Gec 1970-ci, 1980-ci və 1990-cı illərdə Uorren bir sıra universitetlərində hüquq öyrədirdi və eyni zamanda, müflisləşmə ilə şəxsi maliyyə kimi məsələləri araşdırırdı.
Kadokawa Shoten
Kadokawa Shoten (角川書店), keçmiş Kadokawa Shoten Co., Ltd. (株式会社角川書店, Kabushiki gaisha Kadokawa Shoten) — Yaponiya nəşriyyatı və Kadokawa Corporation şirkətinin brend şirkəti. 1 oktyabr 2013-cü ildən Kadokawa Corporation şirkətinin bir hissəsidir. Kadokawa manqa və jurnallar nəşr edir (məsələn, "Newtype" jurnalı). Kadokawa Shoten şirkəti böyümüş və videooyun ilə film sektoruna da daxil olmuşdur (Kadokawa Pictures kimi). == Tarix == Qenyoşi Kadokava şirkətinin əsası Qenyoşi Kadokava tərəfindən 10 noyabr 1945-ci ildə qoyulmuşdur. Nəşriyyatın ilk nəşriyyat imprinti Kadokawa Bunko 1949-cu ildə nəşr olunmuşdur. 2 aprel 1954-cü ildə şirkət xalqa açılmışdır. 1975-ci ildə Qenyoşi Kadokavanın ölümündən sonra şirkətin başına Haruki Kadokava keçmişdir. 1 aprel 2003-cü ildə Kadokawa Shoten adı Kadokawa Holdings adı ilə əvəz olunmuşdur və mövcud olan nəşrlər Kadokawa Shoten-ə transfer olunmuşdur.
Robin Vorren
Robin Uorren (ing. John Robin Warren; 11 iyun 1937[…], Adelaida) — Avstraliya alimi, 2005-ci ildə həmyerlisi Berri Marşalla birgə Helicobacter pylori bakteriyasının mədə və onikibarmaq bağırsaq xora xəstəliyində rolunun aşkarlanmasına görə Nobel mükafatına layiq görülüb.
Rəvəndvari şüvərən
Rəvəndvari şüvərən (lat. Sisymbrium runcinatum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü.
Sen-Sornen
Sen-Sornen (fr. Saint-Sornin) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Monte kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03260. 2008-ci ildə əhalinin sayı 220 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 137 nəfər arasında (15-64 yaş) 101 nəfər iqtisadi cəhətdən fəal, 36 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 73.7%, 1999-cu ildə bu 69.4%). Fəal olan 101 nəfərdən 89 nəfər (53 kişi və 36 qadın) işləyir, 12 nəfər işsizdir (5 kişi və 7 qadın). 36 hərəkətsiz 11 nəfər arasında şagird və ya şagird, 13 nəfər təqaüdçü, 12 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sloven dili
Sloven dili (slovenščina) - slavyan dillərinə aid olan dildir. Dünya miqyasında analoqu olmayan ən zəngin dildir; Slovyan dilinin 800.000 hissədən ibarət qrmmatikası və hər hıssənin də 970.000 dilçilik qaydası vardır.