Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Seben
Seben (türk. Seben) — Bolu ilinin ilçəsi.
Selen
Selen (Se) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 34-cü element. Fotokeçirici xüsusiyyəti səbəbiylə fotokopiya aparatlarında istifadə edilir. Şüşə sənayesində, xüsusilə yaqut rəngli şüşə və mina istehsalında istifadə edilir. Həmçinin, foto tonik, fotoelektrik gözələr, televiziya kameraları və işıq ölçərlərin istehsalında; günəş gözələrində yarımkeçirici və polad istehsalında da qatqı maddəsi olaraq istifadə olunur. Bitkilərdə selenin miqdarı 0.000001% (kütlə ilə) təşkil edir.Bəzi bitkilər seleni torpaqdan mənimsəyərək toplamaq qabiliyyətinə malikdir, onların arasında payız astra çiçəyi də var. Selenin miqdarı sarımsaqda, zeytunda, dəniz yosunlarında, paxlalılarda , hind qozunda, püstədə və keşdə daha cox olur. Spirulin yosunu, dərman evkalipti, ural biyanı, səhra efedrası çöl qatırquyruğu selen ilə zəngindir. Lakin son yüz ildə torpaqda selenin azlığı müşahidə olunur və nəticədə tərəvəzdə də onun miqdarı az olur.Selen gübrələri lazımı səmərə vermir. Buna səbəb odur ki, nitratlar, xloridlər və fosfatlar seleni əlaqələndirərək həll olmayan birləşmələrə çevirirlər. Otuz dərman bitkisi seleni toplayır.Belə bitkilərə demirotu, meşə çiyələyi, yunlu üskükotu, aptek çobanyastığı, itburnu, çılpaq biyan, ağacabənzər aloe, qanqırmızı yemişan aiddir.
Sesen
Sesen (fr. Seyssins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Seyssine kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38486. Kommunanın 2007-ci il üçün əhalisi 6908 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 219 ilə 1 897 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 5 km cənub-qərbdə yerləşir.
Səbəb
Səbəb
Teben
Teben (q.yun. Θῆβαι, Διὸς πόλις ἡ μεγάλη) — Yuxarı Misirin paytaxtının adı, Aralıq dənizinin Misir sahillərindən 700 km cənubda, Nil çayının şərq sahilində yerləşən qədim şəhər. Şəhərin ilk adı ilkin adı No-Ammon olmuşdur. Teben eyni zamanda Yuxarı Misirin IV nomu Uasetin mərkəzi sayılırdı. XI sülalə dövründə bütün Misirin paytaxtına çevrilmişdir.
Səbə
Səbə (ərəb. السبع‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində kiçik şəhər və kommuna. Tsabit dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin şimalında, Böyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, Əlcəzairin paytaxtından təxminən 987 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir.Səbə kommunasının sahəsi 6183 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 16 mm-dir). Orta illik temperatur 24,3-dür °C. Ən soyuq ayın (dekabrın) orta temperaturu 11,3°C, ən isti ayın (iyul) isə 36,9°C-dir.
Camuqa-seçen
Camuqa-seçen (1154-1205)— Çingiz xanın andası və silahdaşı. == Həyatı == Temuçinin digər andası Borçu tərəfindən, Çingiz xanın əmri ilə öldürülmüşdür. Camuqa da əvvəllər Çingiz xanın rəqibiydi. Amma Camuqanı digərlərindən ayıran ən önəmli səbən, Çingiz xan ilə olan qan qardaşlığıydı… === Çingiz xan və Camuqa-seçen === Camuqa Çingiz xan ilə eyni yaşlardadır. Camuqa, gəncliyində, mənsub olduğu Cacirat (Cadaran) ulusunun başçısı olmuşdu. Seçen ünvanı daşıyırdı. Hətta, istənildiyində 20 min əsgər dəxi çıxara bilirdi. Çingiz xanla olan münasibətlərinin korlayan səbəblər məchul,ayrılışlarının necə olduğu da qəti olaraq bilinmir. Tanışmalarının, ikisininde 11 yaşlarında oluğu zamanlarda gerçekleştiği rəvayət edilmekdedir. Onan çayı kenarında oyun oynuyurdılar.
Melis Sezen
Melis Sezen (d. 2 yanvar 1997, İstanbul) — Türk aktrisa. == Həyatı == Melis Sezen, 2 yanvar 1997-ci ildə İstanbulda anadan olmuşdur. Qoç Universiteti məzunudur.
