SƏY

is. [ ər. ]
1. Çalışma, çalışıb-çapalama, cəhd. Səyi bir nəticə vermədi.
– Öhdəmizə götürdüyümüz vəzifəni əda etməkdə bacarığımızı və səyimizi əsirgəməyəcəyiz… C.Məmmədquluzadə.

□ Səy etmək (eləmək) – bir işi yerinə yetirmək və ya bir şeyi əldə etmək üçün var gücü ilə çalışmaq, cəhd etmək, çalışıb-çapalamaq, əlləşmək.
Aslan nə qədər səy eləyirdi ki, Əsgərin hüsn-rəğbətini qazansın, mümkün olmurdu. C.Cabbarlı.
Eşikdə olanlar özlərini evə salmağa səy edirlər. Mir Cəlal.

Səy göstərmək – çalışmaq, əlləşmək, cidd-cəhd etmək.
Sosialistlərə yaxınlaşanda Kərim “səy” göstərdi, gözə girməyə, qabaq cərgəyə çıxmağa cəhd etdi. M.İbrahimov.

2. Səylə şəklində zərf – səy göstərərək, çox çalışaraq, bacardığı qədər cəhd edərək, var gücü ilə.
Ağdöşlüklü qadınlar müştərilərə səylə qulluq eləyirdilər. M.Hüseyn.
Rüstəm kişinin başına [Yarməmməd] xüsusi bir səylə fırlanırdı. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏY SƏY (müxtəlifmənalarda: canyandırma, çalışma və s.) Lakin səyləri boşa çıxdı – uzun gedib-gəlmələr heç bir əməli nəticə vermədi (Çəmənzəminli); CANFƏŞ
  • SƏY cəhd — çalışma
SƏVİYYƏ
SƏYAHƏT
OBASTAN VİKİ
"Azərbaycan"da dəniz səyahəti (film, 1976)
"Azərbaycan"da dəniz səyahəti — qısametrajlı sənədli film. Rejissor Cəmil Fərəcov tərəfindən 1976-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Mənzərə filmində Qara Dəniz gəmiçiliyinə məxsus rahat "Azərbaycan" teploxodunda xarici turistlərin əyləncəli dəniz səyahətinə çıxmalarından, İspaniyada, Kanar adalarında, Seneqalda, Mərakeş və s. ölkələrdə olmalarından danışılır. == Məzmun == Mənzərə filmində Qara Dəniz gəmiçiliyinə məxsus rahat "Azərbaycan" teploxodunda xarici turistlərin əyləncəli dəniz səyahətinə çıxmalarından, İspaniyada, Kanar adalarında, Seneqalda, Mərakeş və s. ölkələrdə olmalarından danışılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Cəmil Fərəcov Rejissor: Cəmil Fərəcov Operator: Fikrət Əsgərov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Adam Laksmanın Yaponiya səyahəti
Rusiyanın Yaponiyaya ilk ekspedisiyası — 1792-1793-cü illərdə leytenant Adam Laksmanın başçılıq etdiyi heyət tərəfindən həyata keçirilmiş ekspedisiya. Təbiətşünas Erik Laksman tərəfindən təşkil olunan və İmperatriça II Yekaterina tərəfindən göndərilən Yaponiya ekspedisiyasının məqsədi qəzaya uğramış yapon dənizçiləri Yaponiyaya qaytarmaq kimi göstərilmişdi. Lakin əsl məqsəd Yaponiya haqqında informasiya toplamaq və ticarət əlaqələri qurmağın mümkünlüyünü yoxlamaq idi. "Ekaterina" gəmisinin heyətindən ibarət olan ekspedisiya səyahət boyunca Nemuro, Hakodate və Matsumae şəhərlərində olmuşdur. Ekspedisiyada Laksmanla yanaşı, naviqator Vasili Lovtsov, Oxot komendantının oğlu Vasili Kox, tərçüməçi Yeqor Tuqolukov, serjant İvan Trapeznikov, tacirlər Vlas Babikov və İvan Polnomoşnyi kimi şəxslər iştirak etmişdir. Yaponiya hökuməti ruslara qarşı qonaqpərvərliklə davransa da, diplomatik əlaqələr qurmaqdan və ticarət etməkdən imtina etmişdirlər. Laksman Naqasaki limanına daxil olmaq üçün icazə sənədi alsa da, bu sənəddən istifadə etmədən Yaponiyaya qayıtmış və ekspedisiya öz məqsədinə çatmamışdır. Nikolay Rezanovun Naqasaki limanına daxil olmaq üçün cəhd göstərdiyi 1804-cü ilə qədər başqa bir rus ekspedisiyası baş tutmamışdır. == Marşrutu == === Nemuro === Həmin dövrdə Yaponiyanın izolyasiya şəraitində olmasına baxmayaraq, Adam Laksman və başçılıq etdiyi "Ekaterina" gəmisinin heyəti 9 oktyabr 1792-ci ildə Hokkaydonun Nemuro limanında qonaqpərvərliklə qarşılanmış, qışı burada keçirmişdirlər. Rusların gəlişi Nemuro, Matsumae və Edodakı rəsmilər arasında qızğın müzakirələrə səbəb olsa da, onları təəccübləndirməmişdi.
