Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şnitsel
Şnitsel (alm. Schnitzel‎; schnitzen — doğramaq, kəsmək sözündəndir) — unlama və isti yağda qızartma (fritür) yolu ilə hazırlanan nazik ət dilimi. Düzgün bişirilmiş şnitsel qızılı-narıncı rəngdə və xırtıldayan olur. İlk növbədə dana ətindən hazırlanan şnitsel adı ilk növbədə Vyana mətbəxinə aid edilir və XIX əsrin ikinci yarısından etibarən geniş yayılmışdır. Alman dilindən tərcümədə "şnitsel" — "tikə, parça", "dilim" mənalarında tərcümə olunur. Şnitsel çex analoqu — rjizekdir (çex. řízek). Şnitselin müxtəlif növləri vardır. Məsələn, Vyana şnitseli, Berlin şnitseli, Paris şnitseli, ovçu şnitseli, Hamburq şnitseli və s. Argentina, Boliviya, Braziliya, Paraqvay, Çili, Peru, Uruqvay və Venesuelada bu yemək milanesa adlanır.
Sarsel
Sarsel (fr. Sarcelles) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 1 127 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 17 km şimal, Serji bələdiyyənin 24 km şərqdə yerləşir.
Sintel
Sintel - 2010-cu ildə istehsal olunmuş qısametrajlı Niderland animasiyasıdır. Cizgi filmin ditribüteri Niderlandın Blender Foundation adlı təşkilatıdır. == Film haqqında == Bir gün filmin qəhrəmanı olan Skalesin qarşısına yaralı əjdaha balası çıxır,o bu əjdaha balasının götürüb bəsləyir və yarasını sağaldır.Beləliklə bu bədheybət balasına öyrəşən Skales onun adını "Sintel" qoyur. Bir gün çarşıda oynayan Sintel və Skarles quşların səmada ötdüyünü görüb dama çıxırlar,bu zaman daha böyük bədheybət Sinteli caynağına alıb aparır.Əlacsız qalan Skarles onun dalınca getməyə məcbur olur,uzun müddət yol qət edən qarlı aşırımlar keçən Skarlas bir şamanın komasına gəlir və ona başına gələn hadisə barədə məlumat verir.Şaman onun Sinteli tapacağına yol göstərəcəyinə söz verir və ona böyük qılınc verərək yolu tərif edir.Nəhayət təhrif edilən əjdaha mağarasına gələn Skarles əjdahanın qidalandığını görür və ondan bir az aralıda yuvada balaca əjdahanın yatdığını görür və onun Sintel olacağını təxmin edib ona yaxınlaşır,lakin balaca bədheybət çığıraraq qaçır və bunu görən böyük əjdaha Skarlesə hücum edir.Əlindəki qılıncla əjdahanı ölümcül yaralayan qəhrəman qız kənara çəkilir yerə yıxılan əjdaha ona Sintelin gözləri ilə baxır bu baxışlar Skarlesə tanış gəlir və əjdahanın qanadına baxanda onun qanadında yara olduğunu görür və bu yara Sinteli tapandada onun qanadında var idi,bu yaranı Skarles özü sağaltmışdı.Artıq hər şey gec idi Skarlesin öldürdüyü körpəlikdən öz balası kimi sevdiyi,hər qayğısını çəkdiyi Sintel idi. == Film == == Xarici keçidlər == Rəsmi sayt Arxivləşdirilib 2011-02-25 at the Wayback Machine Sintel — Internet Movie Database saytında.