Sebin Torpağı
Sebin Torpağı (norv. Sabine Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). Sebin Torpağı adanın şərq hissəsini təşkil edir. Sahəsi 1 900 km²-dir. Ərazisinin bir hissəsini Neqribrin buzlağı örtür. Torpaq irland alimi Edvard Sebinin şərəfinə adlandırılmışdır. O, 1898—1907-ci illərdə arktikaya təşkil edilən ekspedisiyanı maliyyələşdirmişdir.
Seden Gürel
Sedən (Kutlubayan) Gürəl (d. 12 sentyabr 1965, Ankara), Türk pop musiqisi sənətçisi. == Həyatı == Sedən Gürəlin Səbəbim Eşq adlı mahnısı və klipi erməni camaatı içərisində də əhəmiyyətli bir müzakirə mövzusu olanmışdır. Sedən Gürəl albomda mahnının bir Erməni melodiyası olduğunu ifadə etmiş olsa da Səbəbim Eşq, Adanayi Voghperke(Adana Ağıdı) olaraq bilinən və 20. əsr. başında Adanada Ermənilərin məruz qaldığı sözdə krımı izah edən ənənəvi bir Erməni melodiyasıdır.Türk xalqına bir erməni təbliğat mahnısının niyə pop musiqi olaraq verilmək istəndiyi müzakirə edilməmişdir. Orijinal mahnının sözləri Türkləri alçaltmaqdadır. Mahnıda keçən qisimlər: Yazıq Ermənilər bir dəqiqədə, Düşdülər vicdansız qılınc altına. Kilsə və məktəb alovlar içində, Minlərlə Erməni öldü vəhşicəsinə. Qanunsuz duyğusuzlar, yetim buraxdı, Övladı anasından, gəlini kürəkənindən, Alçaq ədalətli ilə duyğusuz Cavit, Doydular içib Erməni qanı.
Sedən Gürəl

Sehen xan
Sehen xan — türk, monqol və altay mifologiyasında müdriklik ilahı. Müdrikliyi və öyrətməyi təmsil edir. İnsanlara nəsihət edər verər və keçmişdə yaşanan hadisələri izah edir. == Etimologiya == (Çeç/Çes/Seh/Ses) kökündən törəmişdir. Yakutcada izah edən deməkdir. Çeçen sözü digər Türk dillərində natiq mənasını verər. Monqolcada Sehe (köhnə monqol Sekege) sözü zəka, anlayış, Çeçen/Sesen/Sise/Titen isə müdrik mənası daşıyır.
Selen Soyder
Selen Soyder (türk. Selen Soyder, 26 dekabr 1986, İzmir) — Türkiyə modeli, Miss-Türkiyə 2007. == Həyatı == 26 dekabr 1986-cı ildə İzmirin Alsancak qəsəbəsində anadan olmuşdur. Məktəbi qurtarandan sonra Selen Soyder liseyi İzmirdə bitirmişdir. 2006-cı ildə Miss Model Of Turkey yarışmasında Türkiyənin ən yaxşı modeli seçildi ve Miss Bikini Of The Universe yarışmasında Çin Xalq Respublikasında Türkiyəni təmsil etdi. İlk beşliyə daxil olan Soyder, Türkiyəyə "Ən yaxşı milli geyim" mükafatını qazandırdı. 2007-ci ildə Star TV-nin yayımladığı və 1200 nəfərin qatıldığı Türkiyə Gözəllik Yarışması Miss Turkey-də "Türkiyə Gözəli" seçildi və Türkiyəni Miss World 2007-də 106 ölkənin içində Çinin Sanya adasında təmsil etdi. İlk beşliyə daxil ola bilmədi. 2007-ci ildə Vakkonun modeli olmuşdur. Daha sonra dil təhsili üçün Kanadaya gedən Selen Soyder 2009-cu ildə Türkiyəyə geri döndü.
Seven (albom)
Seven – Mustafa Sandal-ın 2003-cü ildə çıxardığı 7-ci albomudur. == Mahnı haqqında == "Seven" albomu "Universal Music Germany" leyblı tərəfindən istehsal edilmişdir. Albom 2004-cü ildə "Seven New Version" adı ilə istehsal edilmişdir. Albomda əvvəlki illərdə Mustafa Sandal tərəfindən ifa edilmiş bir sıra mahnıların yeni variantları vardır. Bir çox mahnılar ingiliscə ifa edilmişdir. Bu mahnılar Türkiyə də daxil olmaqla, bir çox Avropa ölkələrinin hit-paradlarında böyük uğur qazanmışdır.
