Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ərmək (Hurand)
Ərmək (fars. ارمك‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (27 ailə).
Bremen
Bremen(alm. Bremen‎ [ˈbʁeːmən])—Bremen əyalətinin paytaxtı. == Tarixi == Bavariya, Hamburq və Saksoniya ilə birlikdə Bremen də artıq 1945-ci ilə qədər mövcud olan siyasi subyektlərdən biri idi; San-Marinodan sonra bu dünyada ikinci ən qədim şəhər respublikadır. Bremen əyaləti Bremen şəhərindən (543 000 əhali) və Veser (d) çayından 65 kilometr aşağıda yerləşən Bremerhaven (d) (125 000 əhali) şəhərindən ibarətdir. Bu iki şəhər arasından ərazi Aşağı Saksoniya əyalətinin payına düşür. İlk dəfə 1200 il əvvəl, daha doğrusu 782-ci ildə milad tarixi ilə 787-ci ildə adı çəkilən və İmperator I Fridrix Barbarossa tərəfindən azad şəhər hüququ alan Bremen 1358-ci ildə Hanseatik liqaya qatıldı. 1404-cü ildə Rolandın heykəlini ucaltmaqla və 1405-ci ildə Şəhər Dəhlizini tikməklə şəhər özünün sağlam təyinata ehtiyacını nümayiş etdirdi. 1646-cı ildə Bremen müstəqil imperiya şəhəri statusunu aldı; 1806-cı ildən bəri Bremen özünü Müstəqil Hanseatik Şəhəri adlandırır. Bremenhaven 1827-ci ildə yaradıldı və 1851-ci ildə şəhər statusuna qaldırıldı. Əyalət parlamenti ənənəvi "Bremise Bürgerşaft" adını daşıyır; əyalət hakimiyyəti "Senat" adlanır və Senatın Rəhbəri əyalətin hakimiyyət rəhbəridir. Hər il Fevral ayının ikinci Cümə günü Almaniyanın məşhur ictimai xadimləri Bremenin dənizkənarı ictimaiyyəti tərəfindən Şəhər Dəhləzində keçirilən tarixi "Şaffermaltsayt" iməcliyinə dəvət olunur.
Kərmək
Dəvəayağı (lat. Limonium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Pərəməç
Pərəməç və ya bəleş (tatar. пәрәмәч, pәrәmәç , başq. бәрәмес, noq. паьремеш; başq. ваҡ бәлеш, tatar. бәлеш) — tatar və başqırd mətbəxlərində bir tərəfdən deşik ilə hazırlanan ət pirojkisi.
Əkərək
Kəndlər Əkərək (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Əkərək — Syunik vilayətinin Vayotsdzor qəzasında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd. Əkərək (Karbi) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Əkərək (Talin) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. Əkərək — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Əkərək (Qafan) 1 — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Əkərək 2 — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Əkərək (Meğri) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd. Çaylar Əkərək — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda çay. == Həmçinin bax == Əkərət mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.
Ərkənek
Ərməki
Ərməki — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Amsar bələdiyyəsinin tərkibindədir. == Tarixi == Ərməki Quba rayonunun Amsar inzibati ərazi vahidində kənddir. Düzənlik ərazidə yerləşir. 1917-ci ildə Armaki şəklində qeydə alınan bu oykonim sonralar Ərmaki (1961), Ərməki (1986) kimi təqdim olunmuşdur. Belə ehtimal olunur ki, kəndin adı türk dillərindəki irmak (çay) sözündən və -i şəkilçisindən ibarət olub, "çaylı" mənasını ifadə edir. Armaki qədim türk dillərində "at bağlanan yer", "at tükündən toxunmuş kəndir" mənalarını da bildirmışdır. == Toponimikası == Ərməki oyk, düz. Quba r-nunun Amsar i.ə.v.-də kənd. Düzənlikdədir.
Ərəmis
İrimis, Ərəmis — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Dərəbas kəndinin yaxınlığında yerləşmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Erməni mənbələrində kəndin Aramis, Yeremiz, Göranis kimi də adlandığı göstərilir. Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1946-cı il qərarı ilə kənd ermənicə Artaşat adlandırılmışdır. Əsli Urumis. Urumis isə Rum (Bizans) toponimindən və qədim türk dillərində "s" cəm şəkilçisindən ibarətdir. Bax: Hərom və Xurma. Ola bilər toponim Ahuramazda adının təhrifidir. Bax:Aramaz, Armaz, Armus və Ərəmis.