Arzular səyahət edər (film, 2007)
Have Dreams, Will Travel (Həmçinin bu adlarlada bilinir:Qərb Teksas laylası, Qərb Teksas uşaqlarının əhvalatı, Yüksək səslə arzula) 2007-ci ildə çəkilmiş 1960-cı illərə aid hadisələr canlandırılır. Film Bred İşaqs tərəvindən yazılmış və rejissorluq edilmişdir. Baş rollarda: Annsofiya Robb və Keyden Boyd. == Mövzusu == 12 yaşlı Ben Reynolds (Keyden Boyd) ona etinasızlıq edən valideynləri ilə birlikdə yaşayır. Bir gün evlərinin yaxınında bir maşın qəzası baş verir. Kess Keninqtın (Annsofiya Robb) Benlə yaşıd bir qızdır. O, qəzadan salamat çıxır, lakin valideynlərinin hər ikisi qəzada ölür. Kess sağalana qədər Reynoldların evində qalır və Benlə romantik münasibət yaşamağa başlayır. İkisi bir müddət sonra bir az pul və özlərinin çamadanını da yanlarına alıb evdən ayrılmağa qərar verirlər. Onlar gəlib bir fermaçının evində bir müddət qalır və burada evlənirlər.
Astral səyahət
Astral səyahət — insanın bədəndən kənar, ruhi səyahətidir. Əslində bu anlayışın hələ ki, tam izahı yoxdur. Amma ümumi izahati belədir: Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi bədən fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də həmişə astral adlanan zonaya düşə bilmirik. Cadugərlik və ya ekstrasenslikdə üç dünya var: ruhi dünya, astral dünya və fiziki dünya. Qədim dövrlərdə müdriklər fizika barədə çox dərin biliklərə sahib idilər. Onlar dörd əsas ünsürün adını çəkirdilər: torpaq, su, hava və od. Bu dörd ünsürdən başqa onlar bəzən beşinci ünsürün də olduğunu deyirdilər. Ona incə enerji, efir deyilirdi.
Avstraliya səyyahları
Avstraliya səyyahı (lat. Pedionomus torquatus) — Çovdarçıkimilər dəstəsinin Avstraliya səyyahları (Pedionomidae) fəsiləsinə aid yeganə quş növü. Bu quş növü torpaqda yaşayır. Bədəninin uzunluğu 15-19 sm olur. Onlar qorxu hiss etdikdə dərhal təhlükəli yerdən sürətlə qaçıb uzaqlaşmağa çalışırlar. Erkəklər üst hissəsi açıq-qonur rəngdə olur. Dişiləri ağ-qara xallı alabəzək rəngdə olurlar. Dişiləri 4 yumurta qoyur. Avstraliyada yaşayan bu quşlar dövlət tərəvindən 1999-cu ildən mühafizə olunurlar.
Avstraliya səyyahı
Avstraliya səyyahı (lat. Pedionomus torquatus) — Çovdarçıkimilər dəstəsinin Avstraliya səyyahları (Pedionomidae) fəsiləsinə aid yeganə quş növü. Bu quş növü torpaqda yaşayır. Bədəninin uzunluğu 15-19 sm olur. Onlar qorxu hiss etdikdə dərhal təhlükəli yerdən sürətlə qaçıb uzaqlaşmağa çalışırlar. Erkəklər üst hissəsi açıq-qonur rəngdə olur. Dişiləri ağ-qara xallı alabəzək rəngdə olurlar. Dişiləri 4 yumurta qoyur. Avstraliyada yaşayan bu quşlar dövlət tərəvindən 1999-cu ildən mühafizə olunurlar.