Seven Churches
Seven Churches — "Possessed" qrupunun 16 oktyabr 1985-ci ildə yayımlanan debut albomları. Albom death metal subjanrının ən önəmli albomlarından biri sayılır. Bununla yanaşı, qrupun ən çox satılan albomudur. == Mahnı siyahısı == == Üzvlər == Cef Beserra (ing. Jeff Becerra) − vokal, bas-gitara Larri Lalonde (ing. Larry LaLonde) − elektrogitara Mayk Torrao (ing. Mike Torrao) − elektro gitara Mayk Sas(ing. Mike Sus) − zərb alətləri Rendi Börns (ing.
Sezen Aksu
Sezən Aksu (13 iyul 1954, Sarayköy, Dənizli vilayəti) — türk müğənnisi, bəstəkarı və söz yazarı. 2010-cu ildə Amerikan NPR radiosu tərəfindən təyin olunan "50 Böyük Səs" siyahısında yer almışdır. Sezən Aksunun musiqi karyerasında 23 albom nəşr olunmuşdur. == Yaradıcılığı == Müəllim ana ataya sahib olan Aksu üç yaşında ailəsiylə İzmirə köçdü. Bu müddətdə üsyankar şəxsiyyəti ilə diqqət çəkən Aksu rəqqasə olma xəyalı qurmağa başladı. Sənətçi daha sonra bu müddət üçün "Allah atama ağrıdı da müğənni oldum" demişdir. Gəncliyində sənətin bir çox növünə maraq duyan Aksu 1970-ci ildə Həftə Sonu adlı jurnalın açdığı səs yarışmasında altıncı oldu. 1973-də Egey Universiteti Əkinçilik Fakültəsinə başlayan sənətçi 1974-də üç mahnısını bir val şirkətinə göndərdi. Eyni il Ali Əngin Aksu ilə evlənən sənətçi məktəbindən də ayrıldı. 1974-ün son aylarında val istehsalı üçün İstanbula getdi.
Sezən Aksu

Səmən (Baymak)
Səmən (başq. Һәмән, rus. Семёново) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Bilal kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 68 km, kənd sovetliyindən (Bilal): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 109 km.Sakmara çayınınn sahilində yerləşir.
Teben nekropolu
Teben nekropolu (ərəb. مدينة طيبة الجنائزية‎‎) — Nil çayının qərb sahilində, Qədim Misirin Teben şəhərinin qarşısında nekropol. Bura birinci aralıq dövründən başlayaraq, xüsusilə Yeni padşahlıq dövründə ritual dəfnlər üçün istifadə edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Teben nekropolu ilə əlaqəli mediafayllar var.
Teben triadası
Teben triadası — Qədim Misirdə Teben şəhərinin üç ən çox sitayiş olunan tanrısı: Amon, onun həyat yoldaşı Mut və oğulları Xonsu. Yeni padşahlığın XVIII və XX sülalələri triadanın çiçəklənmə dövrü hesab edilir. Bu tanrılar Karnak məbəd kompleksində əsas ibadət obyekti rolunu daşıyırdılar. Triadanın məbədləri və ziyarətgahları bütün Misirdə mövcuddur. Onlardan biri hətta Dəxlə vahəsinin yaxınlığında, Deyr əl-Həcərdədir. Karnak məbəd kompleksində monumental məbəd qapısını tikdirən və şərəfinə nəhəng heykəl ucaldılan firon I Amenhotep tez-tez bu tanrılar arasında təsvir edilmişdir. Hər il Tebendə bu triadanın şərəfinə Opet bayramı keçirilirdi.
Turqay Şeren
Turqay Şerən (t.a Türkay Sabit Şerən; d. 15 may 1932, Keçiörən, Ankara, Türkiyə; ö. 7 avqust 2016, İstanbul, Türkiyə) — Türk futbolçu; baş məşqçi; futbol şərhçisi və idman meneceri. Qapıçı mövqeyində iştirak edən futbolçu, bütün futbol karyerasını Qalatasarayda keçirib. 1932-ci ildə anadan olan Şeren, Qalatasarayın A komandasında oynadığı zaman, ilk matçını 1949-50 mövsümündə oynayıb. 1954-55, 1955-56 və 1957-58 mövsümlərində İstanbul Peşəkar Liqası, 1961-62 və 1962-63 mövsümlərində Milli Liqa, 1962-63, 1963-64 və 1965-66 mövsümlərində Türkiyə kuboku çempionu olub. Karyerasının bir çox hissəsini Qalatasarayda keçirən Şerən, 1966-67 mövsümünün sonuna qədər burada oynadı. Bu müddətdə 369-u liqa olan, 405 rəsmi matçda iştirak edib. Futbolçu karyerasını sona çatdırdıqdan sonra, rəsmi matçlarında nəzərə alınması nəticəsində klub tarixinin ən çox matçda iştirak edən futbolçusu oldu. Sonralar bu titulu başqa futbolçular daşıdı.