UNISEF
UNICEF, BMT-nin Uşaq Fondu (ing. United Nations International Children’s Emergency Fond; azərb. BMT-nin Uşaq Fondu‎) — 1954-cü ildə uşaq hüquqlarının qorunması üçün qurulmuş təşkilat. == Haqqında == BMT-nin Uşaq Fondu uşaq və körpələrin problemlərini ön plana çəkən universal qurumlardan hesab olunur. Təşkilatın əsası 1946-cı il dekabrın 11-də qoyulmuş və ilk dövrlərdə Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondu (UNİCEF — United Nations International Children’s Emergency Fund) adlandırılmışdır. BMT Baş Mərkəzi 1953-cü ilin aprelində Fondun fəaliyyətini müddətsiz elan etdi və adını müasir formaya saldı. 1959-cu ildə "Uşaq hüquqları" bəyannaməsi qəbul edildi. Uşaq Fondunun yardımları aşağıdakı üç formada həyata keçirilir. Proseslər bunlardır: -Uşaqlara yardım proqram və planlarının hazırlanmasının dəstəklənməsi; -bu proqramların həyata keçirilməsi üçün material və avadanlıqların verilməsi; -İnkişaf etməkdə olan ölkələrin özündə Fond heyətinin hazırlanması üçün lazımı vəsait və kadrların ayrılması.1965-ci ildə Uşaq Fondunun son dərəcə məhsuldar fəaliyyəti və yubileyi onun dünya Nobel mükafatına layiq görülməsi ilə nəticələndi. 1976-cı il dekabrın 21-də isə BMT 1979-cu ili Uşaq ili, habelə UNİCEF-i BMT sisteminin uşaq və körpələrlə bağlı başlıca orqanı elan etdi.
Şanışer
Şanışer (türk. Şanışer; əsl adı Sarp Palaur, türk. Sarp Palaur; d. 9 noyabr 1987, İstanbul, Türkiyə) — türk repçi. == Həyatı və karyerası == Əsl adı ilə Sarp Palaur olan bu repçi 9 noyabr 1987-ci ildə Türkiyənin İstanbul şəhərində dünyaya gəlib. İbtidai və tam orta təhsilini İstanbulda bitirdikdən sonra həyatını uzun bir müddət Antalyada davam etdirdi. 2005-ci ildə Muğla Universitetində Turizm və Otelçilik ixtisasında təhsil almağa başladı. Şehinşah adlı türk repçi ilə eyi məhəllədə yaşayan Şanışer bir çox müsahibəsində onun dinləyicilərindən biri olduğunu deyir. Bir yerdə qeyd etdikləri bir çox səsyazmalar vardır. İlk səsyazmasını 2000-ci ildə evində qeyd etmişdir.
Şpinel
Şpinel — mineral, alümoşpinellər qrupu MgAl2O4. Şpinel qrupun başqa mineralları (hersinit, qanit və qalaksit) izomorf sıralar əmələ gətirir. Al qismən Fe3+, Cr3+, Mn3+-la əvəz olunur. Kubik. Kristalları oktaedrik, bəzən kubik, rombododekaedrik. İkiləşmə {111} şpinel qanunu üzrə, bəzən polisintetik, nadir hallarda {211} üzrə. Ayrılma {111} üzrə qeyri-mükəm­məl. Aqreqat: dənəvər, tək-tək dənələr. Rəngi müxtəlif çalarlı, qırmızı, yaşıl, göy, qara, rəngsiz. Cizgisi ağ.
Ştrisel
Ştrisel (alm. Striezel‎) — maya xəmirindən bişirilən şirniyyat növü. Mərkəzi Avropada geniş yayılmış bu piroq adətən xaşxaş və ya almanın içindən avstriya və alman mətbəxində hazırlanır. Adətən uzunsov formada, ştollen kimi (ştrisel —ştollenin sinonimidir, Almaniyanın Drezden şəhərində Avropanın ən qədim bazarlarından olan Ştriselmarkın adından götürülmüşdür.
Ansel
Ansel (fr. Ancelle, oks. Ancela) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05004. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 831 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatına və heyvandarlığa (əsasən qoyunlara) əsaslanır. 1950-ci ildən bəri ailə turizmi inkişaf edir.
Fisel
Fisel (fr. Ficelle)- Bagetə oxşar, lakin çox incə çörək növüdür. Fisel (ficelle) sözü Fransızca "sim" deməkdir. Baget kimi, bu çörək növünündə sərt, qəhvəyi rəngli qabığı və çoxlu hava boşluğu var.
