Mark Siseron
Markus Tullius Sisero (lat. Marcus Tullius Cicero, 3 yanvar e.ə. 106[…], Arpino[d], İtaliya[d], Qədim Roma – 7 dekabr e.ə. 43[…], Formiya, İtaliya[d], Qədim Roma) — Qədim Romalı natiq, filosof, siyasi xadim, hüquqşünas və siyasi nəzəriyyəçi. Romada varlı, zadəgan ailəsinə mənsub olan Siseron bütün zamanların ən böyük natiqlərindən biri hesab edilir. Latın dilinin əsas fəlsəfə dili olmasında böyük xidməti olmuşdur. Maykl Qranta görə, Siseronun Avropa ədəbiyyatı və ideyalarına təsiri istənilən nasirin dilə xidmətindən daha artıqdır.
== Həyatı ==
=== Uşaqlıq və gənclik illəri ===
Markus Tullius Siseron Romanın 100 kilometrliyində yerləşən Arpinum şəhərində anadan olmuşdur. Atasının Qədim Romada yuxarı təbəqəyə mənsub olması Siseronun erkən yaşlarından təhsilinə də ciddi təsir etmişdir. Siseronun soyadı qədim latın dilindəki cicer , yəni noxud sözündən gəlir.