Ərəmus
Aramus - İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Başqa adı Ərəmusdur 1590-cı ilə aid türkcə mənbədə Əramus kimidir [169, 61]. Mənbədə adı İrəvan əyalətinin Qırxbulaq nahiyəsində çəkilir [23, 75]. Yerli tələffüz forması -Ərəmis. VII əsrdən məlumdur. Katolikos David Aramusetsinin [728-741] məlumatından göründüyü kimi [150, 70] kənddə ermənilər də yaşamışlar. Orta əsrlərdə Qatar-göl monastırının Vəqf kəndi olmuşdur [150, 358]. 1886-cı ilə aid məlumatlarda əhalisi ermənilər idi. Lakin XX əsrin əvvəllərində orada azərbaycanlıların da yaşadığı məlumdur və onlar 1918-ci ildə qovulmuşlar. Türk dillərindəki urem "dağ vadisində çaykənarı dərinləşmiş zolaq" [126, 380] və erməni dilindəki yunan mənşəli os (us) şəkilçisindən ibarətdir.
Əsnəmək
Əsnəmək— eyni vaxtda havanın tənəffüs edilməsi və qulaq pərdələrinin gərilməsindən sonra nəfəsin çıxarılmasından ibarət olan bir refleksdir. Bu proses ən çox yetkinlərdə yuxudan dərhal əvvəl və ya sonra, yorucu fəaliyyətlər zamanı baş verir. Eyni zamanda insanlara keçici keyfiyyəti ilə xarakterizə olunur. Bu refleks yorğunluq, stress, yuxu, cansıxıcılıq və hətta aclıqla əlaqələndirilir. İnsanlarda əsnəmək əksər hallarda başqalarının əsnədiyi zaman baş verir.
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Eresk
İrisk — İranın Cənubi Xorasan ostanının Büşruyə şəhristanının İrisk bəxşində şəhər və onun mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,657 nəfər və 783 ailədən ibarət idi.
Yemək
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. == Üzvi maddələr == === Zülallar === Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Ərdək
Ərdək (fars. اردک‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 366 nəfər yaşayır (101 ailə).
Ərşək
Ərşək — türk və altay mifologiyasında əfsanəvi varlıq. Bars və ayının cütləşməsinden doğan əfsanə canlısı. Yarı ayı yarı bars olaraq da düşünülər. Gövdəsi bars, başı ayı şəklindədir. Pəncələri də ayı pəncələri kimidir. == Etimologiya == (Ər/Er) kökündən törəmişdir. Güclülük mənası ehtiva edər. Monqolcada "Ers" sözü itilik ifadə edər və bu canlıların pəncələrinin itiliyi ilə əlaqədardır. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Aglaia cremea
Aglaia cremea (lat. Aglaia cremea) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü.
Bremen (torpaq)
Bremen — Almaniyanın 16 federal torpağından biri. Paytaxtı Bremen şəhəridir.
Bremen şəhəri
Bremen(alm. Bremen‎ [ˈbʁeːmən])—Bremen əyalətinin paytaxtı. == Tarixi == Bavariya, Hamburq və Saksoniya ilə birlikdə Bremen də artıq 1945-ci ilə qədər mövcud olan siyasi subyektlərdən biri idi; San-Marinodan sonra bu dünyada ikinci ən qədim şəhər respublikadır. Bremen əyaləti Bremen şəhərindən (543 000 əhali) və Veser (d) çayından 65 kilometr aşağıda yerləşən Bremerhaven (d) (125 000 əhali) şəhərindən ibarətdir. Bu iki şəhər arasından ərazi Aşağı Saksoniya əyalətinin payına düşür. İlk dəfə 1200 il əvvəl, daha doğrusu 782-ci ildə milad tarixi ilə 787-ci ildə adı çəkilən və İmperator I Fridrix Barbarossa tərəfindən azad şəhər hüququ alan Bremen 1358-ci ildə Hanseatik liqaya qatıldı. 1404-cü ildə Rolandın heykəlini ucaltmaqla və 1405-ci ildə Şəhər Dəhlizini tikməklə şəhər özünün sağlam təyinata ehtiyacını nümayiş etdirdi. 1646-cı ildə Bremen müstəqil imperiya şəhəri statusunu aldı; 1806-cı ildən bəri Bremen özünü Müstəqil Hanseatik Şəhəri adlandırır. Bremenhaven 1827-ci ildə yaradıldı və 1851-ci ildə şəhər statusuna qaldırıldı. Əyalət parlamenti ənənəvi "Bremise Bürgerşaft" adını daşıyır; əyalət hakimiyyəti "Senat" adlanır və Senatın Rəhbəri əyalətin hakimiyyət rəhbəridir. Hər il Fevral ayının ikinci Cümə günü Almaniyanın məşhur ictimai xadimləri Bremenin dənizkənarı ictimaiyyəti tərəfindən Şəhər Dəhləzində keçirilən tarixi "Şaffermaltsayt" iməcliyinə dəvət olunur.
Bremen əyaləti
Bremen — Almaniyanın 16 federal torpağından biri. Paytaxtı Bremen şəhəridir.