Aya səyahət
Aya səyahət (film, 1902)
Aya səyahət (film,1902)
Aya səyahət (fr. Le Voyage dans la Lune) — Jorj Melyesin rejissoru və ssenaristi olduğu 1902-ci il istehsalı Fransız filmidir. Film Jül Vernin eyniadlı əsərindən ilhamlanılıb.Film beynəlxalq səviyyədə, xüsusən də Amerika Birləşmiş Ştatlarında uğur qazandı. Onun qeyri-adi uzunluğu, qeyri-adi dəstlər, innovativ xüsusi effektlər və hekayə danışmağa diqqəti digər kinorejissorlara və nəhayət, bütövlükdə povest kinosunun inkişafına nəzərəçarpacaq dərəcədə təsir etdi. Alimlər filmin patafizik və antiimperialist satiradan geniş istifadə olunmasını, həmçinin onun sonrakı kinorejissorlara geniş təsirini və fransız teatr məktəbi daxilində bədii əhəmiyyətini qeyd ediblər.Melies kino sənayesini tərk etdikdən sonra film unudulsa da, 1930-cu illərdə Meliesin kino tarixindəki əhəmiyyəti kinosevərlər və tənqidçilər tərəfindən tanınmağa başlayandan sonra yenidən geniş müzakirə olundu. Filmin əl ilə çəkilmiş orijinal surəti 1993-cü ildə aşkar edilib və 2011-ci ildə bərpa edilib. Melesiya idarə etdiyi yüzlərlə film arasında Aya Səyahət ən məşhuru olaraq qalır və mərminin Ayın gözünə düşdüyü an kinomotoqrafiya tarixində ən simvolik və tez-tez istinad edilən kadrlardan biri olaraq qalır. Kino tarixində ilk elmi fantastika filmi və eyni zamanda tarixin ən təsirli filmlərindən biri hesab olunur.
Aya səyahət (film, 1902)
Aya səyahət (fr. Le Voyage dans la Lune) — Jorj Melyesin rejissoru və ssenaristi olduğu 1902-ci il istehsalı Fransız filmidir. Film Jül Vernin eyniadlı əsərindən ilhamlanılıb.Film beynəlxalq səviyyədə, xüsusən də Amerika Birləşmiş Ştatlarında uğur qazandı. Onun qeyri-adi uzunluğu, qeyri-adi dəstlər, innovativ xüsusi effektlər və hekayə danışmağa diqqəti digər kinorejissorlara və nəhayət, bütövlükdə povest kinosunun inkişafına nəzərəçarpacaq dərəcədə təsir etdi. Alimlər filmin patafizik və antiimperialist satiradan geniş istifadə olunmasını, həmçinin onun sonrakı kinorejissorlara geniş təsirini və fransız teatr məktəbi daxilində bədii əhəmiyyətini qeyd ediblər.Melies kino sənayesini tərk etdikdən sonra film unudulsa da, 1930-cu illərdə Meliesin kino tarixindəki əhəmiyyəti kinosevərlər və tənqidçilər tərəfindən tanınmağa başlayandan sonra yenidən geniş müzakirə olundu. Filmin əl ilə çəkilmiş orijinal surəti 1993-cü ildə aşkar edilib və 2011-ci ildə bərpa edilib. Melesiya idarə etdiyi yüzlərlə film arasında Aya Səyahət ən məşhuru olaraq qalır və mərminin Ayın gözünə düşdüyü an kinomotoqrafiya tarixində ən simvolik və tez-tez istinad edilən kadrlardan biri olaraq qalır. Kino tarixində ilk elmi fantastika filmi və eyni zamanda tarixin ən təsirli filmlərindən biri hesab olunur.
