şnekləyici
şofer 2021
OBASTAN VİKİ
Şnitsel
Şnitsel (alm. Schnitzel‎; schnitzen — doğramaq, kəsmək sözündəndir) — unlama və isti yağda qızartma (fritür) yolu ilə hazırlanan nazik ət dilimi. Düzgün bişirilmiş şnitsel qızılı-narıncı rəngdə və xırtıldayan olur. İlk növbədə dana ətindən hazırlanan şnitsel adı ilk növbədə Vyana mətbəxinə aid edilir və XIX əsrin ikinci yarısından etibarən geniş yayılmışdır. Alman dilindən tərcümədə "şnitsel" — "tikə, parça", "dilim" mənalarında tərcümə olunur. Şnitsel çex analoqu — rjizekdir (çex. řízek). Şnitselin müxtəlif növləri vardır. Məsələn, Vyana şnitseli, Berlin şnitseli, Paris şnitseli, ovçu şnitseli, Hamburq şnitseli və s. Argentina, Boliviya, Braziliya, Paraqvay, Çili, Peru, Uruqvay və Venesuelada bu yemək milanesa adlanır.