Əbdülqadir Sevən
Əbdülqadir Sevən (d. 1891, Selanik - 16.02.1971) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1911-ci ildə Hərbi məktəbi bitirdikdən sonra süvari leytenant rütbəsi ilə məzun oldu. 1926-cı ildə Hərbi Akademiyanı qərargah zabiti rütbəsi ilə bitirdi. 1942-ci ildə bir briqadir oldu. Briqadir rütbəsi ilə 12-ci diviziya komandiri və 1-ci süvari diviziyasının komandiri vəzifəsində çalışmışdır. 1944-cü ildə general-mayor oldu. General-mayor rütbəsi ilə 1-ci süvari diviziyasının komandiri, 1-ci piyada diviziyasının komandiri və 2-ci süvari diviziyasının komandiri kimi xidmət göstərmişdir. 1948-ci ildə general-leytenant rütbəsinə yüksəldi. General-leytenant rütbəsi ilə 10-cu korpusun komandiri, 9-cu korpusun komandiri, 7-ci korpusun komandiri, 5-ci korpusun komandiri və 3-cü korpusun komandiri oldu.
Səzən Aksu
Sezən Aksu (13 iyul 1954, Sarayköy, Dənizli vilayəti) — türk müğənnisi, bəstəkarı və söz yazarı. 2010-cu ildə Amerikan NPR radiosu tərəfindən təyin olunan "50 Böyük Səs" siyahısında yer almışdır. Sezən Aksunun musiqi karyerasında 23 albom nəşr olunmuşdur. == Yaradıcılığı == Müəllim ana ataya sahib olan Aksu üç yaşında ailəsiylə İzmirə köçdü. Bu müddətdə üsyankar şəxsiyyəti ilə diqqət çəkən Aksu rəqqasə olma xəyalı qurmağa başladı. Sənətçi daha sonra bu müddət üçün "Allah atama ağrıdı da müğənni oldum" demişdir. Gəncliyində sənətin bir çox növünə maraq duyan Aksu 1970-ci ildə Həftə Sonu adlı jurnalın açdığı səs yarışmasında altıncı oldu. 1973-də Egey Universiteti Əkinçilik Fakültəsinə başlayan sənətçi 1974-də üç mahnısını bir val şirkətinə göndərdi. Eyni il Ali Əngin Aksu ilə evlənən sənətçi məktəbindən də ayrıldı. 1974-ün son aylarında val istehsalı üçün İstanbula getdi.
İbn Səbin
İbn Səbin (ərəb. محمدبن عبدالحق بن سبعين‎) — 1219–1270-ci illər arasında yaşamış Əndəluslu filosofdur. O, təsəvvüfü fəlsəfə ilə uzlaşdırmağa çalışıb. Siciliya kralının ona göndərdiyi məktublar və suallara verdiyi cavablarla Siciliyada çoxlu nüfuz qazanmışdır. Əbu Nəsr Farabidən çox təsirlənmişdir.
13 səbəb, niyə
"13 səbəb" və ya orijinal adı ilə "Niyəsi üçün 13 səbəb" (ing. 13 Reasons Why) — Cey Aşerin 2007-ci ildə nəşr edilmiş "13 səbəb" romanının Netflix üçün Brayan Yorki tərəfindən uyğunlaşdırılmış ssenarisi əsasında çəkilmiş ABŞ mistik-drama teleserialıdır. Serialda hadisələr tələbə Kley Censen və onun intihar etmiş rəfiqəsi Hanna Beykerin ətrafında baş verir. Beyker intihardan əvvəl başına gəlmiş hadisələri audio kassetlərə yazaraq dostlarına miras qoyur, ölümündə kimlərin günahkar olmasını göstərir. Serialın şourannerləri Dayana Son və Brayan Yorkidir. Birinci mövsüm on üç seriyadan ibarət olmuşdur. Serialın prodüsserliyini July Moon Productions, Kicked to the Curb Productions, Anonymous Content və Paramount Television etmişdir. Əslində baş rolunu Selena Qomezin oynadığı bədii film kimi Universal Pictures tərəfinfən ekranlaşdırılması nəzərdə tutulmuş layihə, sonradan Netflix tərəfindən teleserial formatına uyğunlaşdırılmışdır. Qomez icraçı prodüsser vəzifəsini yerinə yetirmişdir. Serialın on üç seriyası və "13 səbəb: Səbəblərin arxasında" adlı xüsusi əlavə Netflix tərəfindən 31 mart 2017-ci ildə yayımlanmışdır.
Behen
Vernonia (lat. Vernonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.