Aydınlanma səyahəti (kitab)
Aydınlanma səyahəti — Ceylan Mumoğlunun 2016-cı ildə Bakıda nəşr olunmuş ilk kitabı. Kitab 14 avqust 2016-cı ildə təqdim edilib. Kitabın təqdimatı "Kitabevim.az" kitab evində keçirilib. Tədbirdə müəllifin dostları, qələm yoldaşları, media nümayəndələri, eləcə də oxucular iştirak edib, öz ürək sözlərini bölüşüblər. == Məzmun == "Aydınlanma səyahəti" insan beyninin mövcud imkanları barədə dolğun araşdırma kitabıdır. Əsərin psixoloji, fəlsəfi, riyazi və bədii həllinə uzun sürən araşdırmanın nəticəsində nail olunub. Kitabda yerli nəşrlərdə az-az rast gəlinən elmi xronikaya geniş yer verilib. Düşünürəm ki, bu kitab təkcə bədii ədəbiyyat həvəskarlarına yox, eləcə də, araşdırma kitabı oxucularına da əsl hədiyyə ola bilər. Çünki kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub"- deyə kitabın redaktoru Səbuhi Şahmursoy bildirib. == Nəşr == Bu kitab Kitabsevərlər qrupu və qadin.net saytının birgə işi, müəllifin isə ilk kitabı olaraq çapa hazırlanıb.Kitab 2-ci dəfə 2020-ci ildə Türkiyədə Platanus Publishing tərəfindən 247 səhifədə təkrar nəşr edilib.
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (qısaca: AITF) — Hər il Azərbaycan Respublikasında keçirilən, sənayenin aparıcı üzvlərini bir araya gətirən, onlara yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, sənayedəki ən son yeniliklər və tendensiyalar haqqında öyrənmək imkanı verən turizm bazarının aparıcı tədbirlərindən biridir.. İşgüzar turizm qovşağı ("hub") kimi fəaliyyət göstərən "AITF" sərgisi mühüm görüşlərin keçirildiyi, müqavilələrin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi məkandır. Təşkilatçısı "Caspian Event Organisers" şirkəti olan "AITF" sərgisi yarandığı gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənir. == Tarixi və iştirakçıları == Keçirildiyi illər ərzində Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgilərində dünyanın 40-dan çox ölkəsindən təxminən 2500 şirkət iştirak edib. === AITF 2016 === AITF 2016 sərgisində Azərbaycan, Belarus, Gürcüstan, İtaliya, Latviya, Xorvatiya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən şirkətlər, o cümlədən tibb mərkəzi, sağlamlıq ocağı və sanatoriyalar müalicə-sağlamlıq və SPA turizmi üzrə ən son nailiyyətləri təqdim ediblər. === AITF 2017 === AITF 2017 sərgisində 90-a yaxın turizm istiqamətini təqdim edən 22 ölkədən 272 şirkət iştirak edib. İştirakçılar arasında Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, Mərakeş, Tailand, Türkiyə, Çexiya kimi ölkələrin milli stendləri, eləcə də "Roqaşka Slatina" (Sloveniya) və Stavropol əyalətinin (Rusiya) regional stendləri də var idi. === AITF 2018 === AITF 2018 sərgisində 20 ölkəni təmsil edən 277 şirkət iştirak edir. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yer alıb. === AITF 2019 === AITF 2019 sərgisində ənənəvi olaraq, Belarus, Bolqarıstan, Dominikan Respublikası, Mərakeş, Sloveniya, Tailand və Çex Respublikası milli stendlər ilə çıxış ediblər.
Azərbaycana Səyahət (1924)
Azərbaycana səyahət filmi rejissor Abbas Mirzə Şərifzadə tərəfindən 1924-cü ildə çəkilmişdir. AFKİdə istehsal edilmişdir. Film tamaşaçıları respublikanın mənzərəli təbiəti, onun zəngin yeraltı sərvətləri və mədəni iqtisadi həyatı ilə tanış edir. == Məzmun == Film tamaşaçıları respublikanın mənzərəli təbiəti, onun zəngin yeraltı sərvətləri və mədəni iqtisadi həyatı ilə tanış edir. == Film haqqında == Film rejissor Abbas Mirzə Şərifzadənin rejissor kimi kinoda ilk işidir. == Filmin üzərində işləyənlər == Rejissor: Abbas Mirzə Şərifzadə Ssenarist: Aleksandr Litvinov, Yakov Tolçan Operator: Yakov Tolçan, A. Ardatov == İstinadlar == == Mənbə == Ведомости НКП. "Азербайджанское киностроительство", стр. 6. Газ. "Кино" 28 февраля 1928 года. Azərbaycan SSR Elmlər Akademiyası.