Kisel
Kisel (est. kissell, fin kiisseli, latış. ķīselis‎, lit. kisielius, pol. kisiel, rus. кисель, kisél’, ukr. кисiль) – şirin, jele kimi desert xörəyi. == Hazırlanma qaydası == Kisel hazırlamaq üçün təzə və qurudulmuş meyvə-giləmeyvə, şirə, şərbət, mürəbbə, cem, povidlo, çörək kvası, süd və başqa xammallardan istifadə edilir. Kisel şəkər əlavə etməklə kartof və ya qarğıdalı nişastasından hazırlanır. Meyvə-giləmeyvə nişastasını hazırlamaq üçün kartof nişastasından hazırlamaq lazımdır, çünki qarğıdalı nişastası ilə bulanıq kisel əldə edilir.
Mişel
Mişel — ad. Mişel Yeo — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisası Mişel Hazanaviçus — Fransa rejissoru, ssenaristi və aktyoru. Mişel Obama — ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı.
Nikel
Nikel (Ni) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 28-ci elementi olub vacib ultramikroelementdir. Bitkilərdə orta hesabla kütləcə 0.00005% nikel olur. Bəzi bitkilər var ki, onlarda nikelin miqdarı kifayət qədər yüksəkdir. Bəzi bitkilər və mikroorqanizmlər nikelin "toplayıcılardır" və ətraf mühitə nəzərən min və hətta yüz min dəfələrlə çox nikelə malikdirlər. Çayda, kakaoda, kökdə, kahıda və s. nikel çox olur. Hələ eramızdan 200 əsr əvvəl nikelin digər metallarla (mis, sink) əmələ gətirdiyi ərintilərdən müxtəlif metal əşyalar, sikkə ərintisi hazırlayırmışlar. Nikel 1751–ci ildə A. Kronsdent tərəfindən alınmışdır. Kimyəvi mexaniki və termik davamlığa malikdir, sənayedə, xüsusən metallurgiyada geniş istifadə olunur. Oksidləşmir, yaxşı cilalanır, bu səbəbdən metal əşyaların nikelləşdirilməsində tətbiq olunur.
Nosel
Nosel (Averon)
Sisək
Sisəklər (lat. Gryllidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin düzqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. == Ümumi məlumat == Sisəklər orta və ya iri ölçülü cücülər olub, bədəni nisbətən yastılaşmışdır. Pəncələri üç buğumludur. Qanadlı formalarla yanaşı, qanadsız formaları da olur. Erkək fərdlərin qanadüstlüyündə iri cırıldama orqanı vardır. Dişi fərdlərdə nizəşəkilli, uzun yumurtaqoyan vardır. Adətən gecə həyat tərzi keçirirlər. Əksər hallarda torpağın səthində, qisməndə ağac və kolluqlarda yaşayırlar. Əsas nümayəndələri çöl sisəyi (Melanogryllus desertus (Pallas, 1771)), tarla sisəyi (Gryllus campestris Linnaeus, 1758), ev sisəyi (Acheta domesticus (Linnaeus, 1758)) və s.
Annika Seibel
Annika Seibel (30 noyabr 1983) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Annika Seibel Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Marina Mnişek
Marina Mnişek (pol. Maryna Mniszech, rus. Марина Мнишек; 1588, Murovanoye[d], Lvov vilayəti – 24 dekabr 1614, Kolomen Kremli[d], Kolomna), rus folklorunda Cadugər Marinka olaraq tanınır — siyasi avanturist. XVII əsrin əvvəllərində Polşanın Rusiyaya qarşı hərbi müdaxiləsinin təşkilatçılarından biri olan Yeji Mnişekin qızı. Əvvəlcə I Yalançı Dmirti, sonra isə II Yalançı Dmitri ilə nikahlanmışdır. II Yalançı Dmitri 1610-cu ilin dekabrında vəfat etdikdən sonra Mnişek ataman İvan Zarutskinin simasında özünə himayədar tapmışdır. Lakin Zarutskinin Mnişekin II Dmitridən olan oğlu İvanı Rusiya taxt-tacına sahib etmək cəhdləri boşa çıxmışdır. 1614-cü ildə kazaklar Həştərxanda Mnişeki, oğlunu və Zarutskini taparaq Rusiya hökumətinə vermişdir. Zarutski və Mnişekin oğlu Moskvada edam edilmiş, Mnişek özü ilə zindanda vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Костомаров Н. И. Русская история в жизнеописаниях её главнейших деятелей.
