Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Say Say Say
Say Say Say — Maykl Cekson və Pol Makkartninin birgə ifa etdiyi mahnı. Elə ifaçı cütlük tərəfindən yazılan mahnının prodüserliyini Makkartninin 1983-cü ildə çıxardığı Pipes of Peace albomunun da prodüseri olan George Martin edib. Mahnı cütlüyün Maykl Ceksonun 1982-ci ildə çıxardığı Thriller albomuna daxil olan "The Girl Is Mine" mahnısından sonra ikinci duetidir. 1983-cü ilin oktyabrında mahnı satışa çıxarılandan sonra "Say Say Say" Ceksonun bir ildə top onluğa daxil olmuş yeddinci mahnısı oldu. Mahnı ABŞ-də birinci, Böyük Britaniyada isə ikinci yerə qədər yüksələ bildi. Mahnı həmçinin Norveç, İsveç, Avstriya, Avstraliya, Yeni Zellandiya, Niderland və İsveçrədə də hit paradların zirvələrini fəth etdi. ABŞ-də Recording Industry Association of America tərəfindən pltinium sertifikatı verilən mahnıya klip də çəkilib. Klipin rejissoru Bob Giraldidir.
Sey Muroya
Sey Muroya (5 aprel 1994, Osaka prefekturası) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 9 oyun keçirib.
Sey qanunu
Sey qanunu yaxud bazarlar qanunu — Jan Batist Sey tərəfindən irəli sürülmüş iqtisadi qanundur. Daxili və xarici ticarətdə "məhsullar məhsullar üçün ödənilir" deyimi bazarlar qanununun mahiyyətidir və burada ticarət mahiyyətcə barter mübadiləsindən ibarətdir. Əmtəələr bilavasitə insanların tələbatını ödəmək üçün istehsal olunur, bu mübadilədə pul passiv, vasitəçi rolunu oynayır, o, yalnız tədavül vasitəsidir. Bu qanuna görə, cəmiyyət tərəfindən iqtisadi liberalizmin bütün prinsiplərinə nail olunduqda və riayət edildikdə, istehsal uyğun istehlak doğuracaq, yəni əmtəə və xidmətlərin istehsalı hökmən bu əmtəə və xidmətlərin sərbəst reallaşdırılan gəlirlərini doğuracaq. Seyin qanununa görə, qiymətin səviyyəsindən asılı olmayaraq iqtisadiyyatda həmişə məcmu tələb məcmu təklifə bərabərdir. Bunun isə əsas şərti pula tələbin olmamasıdır.
Sey Şonaqon
Sey Şonaqon (清少納言, ehtimal ki, 966, Heyan-kyo[d] – ehtimal ki, 1025, Kioto) – Heyan dövründə yaşamış yapon yazıçı, şairə və saray dayəsi. "Yastıq kitabı" adlı əsərinə görə məşhurdur. Bu əsər Yaponiya ədəbiyyatı tarixində zuihitsu janrının ilk nümunəsi hesab olunur. Zuihutsu janrı qısa epizodlar, aforizmlər və şəxsi təsəvvürlərin qarışıq kolleksiyasından ibarət janrdır. Yaponiyada ilk romanın müəllifi olan Murasaki Şikibu ilə eyni dövrdə yaşamış, hətta Murasaki gündəliyində onun adını çəkmişdir. Sey Şonaqonun ilk illəri və sonrakı həyatı ilə bağlı məlumatlar çox azdır. Atası alim və şair Motosuke idi. Şonaqon həmin dövrün bir çox qadınından fərqli olaraq Çin klassiklərini öyrənmişdir. Kioto şəhərində yerləşən imperatorluq sarayında yaşamışdır. Bir çox şeir yazmış, şeirləri bir əsərdə toplanmışdır.
Tomas Sey
Toni Şey
Toni Şey (ing. Tony Hsieh; d. 12 dekabr 1973) — Amerikalı milyarder. "Zappos" korporasiyasının banisi. Toni Şey banisi olduğu "Zappos" korporasiyasını 1,2 milyard dollara "Amazon.com"a satmışdır. Toni Şey hazırda ABŞ-nin Las-Veqas şəhərindəki "Airstream Village" treylerlər parkında "Llamapolis" adlı avtokaravanda yaşayır. O, 2014-cü ildə Nyu-Yorkdakı elitar çoxmərtəbəli yaşayış kompleksinin 23-cü mərtəbəsindəki lüks mənzilini tərk etmiş və həmin vaxtdan bəri treylerdə yaşamağa başlamışdır. Milyarder 2013-cü ildə buraxılmış treyleri cəmisi 48 min dollara alıb. Toni Şey treylerində "Marli" adlı alpakası ilə birlikdə yaşayır. Treylerdə iki televizor, internet də var.