Azərbaycana səyahət (film, 1924)
Azərbaycana səyahət filmi rejissor Abbas Mirzə Şərifzadə tərəfindən 1924-cü ildə çəkilmişdir. AFKİdə istehsal edilmişdir. Film tamaşaçıları respublikanın mənzərəli təbiəti, onun zəngin yeraltı sərvətləri və mədəni iqtisadi həyatı ilə tanış edir. == Məzmun == Film tamaşaçıları respublikanın mənzərəli təbiəti, onun zəngin yeraltı sərvətləri və mədəni iqtisadi həyatı ilə tanış edir. == Film haqqında == Film rejissor Abbas Mirzə Şərifzadənin rejissor kimi kinoda ilk işidir. == Filmin üzərində işləyənlər == Rejissor: Abbas Mirzə Şərifzadə Ssenarist: Aleksandr Litvinov, Yakov Tolçan Operator: Yakov Tolçan, A. Ardatov == İstinadlar == == Mənbə == Ведомости НКП. "Азербайджанское киностроительство", стр. 6. Газ. "Кино" 28 февраля 1928 года. Azərbaycan SSR Elmlər Akademiyası.
Azərbaycana səyahət (film, 1988)
Azərbaycana səyahət filmi rejissor Zaur Məhərrəmov tərəfindən 1988-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Filmdə yurdumuzun füsunkar təbiətindən, minilliklərin yadigarı olan sənət nümunələrindən söhbət açılır. == Məzmun == Filmdə yurdumuzun füsunkar təbiətindən, minilliklərin yadigarı olan sənət nümunələrindən söhbət açılır. Bakının, qədim Gəncənin, kurort şəhəri Şuşanın, respublikamızın dilbər guşələri olan Şəkinin, Qəbələnin, Zaqatalanın turist bazalarında dincəlmək istəyənlər isə film vasitəsilə qiyabi səyahətə çıxa bilərlər. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Nüsrət Kəsəmənli Rejissor: Zaur Məhərrəmov Operator: Zaur Məhərrəmov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Ceyms Kerdin səyahəti
Ceyms Kerdin səyahəti — Cənubi Şetland adalarındakı Fil adasından Cənubi Atlantik okeanındakı Cənubi Georgiya adalarına təşkil olunmuş 1500 km-lik kiçik qayıq səyahəti. Ser Ernest Şeklton və beş yoldaşı tərəfindən başladılan səyahətin məqsədi səyahəti 1914–1917-ci illərdə İmperial Trans-Antarktika Ekspedisiyasının əsas gövdəsində qurtarmaq idi, lakin ekspedisiyanın Endurans gəmisinin yoxa çıxmasından sonra Fil adasında yekunlaşmalı oldu. Qütb tarixçiləri səyahətə bu günə kimi kiçik bir qayıqla edilən ən böyük səyahətlərdən biri kimi baxırlar. 1915-ci ili oktyabr ayında Veddel dənizindəki buz sahəsi Endurans gəmisini batırdı və Şeklton və yoldaşları dalğanın axını istiqamətində buz sahəsinin üstündə qaldılar. Onların sağ qaldıqları müddət ərzində qrup üzvləri daşqın düşərgələrini dağıtdığı zaman 1916-cı ilin aprel ayında şimala doğru çəkildilər. Sonra xilasedici qayıqlarında Fil adasına doğru getdilər, burada Şeklton qərara aldı ki, xilasolmağın ən təsirli yolu Cənubi Georgiyada xilasedici qayıqların birini satmaqdır. Üç xilasedici qayıqdan biri olan Ceyms Kerd ən möhkəmi hesab edildi və səyahəti onunla təhlükəsiz sona yetirmək olardı. Şeklton onu ekspedisiyanın maliyyələşməsinə kömək olan istehsalçı və xeyriyyəçi Cənab Ceyms Ki Kerdin şərəfinə adlandırmışdı. Səyahətdən əvvəl, gəmi ustası Henri Makniş onu möhkəmləndirdi və Cənub okeanının əzəmətli dənizlərinə tabe olmaq üçün düzəltdi. Bir sıra böyük həcmli təhlükələrdən qurtulduqdan sonra qayıq 16 gün davam edən səyahətin ardından Cənubi Georgiyanın cənub sahillərinə çatdı.