Mixel Ştifel
Mixel Ştifel (ing. Michael Stifel; 1487, Esslinqen-na-Nekkare[d], Ştutqart[d] – 19 aprel 1567, Yena) — Alman riyaziyyatçısı və səyahətçi təbliğatçısıdır; "Tam hesab" kitabının müəllifidir; kitabda onun yazıldığı dövrdə hesab əməlləri, məchul və onun qüvvətlərinin işarələnmələrində aparılan bütün dəyişikliklər öz əksini tapmışdır; kvadrat kökləri işarə etmək üçün simvol daxil etmişdir; ədədi silsiləni mənfi ədədlər obastına genişləndirmiş, həndəsi silsilədə isə mənfi üstlü qüvvət daxil etmişdir. == Həyatı == 1487-ci ildə doğulub. 1567-ci ildə vəfat edib.
Qriqori Şpigel
Qriqori Oyzeroviç Şpigel (rus. Григорий Ойзерович Шпигель; 24 iyul 1914, Samara – 28 aprel 1981, Moskva) — SSRİ kino və teatr aktyoru. RSFSR-in əməkdar artisti. == Həyatı == O, Leninqradda boya fabrikində işləyib. Moskvada həvəskar teatr rejissorluq fakültəsində təhsil almışdır. 1940-cı ildə o, "Mosfilm"də fəaliyyət göstərən məktəbi bitirmiş, daha sonra isə teatr və film aktyoru kimi çalışmışdır. Kişilər üçün qeyri-adi yüksək xarakterik səsi olmuşdur. "Uzaq sahillərdə" filmində mayor Şults rolunu canlandırıb.
Sarsel (rayon)
Sarsel (fr. Sarcelles) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Val-d’Uaz. Suprefektura — Sarsel. Rayon əhalisi 2006-cı ildə 447 070 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1228 nəf / km². Rayon sahəsi — 364 km².
Seyşel adaları
Seyşellər (ing. Seychelles; fr. Seychelles; sey-kreol. Sesel) və ya rəsmi adı ilə Seyşellər Respublikası (ing. Republic of Seychelles; fr. République des Seychelles; sey-kreol. Repiblik Sesel) — Şərqi Afrikada ada-dövlət. Seyşellər Hind okeanının qərbində yerləşir və adalara ən yaxın ölkələr Komor adaları, Madaqaskar və Mavrikidir. Ölkə Seyşel, Amirant, Kosmoledo adaları olmaqla, 115 adadan ibarətdir. Paytaxtı və ən böyük şəhəri Viktoriya, ümumi sahəsi 459 kvadrat kilometr, əhalisinin 98 min nəfərdən çoxdur.
Seyşel rupisi
Seyşel rupisi — Seyşel adaları dövlətinin pul vahididir. Bir seyşel rupisi 100 sentə bərabərdir. Pul vahidinin beynəlxalq işarəsi — SCR-dir.Pul dövriyyəsində 10, 25, 50, 100 və 500 rupi nominallı əsginaslardan, həmçinin 1 və 5 seyşel rupisi və 1, 5, 10, 25 sentlik sikkələrdən istifadə olunur. == Əsginaslar == Dövriyyədə əsginaslar müxtəlif buraxılış illərinə məxsus 10, 25, 50, 100 və 500 rupi nominalında olur. Əvvəlki buraxılışların əsginasları 1983 və 1989-cu il ödəmə vasitəsidir, amma son dərəcə nadir olduqları üçün hal-hazırda onlara rast gəlinmir.