Özündə şey
Özündə şey (alm. Ding an sich‎; ing. thing-in-itself) — hissiyyatla qəbul edilən hadisələrdən fərqli olan, qavrayışımızdan asılı olmayan obyektləri ifadə edən fəlsəfi termin. Qədim dövrlərdən filosoflar, xüsusilə Platon tərəfindən noumen adlandırılan başa düşülən hadisələr fərqləndirilmişdir. Ətraf aləmin hadisələrinin qavranılması ilə bu hadisələrin mahiyyəti arasındakı əlaqə məsələsinin kəskinləşməsi klassik fəlsəfə dövründə (18-19-cu əsrlərin sonlarında) alman filosofu İmmanuel Kant tərəfindən inkişaf etdirilmişdi.
Şey (fəlsəfə)
Şey — maddi aləmin nisbi müstəqil mövcudluğa malik hissəsi. Bir Şey o biri Şeydən özünün keyfiyyət müəyyənliyi ilə fərqlənir. Şeylərin öz aralarındakı eyniyyət və fərq problemi, həmçinin Şeylərin obyekt və predimetdən fərqli problemi mühüm qnoseoloji və xüsusi-elmi problemdir.
Şey Boddinqton
Say
Say bir rəqəmi ifadə edən simvol ya da rəqəmlər yaxud simvollar qrupudur. Bu mənalara gələ bilər: Say sistemləri Say (qrammatika) Say — rəqəm.
Soy
Soylar — nəsillər, familiyalar. Sosial həyatın ən mühüm anlayışlarından biri. O, sinfi cəmiyyətə qədərki dövrün əsas ictimai-iqtisadi hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə "gens" anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat terminlərindən də istifadə olunur. Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında "klan" termini ata nəsli termini ilə sinonim sayılır. Məsələn, Şotlandiyada ata nəsli quruluşu klan quruluşu kimi xarakterizə olunur. Nəsli ağsaqqallar idarə edirdilər.
Hər şey axır, hər şey dəyişir
"Hər şey axır, hər şey dəyişir" və ya "Hər şey axır və heç bir şey yerində qalmır" ( греч. "πάντα ρεῖ καὶ οὐδὲν μένει" ) — antik frazeologizm . Onun hərfi mənası “hər şey hərəkətdədir” deməkdir. Bu ifadənin qədim yunan filosofu Efesli Heraklitin (e.ə. 554-483) sözləri olduğu güman edilir. İfadə filosof Platonun dialoqlarından birində qorunub saxlanılmış və başqa bir frazeologizmin əsas mənbəyinə çevrilmişdir - "eyni çaya iki dəfə girə bilməzsən" ( yun. "δὶς ἐς τὸν αὐτὸν ποταμὸν οὐκ ἂν ἐμβαίης" ); Bu aforizm insanın və cəmiyyətin həyatında baş verən dəyişikliklərin daimi və qaçılmaz olduğu haqqında işlənir .
Jan Batist Sey
Jan Batist Sey (fr. Jean-Baptiste Say; 5 yanvar 1767[…], Lion – 14 noyabr 1832) — fransız iqtisadçısı == Həyatı == Jan Batist Sey 1767-ci ildə Lion şəhərində tacir ailəsində anadan olmuşdur. O, yaxşı kommersiya təhsili almış, iqtisadi biiklərini müstəqil surətdə artırmağa olduqca böyük səy göstərmiş, akademik seçilmiş, Paris Universitetinin və Fransanın digər tədris ocaqlarının siyasi iqtisad professoru olmuşdur. Sey özünü Adam Smitin etibarlı şagirdi, onun baxışlarının yalnız sistemləşdiricisi, sadələşdiricisi və geniş formada yayıcısı adlandırmasına baxmayaraq o, faktiki olaraq öz nəzəzriyyələrini yaratmışdır. Sey amillər nəzəriyyəsini Smitin "dəyərin gəlirdən ibarət olması" fikrindən yaratmışdır. Sey proteksionizmin əleyhinə olmuş və onun "bazarlar" qanunu merkantilizmin fiziokratik tənqidinin tərkib hissəsidir.
Hər şey yeyənlər
Hər şey yeyənlər (lat.