Con Deyvis (səyyah)
John Deyvis (ing. John Davis; oktyabr 1550 – 27 dekabr 1605) — I Elizabetin baş İngilis dənizçilərindən biri idi. == Kəşfi == Şimali Qafqazın kəşfiyyatını aparmaq üçün bir sıra səyahətlərə çıxmışdır və Şərqi Hindistana səfərləri zamanı həm Holland, həm də İngilis dilində pilot və kapitan kimi xidmət etmişdir. 1592-ci ilin avqust ayında Folklend adalarını (Böyük Britaniyanın dəniz əraziləri) kəşf etdi. == Həyatı və kariyerası == Deyvis 1550-ci ildə Devon şəhərindəki "Stoke Gabriel" qəsəbəsində anadan olub və uşaqlığını "Sandridge Barton" yaxınlığında keçirmişdir. Onun uşaqlıq dostları Adrian Qilbert, Hamfrey Qilbert və Volter Ralig olmuşdur. Volter Ralig isə kəşfiyyatçının ən yaxın dostlarından biri olmuşdur. O, 1583-cü ildə kraliçanın katibi Uolsinqem Frensis ilə Şimal-Qərb keçidi səyahətinə çıxmışdır.1585-1587-ci illərdə ingilis Con Deyvis Şimal-qərb dəniz yolunu tapmaq üçün üç dəfə cəhd etmiş və Deyvis boğazından keçmişdir. Yeni torpaqların kəşf edilməsi və kəşf edilməsi ilə üz-üzə gələn Davis, bir İspan və ya Fransız gəmisini qurma şansını qaçırmadı.Məşhur naviqatorlar və quldurları ilə bir sıra səfərlər etdi.Beləliklə, 1585-ci ildə Qrinlandın yenidən keşfedicisi (Vikinqlərdən sonra) oldu.Magellan Boğazından Atlantik okeanına çıxarkən, əvvəllər Deyvisin komandasının başçılığı altında kiçik bir pirat gəmisi "Qara Ölüm" ("Qara Ölüm") 21 mart 1592-ci il tarixində Perudan İspaniyaya qızıl gətirən "Infanta" gəmisinə hücum etdi.Coğrafi kəşflər tarixinin nəticəsi olan bu hadisə romantik bir tarixə malik idi. 1586-cı ildə ikinci səfər zamanı Baffin torpağlarının Kamberland körfəzini tapdı, Şimali Amerika sahillərini ətraflı araşdırdı və Hudzon Boğazının dəqiq yerini təyin etdi.1601-1603-cü illərdə Deyvis Cənub-Şərqi Asiyaya Ceyimis Lançestirin üzən pilotu (bu,Şərqi Hindistan Kompaniyasının ilk ticarət ekspedisiyası) kimi yelkəndə iştirak etmişdir.
Dəniz səyahəti (film, 1992)
== Məzmun == Bu alleqorik nağıl acınacaqlı taleyi olan itaətkar qoyunlar haqqındadır. Günlərin birində onların arasına "gözüaçıq" bir qoyun düşür və o hiss edir ki, qoyunları sürü ilə harasa, gedər-gəlməzə aparırlar. Qoyun öz taleyindən qaçıb canını qurtarmağa çalışır və yolunu...dənizdən salır... == Səhv == Titrlər: Filmin adı "Dəniz səyyahəti" olaraq yazılmışdır. Doğrusu "Dəniz səyahəti"dir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Murad İbrahimbəyov Kinorejissor: Elçin Axundov Quruluşçu rəssam: Gülşən Quliyeva, Elçin Axundov Kinooperator: Antonina Korotnitskaya Bəstəkar: Eldar Mansurov Səs operatoru: Marat İsgəndərov Montaj edən: Nisə Hacıyeva Cizgi rəssamı: Bəhmən Əliyev, Arifə Hatəmi, Rauf Dadaşov, Gülşən Quliyeva, Vaqif Məmmədov, Aleksandra Şirinova, Ələkbər Məmmədov, Cahangir Süleymanov, Firəngiz Quliyeva Assistent: Z.Rəhimova, Solmaz Hüseynova Rəssam: Tamilla Əsgərova, Hüseyn Cavid İsmayılov Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Seyid Əhmədov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Dəniz səyyahı Sindbadın macəraları (film, 1941)
== Məzmun == == Film haqqında == Film saxlanılmayıb. 1941-1945-ci illər müharibəsinin başlanması ilə əlaqədar filmin istehsalı yarımçıq qalmışdır. Film səsli olmalı idi.