Spayk Şpigel
Spayk Şpigel (スパイク・スピーゲル, Supaiku Supīgeru) — 1998-ci ildə yaranan Cowboy Bebop anime seriyasının əsas personajı. Spayk cinayət təşkilatı olan Qırmızı Əjdaha Sindikatının keçmiş üzvüdür, hansı ki, Culia adlı qadını sevəndən sonra öz ölümünü saxtalaşdırır. O, ilk olaraq Bebop kosmik gəmisinin kapitanı, Cet Blekin ortağı kimi təqdim olunur: hər ikisi leqallaşdırılmış kəllə ovçuları kimi cinayətkarları Günəş sistemində məskunlaşan aləmlərə səyahət edirlər. Bebopda idarə sərgüzəştləri ərzində, O, sindikat rəqibi olan Vişez ilə acı ədavət yaşayır, hansı ki, onu öldürmək istəyir. Spayk Hacime Yatate istehsal müəssisənin hissəsi olaraq, Şiniciro Vatanabe və Toşihiro Kavamoto tərəfindən yaradılmışdır. Vatanabenin güzgü görüntüsü kimi yaradılan və Yusaku Matsudanın Tantei Montogarinin personajı üzərində qurulan Spayk, digərlərinin onun göstərişlərinin yerinə yetirməsi kimi yaradılmışdır. Kavamoto qəsdən tamaşaçılar üçün əks effekt yaratmaq üçün onu "soyuqqansız" görünüşlü kimi hazırlamışdır. Onun Vişezlə yekun qarşıdurması əvvəlcədən planlaşdırılmışdır. Onun sonrakı filmdə adaptasiyası, Spaykın yumşaq tərəfini və daxili fikirlərini göstərirdi. Spayk yapon dilində Koiçi Yamadera tərəfindən səsləndirilmişdir.
Seyşel qızılquşu
Seyşel qızılquşu (lat. Falco araeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Ansel Adams
Ansel Adams (20 fevral 1902[…], San-Fransisko, Kaliforniya – 22 aprel 1984[…]) — ABŞ fotoqrafı. == Həyatı == Ansel Adams 20 fevral 1902-ci ildə San-Fransiskoda anadan olmuşdur. Yalnız ağ-qara tonununda rəsm çəkmək üçün gur işıqdan istifadə etmişdir. == Albomları == My Camera in Yosemite Valley (Yosemite Vadisi'ni Görüntülerken, 1949) Portfolio Two: The National Parks (Albüm İki: Ulusal Parklar, 1950) This is the Amerikan Earth (İşte Amerikan Toprağı, 1960) Ansel Adams, Images (Ansel Adams, Görüntüler, 1923–1974) == Əsərləri == === Əsas fotoları === Monolith, The Face of Half Dome, 1927. Rose and Driftwood, 1932. Clearing Winter Storm, 1940. Moonrise over Hernandez, New Mexico, 1941. Ice on Ellery Lake, Sierra Nevada, 1941. Georgia O'Keeffe and Orville Cox at Canyon de Chelly Aspens, New Mexico, 1958. === Foto kitabları === Ansel Adams: The Spirit of Wild Places, 2005.
Ketrin Mişel
Ketrin Mişel (isp. Catalina Micaela de Austria) (d. 10 oktyabr 1567 — ö. 6 noyabr 1597) — İspaniya kralı II Filipp və xanımı Valualı Elizabetin qızı, Savoyya hersoqinası. == Həyatı == Ketrin Mişel 10 oktyabr 1567-ci ildə Madriddə dünyaya gəldi. Atası İspaniya kralı II Filipp, anası isə onun üçüncü xanımı olan Valualı Elizabet idi. Nənəsi Fransa kraliçası Ketrin Medicinin adını aldı. Atası onun vəftiz mərasiminə qatılmamış, böyük bacısı İzabellanın doğumu qədər sevinməmişdi. Buna baxmayaraq ata ilə qızı arasında münasibətlər həmişə yaxşı idi və ömrünün sonuna qədər məktublaşmışdılar. Uşaqlıq illəri bacısı İzabella ilə birlikdə ögey anası Avstriyalı Annanın və onun alman xidmətçilərinin himayəsi altında keçmişdi.