Eyvazlılar (soy)
Fazıl Say
Fazıl Say (türk: [faːˈzɯɫ saj], 14 yanvar 1970, Ankara) — Türk klassik musiqi pianoçusu və bəstəkarı. == Həyatı == === Uşaqlıq və təhsil === 1970-ci il yanvarın 14-də Ankarada anadan olub. Atası yazıçı, ədəbiyyatşünas və musiqişünas Əhməd Say, anası isə əczaçı Gürgün Saydır. Eyni adı daşıdığı babası Fazıl Say, Roza Lüksemburqun Spartakusbund müqavimət komandasında idi. Onun 4 yaşı olanda atası ilə anası boşanıb. Dodaq və damaq yarığı ilə doğulan Say, körpəlik dönəmində əməliyyata alındı və dodaq yarığı tikildi. Həkiminin nəfəs alətində ifa etmək üzrə tövsiyəsi ilə melodika çalmağa başladı. Dörd yaşında fortepiano çalmağa başlayan Say, Ankara Dövlət Konservatoriyasının İstedadlı Uşaqlar üçün Xüsusi Statusda təhsil alıb və 1987-ci ildə konservatoriyanın fortepiano və bəstəkarlıq bölmələrini bitirib. Almaniya təqaüdü ilə Düsseldorf Musiqi Məktəbində təhsilini davam etdirib. 1991-ci ildə konsert solisti diplomu alıb və 1992-ci ildə Berlin Dizayn İncəsənət və Musiqi Akademiyasında fortepiano və kamera musiqisi müəllimi vəzifəsinə təyin edilib.
Hidayət (soy)
Hidayətlər — İranın tanınmış soylarından biri. == Soyun yaranması == Bu soy Mazandaran vilayətində yaranıb. Soyun ilk patronu Məhəmmədismayıl bəy Mazandarani (?-1779) Sari şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Məhəmməd Kamal kimi tanınırdı. Məhəmmədhəsən xan Qovanlı-Qacarın yanında baş aşpaz kimi çalışmışdı. Kərim xan Zəndə qarşı qacarlar tərəfindən vuruşmuşdu. Zəki xan Zəndin döyüşçüləri tərəfindən öldürülmüşdü. Məhəmməd İsmayıl bəyin Məhəmmədhadi xan (?-1803) adlı oğlu vardı.
Red Sky
Say (coğrafiya)
Say — Dəniz, çay, göl daxilində mövcud olan və gəmiçiliyiə maneə törədən dayaz yer. Bu dayazlıqlar əsasən qum və ya çınqılın bir yerə toplanması nəticəsində yaranır. Vulkanik məşəlli ola bilir. Üstəlik insan və heyvanların fəzaliyyəti nəticəsində yarana bilər. Okeanların materik sahili ərazilərinə yaxın ərazilərdə formalaşan bu tip saylar şelf adlanır. Saylar su altında əbədiyyən görünməz halda qala bildiyi kimi bəziləri çəkilmə zamanı suyun üzünə çıxır. Bu zaman onlar ada, dil formasında təzahür edir. Çay yatağında əmələ gələn sayları hətta piyada belə keçmək olar.
Say Tvombli
Say Tvombli (ing. Edwin Parker "Cy" Twombly, Jr.); 25 aprel 1928 - 5 iyul 2011)—ABŞ rəssamı, heykəltəraşı. Say Tvombli 1928- ci il aprel ayının 25-də ABŞ-nin Virciniya ştatında anadan olmuşdu. 1947 -1949-cu illərdə Bostonda oxumuşdu.Frans Klaynın şagirdlərindəndir. Amerika abstraktsionisti Say Tvombli özünəməxsus üsluba malikdir. Onun 1970-ci ildə çəkdiyi əsər 69.6 milyon dollara satılıb. Say Tvombli 2011-ci ilin 5 iyul tarixində Romada vəfat etmişdir. Gagosian Gallery Работы в музеях мира ArtNet ArtFacts Cy Twombly: Comprehensive collection of more than 150 images of artist’s works with biography, articles and exhibition information.
Say Yay!
Say Yay! (azərb. Ura de!‎) — İspaniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Barei "Say Yay!" mahnısı ilə İspaniyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda Ruben Viyanueva və Viktor Pua Vivo tərəfindən bəstələnmişdir.
Say saymaq
Say saymaq – Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramı günlərində eləcə də digər günlərdə uşaqların oynadıqları oyunlardan biridir. Uşaqlar oyuna başçı seçirlər. Başçı uşaqlarıcərgəyə düzür, müəyyən say rəqəmi seçir. Əsasən 15, 25, 35, 45, 55, 65, 75, 85, 95 rəqəmlərin götürürlər. Uşaqlardan bir-bir bu rəqəmləri tez-tez söyləmək tələb edilir. Çaşana hamı bir yerdə: - deyir, onu utandırırlar.