Gizli formada yük vaqonlarında səyahət etmək
Gizli formada yük vaqonlarında səyahət etmək (ing. Freighthopping) — şəxs və ya şəxslərin əsasən hərəkət vəziyyətində olan yük vaqonlarına minməsi və heç bir gediş haqqı ödəmədən etdikləri səyahətləri ifadə edən vəziyyət. İngilis dilində bu vəziyyətin izah edilməsi üçün Freighthopping sözündən istifadə olunmuşdur. 1865-ci ildə ABŞ-də vətəndaş müharibəsinin başa çatmasından sonra ölkə ərazisində yerləşən dəmiryolu şəbəkəsi qərb istiqamətində genişləndirilmişdir və beləliklə dəmiryolu nəqliyyatı vasitəsi ilə gercəkləşdirilən sərnişin və yük daşımalarının sayı əhəmiyyətli dərəcdə artmışdır. Gizli formada yük vaqonlarında səyahət etmək vərdişi ABŞ-də hobo olaraq adlandırılan və əsasən evsiz və ucuz işçi qüvvəsi kimi tanınmış miqrantlar tərəfindən məşhurlaşdırılmışdır. 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş böyük böhran zamanı ABŞ-nin müxtəlif şəhərlərini birləşdirən dəmiryolu şəbəkəsində çoxlu sayda bu üsulla səyahət edən şəxs yerli polislər tərəfindən müəyyənləşdirilmişdir.
Hacı Ayaz xan Qaşqayın səyahətnaməsi (kitab)
Bu kitab Qaşqay xanlarından Hacı Ayaz xan tərəfindən yazılmışdır. Bu səyahatnamə İslamın müqəddəs yerlərini ziyarət etmək üçün İran, Səudiyyə Ərəbistanı və İraqda olarkən qələmə alınmışdır. Ziyarət 1922-ci ilin dekabr ayından aprelədək baş verib. == Kitabın haqqında == Kitabda bir fəsil Qacarlar sülaləsindən sonuncu İran şahı Sultan Əhməd şah Qacarın hakimiyyətinin axırlarından bəhs edir. Həmin dönəmdə baş verən hadisələr Qaşqay xanının qələmi ilə hərtərəfli təsvir olunur. Hacı Ayaz xan olduğu şəhərləri, müqəddəs yerləri və həmin yerlərin həyat tərzini aydın şəkildə, gözəl boyalarla təsvir etmişdir. Onun kitabında iqtisadi məsələlər də təhlil olunur. Gəzdiyi yurdların sosial problemlərinə işıq tutan Qaşqay xanı İranı İraq, Səudiyyə Ərəbistanı, Yəmən və qonşu ölkələrlə müqayisə edir, düzgün nəticələr çıxarır.
Hacı Səlim Səyyah
Hacı Səlim Səyyah (tam adı: Qasımzadə Hacı Səlim Hacı Qasım oğlu; d.1869, Vilnüs şəh. — ö.1943, Bakı şəh.) — maarif xadimi, pedaqoq, şair. == Həyatı == Hacı Səlim Səyyah 1869-cu ildə Vilnüsdə ziyalı ailəsində anadan olmuşdur. İlk təhsilini Vilnüsdə (1883-1885) rus dilində almışdır. Daha sonra İstanbulda türk və fars dillərində (1885-1887) ibtidai, Misirdə "Cameyi-əzhər"də ərəb dilində (1887–1900) orta təhsil almışdır. == Fəaliyyəti == Hacı Səlim Səyyah Bakıda "Nəşri-maarif" cəmiyyətinin təşkil etdiyi ikiillik pedaqoji kurslarda (1906–1907) dinləyici olmuş, ibtidai məktəb müəllimi hüququ qazanmışdır. İstanbulda təhsil aldığı illərdə mühacir komissiyasında işləmiş, Robert Lens adlı bir səyyahın yanında xidmətə başlamış, Türkiyə, Rusiya, Misir, Hindistan və Bolqarıstan,Ərəbistan, Afrika ölkələrinə səyahət etmişdir. Bombey şəhərində ingilislərin təşkil etdiyi "Ölüm qəhvəsi" cəmiyyətinə yazılmış, mason lojasının üzvü olmuşdur. Səyahətinin ilk çağlarında Ərəbistanda muzdlu hərbi xidmətə qəbul olunmuş, dağıstanlı Məhəmməd paşanın komandası altında ərəb üsyanının yatırılmasında iştirak etmişdir. Hacı Səlim Səyyah dörd il Qahirənin "Əl-Əhzəd" Universitetində oxumuş, Suriyada "Sehr-ül-hilayə" adlı kitabı çıxmışdır.