Bərmək mahalı
Bərmək mahalı — Quba xanlığında mahal. İndiki Xızı rayonu. Adını burada yaşayan Bərmək tayfasından və ya Bərmək – bər məhsul, mak – kahin və ya Qubadakı Bərmək mahalı Harunərrəşidin vəziri Cəfər Bərməkinin qəbiləsi aldığı Xızı-Bərmək mahalı Xəzər dənizi, Bakı kəndləri və Sumqayıt çayı hüdudlarında böyük bir sahə tutur. Alim-səyyah F.F.Simonoviç 1796-cı ildə Xızı-Bərmək mahalında 24 kəndin adını göstərir. A.Bakıxanovun “Gülüstani irəm” əsərinin adını xüsusilə çəkmək lazımdır. Onun əsərində Quba xanlığının “Xızı bərmək” mahalı haqqında dəyərli məlumatlar verilir. == Etimologiya == "Bərmək" qədim fars dilində "başçı", "rəis", "lider", "rəhbər" kimi mənalara gəlir. Sanskritcədə "pramukha" ( प्रमुख ) kimi səsləndirilən bu söz ərəblər tərəfindən "bərmək" kimi tələffüz edilib. Urdu dilində پرمکھ ("pramukh", "prəmuk") yazılır. Әrəb dilində saitlər yazı zamanı qeyd edilmədiyi üçün bu söz әrәb hәrflәriylә yazıldığda saitlərin dəyişməsi, beləliklə "pərməkeh" → "bərmək" kimi oxunması da mümkündür.
Dərələk (Soyuqbulaq)
Dərələk (fars. داره لك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,454 nəfər yaşayır (262 ailə).
Efemer bitkilər
== Efemer bitkilər == Efemerlər - müxtəlif fəsilələrdən olan birillik çöl və səhra bitkiləridir. Onların bütün həyat tsikli çox qısa dövr ərzində bitir. Erkən yazda Orta Asiya səhralarının gilli torpaqlarında rütubət yetərincə olduğu vaxtda efemerlər çox cəld böyüyür və 5-6 həftə ərzində çiçəkləyib toxumda əmələ gətirirlər. Bu bitkilər "quraqlıqdan" qaçırlar. 400 minə yaxın efemer bitki məlumdur. Onlar çox kiçik boyu, kiçik yarpaqları, zəif inkişaf etmiş kök sistemi ilə fərqlənirlər. Onlarin bəziləri 1-2 sm ölçüdə olduqda toxum verir. Yağıntılar çox olan illərdə efemerlərin hündürlüyü 25-30 sm-ə, xaççiçəklilərdə isə - 50 sm çatır. Orta Asiyanin səhraları üçün efemerlərin əhəmiyyəti böyükdür - onlarla vəhşi və ev heyvanları - otyeyən heyvanlar qidalanır. Efemerlər çox sürətlə artır və yazda çəmənlərdə bitkilərin inkişafına imkan verməyən sıx ot örtüyünü əmələ gətirirlər.
Efemer çay
Egemen Berköz
Egemen Berköz (1941) — Türkiyə şairi, tərcüməçi. == Həyatı == Karadeniz Ereglisində doğulub. 1959–cu ildə Bolu Liseyini, 1963–cü ildə Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsini bitirib. İtalyan dilindən bir sıra önəmli tərcümələr edib. İlk şeiri 1959–cu ildə «Yeditəpə» dərgisində dərc olunub. İlk kitabı əsgərlikdə ikən Ankarada nəşr olundu.
Fərəməz Maqsudov
Maqsudov Fəraməz Qəzənfər oğlu (20 mart 1930, Naxçıvan – 30 iyul 2000, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Elmlər Akademiyasının (AEA) prezidenti (1997–2000). == Həyatı == Fəraməz Maqsudov 1930-cu il martın 20-də Azərbaycan Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. Maqsud xanın nəslindəndir. Fəraməz Maqsudov 1948-ci ildə Naxçıvan şəhərindəki 1 nömrəli məktəbi qızıl medalla bitirmişdir. == Elmi fəaliyyəti == 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika–riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1976-cı ildə professor elmi adını almış, 1976-cı ildə AEA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1954–2000-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda əyani aspirant, kiçik elmi işçi, böyük elmi işçi, baş elmi işçi, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışmışdır. AEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi (1980–1997), AEA prezidenti (1997–2000), 1994–2000-ci illərdə Dövlət Ali Ekspert Komissiyasının sədri, Milli Məclisin üzvü olmuşdur. F.Maqsudov 2000-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. == Əsas elmi nailiyyətləri == F.Maqsudovun əsas elmi tədqiqatları funksional analiz, differensial tənliklər və funksiyalar nəzəriyyəsi sahəsinə aiddir.