Say sistemi
Mövqeli say sistemi – bu sistemi bizim eradan əvvəl təxminən 40 əsr əvvəl qədim Babilistanda mövqeyə görə nömrələmə əsasında yaranmışdır. Yəni eyni bir rəqəmin tutduğu yerdən asılı olaraq həmin rəqəm müxtəlif ədədləri ifadə edir. Bizim onluq say sistemində nömrələmədə mövqeyə görə nömrələməlidir. Məsələn, 32 ədədində 3 rəqəmi otuzu, yəni 3x10-u ifadə etdiyi halda, 325 ədədində həmin rəqəm 3 yüzü, yəni 3x10x10-u ifadə edir. Onluq say sistemində 10 ədədinin oynadığı rolu Babilistanda mövqeyə görə nömrələmədə 60 ədədi oynayırdı; ona görə də bu nömrələməni 60-lıq nömrələmə adlandırırdılar. Altmışlıq nömrələmədən müasir dövrdə vaxt hesablamalarında istifadə olunur. Məsələn, 60 saat, 60 dəqiqə və s. Mövqeyə görə say sisteminin təkmilləşdirilmiş sonrakı inkişafı hindlilərə məxsusdur. Bu sistem onlarda təxminən 150 il əvvəl meydana gəlmişdir. Buradan birinci dəfə ərəblər istifadə etmiş və onlardan da Avropaya keçmişdir.
Say sistemləri
Mövqeli say sistemi – bu sistemi bizim eradan əvvəl təxminən 40 əsr əvvəl qədim Babilistanda mövqeyə görə nömrələmə əsasında yaranmışdır. Yəni eyni bir rəqəmin tutduğu yerdən asılı olaraq həmin rəqəm müxtəlif ədədləri ifadə edir. Bizim onluq say sistemində nömrələmədə mövqeyə görə nömrələməlidir. Məsələn, 32 ədədində 3 rəqəmi otuzu, yəni 3x10-u ifadə etdiyi halda, 325 ədədində həmin rəqəm 3 yüzü, yəni 3x10x10-u ifadə edir. Onluq say sistemində 10 ədədinin oynadığı rolu Babilistanda mövqeyə görə nömrələmədə 60 ədədi oynayırdı; ona görə də bu nömrələməni 60-lıq nömrələmə adlandırırdılar. Altmışlıq nömrələmədən müasir dövrdə vaxt hesablamalarında istifadə olunur. Məsələn, 60 saat, 60 dəqiqə və s. Mövqeyə görə say sisteminin təkmilləşdirilmiş sonrakı inkişafı hindlilərə məxsusdur. Bu sistem onlarda təxminən 150 il əvvəl meydana gəlmişdir. Buradan birinci dəfə ərəblər istifadə etmiş və onlardan da Avropaya keçmişdir.
Sen-Şef
Sen-Şef (fr. Saint-Chef) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-Nor kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38374. Kommunanın 1999-cu il üçün əhalisi 2892 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 440 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir.
Spişskа Nоvа Vеs
Spişskа Nоvа Vеs (slovak. Spišská Nová Ves, alm. Zipser Neudorf‎, mac. Igló) — Slovakiyanın şərqində şəhər. Koşitse bölgəsində yerləşir. Əhalisi 39 min nəfərdir. 1989-cu ildən şəhər icra başçıları: 1989 – 1990 – Ján Borovský 1990 – 1994 – Rastislav Jacák 1994 – 2002 – Karol Mitrík 2002 – 2006 – Anna Fedorová 2006 – 2014 – Ján Volný, PhD. Almaniya Alsfeld (alm. Alsfeld‎) Çexiya Havliçkuv-Brod (çex. Havlíčkův Brod) Polşa Groets (pol. Grójec) Fransa Eql (fr.
Pa-dе-Kale (departament)
Pa-dе-Kale (fr. Pas-de-Calais) — Fransanın şimal-qərbində yerləşən, O-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 62. İnzibati mərkəzi — Arras. Əhalisi - 1.472.589 nəfər (departamentlər arasında 7-ci yer, 2014-cü ilin məlumatları). Nor departamenti O-de-Frans regiounun bir hissəsidir, Nor və Somma departamentləri ilə sərhəddir. Şimaldan Şimal dənizinin suları, qərbdən Pa-de-Kale boğazı tərəfindən yuyulur. Ərazisi — 6671 km². Departamentin əsas şəhərləri Kale, Bulon-sür-Mer, Arras, Lans, Lyeven və Sent-Omer. Birinci Dünya müharibəsi dövründə Pa-dе-Kale də çox qanlı döyüşlər olmuşdur.