Hacı Səyyah
Mirzə Məhəmməd Əli (fars. میرزا محمد علی‎) — İranlı diplomat, səyyah və dövlət xadimi. Tarix ədəbiyyatlarında etmiş olduğu səyahətlərə görə Hacı Səyyah (fars. حاج سياح‎) təxəllüsü ilə tanınmışdır. Mirzə Məhəmməd Əli, Amerika Birləşmiş Ştatları vətəndaşlığı almış ilk iranlı hesab olunur. Belə ki, Kaliforniya ştatının XII Dairə Məhkəməsinin vermiş olduğu qərara əsasən ona, 1875-ci ilin 26 may tarixində rəsmi olaraq ABŞ vətəndaşlığı verilmişdir. == Həyatı == Hacı Səyyah 1836-cı ildə Qacar dövlətinin Məhəllat şəhərində anadan olmuşdur. Gənc yaşlarından etibarən müasir və demokratik tədqiqatlar, ədəbiyyatlarla tanış olmağa başlamış və dövrünün fərqli fikirlərindən təsirlənmişdir. XIX əsrin ortalarında İranda mövcud olan avtokratik hökmdarlarıq dövründə Hacı Səyyah dünyanı gəzməyə və dünyanın müxtəlif yerlərində yerləşən cəmiyyətlərin gündəlik həyatını öyrənməyə qərar verir. === Səfərləri === Hacı Səyyah 23 yaşında olarkən tək başına dünya səyahətinə çıxmışdır.
Hacıabad-i Səyyadə (Qürvə)
Hacıabad-i Səyyadə (fars. حاجي آباد سيده‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 103 nəfər yaşayır (29 ailə). Əhalisini kürdlər təşkil edir.
Hobbit: Gözlənilməz səyahət (film, 2012)
Hobbit: Gözlənilməz səyahət — 2012-ci ildə rejissor Piter Cekronun çəkdiyi fantakstik janrda film. Film Hobbit film seriyasının ilk filmidir. Üzüklərin Hökmüdarı film seriyasının ilk filmi hesab olunur. Film 1937-ci ildə Con Tolkinin qələmə aldığı "Hobbit" əsəri əsasında çəkilmişdir. == Filmin mövzusu == 111-ci doğum gününü qeyd etməyə hazırlaşan Bilbo Beqqins, 60 il öncəki hadisələri kitab halında qardaşı oğlu Frodo Beqqins üçün yazmağa başlayır. Uzun illər öncə, Dağ altı və Cırtdanlar kralı Kral Tror, Əjdaha Smauqun dağ altına hücum etdiyi zamana qədər xalqına və qohumlarına rifah dolu dövr yaşadır. Əjdaha Smauq əvvəlcə yaxınlıqda yerləşən Deyl şəhərini məhv edir. Daha sonra isə Tək Dağa, hücum edərək, cırtdan krallığını məhv edir. Cırtdanları öz yurdlarından qovur və onların sərvətinə hakim olur. Cırtdanlar qaçarkən Kral Trorun nəvəsi Torin, dağın təpəsində Elf Kralı Tranduili elf ordusu ilə birgə görür və onlardan kömək istəyir.
Həsən Səyyar
Həsən Səyyar — Azərbaycan şairi.

Digər lüğətlərdə

ва-ба́нк велосипе́дом зака́чивание заслу́шать наборозди́ть приспуска́ть простофи́ля старообра́зно це́лость шахтёрская оси́лить самоце́ль феноти́п тептери chummy duffle Elbrus lordly obnoxious unfigured wame выветрить запудривать невсхожесть плюхать